Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                 

"Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik" - Partiya sədri
Tarix: 5-06-2021, 09:06 | Çap et
"Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik"
“Psixoloji üstünlüyümüzü qorumaq üçün qətiyyən güzəştə getməməliyik. Hətta bir santimetr torpağa görə Ermənistana müharibə də elan edə bilərik. Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik ki, güzəştə getməyəcəyik və güzəşt olmayacaq. Hər kəsə o mesajı verməliyik ki, yeri gəlsə, antiterror əməliyyatlarına başlayarıq, Ermənistana müharibə elan edib sərhədlərimizi bərpa edərik. Bu qətiyyət, birlik və siyasi iradə bizdə var”.

Ağ Partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Xarici təzyiqlərin olduğu bir vaxtda Azərbaycan siyasi iradə nümayiş etdirərək erməni terrorçularını mühakimə edir. Təzyiqlər bu prosesi dayandıra bilərmi?

- Biz hər sahədə - istər diaspor, istər diplomatiya, istərsə də digər sahələrdə mübarizəmizi davam etdirməliyik. Bu təzyiqlərə qarşı təsirli addımlar atmaq lazımdır. Təbii ki, biz hər tərəfdən Ermənistanla mübarizə aparırıq: həm sərhədlərimizi müəyyən etməyə, həm təxribatların qarşısını almağa və təhlükəsizliyimizi təmin etməyə çalışırıq – digər yandan da, ermənilərə himayədarlıq edən dünya ilə vuruşuruq. Biz erməniləri himayə edənlərin üzərində düşünməliyik. Yəni beynəlxalq siyasətdə də, özünümüdafiədən hücum siyasətinə keçməliyik.

Erməni lobbisinin üstünə getməliyik. Bura Fransa, ABŞ, Rusiya və digər ölkələrdəki erməni lobbiləri daxildir. Düşünürəm ki, erməni diasporu və lobbisinin apardığı kampaniyalara qarşı özünümüdafiədən hücum mövqeyinə keçməliyik.

Erməni lobbisi və diasporunun güclü olduğu Fransa, ABŞ, Rusiya, Hollandiya və sair kimi dövlətlərə özümüzə inandırmağı bacarmalıyıq. Məsələn, bunun üçün Fransanın siyasi partiyaları ilə təmaslar qurmaq olar. Yaxın günlərdə YAP-la Türkiyənin hakim partiyası (AKP) arasında belə təmaslar quruldu. Bunu Avropanın aparıcı dövlətləri ilə də etmək olar.

- Ermənistan cidd-cəhdlə Azərbaycana sərhədlərini müəyyənləşdirməsinə mane olmağa, xarici ölkələri də buna cəlb etməyə çalışır. Bu proseslə bağlı proqnozunuz nədir?

- Hərdən erməni hərbçiləri ərazilərimizə girməyə cəhdlər edirlər, əsgərlərimiz də onları təpiklə qovur. Ermənistana sual vermək lazımdır ki, sən 30 ildir işğalda saxladığın Qarabağı əldən çıxardın, bəs indi bu məsələ - 300-400 metrlik torpaq sənin üçün niyə “prinsipial” olub?

Əslində ermənilər başa düşürlər ki, burada söhbət 1-2 metr torpaqdan yox, psixoloji savaşdan gedir. Ermənilər bununla həm öz cəmiyyətlərinə, həm də Azərbaycana göstərmək istəyirlər ki, “biz hər santimetr uğrunda mübarizə aparırıq”. Bununla guya məğlub olmadıqlarını göstərməyə çalışırlar. Halbuki onlar kilometrlərlə işğal etdiyi əraziləri əldən çıxarıblar. İndi də guya "hər qarış uğrunda döyüşürlər”.

Biz bu məsələdə qətiyyən geri durmamalıyıq, bir santimetr də geri çəkilməməliyik. Çünki biz qalib dövlət, qalib ordu, qalib xalqıq. Buna görə də, ermənilərin psixoloji durumu dəyişdirməyə hesablanmış addımlarını da nəzərdən qaçırmamalıyıq, bunları doğru qiymətləndirməliyik.

Psixoloji üstünlüyümüzü qorumaq üçün qətiyyən güzəştə getməməliyik. Hətta bir santimetr torpağa görə Ermənistana müharibə elan edə bilərik. Biz öz qətiyyətimizi Ermənistanla yanaşı, dünyaya da göstərməliyik ki, güzəştə getməyəcəyik və güzəşt olmayacaq. Hər kəsə o mesajı verməliyik ki, yeri gəlsə, antiterror əməliyyatlarına başlayarıq, Ermənistana müharibə elan edib sərhədlərimizi bərpa edərik. Bu qətiyyət, birlik və siyasi iradə bizdə var.

- Bu proses də erməni təxribatları ilə müşayiət olunur. Sizcə, bu təxribatlar davamlı olsa, antiterror əməliyyatları yenidən başlaya bilərmi?

- Mesaj konkret belə olmalıdır ki, təxribatlar olsa, antiterror əməliyyatlarına başlayıb terror yuvasını neytrallaşdıracağıq. Yaxud belə bir mesaj verə bilərik ki, sərhədlərimizə bir də müdaxilə olsa, bunu Ermənistan tərəfdən müharibə elanı kimi qəbul edəcəyik. Gələcəkdə belə halların qarşısını almaq üçün addımlar indidən atılmalıdır. Yersiz yumşaqlıq daha böyük problemlər yarada bilər.

Prezident İlham Əliyev müharibə dövründə açıq şəkildə bildirdi ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki qüvvələrini çıxarmaq üçün konkret tarix və qrafik versin, əməliyyatlar dayandırılsın. Ermənistandan tələb olundu ki, rayonların qaytarılması üçün konkret cədvəl ver. İndi də elə olmalıdır.

Ermənilərdən konkret tarix tələb olunmalı, ardından da lazımi addımlar atılmalıdır. Yaxın zamanlarda Azərbaycan ordusu 15 günlük antiterror təlimləri keçirdi. Həmin vaxt ermənilər quzuya dönmüşdülər, çünki bu onlara bir mesaj idi. Bütün dünyaya mesaj verməliyik ki, tələblərimiz yerinə yetirilməsə, hər an müharibəyə başlaya bilərik.

- Rusiya Qarabağ məsələsində olduğu kimi, bu prosesdə də vasitəçiliyə səy göstərir. Rusiyanın buradakı iştirakı prosesin uzanmasına səbəb olmayacaqmı?

- Bu, nəinki prosesin uzanmasına, hətta dərinləşməsinə səbəb olacaq. Ruslar ora gəlsələr, bu məsələnin dalana dirənməsi üçün əllərindən gələni edəcəklər. Rusiya 30 ilə yaxındır ATƏT-in Minsk qrupunun həmsədri kimi, guya münaqişənin həllinə çalışırdı, əslində isə Ermənistana pulsuz silah verirdi. Çünki Ermənistanla güc balansının Azərbaycanın xeyrinə pozulmasını istəmirdi. Balans pozulanda da tərəflərdən biri güclü olana güzəştə getməyə məcbur olur.

Rusiya Azərbaycanın qarşısında zəif duruma düşməməsi üçün Ermənistan ordusuna milyardlarla pul xərclədi, silah-sursat verdi. Ona görə belə edirdi ki, Ermənistan Azərbaycanla eyni gücdə olsun və bu münaqişə uzansın. İndi də imkan verməməliyik ki, Rusiya hansısa formada sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etsin.

Biz suveren dövlətik, məsələlərimizi özümüz həll edə bilirik. Ərdoğan demiş, öz göbəyimizi özümüz kəsməliyik. Yəni Ermənistanla problemləri öz aramızda həll etməliyik. İndi Ermənistan kimisə öz sərhədlərini qorumağa dəvət edirsə, bu onların öz işidir.

- Ermənistan daxilində də maraqlı gəlişmələr gedir. Sabiq prezident Robert Köçəryan özündən əmin danışır, deyir ki, seçkilərin qalibi o olacaq. Bunun üçün Köçəryanın imkanları nə qədərdir?

- Düşünürəm ki, Köçəryanın nə legitim, nə də digər yollarla hakimiyyətə gəlməsi mümkündür. Bunun üçün Köçəryan nə xalqın legitim səsini ala biləcək, nə də “məxməri inqilab”la bunu edə bilər. Köçəryan bu resurslarını çoxdan tükədib. Sərkisyanın özü də... Erməni xalqı onlara nifrət edir, heç vaxt onları yenidən hakimiyyətə gətirməz.

İndi Rusiyanın orbitində olan hansısa qüvvələr Köçəryan və Sərkisyana dəstək verirlər, amma bu dəstək də məhduddur. Rusiyanın özü də Sərkisyan və Köçəryanın güclənməsində maraqlı deyil. Rusiya onların qalib gəlməyəcəyini bilir. Potensial qalibin Paşinyan olduğunu bildiyi üçün gərgin olan münasibətləri daha da gərginləşdirmək istəmir.

Rusiya üçün Qərbin layihəsi olan Paşinyanı əl meymununa çevirdikdən sonra onunla işləmək daha rahatdır, nəinki dünyanın avtoritar və qatil kimi tanıdığı Sərkisyan və ya Köçəryanla. Əslində, Paşinyan bu gün Rusiyanın dediyindən kənara çıxa bilməz. Çünki tam olaraq Rusiyadan asılıdır. Bir sözlə, düşünmürəm ki, Ermənistanda Paşinyandan başqa hakimiyyətə gəlmək üçün kiminsə şansı var.

Mənə elə gəlir ki, biz Ermənistanda kimin hakimiyyətə gəlib-gəlməyəcəyi məsələsinə lazımından artıq diqqət ayırırıq. Qənaətimə görə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu günki siyasi kurs dəyişməyəcək. Bu, mümkün deyil.

Ermənistan elə bir hərbi gücə malik deyil ki, yenidən müharibə etsin, Rusiya və ya Avropaya qarşı çıxsın. Yəni Köçəryanın özü seçilsə, nə dəyişəcək ki?.. Paşinyanın özü olsun, heç nə dəyişməyəcək. Buna görə də, Ermənistanda kimin hakimiyyətdə olub-olmaması Azərbaycan üçün maraqlı olmamalıdır, özləri bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru