"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir .....                     Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” .....                     Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” .....                     ABŞ Ermənistanı talayacaq .....                     ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq .....                     Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı .....                     “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb .....                     Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Bacısının qayınatasını öldürmək istəyən gənc: .....                     “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” .....                     Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI .....                     “SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR .....                     Bu il neçə kişi qadının soyadını qəbul edib? .....                     Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... .....                     Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR .....                     Şuşa yoluna pul verərik, amma... .....                     Bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ .....                     Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır .....                     “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” .....                     Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                     Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir .....                     "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" .....                     Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı .....                     "Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                 

“Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan?” - Sabir Rüstəmxanlı
Tarix: 15-05-2015, 09:33 | Çap et
“Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan?”
AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıdır.

-Sabir bəy, müsahibəyə ənənəvi sualla başlamaq istərdik. Bildiyimiz kimi, bu il deputatlıq fəaliyyətiniz başa çatır. Geridə qoyduğunuz dövrdə hansı işləri gördünüz? Ümumilikdə millət vəkili olaraq fəaliyyətiniz nədən ibarət oldu?

-Bu 5 ili səmərəli illər hesab edirəm. Parlamentin iclaslarında, müzakirələrdə əvvəllər olduğu kimi fəal olmağa çalışmışam. Bunu jurnalist sorğularının nəticələri də göstərir. Adım demək olar ki, bütün 5 ilin fəal deputatları siyahısında olmuşdur. Mənim üçün bunlar önəmli deyil. Önəmli olan qanun yaradıcılığı ilə, ölkənin ümumi ictimai-siyasi vəziyyəti ilə ümumiyyətlə həyatımızla bağlı demək istədiyim fikirləri parlamentdə səsləndirə bilməkdir. Bu cəhətdən sıxıntı çəkməmişəm. Milli Məclisdə demək olar ki, ürəyimdən keçənlərin əksəriyyətini demişəm. Təəssüf ki, fikirlərimiz çox vaxt elə orada qalır, həyata keçmir.

Bu illərdə seçicilərimdən problemlərlə bağlı xeyli müraciətlər daxil olub. Onların həlli üçün hər zaman çalışıram. Əlimdən gələn köməkliyi etmişəm.

Rayonlarımız inkişaf edir, gözəlləşir. Amma işsizlik problemi qalır. Bölgələrdə iş yerləri açılmalıdır. İnsanlara yaşamaq üçün çörək pulu lazımdır. Gənclərə iş lazımdır.

-Milli Məclisdə tez-tez məmurlara iradlarınızı bildirirsiniz. Çıxışlarınızdan birində demişdiniz ki, nazirlər müraciətlərə cavab vermirlər. Onlar hansı nazirlərdir? Bəlkə adlarını açıqlayasınız…

- Ümumiyyətlə Azərbaycanda dövlət idarələri ilə xalq arasında ki, əlaqələrin zəifliyi narahatlıq doğurur. Düzdür, nazirlər rayonlarda qəbullar keçirirlər. O da müəyyən hazırlıqla olur: kimi qəbul etmək olar, kimi qəbul etmək olmaz. Zonalar üzrə qəbul keçirirlər.

Vətəndaş xeyli yol qət edib ora gəlməlidir. Ora gəlməkdənsə, Bakıya gəlsə yaxşıdır.
Düşünürəm ki, görüşlər hər bir rayonda olmalıdır. Qabaqcadan hazırlanan siyahı yığışdırılmalıdır.
Bakıda isə vəziyyət fərqldir. Nazirlər, onların müavinləri, icra başçıları zənglərə cavab vermirlər. Onların əvəzinə katibələri, köməkçiləri telefonun dəstəyini qaldırır.

Köməkçiləri də deyir ki, sonra sizinlə əlaqə saxlayacağıq. Beş-on gün keçir, heç birindən səs-soraq çıxmır.

Biz millət vəkili olduğumuzdan qapılar üzümüzə açıqdır. Amma, vətəndaş icra hakimiyyətinə gedir, polis onun qabağın kəsir. Sual edirlər ki, niyə gəlmisən? kim çağırıb?

Elə icra başçıları var ki, hər mərtəbəyə mühafizəçi qoyurlar. Halbuki, onların borcu vətəndaşların arasında olmaq və onlara xidmət etməkdir.

Ölkəmizdə yeni yaradılan “ASAN Xidmət” bu baxımdan vətəndaşların işini xeyli asanlaşdırıb. Hər birimiz bu xidmətdən razıyıq. Hesab edirəm ki, “ASAN Xidmət”in xidmət dairəsi daha da genişlənməlidir. “ASAN Xidmət” ölkədə süni surətdə yaranan və yaradılan narazılığın qarşısını ala bilən və dövlətə hörmət gətirən, nüfuzunu qaldıran bir idarədir. Kaşki, bütün idarələr “ASAN Xidmət” kimi şəffaf işləyə bilərdi.

Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev çıxışlarının birində bildirib ki, “mən millətə xidmət edirəm”.

Amma bəziləri özünü bu millətin böyüyü, ağası kimi aparır. Millətə böyüklük eləmək yox, ancaq xidmət etmək olar.

-Siz məmurlardan söz açmışkən qeyd edə bilərik ki, 5 il keçsə də hələ də üzünü görmədiyimiz deputat həmkarlarınız da var…

-Elə deputatlar var ki, plenar iclaslarda danışmırlar, amma kənarda iş görürülər. Məsələn Elxan Süleymanovun adını çəkə bilərəm. Bilirəm ki, o seçildiyi Şamaxı üçün, həmçinin ölkə üçün xeyli iş görür. Belə deputatlar var. Amma bəziləri də var ki, danışmırlar və heç bir iş də görmürlər. Bu, artıq elə məsələdir ki, onlar özü bunu cavablandırmalıdır.

-Sabir bəy, parlament seçkilərində növbəti dəfə namizədliyinizi irəli sürəcəksizmi? Bu barədə nə deyə bilərsiniz?

-Buna mən yox, partiya qərar verməlidir. Partiyanın qurultayı olacaq. Orada buna qərar veriləcək. Düzü hələ ki, bu haqda düşünürəm.

-Sizcə, növbəti seçkilərdən sonra Milli Məclisin tərkibində dəyişiklik olacaqmı? Yəni, bu gözləniləndirmi?

-Əlbəttə, dəyişiklik olacaq.Əslində parlamentdə 125 deputat o qədər də çox deyil. Əhalisinin sayı bizdən az olan ölkələr var ki, deputatlarının sayı bizdən xeyli çoxdur. Mən deputat sayının artırılmasının o qədər də tərəfdarı deyiləm. Amma keyfiyyət elə olmalıdır ki, 125 deputat bütün işləri çatdıra bilsin. Ölkəmizin beynəlxalq əlaqələri günü-gündən genişlənir. Dünya ölkələri ilə parlamentlərarası qruplar yaranır. Beynəlxalq qurumlarda bizi təmsil edən layiqli deputatlar olmalıdır. Deputatların hər biri işgüzarlığı nəzərə alınmaqla seçilsə, yaxşı olar. Düşünürəm ki, növbəti parlament seçkisində bu nəzərə alınacaq.

-Sizcə, parlamenin tərkibi bir qədər gəncləşməli deyilmi? Dünya təcrübəsi ilə müqayisədə deputatlarımızın çoxu nisbətən yaşlı nəslin nümayəndələridir.

-Bunu problem kimi görmürəm. Cavan adam var ki, düşüncəsinə, ruhuna görə çoxdan qocalıb. Milli Məclisdə gəlib, elə-belə oturur, heç bir iş də görmür. Cavanlığı ancaq yaşında və görkəmindədir. Ruhunda cavanlıq yoxdur. Yaşlı deputat da var ki, o cavanlardan daha artıq iş görür.

-Bəzi həmkarlarınız şəxsi biznesləri olsa da bunu mətbuatdan gizlədirlər. Sizin necə şəxsi biznesiniz varmı?

-Nə öz adıma, nə də başqasının adına biznesim var. Mənim biznesim qələmim, kitablarımdır.
Vaxtilə mətbuat naziri olmuşam və buna imkanlarım olub. Bakıda bu qədər kitab mağazaları əlimdə olub. Bu məsələdə idealistəm. O zaman kitab dükanlarını millət üçün qorunmağının vacibliyini düşünürdüm. Kitab dükanlarının heç birinin satılmağına imkan vermirdim. Hər kəs biznesi keçdiyi yola uyğun qurur. Mənim işim kitab idi. Bizneslə məşğul olmaq mənim işim deyil.
Nazir işləyən vaxt təkliflər də var idi. Fikirləşdim ki, ayrı bir təyinatla doğulmuşam. Bizneslə məşğul olsam, öz təyinatımdan uzaqlaşaram. Buna görə narahat deyiləm və içimdə heç bir sıxıntı da yoxdur. Ömrü boyu aza qane olub, sadə yaşamağa öyrənmişəm.

-Bəs, deputat maaşınız sizi qane edirmi?

-Camaatla müqayisədə deputatların maaşı yaxşıdır. Bir az artım olan kimi mətbuat onu tez hallandırır. Deputatların da maaşı ölkənin insanlarının maaşı ilə paralel artmalıdır. Bizdən qat-qat ağır şəraitdə yaşayan bir sıra ölkələr var ki, biz onlardan iki-üç dəfə az maaş alırıq. Ona görə də bəzən xarici həmkarlarımızla görüşəndə, onlara maaşımızı deməkdən çəkinirik.

-Bu yaxınlarda oğlunuz nəqliyyat naziri tərəfindən yüksək vəzifəyə təyin olundu. Bu haqda müxtəlif söz-söhbətlər gəzirdi. Bildirildi ki, oğlunuzun vəzifəyə gətirilməsi nazir Ziya Məmmədovla qohumluğunuzdan irəli gəlir…

- Diqqətlə araşdırsaq Azərbaycanda hamı bir-birinin qohumudur. İndi neyləyək, uşaqlarımız heç yerdə işləməsinlər?

-Nəqliyyat naziri Ziya Məmmədovla əvvəlcədən əlaqələriniz var idimi? Yoxsa qohum olanda sonra münasibətlər daha da dərinləşdi?

-Ziya müəllimi çoxdan tanıyıram. O, işgüzar, gecə-gündüz çalışan nazirlərdən biridir. İşi də göz qabağındadır. Qohum olmağa gəlincə, onun qardaşı ilə qohum olmuşuq.

Güman edirəm ki, bu işin qohumluğa aidiyyatı yoxdur. Ziya müəllim tələbkar bir adamdır və layiq olmayan birini vəzifəyə gətirməz.

-Ziya müəllimlə şəxsi münasibətiniz necədir, tez-tez görüşə bilirsizmi?

- Biz ancaq dövlət tədbirlərində görüşürük. İldə bir və ya ikin dəfə. Xüsusi görüşləmiz olmur.

-Qardaşlarınız da cəmiyyətdə kifayət qədər tanınmış şəxslərdir. Onlara köməyiniz dəyirmi, ümumiyyətlə münasibətləriniz necədir?

-Qardaşlarımdan biri "Qanun" nəşriyyatında işləyir. İşi göz qabağındadır.Məndən kiçik qardaşım Mədət Rüstəmxanlı Bakı Mexaniki Tökmə zavodunda baş mühasibdir. O, Azərbaycanda ən yaxşı mühəndislərdən biridir. Bu sahədə 40 illik təcrübəsi var. Vaxtilə ona icra hakimiyyətində iş təklif etdilər, amam razı olmadı. Dedi mühəndisəm və öz işimlə məşğul oluram. İndi səhv etmirəmsə, o zavod fəaliyyətini dayandırıb. Mənim üçün əsas olan qardaşlarımın, övladlarımın harda işləməsi yox, mənəvi rahat olmasıdır.

-Yenidən qayıdaq Milli Məclisə. Deputat həmkarlarınızla əlaqələriniz necədir? Dostluq etdiyiniz millət vəkilləri varmı?

-Meydan hərəkatından bir yerdə olduğum həmkarlarımla yaxşı əlaqələrimiz var. Fazil Mustafa, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, İqbal Ağazadə...

Və təkcə parlamentdə yox, həyatda da ən yaxın dostlarımdan biri İsa Həbibbəylidir. Aspiranturada bir yerdə təhsil almışıq. Elmira Axundova, Aqil Abbas sevdiyim yazıçı həmkarlarımdır. Milli Məclisdə olan qələm adamları ilə də sıx əlaqələrim var. YAP- çı və bitiərəf deputatlar arasında da xətrini istədiyim adamlar çoxdur. Bu cür deyib, kiminsə xətrinə dəymək istəmirəm. Ola bilər yadıma düşməyənlər olsun. Dost odur ki, tez-tez görüşəsən. 40 ildən çoxdur daimi görüşdüyüm İsa Həbibbəyli, Fəzail İbrahimli və Rafael Hüseynovdur.

-Sabir bəy, vaxtilə müxalifətin aparıcı üzvlərindən idiniz. İndiki müxalifətlə əlaqələriniz necədir?

-Normal münasibətlərimiz var. Hesab edirəm ki, bütün qüvvələr milli məsələlərdə bir olmalıdır. Fikir müxtəlifliliyi insanları düşmənə çevirməməlidir.

-Bu yaxında iqtidarla müxalifət arasında növbəti dialoqun keçiriləcəyi gözlənilir. Ümumiyyətlə, bu yaxınlığı necə qiymətləndirirsiniz?

-Belə görüşləri yüksək qiymətləndirirəm. Əvvəl də bu cür görüşlər keçirilirdi. Səmərəli bir işdir. Bu, Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyini, milli birliyi gücləndirmək istiqamətində atılan addımdır. İqtidar da, müxalifət də bir çox məsələlərdə eyni narahatçılığı paylaşır.

- Son illər ölkəmizdə yüksək vəzifələrdə bir neçə kadr dəyişikliyi həyata keçirilib. Buna misal olaraq, təhsil naziri, müdafiə nazirini və digərlərini misal göstərmək olar. Necə düşünürsünüz yenidən belə kadr dəyişiklikləri olmalıdırmı? Hansı nazirlər dəyişdirilə bilər?

-Kadr dəyişikliyi təbii prosesdir və davam edəcək. Kaş yeni gələn nazirlər özündən əvvəlkilərin atasına rəhmət oxutdurmasınlar.

Müdafiə naziri Zakir Həsənov çox uğurlu seçimdir. Orduda hər keçən gün nizam-intizam, səliqə-səhman artır. Çox ciddi dəyişikliklər var. İndi ordu haqqında daha ürəklə danışılır. Zakir Həsənov əsl peşəkardır. Bu baxımdan, deyə bilərəm ki, istənilən məmuru əvəz edə biləcək yeni kadrlar var və dəyişiklik olmalıdır.

-Sabir bəy, deputatlıqdan əlavə yüksək vəzifə gözləyirsinizmi? Bundan sonra hansı vəzifədə çalışmaq istərdiniz?

-Vaxtilə Mətbuat və İnformasiya naziri olmuşam. Zəngin təcrübəm var. Gizlətmirəm bir çox humanitar sahələr var ki, nazir, baş nazirin müavini səviyyəsində ürəklə, çox böyük nəticə ilə işləyə bilərəm. Amma heç nədə gözüm yoxdur. Vaxtilə həm nazir, həm də millət vəkili idim. Mərhum Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan? Bildirdim ki, yalnız parlamentdə qalmaq istəyirəm. Bunu heç kim özünü reklam və təklif kimi başa düşməsin. Sadəcə, lazım olarsa, istənilən sahədə xeyir verə bilərəm və indikilərin çoxundan artıq fayda verə bilərəm.

-Belə fikirlər var ki, Sabir müəllim əvvəllər daha sərt çıxışlar edirdi. İndi bu çıxışlar bir qədər səngiyib.

-Son kitablarımdan birinin adı “Dərdə əyilmə”dir. O kitabı vərəqləyən adam görər ki, bizim həyatımızın son 25 ildə elə bir sahəsi yoxdur ki, o barədə fikir deməyim. Bütün sahələrdə yazmışam və danışmışam. Bir şeyi dəfələrlə təkrar etməyə ehtiyac qalmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Bacısının qayınatasını öldürmək istəyən gənc: - “Ona bacımın ailəsinin niyə dağıldığını soruşdum, mənı aqressiv cavab verdi...”
Bu gün, 09:31
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Bu gün, 09:29
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19
“SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru