AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

“Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” - Seyran Səxavət
Tarix: 23-03-2024, 09:29 | Çap et
“Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində”
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı Seyran Səxavətin 78 yaşı tamam olur. Bu münasibətlə Seyran müəllimi təbrik etdik, onun 78 illik həyat yoluna nəzər saldıq.

-Seyran müəllim, yaşayıb-yaradan bir yazar üçün 78 yaş ömrün hansı mərhələsidir?

-Deyirlər ömür mərhələlərdən ibarətdir. Amma əslində mərhələ-falan uydurmadır. İnsanın bir ömrü var, o da şərtidir - uşaqlıq, yeniyetməlik, cavanlıq, qocalıq... Bu ömrün fövqündə bir şey dayanır - insan.

- Nədir bəs ondan yuxarı?

-İnsandan da yuxarı onun ruhudur. Ruhun da yaşı olmur. Özümü ruhumun yaşı ilə nizamlayıram. Ruh da məni nizamlayır.

- O ruhla yola gedirsinizmi?

- Bəzən... Ruha böyük hörmətim var. Münasibətimiz də yaxşıdır. Elə böyük bir münaqişəmiz də olmayıb, əl-ələ verib bir-birimizi yola vermişik. Məni də yola vermək elə asan deyil. Ruhuma minnətdaram ki, məni yola verir. Mən də çətin adamam. Bir az kövrək, bir az da kobud... Amma çox həssasam, məni ağlatmaq heç də çətin deyil.

-Yerli telekanallara verdiyiniz müsahibələrdə bəzən həmkarlarımın sizi ağlatdığının şahidi olmuşuq.

- Əslində, özüm də bir az ağlamağa meyilliyəm. Bilirsən, qızım, bu nədən qaynaqlanır? Dostlarım hamısı gedib, mən tək qalmışam. Vay o axıra qalanın halına...

- Onlar üçün darıxırsınız?

- Darıxmaq məsələsi deyil. Mən 1964-cü ildən Bakıda yaşayıram və elə hesab edin ki, birdən-birə bu şəhəri sənin əlindən alırlar. Qadağan da etmirlər ha, əlindən alırlar. Ümumiyyətlə, şəhərini yox edirlər. O dostlarım var ha, mənsiz bir tikə çörək də yeməz, mənsiz heç yana getməzdilər. Amma bu dəfə aradan çıxdılar, məni aparmadılar. Tək qalmışam, çox çətindir... Bilirsən, qızım, qalmışam uşaq-muşaq əlində.

- Ən çox kimin üçün darıxırsınız?

- Hamısı üçün. Dostlarımla biz bir insan idik. Sadəcə, bizi bir neçə adam şəklinə bölüb atmışdılar bu dünyaya. Yəni bu, darıxmaq deyil. Bir dəfə verilişlərin birində dedilər ki, Fuad Poladovu necə xatırlayırsınız? Dedim ki, mən Fuad Poladovu heç vaxt xatırlamıram. Olmayan adamı xatırlayırlar. Fuad mənim üçün bu gün də var, dostluğumuz hələ də davam edir.

- Müsahibələrinizin birində demişdiniz ki, Fuad Poladov gəlib sizin oxuduğunuz universitetə, sizə salam verdikdən sonra tələbə yoldaşlarınızın yanında hörmətiniz artıb.

- “Blatım” qalxmışdı e. Mən Şərqşünaslıqda oxuyurdum. Azərbaycan şöbəsi olsa da, orada tələbələr rus dilində danışırdılar. Mən də rayondan gəlmiş, saf kənd uşağı. Özümü burada qərib hiss edirdim. Tamam başqa bir mühit idi. Baxmayaraq ki, onlar rus dilində danışırdılar, sonra onların hamısı ilə yaxın oldum. Amma dünyanın məşhur dillərindən başqa, bir dili də var. Hər fərdin öz dili var. Elə şeylər var, onları fərdin öz dilində demək lazımdır ki, birbaşa onluğa dəysin. Həyat son dərəcə qəlizdir... Biz çox əziyyət çəkdik. Xüsusən də son 30 ildə. Dostlarımla Rəşid Behbudov adına Mahnı Teatrına yığışırdıq. Ağır günlər idi, Qarabağı itirmişdik, başıaşağı gəzirdik, dili gödək, üzüqarayıq...

- Qeyd etdiniz ki, 30 il başıaşağı, üzüqara gəzirdiniz. Bəs indi necə?

- Başıaşağı gəzirdik ona görə ki, erməni dığası gəlib oturmuşdu evimin içində, stolmun yuxarı başında. İndi onları məhv etdik, Ali Baş Komandanımız demişkən, onları iti qovan kimi qovduq. 28 il bundan qabaq Qarabağ işğal olunanda dedim nə qədər ki, Qarabağ erməni işğalı altındadır lap aşağıdan yuxarıya qədər kim özünü kişi hesab edirsə, etsin, mən özümü kişi hesab eləmirəm. Kişilikdən istefa verirəm. Amma məlum hadisələrdə mənə zəng gəldi, dedilər ki, sizə Şuşadan zəng edirik. Kişilikdən istefa barədə ərizənizə baxıldı və ərizəniz qəbul olunmadı.

- Bu gün 18 yaşlı rayondan gələn saf, təmiz Seyran Səxavətlə qarşılaşsaydınız, ona nə deyərdiniz?

- Mərhum sənətkarımız Qədir Rüstəmovdan ilk və son müsahibəni mən almışam. Bir dəfə ona sual verdim ki, “səsiniz batsa, nə edərsiniz?”. Dedi ki, səsim batanda gələrsən deyərəm. İndi bu 18 yaşında Seyranla görüşməyim çətin məsələdir. O Seyran xeyli səhvlər edib, aydan arı, sudan duru olmayıb. Odsuz yaşaya bilmərik, amma odun bir ucu həyatdırsa, bir ucu da ölümdür. İnsan da bunlara oxşayır.

- Özünüz haqqında danışarkən qeyd etmisiniz ki, “İçimdə bir Seyran Səxavət ssenarisi var. Allahın mənə yazdığı ssenariləri oxuyuram”. Adətən ssenariləri siz yazırsınız. Allahın yazdığı bu ssenariyə hər hansı şikayətiniz yoxdur ki?

- Bu elə bir ssenaridir ki, onu redaktə etmək, yenidən yazmaq... İlahinin yazdığı ssenarini dəyişməyə kimin nə haqqı var? İndi başa düşürəm ki, mən o ssenaridə baş rolu - Seyran Səxavəti çox oynamamışam.

- Əlinizdə redaktə imkanı olsaydı, nələri dəyişərdiniz?

- Qələmim o qüdrətdə olsaydı, bizə kimi qonşu verirsə-versin, ermənini qonşuluqdan çıxarmasını yazardım. Onları hara salırsa- salsın, bizim qonşuluğumuzda salmasın.

Daha sonra 1813-1828-ci illərdə “Gülüstan və Türkmənçay” müqavilələrini yazmağa qoymazdım. O müqavilələr bizi iki hissəyə parçaladı.

- Demisiniz ki, təəccüblənməyən adamdan heç nə çıxmaz. Bu gün Seyran Səxavəti nə təəccübləndirir?

- Təəccüblənməyən adam ölüdür, tabutdur. Bu gün bir şeyə təəccüblənirəm ki, indi insalar heç nəyə təəccüblənmirlər. Bu, bəşəriyyətdə öz-özünə tormuzlanma yaradır. İnsan beynində iki milyondan artıq hüceyrə var, hər dəfə təəccüblənəndə onlardan 5-6-sı açılır. Açılmayanda sən olursan bir meyit, yaxşı qoyun əti.

- Bu gün telekanallarda bayağı verilişlər, ailə-məişət mövzuları tez-tez təqdim olunur. Bu məsələyə münasibətiniz necədir?

- Bu mövzuya heç mənim münasibətim yoxdur. Bunun özü də bir münasibətdir. Mən iyərnirəm, ürəyim bulanır onları görəndə. Ailə nədir, nə zaman ailə olur? Ailə sirri deyilən bir şey var. Reytinq xatirinə, pul xatirinə... Mən o pulu onlara halal eləmirəm. Azərbaycan televiziyasında antisanitariya ilə məşğuldurlar. Onları bağışlamıram. Onların qazandıqları pul burunlarından gəlsin, haramları olsun. Həmin verilişlərə də elə adamları ekspert kimi çıxarırlar ki, özünün min problemi var. Durub rayondan gələn bir avam insana ağıl verir. O rayondan gələnə də deyən lazımdır, oradan bura bax nəyə gəlmisən, nə gəzirsən verilişdə? Bizdə milli şüur sıfırdan aşağıdır. Milli şüuru tənzimləyən, cilalayan təhsildir. Təhsil isə milli şüurun özündən də aşağıdır. Onun özünün köməyə ehtiyacı var. Darmadağın olub. Ümumiyyətlə, bizdə bütün dəyərləri vururlar. Bəzən düşünürəm ki, sanki bizdə bir təşkilat var, ancaq Azərbaycan dəyərlərini vurmaqla məşğuldur.

- Bir dəfə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı çıxmısınız.

- Komitəyə qarşı çıxmamışam. Komitənin adına qarşı çıxmışam, yaxşı da eləmişəm. Ailə, Qadın, Uşaq Problemləri üzrə... Bəs biz kişilərin ailəyə aidiyyəti yoxdur? Kişinin ailəyə aidiyyəti yoxdur? O qədər absurd və gülməli addır ki... Kim qoyub bu qurumun adını? Elə ad olar? Elə “Ailə” komitəsi olsun də. Ailəyə qadın da gedir, uşaq da.

- Bu gün əsas mövzulardan biri Qarabağın işğaldan azad olunmasıdır. Niyə Qarabağdan bəhs edən ssenari yazmırsınız deyəndə qeyd etmisiniz ki, “Qarabağ artıq ədəbiyyat mövzusu olmaqdan çıxıb. Xalqa kitabda alınan Qarabağ lazım deyil”. Bəs bu gün necə düşünürsünüz?

- Biz Qarabağı kitabda yox, həyatda azad etdik. O vaxt bu fikri çox hikkə ilə demişdim ki, Qarabağ ədəbiyyat mövzusu deyil, onu döyüşərək, döyüş meydanında almaq lazımdır. Kitabda, romanda alınan Qarabağ mənə lazım deyil. Hələ ki, bu fikirdəyəm, bəlkə sabah başqa bir fikirdə olacam, bilmirəm. Azərbaycan əsgəri, Ali Baş Komandan elə bir ssenari yazdı ki... Mən hərifəm? Oturum ssenari yazım, onun yanında adi görünsün?

- Ötən ay dünyaca məşhur alimimiz Rafiq Əliyevlə söhbətimizdə qeyd etdi ki, coğrafi ərazilərimizi işğaldan azad edə bilsək də, mənəvi ərazilərimiz hələ də işğal altındadır. Bu fikirlə razısınızmı?

- Rafiq Əliyev dünya masştablı şəxsiyyətdir. Dostum olduğu üçün demirəm, düz deyir. Mənəvi ərazilərimizi azad edib müəyyən səviyyəyə qaldırmaq üçün bizim yaxşı təhsilə ehtiyacımız var.

- Maraqlı söhbət üçün təşəkkür edirik. Seyran müəllim, son olaraq yeni yaşınızda özünüzə nə arzu edirsiniz?

- Allah onu nəzərə almır. Gərək insanlar sənə nəsə arzu etsin. O kişidən bir diləyim var ki, mən həmişə at belində, hərəkətdə olmuşam. Məni o tərəfə aparanda bir anın içində, yuxudan aparsın. Bu zamana qədər heç kimə əziyyət verməmişəm, vermək də istəmirəm.

- Doğum gününüzü necə qeyd edəcəksiniz?

-Dostlarım əlaqə saxlayır. Hərə bir yerə dəvət edir. Mən plan qurmuram, nə plan quracam? Ən böyük plan odur ki, dünyaya gəlmişəm.

Moderator.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru