Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                 

"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik" - deputat
Tarix: 5-06-2021, 08:46 | Çap et
"Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik"
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb. Bu yarış paytaxtımızda artıq 5-ci dəfədir keçirilir. Lakin əhalinin yarışı sevinclə qarşıladığını söyləmək mümkün deyil. Çünki “Formula-1” hələ başlamamış şəhərin mərkəzi hissəsi qadağan olunmuş zonaya çevrilir, yollar və küçələr bağlanır, nəticədə Bakının digər yerlərində tıxaclar yaranır, insanlar əziyyət çəkir. Xüsusən Bayıl istiqamətində yaşayan əhalinin iş və digər məqsədlər üçün mərkəzə gəlib-getməsində böyük çətinliklər yaranır. Sosial mediadakı reaksiyalardan da aydın görmək olur ki, insanlar “Formula-1”i ciddi problem sayır, onun tez yekunlaşması və bir daha Bakıda keçirilməməsi üçün az qala dua edirlər.

Bəs, bu yarışın keçirilməsi ölkəyə nə verir? Bəlkə ölkənin reklamına və turist axınına ciddi töhfəsi var, əhali bunu bilmir? Əhalinin əksəriyyəti bu yarışın keçirilməsini arzu etmədiyi halda, hökumət niyə ictimai rəyi nəzərə alıb, “Formula-1” sevdasından vaz keçmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında “Formula 1” və onun kimi idman yarışlarının faydasından söhbət açdı:

“Bu cür yarışların keçirilməsi Azərbaycan üçün bir imic məsələsidir. Biz dünyada tanınmış bir ölkəyik. Dünya bizimlə hesablaşır. Bu, cənab Prezidentin praqmatik, strateji siyasətidir. Uğurlu müharibədən yeddi-səkkiz ay keçib, biz artıq “Formula 1” kimi dünya miqyaslı yarışlara ev sahibliyi edirik. Cənab Prezident deyir ki, mən istəyirəm, Azərbaycanı bütün dünyada bir daha tanıdaq. Qoy, hamı bizi tanısın və bilsin ki, Azərbaycan budur. Müharibədən, pandemiyadan, dünya iqtisadi böhranından uğurla çıxdıq. Biz bir daha təsdiq edirik ki, çox güclü, dayanıqlı, inkişaf etmiş bir ölkəyik. Bütün problemlərimizi heç kimin köməyi olmadan həll edə bilirik”.

İqtisadçı Nazim Bəydəmirli “Press Klub”a şərhində beynəlxalq tədbirlərin ölkənin tanıdılmasında rolu olduğunu söylədi:

“Ancaq təəssüf ki, “Formula 1” kimi layihələr onsuz da sıxlıq yaranmış şəhərin vəziyyətini daha da çətinləşdirir. Paytaxtın mərkəzi küçələrini bağlayıb, yarış dövründə əhaliyə əziyyət verməyə və kütləvi narazılıq yaratmağa adətkardırlar. Başqa ölkələrin təcrübəsində şəhərdən kənar yerlər hazırlanır və “Formula 1” yarışları orada keçirilir. Yalnız Monako burada istisnalıq (Monako Qran Prisi) təşkil edir. Orada yarış şəhərin daxilində keçirilir, həmin yerə də şəhərdaxili demək olmaz. Monako balaca bir yerdir“.

Ekspertin fikrincə, yarışın keçirilməsi üçün Azərbaycanda kifayət qədər yer tapıla bilərdi:

“Yarışın şəhərdə keçirilməsi ilə bağlı qərarın verilməsi ölkə ictimaiyyətinə qaranlıq qalıb. Bildiyimiz kimi, Azərbaycan hökuməti ictimai fikri heçə sayır. Bu isə çox mənfi haldır. Bildiyim qədərilə reklam şirkətləri “Formula 1” yarışları ilə əlaqədar Azərbaycana az reklam verirlər”.

N. Bəydəmirli bu cür yarışlar keçirilərkən gəlir və xərclərin araşdırılmasını təlkif edir:

“Niyə müqavilə məcburən 5 il bağlanmışdı və 5 il uzadılmaq şərtilə hər il keçirilir? Onsuz da dövlət büdcəsinin vəsaitləri səmərəsiz xərclənir. Vəsaitlər ora-bura xərcləndiyindən, Azərbaycan vətəndaşı da bu cür yarışlara yaxşı baxmır. Hökumət isə düşünür ki, nə olacaq, 8 milyard dollarlıq Avropa Oyunları keçirmişik, “Formula 1” nədir ki?..”

N.Bəydəmirli “Formula 1” üçün hazırlıq başlayarkən və küçələr daraldılarkən şəhərdən çıxdığını deyir:

“Saatlarla tıxaclarda qalmaq insanlara əziyyət verməkdən başqa bir şey deyil. Azərbaycan əhalisinin təqribən altmış faizindən çoxu şəhərdə yaşayır. Bütün bunları nəzərə almamaq, ictimai fikrə hörmət etməmək ondan xəbər verir ki, Azərbaycan hökuməti nə vətəndaşın vergisindən, nə də səsindən asılıdır. Hökumət o zaman insanları dinləyir və ictimai fikrə önəm verir ki, sadaladığım bu iki amil ortada olsun. Bunlar olmadıqda ictimai fikrə önəm verilmir. Bir məmur vəzifədən gedərkən, dünyasını dəyişərkən insanların onların arxasından yazdıqları və danışdıqlarını hamımız görürük. Məmurlar həmin sözlərdən nəticə çıxarmalıdır. Sosial şəbəkələrdə onlar barədə gedən müzakirələrə göz gəzdirsinlər. Başa düşməlidirlər ki, istənilən vəzifə müvəqqətidir. Bürokratlar, bizim xidmətimizdə duran insanlar vətəndaşları qul gözündə görməməlidirlər. Bu, çox təhlükəli tendensiyadır. Hesab edirəm ki, bu cür siyasətdən imtina edilməlidir”.

İqtisad Universitetinin professoru Elşad Məmmədov hesab edir ki, “Formula 1” kimi beynəlxalq, mötəbər idman yarışının Azərbaycanda keçirilməsi sözsüz ki, ölkəmizə müəyyən dividentlər gətirir:

“Amma eyni zamanda, bu tip yarışların təşkili prosesində mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyəti, ictimai münasibətləri nəzərə almalıyıq. İctimaiyyətin bu tədbirlərə reaksiyasını öyrənməliyik. Çünki son nəticədə ölkədə keçirilən tədbirlər əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməlidir”.

Ekspertin qənaətinə görə, iqtisadi nöqteyi-nəzərdən prioritetlər düzgün qurulmalıdır:

“Aydındır ki, bu tip yarışların keçirilməsinin müsbət nəticələri var. Amma ölkədə həllini gözləyən bir çox sosial-iqtisadi məsələlər var ki, onlara lazımı səviyyədə diqqət verilməsinə ehtiyac duyulur. Hesab edirəm ki, Azərbaycanda bundan sonra keçirilən tədbirlərin planlaşdırılmasında mütləq şəkildə ölkədəki sosial-iqtisadi vəziyyət nəzərə alınmalı, bu tədbirlərin müsbət və mənfi nəticələri barədə gözləntilər planlaşdırma ilə bağlı olan tədqiqatlarda öz əksini tapmalıdır”.

E.Məmmədovun fikrincə, əgər prioritet hesab olunan sosial-iqtisadi layihələr öz həllini tapıbsa, bu tip yarışların keçirilməsi ölkənin beynəlxalq arenada tanınmasında müsbət təsir göstərə bilər:

“Amma sosial yönümlü, iqtisadi inkişafla bağlı layihələrin icrasına bu gün ehtiyac var ki, mütləq şəkildə onlar qəbul olunan qərarlarda öz əksini tapmalıdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru