Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                 

"Azərbaycanın da parlamentli respublikaya getməsini istisna etmirəm" - deputat
Tarix: 19-08-2020, 08:23 | Çap et
"Azərbaycanın da parlamentli respublikaya getməsini istisna etmirəm"
Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra baş verən etiraz aksiyaları hələ də davam etməkdədir. Aleksandr Lukaşenko siyasi krizisdən çıxış yolu kimi bir neçə variant təklif edib ki, onlardan biri də prezidentlik üsul-idarəsindən parlament idarəçiliyinə keçmək təklifidir.

Onun bu təklifi Azərbaycanda da gündəm olub. Çünki zaman-zaman ölkəmizdə bu təkliflə çıxış edən şəxslər, siyasi partiyalar olublar. Burada REAL-ın adını xüsusi qeyd etmək olar. Azərbaycan da islahatlara gedə bilərmi sualı ətrafında çoxsaylı müzakirələr açılıb. Doğrudur, əksəriyyət indiki dönəmdə bunu zərərli hesab edir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı indiki halda bunun qəti əleyhinədir: “Ümumiyyətlə, bu və ya digər ölkədə gedən proseslərin məntiqi nəticəsi olan siyasi yanaşmaların Azərbaycanda tətbiq olunmasının hər zaman əleyhinə olmuşam. Hətta vaxtı ilə Gürcüstanda qızılgül, Ukraynada narıncı inqilab baş verəndə Azərbaycan mətbuatında bununla bağlı təmtəraqlı və emosional fikirlər səslənilirdi. Hər zaman bu halların əleyhinə olmuşam və düşünmüşəm ki, xaricdən Azərbaycana müdaxilə xarakteri daşıyan bu cür tədbirlər xalqımızın iradəsini əks etdirmir. Bu gün də o fikirdəyəm ki, ölkəmizdə bütün siyasi proseslər hakimiyyətin bu və ya digər şəkildə formalaşması xalqın iradəsindən keçməlidir. Əlbəttə, dünyada demokratiyaya söykənən iki idarəetmə sistemi var. Bunlar prezidentlik və parlament sistemləridir. Ən müxtəlif ölkələr ən müxtəlif zamanlarda bunu tətbiq ediblər. Bu günə qədər də bəziləri prezident və ya parlamentli respublika idarəçiliyi ilə fəaliyyətlərini davam etdirirlər. Azərbaycana gəldikdə düşünürəm ki, bu o qədər də aktual deyil.

Siyasətdə heç zaman hökmən bu olmalıdır, yaxud baş verməlidir möhürünü vurmaq, məncə, düzgün deyil. Siyasi qənaətlər, siyasi addımlar ölkədə baş vermiş olan siyasi proseslərlə birbaşa bağlıdır və düşünürəm ki, belə də olmalıdır. Əgər gələcəkdə ciddi bir zərurət yaranarsa, Azərbaycanın da parlamentli respublikaya getməsini istisna etmirəm. Amma indiki durumda buna keçməyi zərərli hesab edirəm. Çünki Azərbaycanın 20% torpağı işğaldadır və burada parlamentli respublikaya nisbətən daha çox mərkəzləşmiş idarəetmə sistemi olan prezidentli respublika bizim üçün önəmlidir. Bu baxımdan düşünürəm ki, Lukaşenkonun bu seçimi ölkədə yaranmış olan təlatümlərlə, vəziyyətlə bağlıdır. Düşüncəmə görə, o doğru seçim edir. Çünki yürüşləri ilə deyil, onun dediyi kimi konstitusiya quruluşunu qoruyub saxlamaq və konstitusiyaya müəyyən dəyişikliklər etməklə krizisdən çıxmaq mümkündür. Eyni zamanda, o bunun da anonsunu verir ki, 1-2 ilə hakimiyyətdən gedə bilər və lakin hakimiyyətdən gedəndə ancaq konstitusiyaya söykənəcək, küçə yürüşləri, mitinqləri ilə hakimiyyətdən getmək niyyətində deyil. Bu çox düzgün, doğru yanaşmadır. Dövlətçilik mövqeyinə dayanır. Bu baxımdan onun mövqeyini tam dəstəkləyir, müdafiə edirəm. Düşünürəm ki, o Belarus xalqının gələcəyini düşünüb, bu addımları atır. Azərbaycanda hazırda bu vəziyyət yoxdur. Ölkəmiz çox yüksək səviyyədə prezidentlik üsulu ilə idarə olunur. Ona görə də Azərbaycanda indiki zaman kəsiyində parlamentli respublikaya keçməyi nəinki aktual hesab etmirəm, eyni zamanda, düşünürəm ki, bu zərərli ola bilər. Çünki qarşıda bizim torpaqların azad edilməsi dayanır. Bu məsələnin həlli mərkəzləşmiş idarəçilik sistemində daha məqbuldur”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Milli İstiqlal Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə Parlamentli Respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə, proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. AMİP-in ötən şənbə günü keçirilən növbəti 11-ci Qurultayının Qətnaməsinin ”Siyasi sistem və idarəetmə" bölümündə də bir daha ölkədə siyasi islahatların həyata keçirilməsi, proporsional seçki sisteminin bərpa olunması, parlament tipli respublikaya keçid, bununla əlaqədar prezident səlahiyyətlərinin bir qisminin parlamentə verilməsi kimi müddəalar öz əksini tapıb".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Bu gün, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Bu gün, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Bu gün, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru