"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." .....                     Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq .....                     Lazım gələrsə, KTMT-dən çıxacağıq .....                     Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... .....                     Ağdamda 14 milyon manatlıq layihə: .....                     Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır .....                     Afaq Bəşirqızı əməliyyat olundu .....                     Rusiya Qarabağa qayıdır? .....                     Həm baha... həm də keyfiyyətsiz... .....                     Ermənistan Rusiya qazından xilas ola bilərmi? .....                     “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı .....                     “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı .....                     Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... .....                     İki günə Ermənistanın taleyi həll olunacaq .....                     Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi .....                     Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: .....                     İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı .....                     Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? .....                     Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb .....                     TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! .....                     7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... .....                     Astarada anasını öldürən şəxs: .....                     Acqarına imperiya ambisiyaları: .....                     Tikinti materialı şirkəti zərərdən qurtula bilmir .....                     Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü .....                     Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb .....                     Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                 

"Ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil"
Tarix: 4-08-2022, 08:44 | Çap et
"Ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil"
Avqustun 2-də Füzulidə 3 nəfər minaya düşüb. Minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı - 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynov ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşüblər. Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Ötən həftə isə Kəlbəcərdə briqada komandiri Vüqar İsbəndiyarov minaya düşdü, bir ayağı amputasiya edildi.

Nəzərə çatdıraq ki, 10 noyabr 2020-ci il bəyanatından 1 avqust 2022-ci il tarixədək olan müddətdə ermənilərin mina terroru nəticəsində 102 mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfər həlak olub. Eyni zamanda 124 hərbçi minaya düşüb, onlardan 7-si həlak olub.

Ermənilərin verdiyi mina xəritələri tam olmamaqla yanaşı, təqdim etdikləri xəritələr də maksimum 30 faiz düzgündür. Ötən 2 il müddətində dünya sanki bu mina terroruna kor olub! Qarabağda və Şərqi Zəngəzurda minatəmizləmə işlərinə beynəlxalq təşkilatlar niyə ciddi dəstək vermir, vəsait və böyük kontingent ayırmır? Axı burada söhbət insan talelərindən gedir!

Digər bir narahatedici məsələ odur ki, artıq neçənci dəfədir ki, minaya minatəmizləyənlər özləri düşür. Bu naşılıqdır, yoxsa başqa səbəblər var? Mümkündürmü minadan təmizlənmiş ərazilər sonradan Qarabağdakı erməni silahlı dəstələri, diversiya qrupları tərəfindən yenidən minalansın?

Bu arada Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında avqustun 3-də həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.

Bəs bu kifayətdirmi? Əlbəttə yox. Beynəlxalq qurumlar minatəmizləməyə dəstəyi niyə artırmır? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı ekspert Azad İsazadə “Yeni Müsavat”a danışıb:

“Beynəlxalq Attava Konvensiyası var, hansı piyada əleyhinə minaları qadağan edən konvensiyadır, Azərbaycan və Ermənistan vaxtilə bu konvensiyaya qoşulmamışdı. Bu da məntiqli idi, çünki müharibə şəraitində yaşayırdıq, bizdə faktiki cəbhə zonası idi və cəbhə zonası minalanırdı. Bu vəziyyət indiyə qədər də qalır, həmin konvensiyaya qoşulmamışıq. Amma konvensiyaya qoşulan ölkələrə kifayət qədər yardım ayrılır, lazımi texnikalar verilir. Biz hələ o qrantları tam formada əldə edə bilmirik. Amma bu o demək deyil ki, ayrı-ayrı ölkələr bizə köməklik etmir. Hansısa formada bəzi ölkələrdən texniki və maliyyə alırıq. Amma konvensiyaya qoşulandan sonra bütün bizə lazımi köməklik ediləcək. Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaq və Azərbaycan da həmin konvensiyaya qoşulacaq. Çünki bu problem uzun müddətlidir, yəni on illərlə bu problem öz həllini tapmayacaq. Hətta görürük ki, indinin özündə belə Avropanın hansısa ölkəsində Birinci və İkinci Dünya müharibəsindən qalmış minalar partlayır. Məsələn, təxminən 10-15 gün əvvəl ölkələrin birində meşə yanğınları başlayanda Birinci Dünya müharibəsindən qalan mina və sursatlar partlamışdı. Əsasən də yay mövsümündə təsərrüfat işləri vaxtı yaylağa qalxan çobanlar belə problemlə rastlaşa bilər. Biz sadəcə özümüz üçün müəyyənləşdirməliyik ki, hansı zonalar təhlükəlidir və orada iş aparılmalıdır. Amma bir daha qeyd edirəm ki, periodik olaraq bu problemlə rastlaşacayıq.

Digər tərəfdən, mina xəritələri heç vaxt yüz faiz düz olmur. Bizdə bu məsələ daha mürəkkəbdir. Çünki təxminən 1993-1994-cü ildə iki tərəf minaları basdırmağa başlamışdı. 1993-cü ilə qədər isə basdırılmış minaların, ümumiyyətlə, xəritəsi yoxdur. Ona görə də anlamalıyıq ki, ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil.

Həmçinin minalardan başqa torpaqda partlamamış sursatlar da kifayət qədər var. Onlar minadan heç də az təhlükə yaratmır. Belə ki, onlar torpağa düşür, partlamır, daha sonra üzərini ot basır və nə vaxtsa kimsə orada kənd təsərrüfatı işi aparanda partlayır. Deməli, burada təkcə təmizlik deyil, maarfiləndirmə, izahat işləri aparmalıyıq, əsasən də kənd yerlərində. Doğrudur, bu işlər Qırmızı Xaç Komitəsi tərəfindən aparılır, amma lazımdır ki, daha geniş aparılsın.

O ki qaldı minadan təmizlənmiş ərazilərin sonradan Qarabağdakı erməni silahlı dəstələri, diversiya qrupları tərəfindən yenidən minalanmasına, bu məsələni istisna etmirəm. Çox güman ki, bu baş verir, baxmayaraq ki, əlimizdə fakt yoxdur. Bir şeyi başa düşməliyik ki, minalar uzunmüddətli təsirə malikdir. Deməli, minanın dünən, yoxsa 10 il öncə basdırılması əsas deyil, əsas odur ki, o, nə vaxtsa partlaya bilər. Başa düşməliyik ki, düşmən bütün fürsətlərdən istifadə edəcək. Ona görə də həmin minaları axtarıb tapmalı, təmizləməliyik. Yeni basdırılan minaları daha rahat tapmaq olur, nəinki köhnələri, çünki onlar paslanmış olur və tapmaq çətinləşir. Bəzən isə birinci toxunmadan partlamaya bilir, bu zaman insanlar arxayınlaşır ki, ərazidə heç nə yoxdur. İkinci, üçüncü toxunuşdan sonra mina partlamış olur və belə bir fikir yaranır ki, yəqin mina yenicə basdırılıb".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." - MÜRACİƏT
Bu gün, 11:39
Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq
Bu gün, 11:33
Lazım gələrsə, KTMT-dən çıxacağıq - Paşinyan
Bu gün, 11:20
Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Bu gün, 11:18
Ağdamda 14 milyon manatlıq layihə: - “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır
Bu gün, 11:15
Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır - 6 milyon ayrıldı
Bu gün, 11:12
Afaq Bəşirqızı əməliyyat olundu - əməliyyat riskli olsa da...
Bu gün, 10:58
Rusiya Qarabağa qayıdır? – Bakıya qəfil REVERANSLAR
Bu gün, 10:56
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11
Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10
İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06
Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01
Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru