Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                 

"İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil" - Aqil Abbas
Tarix: 19-11-2021, 09:40 | Çap et
"İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil"
Deputat Tahir Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlamentin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

Deputat bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdır deyə, belə münasibət göstərmək olmaz”.

Spiker həmkarının çıxışına sərt reaksiya verib: “Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbiləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq”.

Dövlətin azad olunmuş torpaqlarla, şəhid və qazilərlə bağlı bu qədər qayğıları olduğu bir vaxtda kimlərinsə dövlətin hesabına maşınını təzələmək, hətta Milli Məclis işçilərinə ev tikməyi təklif etmək nə qədər ədalətdir? Ümumiyyətlə, məmurların dövlətdən imtiyazları əldə etməsi, onun “boynuna minməsi”, büdcə hesabına 100 işçinin illik maşına bərabər bahalı maşınlar alması praktikasına nə vaxt son qoyulacaq?

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür rəy bildirdi: “Tahir Kərimli belə bir fikirlər səsləndirdi, lakin Sahibə Qafarova cavabını verdi. Hazırda əsas vəzifəmiz ondan ibarətdir ki, Qarabağa qayıdış edək, orada tikinti, quruculuq işləri aparaq. Heç təsəvvür edirsinizmi ora nə qədər xərc çəkilir? Təkcə Ağdam üçün böyük vəsaitlər lazımdır. Bu səbəbdən Tahir Kərimlinin dedikləri etirazla qarşılandı. Əlbəttə ki, Tahir Kərimli deputatları deyil, Milli Məclisin işçilərini nəzərdə tutub dedi ki, maşınları təzələnsin. Amma ilin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil. Amma bir daha qeyd edirəm ki, Sahibə Qafarova ona lazımlı cavabı verdi”.

Millət vəkili Sabir Rüstəmxanlı dedi ki, həmin müzakirədə iştirak etməyib: “Ona görə də həmin məsələdən xəbərdar deyiləm. Lakin düşünürəm ki, Tahir Kərimli ola bilsin ki, nəyəsə əsaslanıb, ya da ki, Milli Məclisin işçilərindən kiminsə problemi olub deyə bu cür fikir səsləndirib. Təbii ki, Milli Məclisdə işləyənləri düşünmək lazımdır. Bir vaxt onlar üçün ev tikilirdi, lakin sonra bu məsələ yarımçıq qaldı. Aydın məsələdir ki, işçilərdən kiminsə evə, maşına ehtiyacı olsun. Lakin düşünürəm ki, indiki vaxtda bunu dilə gətirməyə ehtiyac yoxdur. Hələ müharibə bitməyib, Qarabağın bərpa edilməsi məsələsi və bunun üçün ortada böyük xərclər, problemlər var, həmçinin məcburi köçkünlər hələ doğma yurdlarına, torpaqlarına qayıtmayıblar, ölkədə digər sosial problemlər, işsizlik mövcuddur. Bu baxımdan hesab edirəm ki, bu cür məsələlər inkişaf proqramına uyğun olaraq həll edilməlidir”.

Millət vəkili Fazil Mustafa da məsələyə münasibət bildirib: “Əlbəttə ki, Milli Məclisin işçiləri də, eləcə də digər məmurların normal yaşayış şərtlərinə sahib olması, ümumiyyətlə, bütün vətəndaşların rifah içərisində yaşaması hamının istəyidir. Lakin elə şərtlər var ki, orada prioritet məsələyə daha çox diqqət etmək lazımdır.

Bu gün Azərbaycanda prioritet məsələ ilk növbədə şəhid ailələri, Qarabağ qaziləri, aztəminatlı ailələrdir. Bu gün onların sıxıntısı hamıdan çoxdur. Onların problemini çözməmiş digər problemləri diqqətə gətirəndə təbii ki, cəmiyyətdə narazılıq baş qaldırır. Həmçinin bu gün maaş almayan, evinə çörək apara bilməyən insan varsa və kiminsə öz maaşını daha çox tələb etməsi bir qədər uyğun gəlmir və bu, digər insanları incitmiş olur. Bu səbəbdən onların reaksiyasını da anlamaq lazımdır. Ümumiyyətlə, hər bir məsələdə obyektiv yanaşma olmalıdır. Əlbəttə, qeyd etdiyim kimi, məmurların da müəyyən sosial vəziyyətinin yaxşılaşdırılması ola bilər, lakin bunu bir qədər daha sonraya ertələmək olar. Düşünürəm ki, Milli Məclisin spikeri də bu aspektdən yanaşaraq, məsələyə mövqeyini bildirdi. Çünki özü də işçilərin sosial şifahinin yüksəlməsi üçün kifayət qədər ciddi addımlar atır. Diqqət edirsinizsə, son vaxtlar Milli Məclisdə təyinatlarda daha çox aşağı qatlarda olan insanlar yuxarı vəzifələrə çəkilir, həmçinin hansısa formada qanundankənar münasibətlər artıq yox dərəcəsindədir. Hesab edirəm ki, Tahir Kərimli səmimi olaraq həmin fikirləri səsləndirib. Yəqin ki, bilirsiniz, həmin iclasda şəhid ailələri ilə bağlı danışanda çox duyğusal, təsirli çıxış etdi. Yəni onun ürəyi bütün kateqoriyadan olan vətəndaşlara yanır. Lakin hər halda, belə məsələlərdə ehtiyatlı olmalıyıq ki, başqa təbəqədən olan, daha vacib təminat gözləyən insanların qəlbini incitməyək".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Tahir Kərimlinin ortaya atdığı məsələ heç də müzakirə mövzusu deyil: “Çünki Milli Məclisin ixtiyarı var ki, öz büdcəsini artırsın. Yəni öz maaşları, müavinətləri ilə bağlı niyə hökumətə və yaxud Prezidentə müraciət etməlidirlər? Əgər deputatlar hələ də bunu bilmir və üstəlik, ictimai müzakirə açırlarsa, ən azından məntiqsizlikdir. Dövlət büdcəsindən bu cür məsələlərə maliyyə ayrılmasına gəldikdə isə istənilən dövlətin büdcə xərcləri şəffaf olmalıdır. Onun tenderləri, dövlət satınalmaları ilə bağlı qaydalara uyğun aparılmalıdır. Məhz bu cür problemlər də ondan qaynaqlanır ki, bir çox hallarda büdcə xərcləri, tenderlər şəffaf deyil. Kimlərəsə bağlı, çox qısa müddətdə qeydiyyatdan keçmiş şirkətlər tenderləri udurlar, nəticədə dövlət büdcəsinin qeyri-rasional xərcləmələrinin şahidi oluruq. Buna görə də problemin qlobal olaraq həlli şəffaflığın artırılmasıdır. Hətta bəzi ölkələrin belə bir təcrübəsi var ki, böyük tenderlər keçirilərkən dövlət televiziya kanalları onu canlı yayımla göstərir. Bizdə də ona bənzər addımlar olmalıdır ki, bu xərclərin qeyri-şəffaflığı aradan qaldırılsın...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru