Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                 

"Onu belə danışmağa Ermənistandakı revanşist millətçi düşüncə sahibləri məcbur edir" - deputat
Tarix: 12-11-2021, 08:57 | Çap et
"Onu belə danışmağa Ermənistandakı revanşist millətçi düşüncə sahibləri məcbur edir"
10 noyabr atəşkəs bəyanatının üzərindən keçən 1 il ərzində Ermənistan və Rusiya məlum bəyanatda nəzərdə tutulan müddəları yerinə yetirmədi. Üstəlik Ermənistan baş naziri Azərbaycanın “Zəfər Günü”ndə yerli mətbuata müsahibə verərək heç bir danışıqlarda iştirak etməyəcəyini bildirib. Ermənistanda Rusiya siyasətinə qarşı etirazlar baş qaldırıb. Görünən odur ki, Azərbaycan regionda sülh sazişinin imzalanması, kommunikasiyaların açılması istiqamətində nəticələr gözləsə də, Rusiya özünün region maraqlarını bizə “diqtə” etməyə çalışır, Ermənistan revanşist niyyətlərindən əl çəkmir. Maraqlıdır, hazırda Rusiyanın vasitəçilik etdiyi region hadisələri hansı istiqamətə yön alıb və 1 ildən sonra icraasını gözlədiyimiz məlum müddüəlar nə vaxt yerinə yetiriləcək? Bu istiqamətdə hafta.az-a müsahibə verən Milli Məclisin spiker müavini Fəzail İbrahimli maraqlı nüanslara diqqət çəkib.

-Fəzail müəllim, məğlub Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atsa da, həmin sənəddə əksini tapan müddəalar yerinə yetirilmir. Necə hesab edirsiz, regionda gedən proseslər bundan sonra hansı istiqamətdə inkişaf edəcək?

-10 noyabr Azərbaycanın tarixinə qələbə yazan bir tarixdir. 200 ildən artıq müddətdə yaradılan “böyük Ermənistan” ideologiyası Azərbaycanın 44 günlük zəfəri ilə məhv edildi. Paşinyan kapitulyasiya aktına imza atmağa məcbur edildi. 10 noyabr bəyanatı Ağdamın, Kəlbəcərin, Laçının bir güllə atılmadan işağalçılardan təmizlənməsi, daha artıq şəhid verməyimizin qarşısını aldı. Bizim ordu bu torpaqları onsuz da döyüşərək alacaqdı. Amma bu bəyanatın imzalanması artıq qanın tökülməsinin qarşısı aldı. Məhz bu, 10 noyabr sazişinin cəmiyyətə verdiyi böyük uğur idi.

Ermənistanın baş naziri Paşinyan bu bəyanata ona görə imza atdı ki, Azərbaycan Ordusunun bir neçə saat ərzində Xankəndiyə daxil olaraq oranı da təmizləyəcəyini bilib qorxdu. O, kapitulyasiyaya imza atdı ki, manevr etmək imkanı yaransın. Təbii ki, bunun da arxasında bir erməni məkri var. Çünki ermənidə təslim olmaq, hansısa sənədə imza atmaq mərdliyi yoxdur. Ermənilər həmişə xain, yaramaz, qorxulu addımlarla yaşayıblar. Təbii ki, Ermənistan bu kapitulyasiyaya Rusiyanın vasitəçiliyi ilə imza atdı. Çünki Rusiya əlindən çıxmış Paşinyanı tərbiyə etmək, ona dərs vermək, “mənsiz sənin günün budur, 200 illik tarixdə bir dəfə sənin arxanda durmadım, bax aqibətin belə oldu”-dedi. Beləliklə Rusiya həm Paşinyanı qazandı, həm də 1992-ci ildə Azərbaycandan çıxarılan rus qoşunları, indi də “sühsevər” qüvvə kimi təzədən regiona qayıtdı. Rusiya bu prosesin təminatçısı kimi öz dərsini ortaya qoydu.

-Bəs indi, Ermənistan baş nazirini “danışıqlara getməyəcəyik” ifadəsini işlətməyə nə məcbur edir?

- Onu belə danışmağa Ermənistandakı revanşist millətçi düşüncə sahibləri məcbur edir. Eləcə də kömək aldıqları, Avropa, Amerika lobbiləri. Bir yandan da Fransa erməninin qulağına “möhkəm ol, dayan, biz ATƏT xəttini işə salaq” -deyə pıçıldayırlar. Ona görə də Paşinyan ortada cərcənək qalıb. Ölkənin baş naziri olsa da, heç də qibtə olunacaq vəziyyətdə deyil.

Məlumdur ki, Paşinyanın siyasi əleyhdarları hər fürsətdə ona qarşı kampaniyalar aparır. Əvvəlki hakimiyyət - Köçəryan, Sərkisyan bu xalqın nifrətini qazandığı üçün xalq onları yox, məğlub baş naziri təzədən seçir. Burda Hitlerin “pis adamları görəndə itə hörmətim artır” prinsipi işləndi. Paşinyan müharibədə məğlub da olsa, xalq çox gözəl bilirdi ki, buna səbəb “Qarabağ klanı”nın özbaşınalığı, ordudakı korrupsiya, yalançı məğlubedilməz ordu mifi ilə xalqı talamalarıdır. Bunlar “Qarabağ kartı”nı ortaya qoyub onun üzərində özlərinin hakimiyyətini davam etdirdilər və xalq bunu anladı. Və Paşinyan fürsətdən istifadə edərək qalib gəldi. Amma indi çox çətin durumda qalıb. Bir tərəfdən Rusiyadan imtina edib Qərbə meyllənən Paşinyan başa düşdü ki, boynu Rusiyanın qoltuğundadır, vursa gözü çıxar. O biri tərəfdən də Avropa, Qərb erməniyə “sevgimiz bu qədərmiş?” mahnısını oxuyur. Erməni lobbilərinin səbr kasası tükənib. Bu yaxınlarda Ermənistanda “rədd olsun Rusiya” şüarı altında keçirilən mitinq buna misaldır. Görünür ki, bu millət də hansı vəziyyətdə olduğunu başa düşür. Ona görə də hələ narahatdırlar, vurnuxurlar.

Ermənistan hakimiyyəti o klandan qurtulandan sonra dərk edirlər ki, Ermənistan nəfəs almalıdır, o yollar açılmalıdır. Ermənistan dünyadan təcrid olunaraq yaşaya bilməz. Düzdür, cənub qonşumuz onlara nəfəs verir, amma bu, nə qədər davam edə bilər. Ermənistanın iqtisadiyyatı çöküb, siyasəti uğursuz, maddi durumu aşağı, insanların inamı sarsılıb. Belə bir vəziyyətdə Ermənistanın bir yolu qalır; Azərbaycanın şərtlərinə uyğun olaraq adımlar atmağa məcburdur. Unutmayaq ki, kafiri cəhənnəmə döyə-döyə yollayırlar. Bu kafirləri də cəhənnəmə o cür yollayacağıq. Əminəm ki, Paşinyan gec – tez imzasına da riayət edəcək, o yol da çəkiləcək, Zəngəzur dəhlizi də açılacaq. Azərbaycan Prezidenti dediyi kimi bunu etməyəcək, etdirəcəyik.

-Fəzail müəllim, 10 noyabr bəyanatında göstərilən əsas müddüəlardan biri də silahlı ermənilərin ərazilərimizdən çıxarılması və köçkünlərin öz yurdlarına qaytarılmasıdır. Bu proses sülhməramlıların erməniləri o yerlərdə yerləşdirməsi ilə birtərəfli şəkildə icra olunur. Bəs bizim camaat öz yerlərinə nə vaxt köçürüləcək?

- Bütün bunların zamana ehtiyacı var. Zaman hər şeyi qaydasına qoyacaq. Əsas məsələni həll edib, siyasi dominantlıq səlahiyyətini əldə etmişik. Ermənilər ağır məğlubiyyətə düçar edilib. 200 ildən artıq bu milləti əsir edən “böyük ermənistan” ideologiyasının tabutuna sonuncu mismarı vurmuşuq. Azərbaycan Prezidenti öz sözünün arxasında durur, dediyi sözə, atdığı imzaya hörmətlə yanaşır. Çünki bu dövlətin, xalqın rəhbəridir. Xalq da çox gözəl bilir ki, onun rəhbəri nəyi harda edəcəyini çox gözəl bilir.

-İndi bəziləri bu məsələdə hakimiyyəti qınayırlar. Bu barədə nə deyərdiz?

-Ataların gözəl misalı var; deyir, canavara nə qədər yem versən, yenə meşəyə baxır. Çünki bu onun xislətidir. Əqrəbə də nə qədər bal versən, zəhərə çevirir. Belə danışanlar da çörəyini bundan qazanır. O yol qazanc yoludu. Orda vətənpərvərlik, mlli qürur, vətən sevgisi yoxdur, orda ancaq başqalarının düşüncəsini gündəmə gətirib, yaşamaq var. Bu boyda zəfərdən sonra, 1992-ci ilin hakimiyyəti dövründə ermənilərə təslim edilən Şuşadan hərbi qüvvələri çıxardıb Milli Məclisin ətrafına yığan insanların susmağı çox böyük uğur olardı. Bu zəfərə kölgə salmaq, ermənilərin əlinə işləməkdir və məyusluğudur. Çünki onların düşüncəsi, fəaliyyəti qapandı. Arzusu gözündə, istəyi də ürəyində qalıb, ona görə də çabalamalıdırlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru