Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                 

“İlham Əliyev etimadı təzələmək, əlini gücləndirib danışıqlara getmək istəyir” - Sülhəddin Əkbər
Tarix: 20-12-2023, 10:22 | Çap et
“İlham Əliyev etimadı təzələmək, əlini gücləndirib danışıqlara getmək istəyir”
Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik sahəsi üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika.info”ya müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginlik, eləcə də regionda və ölkədə gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Azərbaycan-Ermənistan sülh danışıqlarındakı son vəziyyət necədir? Ermənistan tərəfi deyib ki, yanvarda Xarici İşlər nazirlərinin Vaşinqtonda görüşü gözlənilir. Azərbaycan isə bunu hələlik təsdiqləməyib. Tərəflər arasında əsir mübadiləsi oldu, beynəlxalq tədbirilərin keçirilməsində qarşılıqlı addımlar atdılar. Sizcə sülhə doğru gedən yolda bir aydınlq yaranıbmı?

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı bir daha onu göstərdi ki, danışıqlar birbaşa gedəndə müəyyən nəticəyə gəlmək daha asandır, realdır və mümkündür. Mən lap əvvəldən birbaşa ikitərəfli danışıqların tərəfdarı olmuşam və Azərbaycanın belə bir xəttə üstünlük verməsini istəmişəm. Təcrübə də onu göstərir ki, bu, doğru xəttdir və mən bundan sonra da bu xəttin davam etdirilməsinin tərəfdarıyam. Həmçinin, ABŞ və Avropa Birliyi də ikitərəfli danışıqlar formatını dəstəkləyir. Bilirsiniz ki, sülh müqaviləsinin mətni üzərində iş gedir. Tərəflərin, xüsusən də Ermənistanın açıqlamalarından belə aydın olur ki, prinsipial məsələlər əsasən razılaşdırılıb. Anladığım qədəri ilə hələlik razılaşdırılmayan məsələ Ermənistan tərəfinin Azərbaycanın erməni əsilli sakinlərinin hüquqları, xüsusən də Qarabağa qayıdışına müqavilədə yer verilməsini istəməsi ilə bağlıdır. Düşünürəm ki, bu halda Azərbaycan tərəfi də Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın məsələsini gündəmə gətirə bilər. Mən bunun doğru addım olacağına inanıram.

Təəssüf ki, biz üçtərəfli anlaşmada ciddi iki səhvə yol vermişdik. Biri o idi ki, sənəddə “Laçın dəhlizi” ifadəsi işlədildiyi halda, “Zəngəzur dəhlizi” ifadəsi işlənməmişdi. Bizim qalib gəldiyimiz halda qarşılıqlı bərabərlik prinsipi pozulmuşdu. İkincisi, ilkin niyyətdə anklavların qaytarılması məsələsi var idi. Lakin erməni tərəfi dirəndi və onu razılaşmadan çıxardı. Biz yenidən səhvlər buraxmamalıydıq. Prinsipcə, erməni əsilli Azərbaycan sakinlərinin hüquqları məsələsi bizim daxili işimiz olduğuna görə, bu beynəlxalq müqavilə olacaq sənəddə olmamalıdır. Yox, əgər qarşı tərəf dirənəcəksə, onda deportasiya olunmuş Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın da məsələsi adekvat şəkildə qarşıya qoyulmalıdır. Bir xüsusi nüansa da diqqət etmək lazımdır ki, prosesdə beynəlxalq vasitəçi olmamalıdır.

- Ermənistan beynəlxalq vasitəçilərin olmasında israr edir…

- Məlumdur. Beynəlxalq vasitəçi olacaqsa, onlar hər zaman Azərbaycanın daxili işlərinə qarışıb, müdaxilələr edəcəklər. Çünki burada beynəlxalaq vasitəçi dedikdə böyük güclər – Fransa, Avropa Birliyindən olan dövlətlər və Rusiya nəzərdə tutulur. Onlar demokratiya, milli azlıqların mədəni hüquqlarının pozulması kimi bəhanələrlə müdaxilə etməyə çalışacaqlar. Biz buna imkan verməməliyik. Əgər böyük güclər müdaxilə etməzsə, sülh müqaviləsinin imzalanması üçün ciddi bir maneə yoxdur. Ancaq qeyd etdiyim kimi, bu danışıqlar birbaşa getməli, beynəlxalq təminatçıların həmin sənəddə imzası olmamalıdır. Erməni tərəfi də razılaşmalıdır ki, Azərbaycandan könüllü gedən erməni əsilli vətəndaşların məsələsi bu sazişdə ola bilməz. Çünki bu, dövlətlərarası sazişdir və Azərbaycanın daxili məsələsidr. Əgər Azərbaycan sülh naminə buna gedərsə, o halda adekvat şəkildə Qərbi Azərbaycandan deportasiya olunmuş vətəndaşlarımızın hüquqları məsələsi də bu sazişə salınmalıdır.

- Bəs Rusiyanın mövqeyi necə balanslaşdırılacaq? Rusiyadan son vaxtlar xüsusən də Ermənistana qarşı hədə tonunda xəbərdarlıqlar gəlir. Rusiya bəyan edir ki, Qərbin regiona gətirilməsi, proseslərdə aktiv iştirakı vəziyyəti ancaq gərginləşdirə bilər. Rusiyanın iradəsindən kənar sülh danışıqlarının irəliləməsi mümkündürmü?

- Bəli, Rusiya bundan çox ciddi narahatdır və hadisələrin inkişafı Rusiya-Ermənistan münasibətlərinin getdikcə gərginləşdiyini göstərir. Xüsusən də siyasi və diplomatik müstəvidə vəziyyət gərgindir. Hələlik iqtisadi və hərbi sahədə belə bir şey görmürük. Lakin hərbi sahədə onu deyə bilərik ki, məsələn, Ermənistan KTMT-də yüksək səviyyədə iştirakdan imtina edir, Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa və Hindistan kimi ölkələrlə hərbi - texniki sahədə əməkdaşlığa atılır. Təbii ki, bu intensiv əməkdaşlığın sonunda gözlənilir ki, ABŞ və Avropa Birliyi Ermənistana təkliflər paketi hazırlasın. Yəqin ki, bu münasibətlərin perspektiv inkişafı ilə bağlı bir yol xəritəsi olacaq. Bunu da Rusiya anlayır. Qeyd edim ki, burada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması da bu yol xəritəsinə daxildir. Çünki sülh müqaviləsi olmadan Ermənistan- Azərbaycan, Ermənistan- Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin, kommunikasiyaların açılması və həmin ölkələrin regiondaxili inteqrasiyası, eləcə də regionun Avropaya inteqrasiyası problemli məsələdir.

- Deməli ciddi qarşıdurmalar hələ qabaqdadır…

- Bəli. Düşünürəm ki, Rusiyanın bölgədən çıxarılması, İranın bölgəyə girişinin qarşısının alınması çətin olacaq. Bunu hər iki tərəf də bilir. Ona görə də yaxın perspektivdə həm Rusiya-Ermənistan münasibətlərində, həm də regionda bir tərəfdə Rusiya-İran, digər tərəfdən də Ermənistana dəstək verən xarici güclər arasında gərginlik artacaq, qarşıdurma kəskinləşəcək. Ona görə mən şərtli danışırdım ki, sülh müqaviləsi hansı halda imzalana bilər. Əgər sülh müqaviləsinin imzalanmasını istəyən Azərbaycan, Türkiyə, Ermənistan, ABŞ və Avropa Birliyi qarşı tərəfdəki Rusiya, İran və Fransanı üstələyərsə, sülh müqaviləsinin imzalanması və yeni bir mərhələnin başlaması mümkündür. Buna görə də Azərbaycan çox diqqətli olmalıdır. Xüsusən də bu destruktiv qüvvələrin provokasiyalarından, şirnikləndirici oyunlarından qorunmaq lazımdır. Burada Azərbaycana yaxşı vədlər verilə, həm də pozuculuq fəaliyyətləri ola bilər. Ona görə də həm tərəflərin gerçək niyyətlərini öyrənmək, həm də provakasiyaları önləmək baxımından kəşfiyyat orqanlarının üzərinə böyük iş düşəcək.



- Dekabrın 19-da Soçidə Avrasiya İqtisadi Birliyinin sammiti olacaq, həmçinin 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək. Ermənistanın hakim dairələri Putinin bu görüşlərdə iştirak edəcəyini bildiriblər. Bu çərçivədə Putin - Paşinyan görüşününü keçirlməsi ilə bağlı müzakirələr gedir. Hələ ki, qarşılıqlı razılıq yoxdur amma bu, Ermənistan Rusiya münasibətlərinin aydınlaşdırılması baxımından vacib bir təmas hesab olunur. Siz də qeyd etdiniz ki, Rusiya Ermənistan münasibətlərindəki gərginlik yeni müstəviyə çıxa bilər. Bu baxımdan vəziyyəti necə dəyərləndirirsiniz? Rusiya Ermənistanda xaotik bir vəziyyət yaratmaq, Paşinyan hakimiyyətini devirmək və ya iradəsini sındırmaq baxımından hansı addımlar ata bilər?

- Diqqət edirsinizsə, Ermənistan hələlik Rusiya ilə münasibətləri kəsmək fikrində deyil. Yəni geri dönüşü olmayan addımlar atmır, xüsusən də hüquqi sahədə. Bunu ona görə etmir ki, qarşı tərəfin hələlik təklif paketi təqdim olunmayıb, yol xəritəsi yoxdur. Bunlar olmayana qədər Ermənistan Rusiya ilə münasibətləri pozmaq istiqamətində daha da irəli getməyəcək. Əsas addımlar siyasi, diplomatik sahədə olacaq. Amma nə zaman ki, təkliflər paketi təqdim olunacaq, yol xəritəsi cızılacaq və Ermənistana müəyyən təhlükəsizlik təminatları veriləcək, bax, onda Ermənistan Rusiyaya qarşı ciddi addımlar atmağa başlaya bilər. Rusiya bunun fərqindədir. Ona görə də Kremlin narahatlığı və narazılığı getdikcə artır. Əslində Rusiya hələ 2018-ci ildən narahtdır və elə o vaxtdan da çox ciddi cəhdləri olmuşdu. Onlar vəziyyəti dəyişməyə, seçkilərdə Paşinyan rejimini devirməyə, küçə hərəkatları, hərbçilərin qiyamını təşkil etməyə çalışdılar. Lakin bunların heç biri nəticə vermədi. Bundan sonra da verməyəcək. Yeni məhələdə terror və sui-qəsdlər ola bilər. Ona görə də burada kəşfiyyat və təhlükəsizlik xidmətlərinə böyük iş düşür. Yəni kəşfiyyat müharibəsi qızışa bilər. Bu, təkcə Ermənistanla Rusiya arasında olmayacaq. Burada Ermənistanın İran və Rusiyadan ayrılmasını istəyən güclər bir tərəfdə, Rusiya ilə İran, müəyyən mənada da Fransa digər tərəfdə olacaq, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin müharibəsi gedəcək. Bunun nə vaxt olacağına dair dəqiq tarix demək bir qədər çətindir. Mənə elə gəlir ki, qarşıdakı ilin birinci yarısı bu baxımdan aydınladıcı olacaq.

- Türkiyədən Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə bağlı bəyanatların sayı artıb. Bu yaxınlarda qardaş ökənin Xarici İşlər naziri Hakan Fidan Bakıda oldu. O, bildirdi ki, yeni sülh sazişi üçün texniki detalları çıxmaq şərtilə ciddi problem yoxdur. Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin də bəyanatında sülh üçün tarixci məqamın yetişdiyi qeyd olunurdu. Türkiyənin fəallaşması nədən xəbər verir? Sülh danışıqlarının müsbət nəticələnməsi üçün Ankaranın pozitiv rolu nədən ibarət ola bilər?

- Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə təbii ki, sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki onun strateji müttəfiqi qalib gəlib və bu qələbəni hüquqi baxımdan təsdiq etməyə ehtiyac var. Digər tərəfdən, Türkiyənin strateji maraqları var. Birincisi, bu müqavilə imzalansa, Türkiyənin strateji tərəfdaşı olan Azərbaycan güclənəcək. İkincisi, Türkiyə-Azərbaycan mütəfiqliyi güclənəcək. Üçüncüsü, Zəngəzur dəhlizi, Türkiyənin Ermənistanla sərhədləri açılacaq. Eyni zamanda Türkiyə təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda güclənəcək, Türkiyənin lideri olduğu Türk Dövlətləri Təşkilatının güclənməsi də yeni bir mərhələyə daxil olacaq. Həmçinin bu prosesdə Türkiyəyə olan ehtiyac da artacaq. Bir sözlə, Türkiyə həm öz, həm də Azərbaycanın maraqlarına görə sülh sazişinin imzalanmasında maraqlı tərəfdir. Ona görə də Azərbaycana verdiyi dəstəyi daha da gücləndirəcək.

Bir nüansı da qeyd etmək istəyirəm: Əgər gələcəkdə Ermənistan beynəlxalq təminatçı məsləsində dirəniş göstərsə, Azərbaycan da Türkiyənin təminatçılar arasında olmasını tələb edə bilər.

- Məlumdur ki, hadisələrin bu gedişatında Azərbaycanda növbədənkənar prezident seçkiləri qərarı verilib. Seçkinin bu proseslərlə əlaqəsi nədən ibarətdir? İqtidar niyə belə bir məqamda seçkiyə getdi?

- İki başlıca səbəb var. Biri daxili, biri isə xarici səbəbdir. Reallıq budur ki, Prezident İlham Əliyevin reytinqi hakimiyyətdə olduğu dövrlər ərzində ən yüksək səviyyədədir. Bunu bütün siyasilər, ekspertlər etiraf edirlər. Lakin onun Qarabağda əldə ətdiyi dividendlər zaman keçdikcə digər daxili amillərə görə zəifləyə bilər. Xarici səbəb isə odur ki, 44 günlük savaşdan, 23 saat davam edən anti-terror əməliyatından sonra başlayan xarici təzyiqlər zaman keçdikcə artacaq. Bu baxımdan İlham Əliyev, zaman nə qədər ki, onun xeyrinədir, seçki məsələsini bitirib, etimadı təzələmək, əlini gücləndirib danışıqlara getmək istəyir. Bir anlıq düşünün ki, seçki gedir və bu vaxt həm də sülh müqaviləsi imzalanır. Əlbəttə, bu, həm daxili, həm də xarici təzyiq üçün müqaviməti artıran bir amilə çevrilə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Dünən, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Dünən, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Dünən, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Dünən, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Dünən, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Dünən, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Dünən, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Dünən, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Dünən, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Dünən, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Dünən, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Dünən, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Dünən, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Dünən, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru