Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                 

Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı - notaya reaksiyalar
Tarix: 18-08-2021, 08:31 | Çap et
Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı
Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. “Yeni Müsavat”ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, onun çıxışı İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və sosial mediada bu işlərdən çox uzaq olan, lakin ona hücum üçün bəhanə gəzən adamların dedi-qodu kampaniyasına çevrilib.

Məsələn, İsveçdə yaşayan Eldar Qaradağlı sosial media hesabında Sabir Rüstəmxanlını ittiham edib: “Rüstəmxanlı çıxışında Xalq Mücahidlərinin lideri ”Xanım Rəcəvi"ni çoxlu tərif edib və bu təşkilatı öyüb. O deyib “İran xalqı” çox böyük və tarixi bir xalqdır və Məryəm Rəcəvi 80 milyonluq İran xalqının yükünü təkbaşına çəkir. O, eləcə də Xalq Mücahidlərinin “Təbrizdəki üzvləri” adına Məryəm Rəcəviyə salam göndərib və daha bir çox heyrətləndirən sözlər..."

S.Rüstəmxanlı isə deyib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib, onun İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakına və çıxışına etirazını bildirir, bunu İranın daxili işlərinə qarışmaq hesab edib: “Başqa bir yandan da İsveçdə yaşayan tanınmış güneyli soydaşımız Eldar Qaradağlının İranın Xarici İşlər Nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən yazılmış statusu yayılır. İstər-istəməz bir sual yaranır: xeyir olsun, bunlar haçandan belə anlaşıblar?”

Deputat deyib ki, çıxışının əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd edib.

S.Rüstəmxanlı İrandan gələn rəsmi etirazlara münasibət bildirərək deyib ki, Azərbaycan həmişə İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olub: “Azərbaycan dövlətinin rəsmi siyasəti İranın daxili işlərinə qarışmamaqdır. Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə ”şiə qardaş" deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist rejiminin siyasi alətindən başqa bir şey deyil. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda Türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağılamaq, haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?"

S.Rüstəmxanlıya həm İranın rəsmi dairələri, həm bəzi şəxslər tərəfindən hücumların olmasına görə reaksiyalar gəlməkdədir. Sosial mediada onun mövqeyini müdafiə edənlər var.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Sabir bəyin Azad İran konfransında etdiyi çıxışın mətni ilə tanış olmasa da, onun sonradan verdiyi şərhləri və ittihamlara cavabını oxuyub. F.Ağamalı vurğuladı ki, S.Rüstəmxanlı illər boyu cənublu soydaşlarımızın haqq və hüquqları uğrunda ardıcıl olaraq sözünü deyib, fəaliyyətini ortaya qoyub. F.Ağamalı həmkarının Azərbaycan türkləri ilə bərabər İranda yaşayan digər xalqların hüquqlarından da danışdığını qeyd etdi. Onun fikrincə, S.Rüstəmxanlı bu mövqeyinə görə hücuma məruz qalmalı deyil: “İran molla rejimi 30 ildir ermənilərin yanındadır, bizə müsəlman qardaşı deyib, Ermənistana qucaq açır, nəfəs verir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, İran da qardaş Türkiyə kimi Ermənistanla sərhədini bağlasın. Ancaq təəccüblü budur ki, İran rejimi hələ də Azərbaycan ərazisində separatçıların tör-töküntüləri olan ermənilərə yardımını göstərməkdədir. Halbuki dəfələrlə konkret faktlar sosial şəbəkələrdə göstərilib. Hətta müharibə dövründə Ermənistana gedən yüklərin qarşısının alınması üçün İranda olan dəyərli soydaşlarımız maşınların qabağını kəsdilər, birini də yandırdılar, ondan sonra maşınların girişi dayandırıldı. İndi Sabir bəy haqda sərt fikirlər söyləyənlər zəhmət çəkib buna dair münasibət ortaya qoysunlar - Xankəndi və ətrafda olan ermənilərə daşınan yüklər haqda izahat versinlər, biz də bilək ki, onun içində yanacaqdır, yoxsa nədir...”

Deputat qeyd etdi ki, Azərbaycan tərəfi haqlı olaraq İrana nota göndərib: “Ən müxtəlif kanallarla, diplomatik şəkildə etiraz çatdırıldı, amma yenə bu əməlləri davam etdirirsiniz. Əgər mehriban qonşuluq münasibətlərinin təmin olunmasını istəyirsinizsə, şeytan əməllərindən əl çəkin. Bizim İranın daxili işlərinə qarışmaq ixtiyarımız yoxdur. Sadəcə, insan haqları bəşəri yanaşmadır, biz istəyirik ki, soydaşlarımızın haqqı tanınsın, onların ana dilində təhsil almaq imkanı olsun, məktəbləri açılsın, onların hüquqlarını qoruyan fəal insanlar zindanda çürüdülməsin. Bu, bəşəri yanaşmadır. İstənilən yerdə hüquq tapdalanırsa, biz sözümüzü deməliyik. Avropaya, Amerikaya bundan da sərt çıxışlarımız olub, amma heç vaxt deməyiblər ki, niyə daxili işlərimiz qarışırsınız... İrandan da bunu gözləyirik. Ona görə Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı “Yeni Müsavat”a qeyd etdi ki, Sabir Rüstəmxanlı onlayn şəkildə bu qurultaya çıxışını göndərib: “Sabir Rüstəmxanlının harada çıxış etməsindən asılı olmayaraq, Bütöv Azərbaycan ideyasını əsas tutduğu hamı üçün bəllidir. Onun İran rejiminin maraqlarına xidmət edəcək bir addım atacağını və ya söz deyəcəyini düşmənləri belə dilə gətirməyib. Çünki buna heç kim inanmaz. Necə deyərlər, belə bir iftira şeytanın da ağlına gəlməzdi ki, bizim güneyli qardaşlarımızın ağlına gəlib və bu iftiranı təhlil edib nəticələr də çıxarıblar”.

N.Şərəfxanlının sözlərinə görə, həmin “politoloq” soydaşlarımız bilsinlər ki, Sabir bəyin həmin çıxışına görə İran rəsmi olaraq dövlət səviyyəsində Azərbaycana etirazını bildirib: “İkincisi, taktiki gedişlərində dəyişiklik edərək, İran rejiminə qarşı olan dünya güclərinin diqqətini öz üzərinə çəkən Xalq Mücahidləri təşkilatı istəsək də, istəməsək də rejimə qarşı beynəlxalq səviyyədə ən böyük gücdür. ”Düşmənimin düşməni mənim dostumdur" prinsipi siyasətin daimi qanunudur. Üçüncüsü, sosial şəbəkələrdə iftira və yersiz ittihamlar səsləndirən soydaşlarımız Güney Azərbaycanın dərdləri ilə bağlı nə zaman böyük bir konfrans və ya qurultay keçiriblər ki, orada ABŞ-ın və ya digər nüfuzlu dövlətin rəsmiləri iştirak etsin? Bilmək istəyirlərsə, Azərbaycanın parçalanma dərdi, İran adlanan yerdə milli və insani hüquqların pozulması haqda ABŞ və Avropa dövlətlərinin rəhbərləri ilə rəsmi görüşlərdə millət vəkili Sabir Rüstəmxanlı söz açıb. Dördüncüsü, Sabir Rüstəmxanlının həmin videoçıxışı zamanı mən şəxsən Sabir bəylə birgə olmuşam və çıxışda İran rejiminin mahiyyətindən, bu rejimin insanların hürriyyət, millətlərin istiqlal haqlarını pozmasından bəhs edib. Burada qəbahətli nə var ki? Azərbaycan ədəbiyyatına “Bütövlük” sözü ilə gəlib, siyasi mübarizəsini Bütöv Azərbaycan üzərində quran bir şəxsi nəinki İran rejiminə xidmət etməkdə, hətta bu rejimə nifrət etməməkdə günahlandırmaq ən yüngül şəkildə ifadə etsək, Allahsızlıqdır!"
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru