Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                 

“Hakimiyyət bu siyasəti dövlətin gələcəyinə ağır zərbə vurur” - Nəsimi Məmmədli
Tarix: 28-03-2014, 11:54 | Çap et
“Hakimiyyət bu siyasəti dövlətin gələcəyinə ağır zərbə vurur”
Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Moderator.az-a açıqlamasında Türkiyədə bir neçə gün sonra keçiriləcək bələdiyyə seçkiləri kampaniyasına, ilin sonunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə və Türkiyədə Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması və məhkəmənin hökmü ilə bu qərarın ləğv edilməsinə münasibət bildirib:
“İfadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətlərə bəhanə verməməlidirlər. Türkiyədə bələdiyyə seçkiləri kampaniyası yekunlaşmaq üzrədir və biz bu prosesi maraqla izləyirik. Demokratik və güclü Türkiyə bütün müsəlman dövlətləri üçün bir müsbət nümunədir. Qardaş ölkədə yerli özünü idarəetmənin bütün ağırlığı bələdiyyələrin üzərindədir. Mərkəzi hakimiyyətin gələcək taleyi də bu seçkilərin nəticəsindən çox asılı olduğu üçün bələdiyyələrə seçkilər çox əhəmiyyətli hesab edilir. Türkiyə cəmiyyətinin əsas gücü onun vətəndaşlarının siyasi proseslərdə azad və aktiv iştirakındadır. Dövlətin yaratdığı demokratik şərait elədir ki, seçkiyə qatılan hər bir tərəf öz seçki kampaniyasını azad və bərabər şəkildə apara bilir. Ona görə də vətəndaşların seçkiyə inamı o qədər yüksəkdir ki, hər bir seçici öz səsinin dəyərini bilir və ayaqdadır. Belə bir demokratik siyasi şəraitdə qalib və məğlub olan tərəflərin apardığı prosesdən dövlət qazanır. Biz Ümid partiyası olaraq Türkiyə cəmiyyətinə bu seçkilərdə uğurlar diləyir və onların iradəsinə hörmətlə yanaşırıq. Bu il Azərbaycanda da bələdiyyə seçkilərinin keçiriləcəyinə diqqət çəkən N. Məmmədli qeyd etdi ki, seçkilərə az bir zaman qalmasına baxmayaraq hələ də ölkədə seçki əhval ruhiyyəsi hiss edilmir. Dövlətin gücü, daimi sabitliyi, təhlükəsizliyi vətəndaşların öz problemlərinin həllində və dövlətin idarəçiliyində təşkilatlanmış şəkildə iştirak etməsindən keçir. Bunlardan biri insanların azad şəkildə siyasi platforma ətrafında partiyalarda birləşib təşkilatlanması və proseslərdə iştirakıdır. Digəri isə bələdiyyələrə və parlamentə seçdikləri insanların vasitəsi ilə iştirakçılıqdan ibarətdir. Təəssüflər olsun ki, hakimiyyətin yanlış siyasəti nəticəsində vətəndaşların siyasətdə geniş iştirakçılığının hər ikisinə ciddi məhdudiyyətlər mövcuddur. Vətəndaşların siyasi mənsubiyyətinə görə təqib olunması, siyasi partiyaların fəaliyyətinə süni maneələr, bu əsas siyasi hüququ sərbəst şəkildə ifadə etməyə imkan vermir. Həmçinin, bələdiyyə və parlamentə xalqın öz təmsilçilərini azad seçmək imkanı da əsasən əlindən alınıb. Hətta, ən sadə vətəndaş belə söhbət zamanı bu hüququnu sərbəst şəkildə həyata keçirmək imkanından məhrum olduğunu etiraf edir və seçkiyə inamı sarsılıb. Hakimiyyət bu siyasəti davam etdirməklə öz iqtidarının ömrünü uzatsa da, dövlətin gələcəyinə ağır zərbə vurur. İcra Aparatının rəhbəri Türkiyədə Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması və məhkəmə qərarından sonrakı vəziyyəti şərh edib. Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması geniş müzakirələrə və etirazlara səbəb oldu. Cəmiyyətin etirazları və məhkəmənin hökmü hökumətin bu qərarının dayandırılması ilə nəticələnəcək. Bu qərar uzun müddət qüvvədə qala bilməz. Hökumətlər nə qədər haqlı olsalar da sosial şəbəkələri qapatmaq kimi radikal addımlardan çəkinməli və daha çox bu istiqamətdə tənzimləyici normalar tətbiq etməlidir. Hər kəsə məlumdur ki, Türkiyədə yüzlərlə müstəqil telekanallar, radiolar, sərbəst toplaşma, birləşmə, ifadə azadlıqlarının tam geniş müstəvisi və sürətli internet, minlərlə saytlar, 34 milyon Facebook istifadəçisi var. Qardaş ölkədə demokratiyanın sərhədləri çox genişdir və sosial şəbəkələr informasiya alınması baxımından əsas yox, yardımçı vasitədir. Amma, bütün bunlara baxmayaraq, hətta Tvitterin müvəqqəti qapadılması da bu cəmiyyətdə böyük rezonans yaratdı. Azərbaycanda belə bir addımın atılması ehtimalını dəyərləndirən N. Məmmədli qeyd etdi ki, ölkəmizdə belə bir addımın atılmasını güman etmir. Türkiyə cəmiyyəti ilə Azərbaycanı müqayisə etmək mümkün deyil. Çünki bütün beynəlxalq hesabatlarda Azərbaycanda məhkəmələrin ali icra hakimiyyətindən asılılığı, ifadə, söz, mətbuat və siyasi azadlıqların olmadığı və ya çox məhdud olduğu qeyd edilib. Əhalinin asan çatacağı heç bir kütləvi informasiya vasitəsi olmadığı üçün, bizim ölkəmizdə sosial şəbəkələr ifadə azadlığının təmin olunması istiqamətində köməkçi deyil, əsas vasitədir. Hökumətin belə bir addım atması ehtimalı aşağıdır. Bu, ölkənin beynəlxalq imicini tam korlamaq və cəmiyyəti daha böyük fəlakətə sürükləmək olar. Hökumət məhdudiyyətlərlə deyil, tənzimləmələrlə sosial şəbəkələrin rolunun artırılmasına imkan yaratmalıdır. Başqalarını təhqir etmək üçün istifadəsi asan olan müstəvi cəmiyyətə yaxşı heç nə verə bilməz. Cəzasız qalacağına əmin olan məsuliyyətsiz insanların əlindəki nəzarətsiz "silah" dan açılan atəş hər kəsə toxuna bilər. Bu baxımdan sosial şəbəkələrdə azadlığın sərhədlərini aşanlara qarşı müəyyən çəkindirici addımların atılması faydalıdır. Hər kəs qəbul edir ki, sosial şəbəkələr antidemokratik cəmiyyətlərin demokratikləşməsinə, idarəetmədə şəffaflığa, insan hüquq və azadlığının qorunmasına mühüm töhfə verib. Bu imkandan cəmiyyətin maariflənməsi, problemlərin ictimailəşməsi və vətəndaşların özünü ifadəsi üçün istifadə edilməsinə çalışmaq lazımdır. İfadə azadlığını məhdudlaşdıran, onu özü üçün təhlükə görən rejimlər, sosial şəbəkələrdə rastlaşdığımız təhqirlərə istinad edərək, şərəf və ləyaqətin alçaldılmasını bəhanə gətirərək öz radikal addımlarına haqq qazandırmağa çalışırlar. Məncə, ifadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətlərə bəhanə verməməlidirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru