Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                 

“Mütəllibovun Qərbi Azərbaycanlıları Bakıdan çıxarmaq qərarı düşünülməmiş addım idi”
Tarix: 17-12-2015, 11:23 | Çap et
“Mütəllibovun Qərbi Azərbaycanlıları Bakıdan çıxarmaq qərarı düşünülməmiş addım idi”
Telman Orucov bir gecədə Şuşa şəhərindən minlərlə ermənistanlı qaçqının çıxarılmasına şəxsən rəhbərlik etmişdi

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az saytının suallarını cavablandırıb.

- 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya ediləndə belə fikirlər var idi ki, onlara qarşı ayrı-seçkilik, ikili standartlar tətbiq edilir. Məlumdur ki, həmin dövrdə Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov idi. Bu haqda siz nə düşünürsünüz?

- 1988-ci il tariximizə təkcə ermənilərin Qarabağı tələb etməsi ilə düşmədi. Həmin il biz Azərbaycan türkləri tarixi torpaqlarımızın böyük bir parçasını - Qərbi Azərbaycan adlandırdığımız, zaman-zaman itirə-itirə gəldiyimiz 29,8 min kv. km-lik bir Ərazini, Vətəni, Torpağı, Yurdu itirdik...

Hələ 20 Yanvar, Xocalı faciələri baş verməmişdi. Hələ Dağlıq və Aran Qarabağ Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmamışdı. Hələ bir milyon nəfərə yaxın qaçqınımız, məcburi köçkünümüz yox idi. Hələ torpaqlarımızın 20 faizi işğal altında deyildi. Amma Qərbi Azərbaycanda – Ermənistan ərazisində, öz dədə-baba torpaqlarında azərbaycanlıların soyqırımı start götürmüşdü. Hər gün əlbəyaxa toqquşmalar, lokal münaqişələr, həbslər, təzyiqlər bir-birini əvəz edir, baş alıb gedirdi. Biz o vaxt bunu nəinki dünyaya, heç Azərbaycanın o vaxtki rəhbərlərinə, məmurlarına, dövlət və partiya işçilərinə, hətta bəzi sıravi vətəndaşlarına da başa sala bilmirdik. Ermənilərin tələbləri var idi.

- Nə tələb edirdi ermənilər?

- Ermənilər Azərbaycandan Qarabağı tələb edirdi. Qərbi Azərbaycanlılar isə Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda mübarizəyə qalxmışdılar. Lakin o çətin vaxtlarda qərbi azərbaycanlılara nə Moskvadan, nə də Bakıdan heç kəs kömək etmədi, daha doğrusu, yuxarılar kömək etmək istəmədi, aşağılar isə kömək edə bilmədi. O vaxt Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri isə Ayaz Mütəllibov idi. Məhz o vaxtkı Azərbaycan rəhbərliyinin moskvapərəst və ermənipərəst mövqeyi üzündən Ermənistanda yaşayan soydaşlarımız köməksiz vəziyyətdə qaldı, onlara heç bir mənəvi dəstək göstərilmədi, Azərbaycandan göndərilən nümayəndə heyətləri erməni həmkarları ilə görüşüb, yeyib-içib geri döndülər, əksəriyyəti azərbaycanlı əhali ilə heç görüşmədi. Çünki onlara Bakıdan belə tapşırıq verilmişdi. Bundan ürəklənən ermənilər isə azərbaycanlıların üstünə ayaq açdılar, yavaş-yavaş hamısını ata-baba yurdlarından qovub çıxardılar. İndi bizimkilər durub 1988-ci il Qərbi Azərbaycan hadisələrinə deportasiya deyirlər.

- Əgər deportasiya deyildisə, bəs nə idi?

- Nə deportasiya? Dini və etnik mənsubiyyətinə görə, yüzlərlə insan ermənilər tərəfindən qətlə yetirilibsə, diri-diri yandırılıbsa, kəndlər hücumlara məruz qalıbsa, insanların evi-əmlakı zorla əlindən alınıbsa, yaxud od vurulub yandırılıbsa, bəzi yerlərdə mühasirədə qalan insanları erməni qətliamından ancaq ordunun və hərbi texnikanın köməkliyi ilə xilas etmək mümkün olubsa, bunun nəyi deportasiyadır, bu açıq-aşkar soyqırımıdır.

O vaxtkı Azərbaycan hakimiyyəti nəinki bu prosesin qarşısını almadı, almaq istəmədi, üstəlik Azərbaycana pənah gətirən insanları Dağlıq Qarabağa, bəzi rayonlardakı erməni kəndlərinə buraxmadı belə. Bu barədə yüzlərlə fakt var, şahidlərin çoxu hələ də sağdır. Məsələn, o vaxt Mərkəzi Komitənin katibi Telman Orucov bir gecədə Şuşa şəhərindən minlərlə ermənistanlı qaçqının çıxarılmasına şəxsən rəhbərlik etmişdi.

Ona görə də həmin hadisələrə görə tək Vəzirov, Mütəllibov yox, o vaxt Azərbaycan rəhbərliyində olan bütün məsul şəxslər də məsuliyyət daşıyırlar.

Qərbi Azərbaycan qaçqınlarına qarşı ögey münasibət, ikili standartlar Vəzirovdan sonra 1990-cı ilin yanvarında hakimiyyətə gələn Mütəllibov dövründə də davam etdi. Xüsusilə Mütəllibovun qərbi azərbaycanlıları Bakı şəhərindən zorla çıxarmaq qərarı düşünülməmiş addım idi.

- Sizin fikrinizcə, Vəzirov və Mütəllibov Qərbi Azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti nədən qaynaqlanırdı?

- Açıq etiraf etmək lazımdır ki, hər iki rejim qaçqınları respublikadakı çoxsaylı Qərbi Azərbaycanlıların sosial bazası, Qərbi azərbaycanlıları isə Ulu Öndər Heydər Əliyevin sosial bazası hesab edirdi. Qərbi Azərbaycan qaçqınlarını sıxışdırmaqla hakimiyyət Heydər Əliyevin sosial bazasını zəiflədəcəyini və onun siyasətə və hakimiyyətə qayıtmasını əngəlləyəcəyini düşünürdü. Məsələ bu qədər net və aydın idi.

Haqsız da deyildilər. Mən vaxtilə bir müsahibəmdə də demişəm ki, biz Qərbi Azərbaycanlılar Ermənistanda hər gün ermənilərlə Azərbaycan və Heydər Əliyev uğrunda dalaşa-dalaşa, vuruşa-vuruşa böyümüşük. Düşmən içində böyüyən o insanlarda milli ruh çox güclü idi və biz gəlib burada ermənilərə qarşı isti münasibət göstərən, milli ruhdan uzaq bir hakimiyyəti qəbul edə bilmirdik və istər-istəməz siyasi proseslərin iştirakçısına çevrilir, Azərbaycanda demokratik hakimiyyət, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulurduq. Cəsarətlə deyə bilərəm ki, Azərbaycanın elə müharibə bölgəsi yoxdur ki, oranın hər cığırında, səngərində Qərbi Azərbaycan qaçqınları şəhid verməsin.

Biz bununla heç kəsə minnət qoymuruq. Bu, bizim vətən qarşısında övladlıq borcumuz idi. Amma biz-Qərbi Azərbaycan qaçqınları bu gün respublikada adına Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Zəngəzur və başqa mahallarımız uğrundakı mübarizəni qətiyyən yetərli hesab etmirik. Cənab Prezident İlham Əliyev “İndiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir” – deyir. Amma müvafiq icra strukturlarının bu istiqamətdə fəaliyyəti görünmür. Xüsusilə qaçqınların qaçqınlıq statusunun məhdudlaşdırılması bizim həmin strateji hədəfə doğru addımlamağımızı əngəlləyir, yavaşıdır. Azərbaycanda Qərbi Azərbaycan qaçqınları ilə Qarabağ məcburi köçkünləri arasındakı status fərqini mütləq aradan qaldırmaq lazımdır. Arxasınca da başqa kompleks tədbirlər həyata keçirilməlidir. Bunu müstəqil Azərbaycan dövlətinin siyasi maraqları tələb edir, Qarabağ uğrunda mübarizənin perspektivi tələb edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Dünən, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Dünən, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Dünən, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Dünən, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Dünən, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Dünən, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Dünən, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Dünən, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Dünən, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Dünən, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Dünən, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Dünən, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Dünən, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Dünən, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Dünən, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Dünən, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru