Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                 

“Heydər Əliyev Bakı aeroportunda sui-qəsd təhlükəsi ilə üz-üzə qaldı”
Tarix: 14-06-2014, 10:33 | Çap et
“Heydər Əliyev Bakı aeroportunda sui-qəsd təhlükəsi ilə üz-üzə qaldı”
15 iyun 1993-cü il - Milli Qurtuluş Günü yetişənədək həm mərhum dövlət başçısı Heydər Əliyev, həm də onun tərəfdarları böyük təhlükə və risklərdən keçəsi oldular. O çətin dönəmləri yaşamış siyasi fiqurlardan biri də sabiq deputat, uzun müddət müxtəlif bölgələrdə polis rəisi kimi çalışmış hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovdur…


- Cahangir müəllim, hələ 1990-cı ilin iyulunda onun üçün ən təhlükəli bir dövrdə Moskvadan Bakıya gələn Heydər Əliyevi qarşılamaq üçün Bakı hava limanına gedən digər bir neçə tanınmış siyasilər arasında siz də olmusuz. Bildiyimizə görə, orada Heydər Əliyevə sui-qəsd cəhdi də olub…
- Bəli. O zaman mən Ağdaşda milis rəisi işləyirdim. Uzun illər xalq hakimi işləmiş atam Hüseyn Hüseynov Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində Heydər Əliyevlə birlikdə təhsil aldığından ona böyük hörmətlə yanaşırdı.1990-cı il iyulun 20-də Heydər Əliyevin Moskvadan Bakıya gəldiyini eşidən atam təkid etdi ki, biz onu qarşılamağa getməliyik. Beləliklə, biz o vaxtkı bütün təhükələri göz önünə alaraq hava limanına yollandıq. Orada əsasən Bakı kəndlərindən onlarla adam toplaşmışdı. Etirazçılar əllərində cürbəcür şüarlar yazılmış plakatlar tutaraq H.Əliyevin gəlişinə etiraz edirdilər. Təbii ki, bu, o vaxtkı Mərkəzi Komitə rəhbərliyi tərəfindən təşkl edilmişdi. Ancaq biz təəccübləndik ki, H.Əliyevin Moskvada SSRİ rəhbəri M.Qorbaçovla böyük ziddiyyətləri olduğu, infarkt keçirdiyi bir məqamda Azərbaycanda bu etirazlar nəyə xidmət edir…
Ulu öndəri qarşılayanlar əsasən Cəlal Əliyev, sabiq paytaxt meri Rafael Allahverdiyev, əvvəllər MK-da işləmiş Sabir Hüseynov və keçmiş milis işçisi Etibar Qazıbəyov idi. H.Əliyev təyyarədən düşəndə ora toplaşan etirazçılar tərəfindən ona qarşı hər cür cür təxribat törədilə bilərdi. R.Allahverdiyevin sürücüsü “QAZ-24” markalı avtomobili cəld təyyarə trapının yanına sürərək Heydər müəllimi təcili deputat zalına çatdırdı. Ancaq ora gedən yolda avtomobilin qarşısına hesab edirəm ki, qəsdən ”ZİL” markalı bir yük maşını sürüldü. Ancaq R.Allahverdiyevin sürücüsü böyük ustalıq nümayiş etdirərək Heydər Əliyevi o qəzadan xilas edə bildi. Ulu öndər aeroportda gerçək sui-qəsd təhlükəsi ilə üz-üzə qaldı… Sonra H.Əliyev oradan bir başa qardaşı Cəlal Əliyevin evinə yollandı….
Onu da deyim ki, 1991-ci ilin yazında Bakıya qardaşı Həsən Əliyevin yas mərasiminə gəlmiş Heydər Əliyev vaxtının azlığına baxmayaraq Montindəki qərargahda bir sıra YAP fəalları ilə birgə Maksim Musayevi və məni də qəbul edərək 1 saata yaxın bizimlə söhbət etmiş, ictimai-siyasi durumla bağlı dəyərli tövsiyələr vermişdi…

-1992-ci iin martında siz respublikada ilk dəfə parlamentdə Heydər Əliyevin hakimiyyətə qaytarılması məsələsini qaldırmışdınız.. Bu, necə baş verdi?
- Bəli, 1992-ci il martın 2-də Xocalı faciəsi ilə bağlı keçirilmiş fövqəladə sessiyada mən çıxış edərək o vaxtkı prezident Mütəllibova və deputatlara müraciət etdim ki, ölkəni bu gərgin durumdan çıxarmaq, erməni işğalının qarşısını almaq üçün Heydər Əliyev təcili hakimiyyətə gətirilməlidir. Orada sual etdim ki, bax, bu parlament binasını kim tikdirib? Dedilər – Heydər Əliyev. Soruşdum ki, bəs həmin insanın niyə burada oturmaq hüququ olmasın… Düzdür, o dövrkü şəraitdə mənə çox dəstək verən olmadı. Ancaq o təşəbbüs hadisələrin gələcək inkişafına böyük təkan verdi. Mənim o çıxışımadək heç kəs Heydər Əliyevin hakimiyyətə gətirilmək məsələsini istər parlamentdə, istərsə də qəzetlərdə, televiziyada qaldırmamışdı…

-1993-cü ilin yazında bir qrup deputat Heydər Əliyevin qayıdışını təşkil etmək məqsədilə Ali Sovetin növbədənkənar sessiyasının çağırılmaısnı tələb edir və bu məqsədlə imza toplayırdı. Siz bu prosesdə necə iştirak edirdiniz?
- Bəli. Mən, Maksim Musayev, Əli Nağıyev, Rafael Allahverdiyev və b. bu prosesdə fəal iştirak edirdik. Amma onu da deyim ki, bəziləri tərəddüd edir, hətta qorxurdular. Rəhmətə getdiyi üçün adını çəkmirəm, general rütbəli bir deputat var idi. Ona imza üçün müraciət etdim. Dedi ki, Cahangir, xahiş edirəm məndən uzaq ol. Dedim, a kişi, burada nə var ki, qorxursan. Dedi ki, yox e, qorxuram. Onun yanından çıxıb parlamentə gəldim, aparat işçiləri mənə çatdırdılar ki, indi həmin general zəng edib rəhbərliyə ki, Cahangir Hüseynov məndən H.Əliyevin qayıdışı üçün imza almaq istəyirdi, razı olmadım... Bütün bu çətinliklərə rəğmən biz 132 imza toplaya bildik. Təsəvvür edirsinizmi, hətta Surət Hüseynov da deputat kimi Heydər Əliyevin qayıdışı üçün imza atmışdı. Biz həmin imzaları parlament sədri İsa Qəmbərə təqdim etdk. O, müavini Tamerlan Qarayaevlə birgə baxdı və dedilər ki, biz məsələni prezidentə çatdırıb sizə məlumat verərik. Hətta biz sessiya söhbətini, bir qrup deputatın qeyri-qanuni olaraq parlament iclaslarından təcrid edilməsi məsələlərini qaldıranda AXC hakimiyyətindən bəziləri deyirdilər ki, biz hakimiyyətə zor gücünə gəlmişik, bacarırsınızsa, siz də gəlin… Bu minvalla məsələ uzandı, sonra da Gəncədə hadisələr baş qaldırdı...

- Sizcə, həmin sessiyanı keçirə bilsəydiniz, Gəncə hadisələri baş verməyəcəkdi?
- Bəli. Inanın ki , əgər həmin sessiya alınsaydı və Heydər Əliyev vaxtında Bakıya qayıtsaydı, çox guman ki, Gəncədə heç bir qiyam-filan baş verməyəcəkdi və hər şeyi əmin-amanlıqla qaydasına salacaqdıq.

- Həmin günlər siz bir keçmiş DTK işçisiylə Gəncəyə də getmişdiniz. Nələrin şahidi oldunuz?
- Doğrudur, biz təxminən 1993-cü il iyunun 7-8-də Azərbaycan DTK-nın Gəncə bölməsinin keçmiş rəisi Cəbrayıl Nağıyevlə birgə Gəncəyə yollandıq. Yol boyu bölgələrdən keçdikcə əhalinin əhval-ruhiyyəsinə fikir verirdik. Əksər yerlərdə camaat AXC hakimiyyətindən narazılığını ifadə edir və Heydər Əliyevin gəlib ölkəni qaydaya salmasını istəyirdi. Gəncədə də icra hakimiyyəti binası qarşısında ardıcıl etiraz mitinqləri gedirdi. Bunu ilk dəfə sizə deyirəm: Gəncədə biz Surət Hüseynovla da görüşdük. Ona Heydər Əliyevin hakimiyyətə qayıdışına dəstək verməyini tövsiyə etdik. Hiss etdik ki, Surət AXC hakimiyyətindən həddindən artıq narazıdır. Və qətuyyən onlarla barışığa getmək fikri yoxdur…

- Surət Hüseynov sizin Heydər Əliyevi dəstəkləmək barədəki təklifinizi müsbət qarşıladı?
- Bəli. Bayaq dediyim kimi, xeyli əvvəl Surət Heydər Əliyevin qayıdışı üçün sessiya keçirməklə bağlı deputatların müraciətinə də imza atmışdı.

- Cahangir müəllim, Heydər Əliyevin parlamentə sədr seçildiyi 15 iyun 1993-cü il tarixini necə xatırlayırsız?
- Çox gərgün hadisələr yaşadıq. Gəncədə boş yerə günahsız insanların, hərbçilərin qanı töküldü. Ancaq Heydər Əliyev öz gəlişi ilə bu qanın,ümumiyyətlə, Azərbaycanı gözləyən daha böyük fəlakətlərin qarşısını aldı. O, Bakıya gələndən bir neçə gün sonra artıq öz zəifliklərini dərk edən o vaxtkı hökumət üzvləri, eləcə də Ali Sovet sədri istefa verdi. Və iyunun 15-də biz böyük ruh yüksəkliyi və təntənə ilə Heydər Əliyevi parlament sədri seçə bildik. Artıq 21 il ötüb, yaşlanmışıq. Bütün detallarını xatırlaya bilməsək də, o tarixi günün hər bir anı bizim üçün çox əzizdir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru