Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                 

"Bu sənədlə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı"
Tarix: 21-06-2021, 08:09 | Çap et
"Bu sənədlə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı"
Tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Həftə içi” əməkdaşı ilə növbəti söhbətində Şuşa Bəyannaməsinin gələcəyə yönlənmiş tezisləri barədə diqqətəlayiq fikirlər ifadə edib. Ermənistanda bazar günü –iyunun 20-də keçiriləcək erkən parlament seçkiləri haqda proqnozlarını səsləndirib.

-Cümşüd bəy,Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İrandan ibarət altılı platformadan danışarkən bir növ Rusiya Prezidenti V.Putinə xitabən belə bir fikir işlətdi: “Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin də eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək". Sizcə, cənab Ərdoğanın “Putin eyni qaydada bu cür fədakarlığa hazırdır” deyiminin siyasi-diplomatik açması nədir?

-Bu cümlənin açması ondan ibarətdir ki, birincisi, Ərdoğan Şuşaya NATO-nun Brüsseldəki toplantısından sonra gəldi. Bununla Türkiyə lideri diplomatik dillə dedi ki, mən buraya NATO toplantısından gəldim. Bu, həm də o deməkdir ki, Ərdoğan Qarabağa başda ABŞ olmaqla NATO-dan dəstək aldıqdan sonra gəlib. Düzdü, Türkiyənin bu blokdakı son rolunu ümumi şəkildə yalnız Əfqanıstanda hava limanının qorunmasıyla bağladılar. Əslində isə hal-hazırda Türkiyə ABŞ-dan sonra ikinci hərbi gücə malik olduğuna görə NATO-nun sözçüsü statusundadır. Bir sözlə, bütün bunlar Rusiya liderinə bir mesajdır ki, gəl normal dolanaq. Yəni sən bütün hər şeyi əlinə keçirməyə çalışma. Biz sənin ümumi siyasi maraqlarına hörmət edə bilərik, amma gəl, Azərbaycana rəhbərlik etmək haqda düşünmə...

- Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin, ümumiyyətlə, Türk dünyasının gələcəyinə istiqamətlənmiş əsas tezisləri sizcə hansılardır?

-Birincisi, Şuşa Bəyannaməsi dünya durduqca Azərbaycanın müstəqiliyini əbədiləşdirdi. Bu, birmənalıdır. İkincisi, bu sənəd son 100 ildə Azərbaycanın Türk dünyasına inteqrasiyasının hüquqi bazasını yaratdı. Üçüncüsü, 1918-ci ildən bu yana ilk dəfə olaraq Azərbaycan Türkiyə ilə hərbi müstəvidə əməkdaşlıq elan etdi. Burada həm təhlükəsizliyin təmin olunması, həm də müdafiə sənayesinin yenidən formalaşdırılması məsələlərini vurğulamaq gərəkdir. Dördüncüsü, Azərbaycanla Türkiyə arasında quru üzərindən çox sərfəli nəqliyyat-komunikasiya dəhlizinin – Zəngəzur dəhlizinin yaradılması qətiləşdi. Bu, o deməkdir ki, Azərbaycan yalnız Naxçıvana deyil, eyni zamanda yüz ildən çoxdur ayrı düşdüyü Türkiyəyə birbaşa qovuşacaq. Bütün bunların fonunda beşincisi və gələcək baxımından bəlkə də ən əsası, Şuşa Bəyannaməsi ilə birmənalı şəkildə Turan Birliyinin yaradılmasının birinci hüquqi addımı atıldı. Çünki hazırda paralel olaraq Özbəkistanda türkdilli dövlətlərin ombudsmanlarının yığıncağı keçirilir. Və orada ilk dəfə olaraq türkdilli ölkələrin insan hüquqları üzrə müvəkkilliyinin katibliyi yaradılır. Bu da o deməkdir ki, türkdilli dövlətlər hüquqi müstəvidə də vahid statusla çıxış etməyə başlayır. Məhz Jirinovski də ona görə can-fəşanlıq edir ki, Ermənistan və Tacikistan Rusiyanın milli maraqları və təhlükəsizliyi çərçivəsindədir. Çünki Rusiya üçün Tacikistan Orta Asiyanın “Ermənistanı”, Ermənistan isə Güney Qafqazın, yəni Azərbaycanla Gürcüstanın “Tacikistanı” statusundadır... Amma bütün bunlara rəğmən kimsə artıq Turanın yaradılmasının qarşısını ala bilməyəcək. Çünki türkdilli dövlətlərin artıq Parlamenti var, onların hal-hazırda Astanada fəaliyyət göstərən Akademiyası, diplomatik sahədə Qara dəniz Əməkdaşlıq Təşkilatı kimi birlikləri var. Və artıq dediyimiz kimi, Şuşa Bəyannaməsi ilə Turan dövlətinin hüquqi-siyasi bazası da yaradıldı. Yəni 2009-cu ildən bəri Azərbaycan və Türkiyənin apardıqları siyasət nəticəsində bu Birliyin bütün siyasi, hüquqi, iqtisadi və hərbi bazası bu və yadigər şəkildə formalaşdırılıb. Yaxın bir neçə il ərzində Turan artıq mövcud olacaq. Yəqin ki, bu, Avropa İttifaqı şəklində bir qurum olacaq. Yəni yarı dövlət, yarı beynəlxalq təşkilat... Amma Avropa İttifaqının bir problemi var ki, oradakı 27 dövlətin hərəsi bir dildə danışır. Amma Turanda bizləri birləşdirən neçə amil var: dil, soykök, mədəniyyət və din...

- Bəs Rusiya minlərlə kilometrlik cənub sərhədləri boyu Turan Birliyinin yaranmasını rahatca qəbul edəcəkmi?

-Rusiya ciddi düşünməlidir. Məşhur türkəsilli filosof Lev Qumilyovdan bəri Rusiyanın bir dualizm nəzəriyyəsi var. Bunu 1988-1990-cı illərdə Azərbaycanda rəhmətlik Aydın Məmmədov çox güclü təbliğ edirdi... Yəni pravoslav rus xristianlığı və islam türk ikiliyi şəklində bir Avarasiya Birliyi yaradılmasından söhbət gedir. Burada söhbət ruslarla türklərin səmimi olaraq eyni hədəfə vurmasından gedir. Əgər hazırkı Rusiya lideri Putin həmin dualizm nəzəriyyəsinə əməl etməsə, Rusiya bir neçə yerdən yox, 10-15 yerdən parçalanacaq. Yəni bütünlüklə Rusiya dövlət kimi mövcud olmaq istəyirsə, Turan məsələsində Türkiyə və Azərbaycanın qarşısında durmamalıdır. Bunu Ərdoğan Azərbaycanın tarixən xarici işğallara qarşı döyüşkən bir mərkəzi olmuş Şuşadan gizli bir mesajla bəyan etdi... Buna subliminativ mesaj deyirlər... Şuşa tarixən iki dəfə xəyanətin qurbanı olub. Amma bu dəfə artıq xəyanətə imkan verilməyəcək...

-Necə düşünürsüz, Putin bundan sonra ikiüzlülük edib özünün dostu sayılan Robert Köçəryan kimilərin seçkilərdə qələbəsinə birbaşa dəstək verərək Ermənistanda revanşist qüvvələrin qələbəsini təmin edə, onların 10 Noyabr razılaşmasını pozmasına göz yuma və sonra deyə bilərmi ki, Rusiya nə edə bilərdi, demokratik seçki oldu, qalib gəldilər, indi də Azərbaycanın Qarabağı azad etməsiylə razılaşmırlar...

-Köçəryan və onun kimilərin hakimiyyətə qayıtma ehtimalı çox aşağıdır. Məsələ ondadır ki. Köçəryan gəlsə də belə, Ermənistan artıq ayın 21-i növbəti mitinqlərə hazırlaşır. Paşinyan bəyan elədi ki, biz seçilməsək, ölkədə heç nə alınmayacaq. Düzdü, Rusiya hazırda Ermənistanda 3 qüvvə ilə çıxış edir və səs çoxluğunu götürməyə çalışır. Amma Putin bir şeyi başa düşsün ki, Azərbaycan da onu yaxşı tanıyır, dünyada onu yaxşı tanıyır. Və əgər Putin yenə eyni ağılla hərəkət eləsə, nəticə Rusiya üçün heç də yaxşı olmayacaq. Onsuz da hazırkı durum Rusiyanın sonuna aparır. Kremlin Azərbaycan və Türkiyəyə qarşı qeyri-səmimi davranışları isə onun tam sonuna gətirə bilər. Çünki Azərbaycan da əvvəlki Azərbaycan deyil. Amma biz istəmirik Rusiya ilə qarşıdurmaya gedək. Onların buradakı əlaltıları, rusbaşlılar, “5-ci kalon”-filan, o cümlədən “Haykanuşun uşaqları” hələ də “bəlkə qaytardılar” mövqeyindən çıxış edirlər. Fəqət, dərk etmirlər ki, artıq o qatar getdi. Düzdü, Azərbaycanda Rusiya və Ermənistana işləyən “5-ci kalon”un hələ də xeyli gücü var. Son araşdırmalarımıza görə, Azərbaycanda yüksək vəzifələrin və qanunverici orqanın mandatlarının 19 faizi erməni kökənlilərdədir. Rusiyaya gəldikdə parlamentdə onun gücü bəlkə də 50 faizdən çoxdur... Amma bütün bunlar Azərbaycan-Türkiyə birliyi qarşısında duruş gətirə bilməz...

-Maraqlıdır ki, Azərbaycan dövləti Putinin Ermənistandakı seçkilərdə iştirak edən digər dostu, bacısı Bakıda ərdə olan Rusiya Erməniləri İttufaqının rəhbəri, erməni milyarderi Ara Abramyan haqda İnterpol vasitəsilə axtarış elan edib...

-Bu, çox müsbət haldır. Əslində bilavasitə Azərbaycanla bağlı olan erməni şirkətləri var ki, onlar haqqında da tədbir görülməlidir. Məsələn, Rusuyanın erməni ruporu jurnalist, aparıcı Marqarita Simonyanın “UBER” şirkəti... Son araşdırmalarımıza görə, hazırda Bakıda ermənilərlə bağlı azı 5 şirkət fəaliyyət göstərir. Bunların hamısının kökünü qurutmaq gərəkdir..

-Paşinyan bir neçə gündür, seçicilərlə görüşlərində deyir ki, “ bizim şərtlər qəbul olunmayacağı halda Zəngəzur dəhlizinin açılmasından söhbət gedə bilməz”. Yəqin ki, bu, seçkiqabağı gedişdir, yoxsa?..

-Sözsüz ki, bu, seçkiqabağı daxili auditoriyaya hesdablanmış bir çıxışdır. Çünki artıq Şuşa Bəyannaməsi ilə də Azərbaycan Türkiyə ilə həmin dəhlizin açılmasının hüquqi bazasını qoydu. İkincisi də, Paşinyan heç yana qaça bilməz. Çünki Zəngəzur dəhlizinin açılması haqda iki sənədə imza atıb: həm 10 noyabr 2020-ci ildə, həm də 11 yanvar 2021-ci ildə. Ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Ancaq indi hələlik ona qarşı çıxış etmək Paşinyana bir siyasi gediş üçün lazımdır. Özü də belə görünür ki, Ermənistan əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Düzdü, ola bilər, bu səslər 50 faiz olmasın. Amma Paşinyan da küçədən gəlmiş bir adamdır və hər yola gedənin biridir. Ona görə də o, Ermənistanın baş bəlasıdır. Bizim neçə illər görə bilmədiyimiz işləri o gördü, “sağ olsun”. Ona uğurlar arzulayırıq...

- Amma Paşinyan “Sorosun uşağı” hesab olunduğundan onun seçkilərdə qalib gəlməsi əvvəlki onilliklərdə Azərbaycan üçün də müəyyən təhlükələr yaratmış Sorosun Qafqazda, o cümlədən Bakıda mövqelərinin yenidən güclənməsinə gətirib çıxara bilər. Bu haqda nə düşünürsüz?

-Bəli, Paşinyanın “Sorosun uşağı” olmasından əvvəl onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazası, Qarabağda silahlı qüvvələri olsa da, ABŞ-ın da dünyada ən böyük səfirliyi Ermənistandadır. Təsəvvür edin ki, cəmi 2 milyona yaxın əhalisi olan Ermənistan səfirliyindəki diplomatların sayı milyardlıq, yüzlərlə milyonluq əhalisi olan Çin, Hindistan, Rusiya kimi ölkələrdəkindən çoxdur. Sahəsinə görə ən böyük səfirlik İraq paytaxtı Bağdaddadırsa, əməkdaşlarının sayına görə birinci yerdə İrəvandakı səfirlikdir. 2021-ci ilin yanvarına olan məlumata görə, hazırda həmin binada 2500 amerikalı əməkdaş fəaliyyət göstərir. Moskvadakı ABŞ səfirliyində isə vur-tut 450-455 əməkdaş var. Ermənistan kimi kiçik bir ölkədə 2500 nəfərlik səfirlik faktiki olaraq qeyri-leqal bir informasiya bazası deməkdir... Bu da Vaşinqton üçün İrəvanın strateji əhəmiyyətini göstərir. Odur ki, ABŞ, o cümlədən Amerika dərin dövlətinin aləti olan Soros Paşinyanın arxasında var gücü ilə dayanaraq Ermənistandakı mövqelərini verməməyə çalışacaq. Bu, birmənalıdır...

Azərbaycana gəldikdə, hətta Ermənistanda Paşinyanın qalib gələcəyi halda belə, Bakıdakı Soros “uşaq”larının mövqeyi və imkanları İrəvandakılar kimi güclü deyil. Çünki Azərbaycandakı nümayəndələrini yalnız qrantla maliyyələşdirən Soros, Ermənistandakı adamlarını birbaşa maliyyələşdirir və onlar birbaşa hakimiyyət daxilində açıq şəkildə fəaliyyət göstərirlər... Bizimkilər isə hamısı qarmaqdan asılı vəziyyətdədir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru