Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                 

“Birləşmək niyyətimiz yoxdur”
Tarix: 26-11-2015, 13:23 | Çap et
“Birləşmək niyyətimiz yoxdur”
Müxalif partiyaların daxilindəki narazılıqlar nəinki səngimir, hətta məsələlər artıq məhkəmə müstəvisində həll olunur. Məsələn, bu günlərdə Binəqədi rayon Məhkəməsində Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib. Narazılar Qubad İbadoğlu tərəfdarları olduğuna görə Müsavat bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya qarşı fəaliyyəti hesab etdiyini gizlətməyib. Oxşar proses AXCP-də də yaşanır. Belə ki, onların da məsələsinin məhkəmə müstəvisində həll olunacağı qaçılmaz olub. Əsil AXCP adına iddialı olan Razi Nurullayevin Ədliyyə Nazirliyinə müraciəti cavabsız qalıb. Belə ki, qurum həm R.Nurullayevin, həm də Əli Kərimlinin sənədlərini geri qaytarıb və onlara məsələnin həllini tapması üçün məhkəməyə müraciət etməyi tövsiyə edib.

Sənədləri təsdiqlənməsə də, faktiki olaraq, R.Nurullayev də, ADR də ayrıca təşkilat kimi fəaliyyət göstərməkdədirlər. Bu fonda isə başqa bir mövzu gündəmə gəlib. Belə fikirlər var ki, hər iki partiyanın fəaliyyətindən narazı qalaraq ayrılan təşkilatlar – ADR və R.Nurullayev AXCP-si birləşə bilər. Çünki onların siyasi baxışları və açıqladıqları gələcək fəaliyyət planları uyğundur və bu yolla onlar ölkə müxalifətinin konstruktiv güc mərkəzinə çevrilə bilərlər. Məsələnin nə dərəcədə real olması ilə maraqlandıq. Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan R.Nurullayev dedi ki, bu məsələ bir müddət öncə də gündəmə gəlmişdi və AXCP-nin ADR-lə birləşəcəyi deyilirdi: “Təəssüf ki, yanlış anlaşılma olmuşdu. Jurnalist mənə sual vermişdi ki, bizim təşkilat ADR-lə birləşə bilərmi. Mən hazırda belə bir mövzunun gündəmdə olmadığını, müraciət olunacağı təqdirdə isə müzakirəyə çıxarılacağını demişdim. Amma fikirlər bir qədər fərqli yazılmışdı və ideya müəllifi kimi mənim adım qeyd olunmuşdu. Açıq desəm, bu, jurnalistin səhvindən yaranan mövzu idi. Halbuki biz o mövzu haqda heç düşünməmişdik də. Mən siyasi təşkilatların birləşmə meyllərinə, inteqrasiyasına, müxalif cəbhənin daha da güclənmək üçün atdığı addımlara pis baxmıram. ADR hərəkatına da təbii ki, hörmətimiz, izzətimiz var. Əgər onlar gələcəkdə belə bir təşəbbüs irəli sürsələr, sözsüz ki, biz onu müzakirə edəcəyik. Ümumiyyətlə, təşkilatımız ehtiyac yaranacağı təqdirdə mövzunun müzakirə olunmasına, müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasına hər zaman hazırdır. Amma hazırda gündəmimizdə belə bir məsələ yoxdur”.

R.Nurullayevin fikrincə, mövzunun hələ də müzakirə olunması onu göstərir ki, sözügedən təşkilatların birləşməsini istəyənlər var: “Amma hələ ki, bu iki qurumun arasında belə bir mövzu müzakirə olunmayıb. Nə biz buna təşəbbüs göstərmişik, nə də onlar bu məsələ ilə bağlı bizə müraciət ediblər. Yaxın gələcəkdə də belə bir mövzu bizim gündəmimizdə yoxdur. Amma qarşı tərəfdən təklif gəlsə, bunu müzakirə edəcəyimiz mütləqdir. Əgər bu istiqamətdə hansısa qərar verilsə, məlumatlar mətbuata veriləcək. Amma bu gün üçün nə belə bir təklif, nə də onun müzakirəsivar”.

ADR-in sədr müavini Vurğun Əyyub da belə bir məsələnin gündəmdə olmadığını açıqladı: “İlk olaraq, Müsavat Partiyasının bizə qarşı qərəzli mövqeyi haqda fikirlərimi bildirmək istəyirəm. Partiya rəhbərliyindən narazı qalan insanlar məhkəməyə müraciət ediblərsə, bu, onların hüququdur. ADR həmin şəxslərin bu hüququnu məhdudlaşdıra bilməz. Mən özüm də qurultayın nəticələrindən narazı qalan biriyəm, amma mən məhkəməyə müraciət etmədim. Həmin şəxslərin başqa yolu qalmayıb və məhkəməyə müraciət etməyi qərara alıblarsa, bu, sırf onların öz seçimidir. ADR-in bura nə qarışacağı var ki, durub bizi ittiham edirlər, adımızı hallandırırlar. O ki qaldı Razi Nurullayevin AXCP-si ilə birləşməyimizə, hazırda bizim gündəliyimizdə belə bir mövzu yoxdur. Ümumiyyətlə, hərəkatımız ilə Razi Nurullayev AXCP-sini eyni tutmaq düz deyil. Çünki bu iki təşkilat tamamilə fərqli motivlər və yollarla yaranıb. Biz partiyadan narazı qalıb ayrılmışıq və hərəkat kimi fəaliyyət göstəririk. Burada təkcə Müsavat yox, digər siyasi təşkilatların da təmsilçiləri var. Həmçinin biz Müsavat Partiyası adına iddia etmirik. Hərəkat olaraq da heç bir siyasi təşkilatla və ya ictimai hərəkatla birləşmək fikrində deyilik. Çünki qarşımıza belə bir məqsəd qoymamışıq. Yarananda da belə fikirlərimiz, hədəflərimiz yox idi. Təbii ki, birləşib birgə fəaliyyət qurmaqda qəbahət bir şey yoxdur. Belə hallar həmişə olub. Amma bizim bu kimi bir niyyətimiz yoxdur. Hərəkatımıza da bu istiqamətdə müraciətlər daxil olmayıb. Bu barədə fikir söyləyənlər havadan və heç bir əsas olmadan danışırlar”.

V.Əyyub hərəkata belə müraciət daxil olacağı təqdirdə məsələnin müzakirə ediləcəyini bildirdi: “Siyasət şərtlər daxilində danışmağı sevmir. Təbii ki, təklif gəlsə, biz bu haqda qurum daxilində söhbətlər aparacağıq. Amma mən ADR rəhbərlərindən biri kimi sizə açıq deyəcəyəm - ADR-in heç kimlə birləşmək niyyəti yoxdur. Ona görə də belə bir təklif gələrsə belə, düşünürəm ki, onun müsbət cavablandırılması şansı çox azdır”.

Onu da deyək ki, bir müddət öncə ADR sədri Qubad İbadoğlu da ictimai təşkilat olaraq siyasi partiyalarla birləşə bilməyəcəklərini açıqlamışdı: “Bu, bizim nizamnamə öhdəliklərimizə ziddir. Lakin demokratik təsisatlarla əməkdaşlıq şəbəkələnmə fəaliyyətimizin tərkib hissəsi olduğundan, onunla bağlı ayrıca müavinlik institutu yaradılıb. Demokratik təsisatlarla iş üzrə müavinlik institutuna Məlahət Mürşüdova rəhbərlik edir. Bizimlə əməkdaşlıq etmək istəyən təşkilatlardan daxil olan müraciətlər əvvəlcə müavinlikdə, sonra isə ADR Hərəkatının İdarə Heyətində müzakirə olunur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Dünən, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Dünən, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Dünən, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Dünən, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Dünən, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Dünən, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Dünən, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Dünən, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Dünən, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Dünən, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Dünən, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Dünən, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Dünən, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Dünən, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Dünən, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Dünən, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru