"Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                 

"Bu məsuliyyətsiz çıxışlar cəmiyyəti çaşdırmaqdan başqa bir şey deyil" - deputat
Tarix: 2-12-2021, 10:02 | Çap et
"Bu məsuliyyətsiz çıxışlar cəmiyyəti çaşdırmaqdan başqa bir şey deyil"
Bəzi tanınmış simalar, o cümlədən də siyasətçilər COVİD 19 virusuna qarşı peyvənd olunmayıblar. Onlar bunu peyvəndə qarşı olmaqla əsaslandırırlar. Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) lideri Əli İnsanov da peyvənddən imtina edənlər siyahısındadır. Məşhur həkim, professor və sabiq səhiyyə naziri olmasına rəğmən, Əli İnsanov nümunə olmaq əvəzinə, peyvənd olunmaqdan imtina edir.

Yeri gəlmişkən, Əli İnsanov noyabrın 27-də paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən toy mərasiminə buraxılmayıb. Səbəb sabiq səhiyyə nazirinin peyvənd sertifikatının olmaması idi.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də ixtisasca həkimdir. Lakin o da COVİD-19 virusuna skeptik yanaşanlardandır. ”Yeni Müsavat"a açıqlamasında Əli Əliyev peyvənd olunmadığına görə universitetə buraxılmadığını bildirdi: “Dünya ikiyə bölünüb. Bir qisim insanlar məcburən peyvənd olunursa, digər qisim bundan imtina edir. Peyvənd olunmamışam, olmaq niyyətim də yoxdur. İnsanları məcbur etmək konstitusiyaya ziddir. Məni buna görə universitetə dərsə buraxmırlar. Bəşəriyyətə qarşı müharibə gedir. Bu, bioloji müharibədir”.

Xatırladaq ki, Əli Əliyev “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verdiyinə görə sentyabrın 22-də Baş Prokurorluğa dəvət edilmişdi. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həkim-cərrah Rəşad Mahmudov mətbuata açıqlamasında Əli Əliyevin bu mövqeyinin yolverilməz olduğunu, antipeyvənd çağırışının doğru olmadığını bildirmişdi: “Əli Əliyevin bir müddət bundan öncə ölkəmizdə və dünyada COVİD-19 infeksiyası əleyhinə aparılan vaksinasiya prosesinə inanmadığını, peyvənd olunmayacağını bildirməsi, siyasi fəaliyyətində olduğu kimi cəmiyyəti manipulyasiya etməyə və onların həyatı üçün təhlükə yaratmağa hesablanıb. Bu, təsadüfi bir səhv ola bilməz. Çünki ixtisası tibb olan və Tibb Universitetini “əla” qiymətlərlə bitirən bir şəxsin müasir, sübuta yetirilmiş statistikaya əsaslanan elmə deyil, sosial şəbəkələrdəki heç bir elmi əsası olmayan fikirlərə və dedi-qodulara istinad etməsi gülünc və absurd səslənir. Dünya ölkələri içərisində koronavirusa qarşı ən effektiv mübarizə aparan Azərbaycanın bu sahədəki fəaliyyəti hətta ÜST səviyyəsində də etiraf edilib və dəstəklənib. Dünyanın və eləcə də Avropanın bir sıra ölkələri vaksinasiya prosesində maliyyə imkanlarına görə ciddi problemlər yaşayırlar. Bunu Qərb mətbuatına nəzər salmaqla aydın görmək olur. Hamıya məlumdur ki, koronavirusa qarşı ən effektiv mübarizə metodu vaksinasiya prosesindən keçir və o vaksinə həsədlə baxan, lakin imkansızlığa görə vətəndaşını vaksinlə təmin edə bilməyən ölkələr var. Azərbaycan dövləti isə bütün problemlər və əngəllərə baxmayaraq, vətəndaşının yanındadır, daima xalqını və millətini düşünür! Siyasi məqsədləri üçün bu effektiv metoda qarşı antitəbliğat aparanlar unutmasınlar ki, onlar məhz vətəndaşların təhlükəsizliyinə qarşı çıxır, onların həyatı üzərində oyun oynayırlar. Bu məsuliyyətsiz çıxışlar cəmiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Çirkin siyasi məqsədlərinin əsirinə çevrilən bu tip adamların hətta “koronavirus infeksiyası Azərbaycan hökuməti tərəfindən yaradılıb” demək potensialı da var".

Peyvəndlə bağlı tərəddüdlər var. Bu, reallıqdır. Görünən odur ki, maarifləndirmə və müəyyən məhdudiyyətlərin olması da bunun qarşısını ala bilmir. Avstriya hökuməti isə daha sərt tədbir həyata keçirəcək. Belə ki, COVİD-19-a qarşı məcburi peyvəndin tətbiqi ilə bağlı qanun layihəsinə əsasən, məcburi koronavirus peyvəndi 2022-ci ilin fevralından Avstriyada yaşayan bütün insanlara şamil ediləcək. Peyvənddən imtinaya görə 3 600 avro və ya dörd ay həbs cəzası tətbiq olunacaq.İstisnalar peyvəndlə əlaqədar həyat və sağlamlıq riski altında olan şəxsləri, hamilə qadınlar və 12 yaşınadək yeniyetmələri əhatə edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru