Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                 

“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var” - ÇAĞIRIŞ
Tarix: 13-11-2021, 08:44 | Çap et
“Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var”
“Azərbaycanda məhkumların saxlanması üçün ayrılan vəsait azaldıla bilər. Çünki hər bir məhbusun cəzaçəkmə müəssisələrində saxlanılması vəsait tələb edir”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. “Gələcəkdə ağır cinayət törətməyən məhbusların evdə və digər yerlərdə saxlanılması məsələsinə də baxıla bilər. Biz bununla da xərclərimizi azalda bilərik. Bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib”, - nazir vurğulayıb.

Onun bu təklifi ekspertlər tərəfindən də dəstəklənib. Bu şəkildə həm dövlət büdcəsi üzərindəki həbsxanaların saxlanılması yükü bir qədər azala bilər, həm də yüngül cinayət törədənlər həbsxanalara düşüb oradakı mühitin təsiri ilə islah olmaq əvəzinə daha qatı cinayətkara, potensial qatilə dönüb illər sonra cəmiyyətə qatılmazlar. Ev həbsində onların üzərindəki sabit məhkum damğası da daha zəif olar və adaptasiya prosesində çətinlik çəkməzlər.

Mövzu ilə bağlı şərh verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda məhbusların sayı və ümumiyyətlə, Cinayət Məcəlləsində olan müddəalarının dəyişdirilməsi bir neçə illərdir müzakirə mövzusudur: “Təbii ki, Azərbaycanda ilk növbədə bu addımı atmaq üçün Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsinə ehtiyac var. Yüngül və az ağır cinayətlərlə bağlı ola bilər ki, cərimə sistemi tətbiq edilsin. Bəzi ölkələrdə olduğu kimi cərimələr tətbiq oluna və ya məhkəmə xərclərinin həmin şəxsin üzərinə qoyulması yolu ilə çəkindirici addım kimi maliyyə sanksiyaları ola bilər. Təbii ki, ev həbsi və yaxud elektron qolbaqların tətbiqi də mümkündür ki, bir çox ölkələrin praktikasında da bu xərclərin xeyli azalmasına gətirib çıxarıb. Hətta yüngül və az ağır cinayətlər törətmiş şəxslərə böyük maliyyə sanksiyalarının tətbiqi ilə məhkəmə sistemində və hüquq-mühafizə orqanları sistemində müəyyən dərəcədə büdcə yükünün azaldılmasına nail olmaq olar. Yəni xərclərin bir hissəsinin həmin cərimələr vasitəsilə ödənilməsi mümkündür. Amma dediyim kimi, bunun üçün ilk növbədə Cinayət Məcəlləsinə ciddi dəyişikliklərin olunmasına ehtiyac var. Ümumiyyətlə, Cinayət Məcəlləsinin sovet təsirlərindən qurtulmasına ehtiyac var. Çünki bir çox müddəalar ya sovetin təcrübəsinə, ya da Rusiya qanunvericiliyinə əsaslanıb. Cinayət Məcəlləsinə yenidən baxılmasına və yeni yanaşmanın ortaya qoyulmasına ehtiyac var”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə də bildirdi ki, bu fikri dəstəkləyir və həbsxanalarda həddindən artıq sıxlıq faktı var: “Samir müəllimin konkret bir sahə üzrə maliyyə yükünün ağırlığı ilə bağlı verdiyi açıqlama və narahatlıq başa düşüləndir və biz hüquq müdafiəçiləri olaraq bu fikri dəstəkləyirik. Uzun zamandır müəyyən yollar axtarılır ki, dövlətin müxtəlif sahələrdə lazımsız maliyyə yükü azaldılsın. Elə onlardan biri də pentensiar sahə ilə bağlıdır. Hazırda penitensiar sahədə çox böyük sıxlıq müşahidə olunur. Cənab prezidentin təşəbbüsü ilə verilmiş amnistiya aktın 16 min insana şamil ediləcəyi qeyd edilir. Amma onu da nəzərə almalıyıq ki, 3 min nəfər şəxs cəzaçəkmə müəssisəsindən azad olunacaq. Yerdə qalanların cəzası azaldılacaq və ya cəzanın digər növləri şamil olunacaq. Təxminən 3 min nəfər həbsxanalardan azad olunacaq, bu azdır. İndi ümid edirik ki, cənab prezident növbəti dəfə böyük bir əfv aktı imzalanacaq. Yenə də xeyli sayda insan cəzaçəkmə müəssisəsindən azad olunacaqlar.

Amma bunlar fərdi addımdır. Ümumilikdə biz elə etməliyik ki, cəzaçəkmə müəssisələrinə daxilolmalar azalsın. Ona görə təbii ki, biz həm Cinayət Məcəlləsinə, həm Cinayət Prosessual Məcəlləsinə yenidən baxmalıyıq. İndiyə qədər iki ilə qədər sanksiyada həbs cəzası nəzərdə tutulmurdu, iki ildən az olmamaq şərtiylə nəzərdə tutulurdu. İki ildən az idisə onlar barəsində həbs qətimkan tədbiri seçilmirdi. Elə hesab edirəm ki, bu cəza müddətini artırmaq lazımdır. Yəni 2 yox, hardasa 3-5 ilə qədər həbs cəzası nəzərdə tutulan maddələrlə istintaq aparılırsa, onların haqqında qətimkan tədbirinin seçilməsi ən son günə, yəni məhkəmənin hökmü elan etdiyi günə qədər təxirə salınmalıdır. Şəxs azadlıqda olmalıdır, dəymiş zərərin ödənilməsinə çalışmalıdır və dövlət onun təminat yükündən azad olmalıdır. Bir də ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı məsələyə yenidən baxılmalıdır. Cəza məsələsinə yenidən baxmaq lazımdır. Ümumiyyətlə, kompleks şəkildə düşünülməlidir".

Ç.Qənizadə vurğuladı ki, həqiqətən dövlətin bu sahədə maliyyə yükünü azaltmaq üçün biz qanunvericiliyə yenidən baxmalıyıq: “Məhkəmə istintaq təcrübəsində həbsli cəzaların və həbs qətimkan tədbirlərinin seçilməsində, eyni zamanda lazımsız yerə 4 ay müddətində həbs qətimkan tədbirlərinin seçilməsindən uzaq olmalıyıq. Çünki bəzən törədilən əmələ görə 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi başa düşülən deyil. O baxımdan bunlar hamısı təbii ki, yükdür. İstər istintaq təcridxanasında olanlar, istər barəsində hökm çıxarılanlar hamısı dövlət təminatındadır. Məhkumların sayı azalmalıdır və istintaq altında olan, barələrində həbs qətimkan tədbiri seçilib istintaqı gedən şəxslərin barəsində humanist addımlar atılmalı, dərhal həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməməlidir. Bunu da elə etmək lazımdır ki, şikayətçi və zərərçəkən tərəf dövlətdən və hüquq-mühafizə orqanlarından narazı qalmasın. Sadəcə, dəyən zərərin ödənilməsi üçün, törədilən cinayətin nəticələrinin aradan qaldırılması üçün insanlara müəyyən müddətə şans verilməlidir. Ən azı istintaqın həbssiz aparılıb, məhkəmənin hökmünə qədər onlara bu şəraitin yaradılmasını təmin etmək lazımdır. Amma ağır, xüsusilə ağır cinayətlər törədənlər var ki, təbii ki, burda tərəfin biri də Azərbaycan vətəndaşıdır, onlar narazı qalmasınlar deyə bu məsələyə həssas yanaşmaq, lazımi cəzaları təyin etmək olar. Ümumiyyətlə, ölkədə cəza siyasətinə yenidən baxılmalıdır”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru