SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                 

“Azərbaycan hansı yolla olursa-olsun, ərazilərini azad edibsə, halal olsun!” - Fazil Mustafa
Tarix: 31-08-2022, 08:37 | Çap et
“Azərbaycan hansı yolla olursa-olsun, ərazilərini azad edibsə, halal olsun!”
Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri, iqtisadçı alim Qubad İbadoğlu sensasiya sayılacaq iddia ilə çıxış edib. O, sosial şəbəkə hesabında yazıb: “Azərbaycan rəsmilərindən Laçın yolunun çəkilişinə sərf olunan büdcəni, Laçından çıxarılan ermənilərə ödədiyi təzminat məbləğlərini açıqlamağı, şəffaf və hesabatlı olmağı tələb edir, Qarabağda korrupsiyaya son qoymağa çağırıram!”

Qeyd edək ki, onun bu paylaşımı dərhal erməni sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Erməni jurnalist Roman Baqdasaryan Q.İbadoğlunun paylaşımını skrin edərək, rusca oxucuları ilə bölüşüb. Belə bir iddia sosial şəbəkədə yayıldıqdan sonra bir sıra siyasi fəallar da məsələyə reaksiya verib. “Azərbaycan dövləti xüsusilə Zabuxda evləri salamat vermək qarşılığında ermənilərə kompensasiya ödəyib? Ümid edirəm ki, bu iddia yalandır! Əgər həqiqətən belə bir şey edilibsə, bu, hər mənada çox ciddi yanlışdır!” - statusların birində deyilir.

Qeyd edək ki, iddia ilə bağlı rəsmi açıqlama hələ ki yoxdur. diaaz.space-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Qarabağ və korrupsiya sözünün bir yerdə işlədilməsi Qarabağın 30 il davam edən işğaldan azad olunması və tarixi zəfərimiz kontekstində çox cılız görünür: “Bu eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən böyük işlərə, tarixi qayıdışımıza kölgə salır. Hesabatlılıq və şəffaflıq, əlbəttə, çox yaxşı amildir. Elə isə gəlin millət olaraq özümüzə hesabat verək, görək biz belə çətin beynəlxalq şərtlər içərisində və belə mürəkkəb regionda Qarabağı necə azad edə bildik. Hesablayaq görək biz 44 günlük müharibədə erməni işğalçı ordusunun silah və sursatını, döyüş texnikasını, hava hücum vasitələrini, tank və artilleriya qurğularını, şəxsi heyətini və. s məhv etməklə Ermənistana nə qədər maddi və mənəvi ziyan vurduq. Hesablayaq ki, 30 illik işğal dövründə ermənilər kənd və şəhərlərimizi, tarixi abidələrimizi, dini və mədəni tikililərimizi dağıtmaqla bizə nə qədər ziyan vurublar. Savadlı və xarici dil bilən iqtisadçılarımız bunları hesablasın və elə Avropanın müvafiq qurumları qarşısında bütün bunlarla bağlı Ermənistana qarşı iddia qaldırsınlar. Bu gün milli maraqlarımız bunu tələb edir.

Biz tarix qarşısında bir xalq olaraq milli hesabatımızı 44 günlük müharibədə verdik və alnıaçıq çıxdıq, postmüharibə dövründə də eyni prinsipiallıq və əzmkarlıqla davrandıq. Cəmisi bir neçə gün bundan öncə Laçına , Zabuxa, Susa qayıtdıq. Qarşıda bütün ərazilərimizdə qanunlarımızın tətbiqi və işləkliyini təmin etmək kimi vəzifələrimiz var. Laçının azad olunması bu istiqamətdə açar rolunu oynayırdı. Əsas məsələ budur. Görünür, bunlar kimlərisə narahat edir, kimlərinsə xoşuna gəlmir. İndiki vəziyyətdə özümüzü təftiş edib olub-olmayan məsələlərlə bağlı süni gündəm yaratmaqdansa enerjimizi ictimai mənafelərimiz baxımından daha faydalı olan işlərə sərf edək. Ermənilərə əleyhimizə istifadə üçün fürsətlər yaratmayaq".

Millət vəkili Fazil Mustafa isə bunları söylədi: “Azərbaycanda iki cür azərbaycanlı var: ağlı başında olanlar, olmayanlar. Ağlı başında olanlar məsələyə bu cür yanaşır ki, kiminlə istəyirsən danışıq apar, istəyirsən pulla, istəyirsən hərb yolu ilə, ərazilərimiz azad olunsun. Digərləri isə məsələyə sanki bu cür yanaşır ki, bu torpağı niyə azad etmişiniz, bizim nəyimizə lazımdır. Ümumiyyətlə, bizə, Azərbaycana nə lazımdır? Lap tutaq ki, ərazilərimizi azad edib, əlavə 10-20 milyon pul xərcləmişik. Nə olsun? Bu, maliyyə xərclərimizdən daha böyük vəsait deyil ki. Onda belə çıxır ki, Azərbaycan bütün sirlərini açıb ortaya qoymalıdır ki, torpaqlarını necə azad edib? Bizə torpağın azad olunması lazımdır. Bu torpağın azad olunmasına da ağıllı Azərbaycanın hamısı sevinir. Bəli, Azərbaycan bunun üçün qeyri-rəsmi yollarla müxtəlif addımlar atır. İndi bunların hamısı açıqlanmalıdır? Bəlkə onu da açıqlayaq ki, Ermənistanın daxilində nə qədər agentimiz var, onlara nə qədər pul xərcləmişik? Nə qədər Qarabağın içərisində agentimiz var, bəlkə onların şəkillərini çəkib şəffaf şəkildə göstərək, zati-aililəri də onu paylaşsınlar? Əlbəttə ki, ermənilər bu cür məlumatları göydə qapacaq. Ona görə heç bunu müzakirəyə çıxartmağın mənası yoxdur. Beləliklə, həmin yersiz ittihamlar məni o qədər təəccübləndirdi ki, sanki ərazilərimizin azad olunmasını narazılıqla qarşılayırlar. Əgər dövlətimiz bu məsələdə hansısa pulla nəyəsə nail olubsa, halal olsun dövlətimizə, dövlətimizin rəhbərinə! Hansı yolla Qarabağı azad ediblərsə, halal olsun! Ən başlıcası odur ki, həmin ittihamları deyənlərin kəndini Azərbaycan Ordusu işğaldan azad edib. Heç olmasa, onlar bu məsələyə daha həssas yanaşmalı idilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru