“Biz dialoq zəminindən istifadə edərək iqtidara da bəlli mesajları veririk” - Partiya sədri
Tarix: 6-07-2021, 08:11 | Çap et
 Yay fəslinin isti günlərini yaşayırıq. Ancaq siyasi səhnədə qaynarlıq müşahidə edilmir. Müxalifət partiyalarının çoxu sanki məzuniyyətdədir. İsti yay aylarında Azərbaycan müxalifəti nə işlə məşğuldur? Hansı plan-perspektiv üzərində çalışırlar? Hakimiyyətə gəlmək üçün nə işlər görürlər?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, adətən yay aylarında siyasi proseslərdə, siyasi partiyaların fəaliyyətində durğunluq hiss olunur. Bu vəziyyət hər il müşahidə olunur və təkcə Azərbaycanda belə deyil, dünyanın əksər ölkələrində rast gəlinən haldır: “Azərbaycanda hazırda siyasi fəallıq zəifləsə də bütövlükdə götürdükdə siyasi partiyalar cari fəaliyyətlərini davam etdirirlər. Təbii ki, hakimiyyətə gəlmək, ölkədə demokratik seçkilərə nail olmaq müxalifətin əsas vəzifələrindəndir.
Zaman göstərir ki, saxta seçkilər ölkəni yalnız geri sürükləyir. Bütün dünyada belədir. Dünya dəyişir, Azərbaycan da dəyişəcək və ölkədə seçkili orqanlar, hakimiyyət məhz demokratik seçkilər yolu ilə formalaşacaq. Millətimizə yaraşan da budur”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, siyasi fəaliyyət, xüsusən də müxalifət partiyaları üçün ilin hansı fəslinin olub-olmaması önəmli və əsas məsələ deyil. Siyasi fəaliyyət bütün il boyu, qışın soyuğunda da, yayın istisində də aparılır. Sadəcə olaraq, yay aylarında bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar daha çox tətilə üz tuturlar, siyasi proseslərdə aktivlik aşağı düşür: “Amma bu gün bizim partiya üçün bunu demək istəməzdim. Çünki biz qış aylarında, yaz aylarında hansı aktivlikdə, intensivlikdə işləyirdiksə, indi də o cür, hətta deyərdim daha da aktiv şəkildə fəaliyyətimizi davam etdiririk. Biz məzuniyyətə çıxmamışıq, fəaliyyətimizi davam etdiririk. Partiyaya yeni üzvlərin qəbulu, yeni üzvlərin yerləşdirilməsi, təşkilatlanma, rayonlar üzrə strukturların qurulması, partiyanın mərkəzi orqanlarının işinin təkmilləşdirilməsi, təbliğat məsələləri, partiyanın ideya və proqramının cəmiyyətə tanıdılması kimi işlər həyata keçirilir. Yəni istidir deyə biz dayanmamışıq, kölgəyə çəkilməmişik”.
O ki qaldı hakimiyyətə gəlmək məsələsinə, Tural Abbaslı qeyd etdi ki, hakimiyyət dəyişikliyinin, hakimiyyətə gəlməyin seçki yolu ilə baş verməsinin tərəfdarıdırlar: “Biz seçkilərlə hakimiyyətə gəlməyin alternativ yolunu görmürük. Çünki seçkidən başqa istənilən yol Azərbaycan üçün fəlakətlə nəticələnə bilər. Biz isə Azərbaycanın belə bir perspektivlə üz-üzə qalmasını istəmirik. İndi ölkədə dialoq mühiti yarandığı elan olunub. Biz bu dialoq zəminindən istifadə edərək iqtidara da bəlli mesajları veririk. Dəyişiklik edilməli olan məsələləri xatırladırıq. Bu məsələlərin həllinin vacibliyini vurğulayırıq. Güman edirəm ki, onlar da bizim fikir və təkliflərimizi nəzərə alarlar. Çünki demokratik ənənələrin oturuşması, iqtidarların seçki ilə müəyyənləşməsi və ya dəyişilməsi, ümumiyyətlə, siyasi səhnənin tənzimlənməsində seçkilərin önəmli olması həm ölkə və xalq üçün, həm də elə iqtidarın özü üçün daha faydalıdır. Biz bu cür demokratik münasibətlər sisteminin formalaşması üçün əlimizdən gələni edirik və güman edirəm ki, bəlli irəliləyişlər də var. Amma qarşıda görüləcək çox işlər var”. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06 |
|
|
|
| • Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04 |
|
|
|
| • Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00 |
|
|
|
| • Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57 |
|
|
|
| • Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43 |
|
|
|
| • "Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41 |
|
|
|
| • İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37 |
|
|
|
| • Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24 |
|
|
|
| • Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21 |
|
|
|
| • ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19 |
|
|
|
| • 23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16 |
|
|
|
| • İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 07:13 |
|
|
|
|