Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                 

“İlham Əliyev bu görüşə güclü əllə gedir” - Partiya sədri
Tarix: 25-11-2021, 10:23 | Çap et
“İlham Əliyev bu görüşə güclü əllə gedir”
Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da, ehtimal olunur ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasına dair razılaşma olacaq.

"AzPolitika.info" mövzuyla bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.

- Sərdar bəy, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüsseldə görüşü planlaşdırılsa da, Moskva dərhal prosesə müdaxilə etdi və noyabrın 26-da Soçidə üçtərəfli görüşün təşkilinə nail oldu. Sizcə, hansı proseslər gedir və Soçi görüşü nə ilə nəticələnə bilər?

- Əvvəla, görünən odur ki, Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə gedir. Əslinə baxsaq, heç bir təsir qüvvəsinin Azərbaycana və Ermənistana canı yanmır. Məqsəd sadəcə yaranan situasiyadan istifadə edərək burada öz maraqlarını təmin etməkdir. Moskva istəmir ki, bu regiona başqa güc mərkəzləri müdaxilə etsin, mövqelərini gücləndirsin, təsirini artırsın. Ona görə də çalışır ki, Avropa İttifaqı prosesdən kənarda saxlanılsın. Eyni zamanda həm Ermənistan, həm də Azərbaycana başa salmaq istəyir ki, heç bir halda Avropa İttifaqını bu posesə qoşmasınlar. İndiki halda bunun üçün təzyiqlərin daha çox Nikol Paşinyana ediləcəyi gözləniləndir.

Konkret olaraq Soçi görüşünə gəldikdə, mən buradan yeni heç nə gözləmirəm. Onsuz da 2020-ci ilin 10 noyabrında müharibəyə son qoyan üçtərəfli razılaşmanın maddələrinin çoxu yerinə yetirilməyib. Üstəlik, yeni müqavilənin imzalanması üçün də heç bir zəmin yoxdur. Əlbəttə, Vladimir Putin çalışıb təzyiq edəcək ki, hansısa bir bəyannamə imzalansın.

- Təxminən necə bir bəyanat imzalana bilər?

- Mənim qənaətimcə, Putin çalışacaq ki, hər iki tərəfə təzyiq etsin, nəticədə Rusiyanın maraqlarına uyğun gələn hansısa bir bəyanat verilsin və ya qərar qəbul edilsin. Mən hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparmalıdır. Başqa sözlə, hərbi sahədə əldə etdiyimiz nailiyyəti diplomatik masada davam etdirmək lazımdır. Biz müxalifət olaraq bunun üçün hakimiyyətə hər cür dəstək verməyə hazırıq.

- Sərdar bəy, müharibədən bir il zaman keçdikdən sonra Moskva tərəflərin heç bir əhəmiyyəti olmayan hansısa bəyanat verməsi üçün niyə görüş təşkil etsin?...

- Ehtimal edirəm ki, Soçidə baş tutacaq üçtərəfli görüşün sonunda bəyanat, bəyannamə və ya qərar ortaya çıxacaq. Əks halda üç dövlət başçısının bir araya gəlib heç bir qərar vermədən ayrılması mənasız olardı. Əslində, təcrübə də göstərir ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə qəbul edilən qərarlar məhz Moskvanın xeyrinə olur. Bu səbəbdən də həmin görüşdə hansısa bəyannamə qəbul edilməlidir ki, Moskva Avropa İttifaqına yerini göstərsin. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın və ya Ermənistanın maraqları Rusiyanı maraqlandırmır.

- Cəmiyyətin gözləntiləri daha çox sülh müqaviləsinin imzalanması və ya iki dövlət arasında sərhədlərin delimitasiyasının aparılmasına dair qərarlarla bağlıdır...

- Mənim fikrimcə, indiki halda bu məsələlərin gündəmə gəlməsi real deyil. Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxın olanda bu məsələlər gündəmə gələcək. İndiki halda bu məsələ gündəmi zəbt etmək çün ortaya atılan məsələlərdir. Zənnimcə, indi belə sənədin imzalanması gözlənilən deyil. Noyabrın 16-da Azərbaycan və Ermənistan arasında müharibə olub. Belə bir vəziyyətdə hansı sülh müqaviləsindən danışmaq olar? Üstəlik, Ermənistanın özündə böyük narazılıq var, müxalifət Paşinyana qarşı sürət götürməyə cəhdlər edir. Belə bir vəziyyətdə saziş gözlənilən deyil. Yəni mümkün görünmür, mövcud şərtlər buna imkan yaratmır. Paşinyan ölkəsini müstəqilləşdirmək istəyir. Rusiya da bunun əleyhinədir. Paşinyan Qərbə inteqrasiyaya cəhd edir, Moskva buna qarşıdır. Paşinyan başqa dövlətləri Qarabağ prosesinə cəlb etməyə çalışır, ruslar buna da qarşıdır. Belə bir vəziyyətdə Paşinyan üçün asan deyil ki, sülh istiqamətində addım atsın. Başqa sözlə, Paşinyanın durumu İlham Əliyevlə müqayisədə həddən artıq çətindir. İlham Əliyev işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini işğaldan azad etməyə nail olub və bu mənada əhalinin ona rəğbəti var. Üstəlik, xalqından kart-blanş da alıb. Nikol Paşinyan isə bütün bunlardan məhrumdur. Ona görə də Paşinyan asanlıqla sülh müqaviləsinə imza atmayacaq.

- Bəs Soçiyə gedərkən İlham Əliyevin çantasında nələr olacaq?...

- Mənə elə gəlir ki, İlham Əliyev Rusiyaya Xankəndi və digər məsələlərlə bağlı alternativ fikirlər apara bilər. Mən bunu Rusiya-Azərbaycan münasibətləri kontekstində deyirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində də müəyyən problemli məsələlər var. Bu problemlərin həlli üçün də addımlar atılmalı, işlər görülməlidir. Mənim fikrimcə, İlham Əliyev Soçiyə güclü əl kimi gedir. Əvvəla, dediyim kimi, daxildən dəstəyi var, üstəlik, Türkiyə və Pakistan kimi ölkələr tərəfindən dəstəklənir. Azərbaycan cəmiyyətində Qarabağ məsələsinə görə İlham Əliyev iqtidar-müxalifət məsələsi olmadan dəstəklənir. Bunlar hamısı müsbət amillər olmaqla yanaşı İlham Əliyevin əlini gücləndirən faktorlardır. Odur ki, İlham Əliyev Soçidə daha çox addımlar ata bilər.

- Bütün bunlardan sonra dekabrın 15-nə planlaşdırılan Brüssel görüşündən nə gözləyirsiniz?

- Mən heç nə gözləmirəm.Avropa İttifaqı çalışır ki, öz mövcudluğunu göstərsin, imkan varsa regionda oyunçuya çevrilsin.

- Avropa İttifaqının prosesə cəlb olunması məsələnin Rusiyanın inhisarından çıxarılması üçün nə dərəcədə effektiv ola bilər?

- Mənim şəxsi qənaətim belədir ki, bu prosesə Türkiyədən savayı kim qatılsa, bizim xeyrimizə olmayacaq. Avropa Birliyində ən böyük iki söz sahibindən biri Fransadır. Fransanın son fəaliyyəti göz önündədir. Son 30 ildə Ermənistana açıq dəstək verib. Odur ki, mən Avropa İttifaqı daxil olmaqla, başqa oyunçuların prosesdə iştirak etməsinin bizə hansısa xeyir gətirəcəyi düşüncəsində deyiləm. Müharibədən əvvəl, müharibə dövründə və ondan sonra biz gördük ki, Türkiyə birmənalı bizi müdafiə edir. Bu mənada regionda Türkiyənin güclənməsi bizim üçün daha vacibdir, nəinki başqa qüvvələrin.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru