VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                 

"Müxalifət əlinə silah götürdüyü gün Azərbaycana dönəcəm" - Mahir Cavadovdan şok açıqlama
Tarix: 17-03-2014, 09:51 | Çap et
"Müxalifət əlinə silah götürdüyü gün Azərbaycana dönəcəm"
Eks-spiker Rəsul Quliyevin 1995-ci ilin mart hadisələri ilə bağlı açıqlaması ictimai rəydə böyük marağa səbəb olmaqla yanaşı, ötən dövrün hadisələrinin yenidən aktuallaşmasına səbəb olub. Bugünlərdə məlum olaylarla bağlı Moderator.az-a müsahibə verən mərhum Rövşən Cavadovun qardaşı Mahir Cavadov 19 il əvvəlki hadisələrlə bağlı şok informasiyalar səsləndirib. M.Cavadovun yeni müzakirə və mübahisələrə səbəb olacaq müsahibəsini oxuculara təqdim edirik.

- Mahir bəy, bu gün bəzi insanlar Rövşən Cavadovun ölümündə məhz sizi baiskar hesab edir. Maraqlıdır, siz özünüz necə, bu məsələdə az da olsa özünüzü müqəssir hesab edirsinizmi?

- Mən Rövşəni 300 OMON-çunun yanında qoyub, tək getmişəm. Atam kitabında yazıb ki, Rövşən bronjiletini çıxarıb mənə verib və oradan çıxardıb. Amma bu, həqiqət deyil. Mənim də, Rövşənin də öz bronjiletimiz olub. Onun bildiyiniz kimi güllə yaraları ayağından idi və o, qan itirmədən həlak olmuşdu. Daxili orqanları zədələnməmişdi.
Digər baxımdan, mən vəziyyəti görürdüm və bizi məhv etmək istədiklərini bilirdim. Məsələn, Əli Ömərov məni AzTV-də cinayətkar elan etdikdən sonra, telefon açıb nümayişkəranə prokurorluğa dəvət etməsi və ardından Rövşənə Heydər Əliyevin telefon açaraq, get, gör prokurorluqda nə baş verir deyib, oraya göndərməsi, daha sonra Cavadov qardaşları prokurorluğu dövlət çevrilişi məqsədi ilə zəbt edib deməsi, elə bizi məhv etmək arzusunun sübutu deyildimi? Biz hədəfə alınmışdıq və vuruşmağa məcbur idik.

- Ölkədən getməsəydiniz, hətta həbs olunsanız belə bir gün azadlığa qovuşar və bu gün Azərbaycanda mübarizə apara bilərdiniz. Amma siz ömürlük didərginliyi seçdiniz.

- Mən heç zaman təslim olmazdım! Bizim üçün bu, variant deyildi. Mən öldürülməyi həbs edilərək əsgərlərimin gözü qarşısında döyülüb, təhqir edilməkdən üstün tuturdum. Azərbaycanı tərk etmək fikrim yox idi...

- Baş prokuror Əli Ömərovla bağlı konfiliktiniz haqqındaı nə deyə bilərsiniz? Doğrudanmı onunla başqa cür haqq-hesab çəkmək mümkün deyildimi? Axı bir rayon prokuroru nə qədər haqlı olsa belə, baş prokurorla arasındakı konfilikti bu şəkildə „həll etməsi“doğrudan da yolverilməzdir.

- Mən Əli Ömərovun kabinetinə öz dəvəti ilə getmişdim. Onun sifətinə avtomatın qundağı ilə vurmağım da onun uydurmasıdır. Hətta o vaxt demişdi ki, Cavadov məni elə yerimdən vurub ki, göstərə bilmirəm. Bununla özünü rüsvay etdi, sadəcə. Əslində onu əsgərim vurmuşdu, mən əsgəri qorumaq üçün öz boynuma götürdüm.
Sizə deyim, siz də bilin ki, əslində hər şey necə oldu. Mən evimdə oturub, televiziyaya baxırdım. Bir də gördüm ki, Ömərov bəyan edir ki, Mahir Cavadov Afiyəddin Cəlilov və Şəmsi Rəhimovu öldürüb.
Prokurorluğun binasının daxili işıqlandırması elə idi ki, bizi prokurorun qapısında duran mühafizə yaxınlaşmadan tam görə bilmirdi. Tamamən yaxınlaşdığımızda bizi gördülər və biz yaxın məsafədən onları asanlıqla tərkisilah etdik, ardından Ömərovun kabinetinə daxil oldum. Otaqda heç kəs yox idi, yandakı istirahət otağından gələn səsdən anladım ki, Ömərov orada gizlənib, stulu oraya tərəf atdığımda avtomatdan atəş açdılar. Mən dedim ki, əlimdə qumbara var, çıxmasanız içəri atacam. Ömərov və qardaşı, silahı yerə qoyub, çıxdılar. Təsadüf nəticəsində, prokurorluğun qarşısından keçən Elçin Əmiraslanov da öz yanında olan uşaqlarla buraya gəlmişdi. Onlar Qazaxdan Bakıya silah dalınca gəlmişdilər. Bunların içində mənim köməkçim Elçin Əliyev də vardı. Hələ sentyabırın 1-də məni aradan götürmək üçün adamlarımı zərərsizləşdirməkdən ötürü əmr verilmişdi və Elçinin qonşusunun evinə girib hamısını öldürmüşdülər. Sonra Elçinin evinə girib, tutub aparmışdılar ki, guya qonşunu bu öldürüb. Sonra mən təzyiq edərək onu buraxdırmışdım. Mənimlə Ömərovun kabinetinə girən uşaqlardan biri Ömərovu sifətindən avtomatın qundağı ilə vurdu, bu zaman qırmızı telefon zəng çaldı, Ömərov dedi ki, H.Əliyevdir. Mən də qaldırdım telefonu və dedim ki, Afiyəddinlə Şəmsini öldürtdürüb, mənim boynuma yıxırsınız. H.Əliyev bildirdi ki, mənim xəbərim yoxdur, Rəsulla Ömərovun işidir. Mən də dedim ki, Ömərovla Quliyevi yaxşı tanıyıram, onlar qorxaq adamlardır, sizin göstərişiniz olmadan belə işə hünərləri çatmaz. Bir az mübahisədən sonra telefonu asdım, daha sonra oraya Rövşən də gəldi. Məni görüb təəcübləndi ki, burda nə edisən? Mən də ondan soruşdum, bəs sən burda neynirsən? Dedi ki, H.Əliyev telefon açıb dedi ki, get prokurorluğa dəy. Bu vaxt, H.Əliyev televiziyaya çıxaraq, bizi prokurorluğu tutmaqda günahlandırdı.
Mən Ömərovu uşaqların yanında qoymuşdum, sonra dedilər ki, halı pisdir, buraxdım getsin xəstəxanaya, anlamışdım ki, H.Əliyev üçün Ömərovun heç bir dəyəri yoxdur, onu öldürüb-öldürməməmiz Əlyevi maraqlandırmır...

- Rəsul Quliyev iddia edir ki, o zaman sizi sıralarınızda mənəvi ata hesab etdiyiniz bir şəxsi var idi, hansı ki, o, mərkəzi hakimiyyəti lazımi informasiyalarla təmin edirdi. Həmin şəxs kimdir?

- Rəsul Quliyev xəyal danışır, bizim yanımıza heç kesi ideoloji ata kimi yerləşdirə bilməzdilər. Biz kimsənin məsləhəti ilə hərəkət etmirdik, atamızın belə bizə təsiri imkansız idi. Amma bizim sıralara OMON-çu qismində döyüşçülər yerləşdirdikləri doğrudur. Bu insanlardan isə biz istifadə edirdik. Bizə sədaqətlərini sübuta yetirmək, inam qazanmaq üçün əmrlərimizi can-başla yerinə yetirirdilər.

- Sizcə Rövşən Cavadov ağ bayraq qaldırandan sonra niyə öldürüldü? Qətlin kim tərəfindən icra edildiyi sizə məlumdurmu?

- H.Əliyev ANS-də tokşou təşkil etdirmişdi. Oraya mənim atamı da dəvət etmişdilər. Orada Mirşahinin vasitəsi ilə sübut etməyə çalışırdılar ki, Rövşəni öldürən Rövşən Əkbərov – 777-ci briqadanın komandiridir. Niyə? 94-cü ilin fevralında Rövşən Əkbərov öz briqadasını geri çəkərək Rövşən Cavadovu 20 nəfərlə mühasirədə qoyduğuna görə Rövşən onu döymüşdü və bu insidentdən istifadə edərək, bu ölümü onun boynuna qoymağa çalışırdılar. Amma bu, tam yalandır. Rövşən Cavadovu öldürən Əmiraslan Qara oğlu Əliyevdir. Ağ bayraq qaldırmasına gələndə isə Rövşən təslim olmaq üçün ağ bayraq qaldırmamışdı. S.Dəmirəl onu inandırmışdı ki, danışıqlara getməlidir və ağ bayraq bu danışıqlara razılıq əlaməti olaraq qaldırılmışdı.
H.Əliyevə bizim sağ qalmamız sərf etmirdi, çünki onun bağladığı sülh bizi qane etmirdi.

- Azərbaycana nə vaxt qayıtmağı planlaşdırırsınız?

- Azərbaycana müxalifət əlinə silah götürdüyü gün dönəcəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru