Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                 

"Gözəl arzulardır, amma reallıq tamam başqadır" - Natiq Cəfərli
Tarix: 18-11-2021, 08:25 | Çap et
"Gözəl arzulardır, amma reallıq tamam başqadır"
Azərbaycan hökuməti neftdən asılılığı sıfıra endirməyi qarşısına məqsəd qoyub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdəki çıxışında bildirib. O, MM-də 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur: “Bu istiqamətdə Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb”.

Nazir bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2030-cu illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası təsdiq olunub: “Bunun üçün 5 milli prioritet müəyyənləşdirilib. Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir. Ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik baş verəcək: İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq. Strategiyanın artıq başlıca istiqamətləri formalaşdırılıb. Strategiya layihəsində 70-dək strateji alt başlıq layihəsi üzrə 839-dək strateji dəyişiklik edilməsi nəzərdə tutulub”.

M.Cabbarov qeyd edib ki, 2022-2026-cı illər üzrə yeni inkişaf planının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib: “Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır”.

Onun sözlərinə görə, Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətini (ABƏŞ) çıxmaq şərti ilə cari ilin ilk doqquz ayında özəl sektora investisiyalarda 11 faiz real artım müşahidə olunub: “Hazırda növbəti 5 ili əhatə edən və bu ilin əvvəlində ölkə başçısı tərəfindən təsdiq edilən inkişaf prioritetlərinə uyğun tərtib edilən strateji inkişaf planı təsdiqlənmə ərəfəsindədir. İnkişafın əsas drayverləri kimi özəl sektorun və dövlət-özəl tərəfdaşlığının alətlərini müəyyənləşdirən bu sənəd baş nazirin ümumi rəhbərliyi ilə 10 işçi qrupu tərəfindən hazırlanaraq ölkənin inkişaf perspektivlərini ehtiva edir”.

Qeyd edək ki, Azərbaycanın 2022-ci il dövlət büdcəsi gəlirlərinin 54,8 faizi və ya 14 milyard 690 milyon manatının neft sektorunun, 45,2 faizi və ya 12 milyard 126 milyon manatının isə qeyri-neft sektorunun payına düşməsi nəzərdə tutulur. 2021-ci ilin gözlənilən göstərici ilə müqayisədə 2022-ci ildə büdcənin neft sektorundan gəlirləri 6,6 faiz, qeyri-neft sektorundan gəlirləri isə 4,1 faiz artacaq.

Neft sektoru üzrə büdcə gəlirlərinin 86,5 faizi və ya 12 milyard 710 milyon manatı Dövlət Neft Fondundan transfert ediləcək, 1 milyard 980 milyon manatı isə vergi orqanlarının neft sektoru üzrə büdcə daxilolmalarının payına düşəcək.

Hazırda ölkə iqtisadiyyatında neft-qaz sektorunun payı yüksək olaraq qalmaqdadır. Belə ki, rəsmi məlumatlara əsasən 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 milyard dollar təşkil edib ki, bunun cəmi 2 milyard 50 milyon dolları qeyri-neft sektoru məhsullarıdır. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607.2 milyon dollar və ya 42 faiz artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz artaraq 582,2 milyon dollar təşkil edib. Bu dövrdə qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar üzrə 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr üzrə 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları üzrə 59,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar üzrə 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlar üzrə isə 4,3 faiz artım qeydə alınıb.

İqtisadiyyat nazirinin dediyinə görə, 2021-ci ilin yekununda Azərbaycanda iqtisadi artımın 5 faizdən çox olması proqnozlaşdırılır. İndiyədək ölkədə qeyri-neft sektoruna 510-dan çox investisiya təşviqi sənədi verilib.

Azərbaycanın neftdənkənar sahədə əsas inkişaf prioritetləri sırasında kənd təsərrüfatı və turizm yüksək yer tutur. Xüsusilə 2015-2016-cı illər böhranından sonra bu sahələrin inkişafı istiqamətində çoxsaylı addımlar atılıb. Lakin bu iki istiqamətdən neft gəlirlərini əvəzləyəcək qədər gəlirin əldə olunması qeyri-real olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artıb.

ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb. Göründüyü kimi, kənd təsərrüfatı və turizmin ölkə ÜDM-də payı çox cüzi rəqəmlərlə ifadə olunmaqdadır.

Bu şəraitdə Azərbaycanda 2030-cu ilədək iqtisadiyyatın neftdən asılılığını kəskin azaltmaq mümkündürmü? Bunun üçün hansı addımlar atılmalıdır? Hansı potensial sahələr var ki, neft gəlirlərinin payını minimuma endirəcək qədər yüksək gəlirlilik təmin olunsun?

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hökumətin neftdən asılılığı azaltmaq planları neçə illərdir qurulur: “Gözəl arzulardır, amma reallıq tamam başqadır. Əvvəl ondan başlayaq ki, 2012-ci ildə ”Azərbaycan-2020" konsepsiyası qəbul edilmişdi. Bu sənəddə də gözəl arzular, istəklər, cümlələr, hədəflər var idi, amma tutmadı, hökumət çıxıb izah etmədi ki, nədən bu konsepsiya suya düşdü, niyə yerinə yetirilmədi, səhvlər harada idi, nəyi necə düzəltmək lazımdır - yəni heç bir analiz görmədik. İndi isə növbəti arzuların ifadəsini görürük, hələ də problemlərin kökü haqqında heç bir analiz yoxdur.

Gəlin rəqəmlərin dili ilə danışaq:

1) “Azərbaycan -2020" konsepsiyasında əsas hədəflərdən biri o idi ki, 2020-ci ildə məmləkətdə adambaşına düşən ÜDM 13000 dollar olacaq, reallıqda isə 2020-ci ildə adambaşına düşən ÜDM 4271 dollar oldu - yəni hədəfdən 3 dəfə az göstərici ilə proqramı yekunlaşdırdılar, buna görə kimsə cavab verdimi?!

2) “Azərbaycan-2020" konsepsiyasında hədəf qoymuşdular ki, proqram tamamlananda, 2020-ci ildə məmləkətdə qeyri-neft sektorunun ixracı adambaşına 1000 dollar olacaq, reallıqda isə 2020-ci ildə adambaşına 189 dollarlıq qeyri-neft ixracı baş verdi - yəni hədəfdən 5 dəfə az real rəqəmlərlə rastlaşdıq. Bəs bu məsələyə görə kimsə cavabdehlik daşıdımı, səbəblər analiz edildimi?!”

Ekspertin fikrincə, qarşıya qoyulan hədəflərə çatılması üçün dərin islahatlar aparılmalıdır: “Siyahını uzatmaq da olar, amma məncə, məğzi aydındır - ölkədə iqtisadi, sosial problemlərin həllini sadəcə arzulamaqla bu iş baş tuta bilməz. Həll yolu iqtisadiyyatda da deyil, əsas səbəblər idarəetmə sisteminin dəyişdirilməsində, məhkəmə hakimiyyəti və hüquq-mühafizə sahəsinin islahatlarındadır. Bunu deməkdən yorulduq, amma söyləməyə davam edəcəyik - ölkədə rifaha gedən yol konstitusiyanın dəyişdirilməsindən, yeni idarəetmə sisteminin qurulmasından keçir”.

İqtisadçı-alim Elşad Məmmədov hesab edir ki, Azərbaycan hələ uzun illər, hətta onilliklər boyu neft amilinə bağlı ölkə kimi qalacaq: “Neftin Azərbaycan iqtisadiyyatına təsirinin sıfıra salınmasından yaxın onilliklər ərzində söhbət gedə bilməz. Əgər biz enerjidaşıyıcısı kimi neftin rolundan danışarıqsa, onda bəli, düşünürəm ki, buna getmək lazımdır. Bu, dünya iqtisadiyyatındakı texnoloji trendlərlə bağlıdır: qlobal səviyyədə ənənəvi enerjidaşıyıcılarından yaşıl enerjiyə keçid prosesi gedir. Bu prosesə Azərbaycanın da qoşulması labüddür, ölkədə alternativ enerjiyə keçid getməlidir. Belə keçid qlobal trendin tələbidir və onunla hesablaşmaq lazımdır. Neftin perspektivinə gəlincə, onun emalı sahəsinə böyük diqqət yetirilməlidir. Regional iqtisadi inteqrasiya şəraitində Azərbaycanın ən perspektivli inkişaf potensialı məhz neft emalı ilə bağlıdır. Biz bu məhsulu xammal kimi deyil, hazır son məhsul kimi satmağı təşkil etməliyik. Neft-kimya sənayesinin inkişafı əsas prioritetlərimizdən biri olmalıdır”.

İqtisadçı-alim bildirir ki, neftin emalı prosesini dərinləşdirmək Azərbaycan üçün ortamüddətli dövrdə əsas istiqamətlərdən birini təşkil etməlidir: “Neftin dərin emalı yolu ilə çox böyük çeşidli məhsulların istehsalını qurmaq mümkündür. Bu gün biz əczaçılıq sahəsini inkişaf etdirməyə çalışırıq. Neft-kimya sənayesi burada əsas xammal təchizatçısı qismində çıxış edir. Biz bu sahəni qurmalıyıq ölkəmizdə. Hazırda dərman təchizatında idxaldan çox böyük asılılığımız var. Neft-kimya sənayesini yüksək inkişaf səviyyəsinə çatdırmaqla daxili tələbatı ödəməklə yanaşı, ixracatı da təmin etmək imkanımız var. Bunlarla yanaşı, həm kənd təsərrüfatı, onun emal sektorunun, həm də sənayenin inkişafı üçün potensial var. Yəni əsas diqqəti rəqabət qabiliyyətli məhsul istehsalına yönəltməliyik ki, bazar problemi ilə üzləşməyək”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru