Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                 

“Moskvadan maaş alan trollar burada rus xofu yayırlar” - deputat
Tarix: 13-08-2021, 10:46 | Çap et
“Moskvadan maaş alan trollar burada rus xofu yayırlar”
Rəsmi Bakı işğaldan azad edilmiş Qarabağda son günlər baş verən proseslərlə bağlı narahatlığını dilə gətirdi. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş, hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın müddəalarının kobud şəkildə pozulduğu haqqında məlumat yaydı. Bildirildi ki, Bəyanatın 4-cü bəndinə uyğun olaraq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindən erməni silahlı terrorçuları tam şəkildə çıxarılmayıb. Rusiyaya çağırış edildi ki, Birgə Bəyanatın tələbinə əsasən bölgədəki terrorçu yaraqlılar oradan çıxarılmalıdır.

Bakının daha bir narahatlığı isə Qarabağa İrana aid yük maşınlarının gedib-gəlməsi oldu. Bu səbəbdən İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, ərazilərimizə qeyri-qanuni şəkildə daxil olan yük avtomobillərinin hesabı soruşuldu. Etiraz olaraq isə rəsmi Bakının notası səfirə təqdim edildi.

Baş verənlərlə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas fikirlərini AYNA ilə bölüşüb. Deyib ki, erməni terrorçuların Qarabağa gətirilməsinə Rusiya sülhməramlıları göz yummur, əksinə özləri o terrorçuları daşıyırlar:

- Mən bunu əvvəldən də deyirəm ki, erməniləri Qarabağa, Xankəndiyə, Xocalıya, digər ərazilərimizə daşıyan Rusiya sülhməramlılarıdır. Onların təminatını da ruslar həyata keçirirlər. Sual verirəm: ermənilər Qarabağa hansı maşınlarla gəlirlər? Özüm də cavab verim: rusların avtomobilləri ilə. Məsələ bu qədər sadədir. Ermənistan maşın istehsal edir? Həm də erməni terrorçuları ruslar silahlandırırlar. Siz gördünüz, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın yeni müdafiə nazirinə nə dedi?

- Dedi ki, Rusiya üçün Ermənistan ən yaxın müttəfiqdir və bundan sonra da Ermənistana silah tədarükü olacaq.

- Vəssalam da. Bunu mən demirəm ki... Şoyqu deyir! Açıq şəkildə Karapetyana dedi ki, “nə qədər silah istəyirsiniz, verəcəyik”.

- Belə çıxır ki, Rusiya yeni müharibə istəyir...

- Kremlin niyyəti odur ki, Qarabağda, bölgədə hər zaman gərginlik olsun. Müharibə ocağının daim yanmasını istəyirlər. Nəticədə də Azərbaycanda müəyyən işlər görə bilsinlər. İqtisadiyyatımızı zəiflətsinlər, ölkəmizi özlərindən asılı vəziyyətə salsınlar. Bunu uşaq da bilir. Amma bu siyasət uzun çəkə bilməyəcək. Biz İkinci Qarabağ müharibəsində qələbə qazandıq, indi keçmişik digər məsələlərə. Sərhədlərin delimitasiyası, demarkasiyası, Qarabağda quruculuq işləri və s. Təxminən 3-4 il də bu proses davam edəcək. Sonra da sülhməramlılara deyəcəyik ki, çıxıb getsinlər. Getməyəcəklərsə, qovacağıq. Rusiya çox da sinəsinə döyməsin. Beş-on atom bombası var, elə bilir ki, dünyanın ağasıdır.

- Amma bizim ictimaiyyətdə Rusiyadan çəkinmək var. Hazırda bəzi adamlar qorxunun təbliğatını aparırlar...

- Bəli, qorxu var. Daha doğrusu, qorxunu təbliğ edənlər var. Həmin şəxslər də Rusiyanın trollarıdır. Moskvadan maaşlarını alırlar, sosial şəbəkələrdə də təbliğat aparırlar ki, Rusiya belə edəcək, elə edəcək. Bir başa salsınlar, Rusiya nə edəcək, necə edəcək? Təbii ki, Rusiya dünyanın qüdrətli dövlətidir, güclü dövlətdir. Amma güclüdür deyə hər dövləti təhdid etməlidir, işğal etməlidir?

Bir gürcü filmi var, deməli, filmdə iki oğlan rol alır. Biri çox boy-buxunlu, qüvvətlidir, 150 kilo çəkisi var, digəri isə cılızdır, arıqdır, gücsüzdür. Hər gün güclü oğlan arıq oğlanı döyür, harda qabağına çıxırsa, çırpır. Cılız oğlan da gedir məşq edir, güc toplayır. Sonra gəlir bu yekəpəri necə döyürsə, yekəpər qaçır. Demək istəyirəm ki, adamın cılızlığına fikir verməyin, döyüşmək üçün ürək lazımdır. İndi dövlətlər də bu cürdür. Ürək olandan sonra hər kəslə döyüşmək olur.

- Müdafiə Nazirliyinin bəyanatında belə cümlə də var: “adekvat tədbirlər görüləcək”. Adekvat tədbir antiterror əməliyyatının keçiriləcəyi mesajı deyil ki?

- Adekvat tədbirlər görülməlidir. Müdafiə Nazirliyinin vəzifəsi ərazilərimizi qorumaq, ərazilərimizə təcavüzün qarşısını almaqdır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu işin öhdəsindən gəldi. Ali Baş Komandanın sərkərdəliyi altında Azərbaycan xalqı, Azərbaycan əsgəri 44 günlük müharibə ilə ərazilərimizi işğaldan azad etdi. Yenə deyirəm, müharibə bilək işi deyil, ürək işidir. İndi hələlik suverenliyimizdən kənar ərazilərimiz qalıb, terrorçular orada cəmləşiblər. Onları da oradan çıxarmaq lazımdır. Mən bilirəm ki, bunun bacaracağıq.

- Bir də İranın separatçılara yük daşıması faktı var. Hansı ki, Rəsmi Bakı bununla bağlı İrana nota verdi...

- İran 30 ildir ki, separatçılara yük daşıyır. Birinci Qarabağ müharibəsindən sonra İran işğal edilmiş ərazilərimizin talanmasında iştirakçı olub. Bizim Ağdamdakı evimizi də iranlılar söküb aparıblar. Ağdamdan, Zəngilandan, Cəbrayıldan, Füzulidən azərbaycanlıların evlərini iranlılar ermənilərdən 300-500 dollara alırdılar, evlərin əşyalarını, daş-kərpicini, şiferini daşıyıb aparırdılar. Bizim evlərimizin söküntülərindən qurduqları evlərdə necə yaşayırdılar, mənim yorğan-döşəyimdə, çarpayımda müsəlman qardaşlarım necə yatırdılar, anlaya bilmirəm. Özləri bilər, Allahları bilər. Bununla yanaşı, İrandan həmişə Qarabağ separatçılarına yardımlar edilib. İndi də bu yardımları davam etdirirlər. Biz də etirazımızı bildirdik, XİN nota verdi. Növbəti dəfə ultimatum verərik və İrana aid maşınlar ərazilərimizə gələndə partladarıq. Bu, Azərbaycanın hüququdur.

- Bunun siyasi yolu yoxdurmu?

- Siyasi yolunu edirik, nota veririk, etirazımızı bildiririk. Elə hər dəfə nota verəcəyik, onlar da işlərinə davam edəcəklər? Hesab edirəm ki, Laçın dəhlizində Rusiya sülhməramlıları ilə yanaşı bizim əsgərlər də dayanmalıdırlar, təftiş aparmalıdırlar. Xankəndiyə nə gedir, hansı ölkənin maşını keçir, içində keçən şəxslər kimlərdir? Buna uyğun da tədbir görülməlidir. Düzdür, hazırda dəhlizi havadan müşahidə edirik. Cənab Prezident İlham Əliyev də bildirdi ki, bizim ordan nə daşındığından, kimlərin getdiyindən xəbərimiz var. Hətta keçən avtomobillərin nömrəsinə qədər bizə məlumdur. Demək ki, müşahidə yetmir. Bizim əsgərlərin dəhlizdə postu qurulmalıdır. Yaxud da dəhlizi bağlamalıyıq. Özü də mən həmişə demişəm, Ağdam-Şuşa yolu, Ağdam-Kəlbəcər yolu açılmasa, Laçın dəhlizi bağlanmalıdır. Təsəvvür edin ki, Volskinin vaxtında Ağdam-Şuşa yolu da, Ağdam-Kəlbəcər yolu da açıq idi. İndi sülhməramlıların komandanı Rüstəm Muradovun dövrüdür, amma bu yollar açıq deyil. Mən istəmirəm, İsfəndiyar Vahabzadə kimi danışım.

- Yeri gəlmişkən, İsfəndiyar Vahabzadənin Rusiyaya yönəlik fikirlərini təhqir və yolverilməz sayanlar var. Siz necə qiymətləndirirsiniz?

- Yaxşı edib deyib, söyüb. Jirinovski kimi təlxək mənim millətimi təhqir edə bilər, amma mən onun özünə laiqli cavabını verməməliyəm? İndi Azərbaycandakı ruspərəstlər, Rusiyanın trolları İsfəndiyarı söyürlər, atası Bəxtiyar Vahabzadəni söyürlər, ağıllarına gələni deyirlər. Qanmırlar ki, Bəxtiyar Vahabzadə bu millət üçün kimdir. Böyük şairimizdir, ziyalımızdır, millətçi bir sənət adamı olub, millət üçün canını güllənin qabağına qoyan adam olub, xalqın maariflənməsində, yetişməsində xidmətləri olub. Bunları həmin trollar da yaxşı bilirlər. Sadəcə Rusiyadakı ağaları tapşırıq verib, pul verib. Başlayıblar o boyda şairə ağızlarına gələni deyirlər. Bəxtiyar müəllim bu baxlq üçün minlərlə gənc yetişdirib ki, onlardan biri də mənəm. Oğlu da diplomatik sahədə Azərbaycana xidmət etmiş adamdır. Rusa, Jirinovskiyə verdiyi cavaba görə adamı niyə təhqir edirlər?! Yenə deyirəm, Rusiyadan maaş alırlar, onların əleyhinə danışanları da qaralayırlar. İqtidarın da, müxalifətin də, Rusiyanın da, İranın da trolları var, onlar bağlı olduqları ünvandan bəlli məbləğ alırlar, maaş kimi. Bunu danmaq lazım deyil. Bunu araşdırmaq isə mənim, sənin yox, Dövlət Təhlükəsizliyi Xidmətinin işidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru