Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                 

"Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz" - deputat
Tarix: 12-11-2021, 08:53 | Çap et
"Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz"
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada etdiyi çıxışında maraqlı bir detal “Yeni Müsavat”ın diqqətini çəkib. Dövlət başçısı çıxış edərkən bir neçə dəfə Xankəndinin görüntüləri də efirə gedib. Dövlət başçısının çıxış etdiyi Cıdır düzündən Xankəndinin aydın görüntülərini almaq mümkündür. Amma ilk dəfədir Prezidentin çıxışı zamanı Xankəndinin görüntüləri efirə verilib ki, bu da təsadüfi ola bilməz.

Dövlət başçısı çıxışında Azərbaycanın ədalətli müharibə apardığını və döyüş meydanında düşməni məğlub etdiyini deyib. O qeyd edib ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmadığı üçün Azərbaycan ərazilərini hərbi yolla azad edib. “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”, - deyə Prezident Əliyev bildirib. Çıxışında Ali Baş Komandan qeyd edib ki, Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, yenə də Azərbaycanın dəmir yumruğunu görəcəklər.

Məlumdur ki, əsas revanşist qüvvələr Ermənistanda cəmləşsə də, Xankəndində də bu cür əhval-ruhiyyəli silahlı qüvvələr var. Bu silahlılar hələ də qanunsuz olaraq Azərbaycan ərazilərində qalırlar və ara-sıra təxribatlar törətmək cəhdləri edirlər. Bu təxribatlar isə əsasən Şuşa istiqamətində baş verir ki, sonuncu insident də buna sübutdur. Əlbəttə ki, dövlət başçısının çıxışında mesajların bir ünvanı da Xankəndi və ətraf bölgələrdəki Araik Arutyunyan kimi siyasi təxribatçılara, diversant qruplaşmalara yönəlib. Məlumdur ki, İ.Əliyevin xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər. Bu dəfə Xankəndini göstərməklə həmin mesajların ünvanı daha da konkretləşdirildi. Qarabağa qayıtmış ermənilər bu çıxışından öz paylarını aldılar, qalır doğru-dürüst nəticə çıxarmaq... Bəs Prezidentin çıxış etdiyi zaman kadrlarda Xankəndinin tez-tez görünməsini bir işarə kimi qiymətləndirmək olarmı? Burada eyham varmı?

Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Prezident çıxış etdiyi vaxt Xankəndinin tez-tez efirdə göstərilməsi bir eyham ola bilər. Onun sözlərinə görə, Ali Baş Komandan sözünü açıq şəkildə söyləyib və dediyi fikrin də sahibidir. B.Sadıqov qeyd etdi ki, Xankəndi Azərbaycanın suveren ərazisidir və indi onlara düşünmək üçün vaxtı verilib: “Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz, digər millətlərlə eyni hüquqlardan istifadə etmək haqqınız var. Amma status olmayacaq, cəhənnəmdədir və kim onu gətirmək istəyirsə dalınca gedə bilər. Eyni zamanda üçtərəfli bəyanatda göstərilib, erməni silahlı dəstələri ərazilərdən çıxmalıdır. Ancaq indiyə qədər çıxmayıblar və bəzən bəzi qruplar təxribatlara yol verir. Buna baxmayaraq, Ordumuz tərəfindən onların qarşısı alınır, qətiyyətlə susdurulur, bizdən üzr istəyirlər və sülhməramlıların xahişini nəzərə alıb cəzalandırmırıq, geri qayıtmalarına şərait yaradırıq”.

B.Sadıqov hesab edir ki, Prezidentin sözü və əməli eynidir, addımları ilə mövqeyini möhkəmləndirir: “Dövlət başçısı deyib ki, nəyi, nə vaxt etməyi yaxşı bilirəm”. Deputatın fikrincə, Ermənistandan Xankəndinə gələn rəsmilər bilməlidirlər ki, bu cür hərəkətlərinə son qoymağın da bir zamanı var: “Azərbaycan boş dayanmayıb, iş aparır. Cənab İlham Əliyev hörmətli Ərdoğanla birlikdə Zəngəzur dəhlizinin təməlini qoyubsa, deməli, məqsədə çatılacaq və digər məsələlər də həllini tapacaq. Azərbaycan öz ərazilərinə sahibdir və qalib ölkədir. Artıq azad edilən bölgələrdə quruculuq işləri gedir, status mövzusu yoxdur, ermənilərin arabir şıltaqlıqları isə keçmişdə qalır. Əgər davam etsələr, gələcəkdə 44 günlük müharibədə olanları onlara yaşada bilərik”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov hesab edir ki, üçtərəfli bəyanatın bütün bəndləri icra olunmalıdır və Azərbaycanın daha 30 il gözləmək vaxtı yoxdur. Onun sözlərinə görə, biz 44 günlük savaşda 3 min şəhid verməmişik ki, indi ermənilər ərazilərimizdə vaxtaşırı təxribatlara əl atsınlar. Politoloqun fikrincə, sülhməramlılardan qalxan kimi istifadə edən ermənilərin pozucu hərəkətlərini davam etdirməsinə imkan verilməyəcək və Azərbaycan terrorçu qrupların təmizlənməsi üçün antiterror əməliyyatlarını başlamaq hüququnu özündə saxlayır.

X.Bəşirov Prezidentin Şuşada çıxışı zamanı efirdə tez-tez Xankəndinin göstərilməsini təsadüf saymır: “Böyük ehtimal ki, bir eyham var. Yəni arifə bir işarə də kifayət edir. Əslində bu qələbə Azərbaycan dövlətinin və xalqınındır. Sadəcə, bəzi problemlər var və biri də Xankəndi məsələsidir. Əgər ərazi bütövlüyümüz bərpa olunubsa, deməli, Xankəndi də bizim ərazimizdir. Ona görə bu qələbədən Xankəndinə də pay düşür. Amma qanunsuz silahlı birləşmələr bölgədən çıxmayıb, üçtərəfli bəyanatın 4-cü bəndi pozulub. Hesab edirəm ki, biz Xankəndinə gedib-gəldikdən sonra bu məsələ həll olunacaq”.

Ekspertin sözlərinə görə, Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilər oradakı cinayətkar rejimdən qurtulmağa yaxındırlar: “Onların təxribatları Xankəndində yaşayan dinc erməni sakinlərə nə qazandırır? Mülki əhali bunu istəyirmi? Məncə, yox. Sadəcə, həmişə bu hiyləgər siyasəti yürüdüblər, indi Zəfərin bir ilini qeyd edirik və bu təxribatları davam edirlər, psixoloji təzyiq etməyə çalışırlar. Bütün bunlar əbəsdir, 44 günlük sülhə məcburetmə əməliyyatı ilə gücümüzü sübut etdik, bu prosesin həllində də bizə heç bir qüvvə mane ola bilməz. Sadəcə, zaman lazımdır. Onlar ilk gündən üçtərəfli bəyanatı pozmağa çalışırlar və istəyirlər ki, bizi hövsələdən çıxarsınlar, adekvat cavab verək, vəziyyət gərginləşsin, ondan sonra götürdükləri öhdəlikləri yerinə yetirməsinlər. Lakin Azərbaycan sülhün, bölgədə sabitliyin tərəfdarıdır, Ermənistandan fərqli olaraq...”
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru