Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                 

"Mən oliqarx deyiləm" - Deputat Madər Musayev
Tarix: 12-03-2020, 09:35 | Çap et
"Mən oliqarx deyiləm"
DİA.AZ VI çağırış Milli Məclisin deputatı Madər Musayevin “Report”a müsahibəsini təqdim edir:

- Milli Məclisə seçkilər sizin üçün necə keçdi?

- Əvvəla onu qeyd edim ki, seçki ağır bir proses olmaqla yanaşı, həm də təkrar namizədliyini irəli sürmüş deputatın seçici qarşısında imtahanıdır. Mən seçkiləri təxminən buna bənzədirəm. Yəni, hər beş ilin sonunda təkrar seçkidə iştiraka qərar veririksə, deməli, həm də seçici qarşısında imtahan veririk. İkincisi, əvvəlki seçkilərdə olduğu kimi, 9 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində də gərgin işlədik. İmzaların toplanılmasından tutmuş təbliğat-təşviqat dövrünün sonunadək bütün prosedurların obyektiv, qanuni həyata keçirilməsinə çalışdıq. Seçki Məcəlləsinin bütün tələblərinə qüsursuz əməl etdik. Səlahiyyətli nümayəndəm, 10 vəkilim və Seçki Qərargahımın çoxsaylı üzvləri ilə birgə ortaya nümunəvi iş qoyduq. Dedi-qodudan, “qara piar”dan uzaq, heç kimin bostanına daş atmadan öz işimizlə məşğul olduq. Gecə-gündüz demədən çalışdıq, Seçki Qərargahımız sutkanın 15-16 saatını işləyirdi. Ərazi tanış olduğu üçün o qədər də çətinlik çəkmirdik. Amma buna baxmayaraq hər yeni seçki, həm də yeni yanaşma tələb edir. Allaha şükürlər olsun ki, məqsədimizə də nail olduq. Sizin vasitənizlə bu prosesdə mənə dəstək olan hər kəsə, xüsusən də seçicilərimə bir daha təşəkkürümü bildirirəm.

- Adınız çəkiləndə qarşısında "Hacı" sözü də işlədirlər: "Hacı", "Hacı Madər" və s. İnsanlar sizi daha çox necə tanıyırlar?

- Ad insanla bərabər doğulur, titullar isə sonradan qazanılır. Titullarım dövlət və xalq qarşısında fəaliyyətimin məhsuludur. Heç zaman haqq etmədiyimə iddia etməmişəm. Ağlım kəsəndən çalışmışam, çətinliklərdən qorxmamışam. Etiraf edim ki, insanların böyük əksəriyyət məni “Hacı Madər” kimi tanıyır. Bu, onların seçimidir və hörmətlə yanaşıram.

- 1990-cı ildən indiyə kimi eyni dairədən deputat seçilirsiniz. Sizcə, bu dairədən başqa adamın deputat seçilmək imkanı yoxdurmu?

- Deputatı konkret ərazidə yaşayan, səsvermə hüququ olan insanlar seçir. "Niyə məni seçirlər?" sualına da cavabım illərdir dəyişmir: Mən hər zaman seçicimin yanında olmuşam, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətin siyasətini dəstəkləmişəm. Bu bir reallıqdır ki, heç kim tanımadığı namizədə səs vermir. Məsələn, 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bizim dairədən 19 nəfər namizədliyini irəli sürərək imza vərəqi götürmüşdü, onlardan 13 nəfəri qeydə alındı, 11 qeydə alınan namizədlə seçkiyə getdik. O namizədlərin bir-ikisi istisna olmaqla heç biri sözügedən dairənin ərazisində yaşamır. Əlbəttə, bu o demək deyil ki, seçkidə iştirak edə bilməzlər. Demək istəyirəm ki, beş ildən bir Binəqədiyə “qonaq” gəlirlər və iddia edirlər ki, biz deputat seçilmək istəyirik. Mən isə 70 ildən çoxdur bu ərazidə yaşayıram, atam, ulu babalarım buralarda yaşayıb, 30 ildir seçicinin yanındayam, nə dairəmi dəyişmişəm, nə də əqidəmi. Bu 30 ildə deputat seçildiyim dairə üzrə elə bir yer - ərazi, məhəllə yoxdur ki, orda olmayım, seçicinin probleminin həllinə çalışmayım. Belə olan halda seçici məndən niyə imtina etsin ki? Təəssüf ki, bəzi namizədlər bu kimi reallıqları nəzərə almır. Beş ildən bir Binəqədiyə gələn namizəd fikirləşmir ki, burda onu kim tanıyır, ona kim səs verəcək.

- 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyinizi yenidən irəli sürəndə bəzi insanlar tərəfindən sizin ünvanınıza müəyyən tənqidlər oldu. Həmin tənqidlərə münasibətiniz necədir?

- Əvvəla, heç kim tənqiddən sığortalanmayıb. Təəssüf ki, bizim cəmiyyət o həddə gəlib çatıb ki, tanıdığını da, tanımadığını da tənqid edir və adını da qoyur demokratiya. Olsun, bunu da normal hesab edirəm, amma qəbul etmədiyim məqamlar da var. Bu da səni kimin və niyə tənqid etməsidir. Bəzən məni tənqid edənlərin kimliyi ilə maraqlanıram. Baxıram ki, 30-40 yaşı var, bu qısa ömründə elə 30-40 dəfə də siyasi mənsubiyyətini, əqidəsini dəyişib. Və yaxud da ümumiyyətlə qarşısındakını tanımır, fəaliyyətilə də tanış deyil, sadəcə söz demək xatirinə, mətbuatın gündəmində qalsın deyə səhərdən-axşama kimi ağzına gələni danışır. Baxın, bu artıq demokratiya deyil, bu, demokratiyadan sui-istifadədir. Konkret mənə qarşı olan tənqidlərə gəlincə, yazırdılar ki, niyə təkrar namizədliyini irəli sürür. Mən də cavab verirdim ki, bu mənim konstitusion hüququmdur. Və yaxud da bəziləri deyirdilər ki, guya namizədliyimi irəli sürdüyüm dairədə məni heç kim tanımır. Bu, artıq ağ yalan kim bir şeydir. Bəziləri isə ümumiyyətlə Binəqədi qəsəbəsində anadan olduğumu, hazırda orda yaşadığımı belə bilmədən yazırdı ki, Hacı Madəri Binəqədi kəndində heç kim tanımır. Mən kifayət qədər səbrli və dözümlü insanam, lakin haqsız tənqidi də qəbul etmirəm. Bəzi namizədlər isə sosial şəbəkələrdə məni oliqarx adlandırır, etikadankənar hərəkətlər edirdilər. Mən oliqarx deyiləm axı... Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm. Deməli, belə şeyləri məqsədli yayırdılar.

- Seçkilər zamanı sosial şəbəkələrdə şəxsi hesabınızı gördük. Həmin hesabdan deputat seçildikdən sonra da istifadə edəcəksiniz, yoxsa onu seçkilərə görə yaradılmışdı?

- Sosial şəbəkələrdəki səhifələr seçkidən əvvəl də var idi, hazırda da fəaliyyət göstərir. Amma etiraf edim ki, seçki dövründə daha aktiv idi. Seçki Qərərgahım tərəfindən seçicilərlə görüşlər mətbuatla yanaşı, həm də sosial şəbəkələr vasitəsilə ictimailəşdirilirdi. Bu gün isə həmin hesabları köməkçim idarə edir və ordan mənə olunan muraciətləri ümumiləşdirib cavab verməyə çalşırıq. Bundan sonra da mühüm dövlət tədbirləri, seçicilərlə görüşlərim, qəbullar, seçildiyim ərazidə cənab Prezidentin təşəbbüsü ilə görülən işlər həmin səhifələr vasitəsilə həm seçicilərimə, həm də geniş ictimaiyyətə çatdırılacaq.

- Seçki şüarınız “Etimadınızı doğruladını seçin” idi. Sizcə 30 il ərzində seçiciləriniz etimadını doğrulda bilmisiniz?

- Əgər bu gün yenidən deputat seçilmişəmsə, deməli, seçicilərimin etimadını doğrultmuşam.

- Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səbəbindən buraxıldı. İnsanlar gözləyirdilər ki, V çağırış Milli Məclisin deputatlarının çoxu yenidən namizədliyini irəli sürməyəcək. Sizi və digər deputat həmkarlarınızı yenidən deputat olmağa həvəsləndirən nədir?

- Əvvəla, diqqətinizə çatdırım ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm. Parlamentin buraxılması ilə bağlı təklifi də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatlar irəli sürmüşdülər. Mən də həmkarlarım kimi həmin təklifə müsbət yanaşdım. Digər deputat həmkarlarımın adından danışa bilmərəm, amma konkret özümə gəlincə, düşünürəm ki, millət vəkili kimi bundan sonra da xalqa xidmət etməyə həm gücüm, həm də iradəm var.

- Bəzən deputatlar gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?

- Konkret kim nədən gileylənir bu barədə heç nə deyə bilmərəm, amma mənim belə bir problemim yoxdur. Müraciət etdiyim məmur da bilir ki, irəli sürdüyüm təklif və ya həllinə çalışdığım problem şəxsi deyil, seçildiyim ərazi və orada yaşayan insanlar üçündür. Hər bir deputat kimi mən də çalışıram ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara ən azı seçildiyim dairənin hüdudları daxilində dəstək verim, qaldırılan problemləri yerində həll edim. Bunun üçün də məmurlarla təmasda olmaq, onlara müraciət etmək tələb olunur. Etiraf edim ki, bu prosesdə də heç bir problemlə qarşılaşmıram.

- Dostluq etdiyiniz müxalifət nümayəndələri varmı?

- Dövlətini, millətini sevən, Prezidentin siyasətini birmənalı dəstəkləyən hər kəs mənim dostumdur.

- İddia edirlər ki, şəhərdə “012” ilə olan bütün avtomobillər sizə və yaxınlarınıza məxsusdur...

- İdarə etdiyim avtomobilin nömrə nişanı “012”dir. Amma şəhərdə şütüyən bütün “012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə “012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!

- Övladlarınız hansı işlə məşğuldur?

- Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Bu gün, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Bu gün, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Bu gün, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bu gün, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Bu gün, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Bu gün, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Bu gün, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Bu gün, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Bu gün, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru