“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Partiya sədri haranı tapşırsa, orada olacam” - deputat
Tarix: 7-03-2020, 10:19 | Çap et
“Partiya sədri haranı tapşırsa, orada olacam”
“Yeni Müsavat”ın bu dəfəki müsahibi Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovdur. YAP funksioneri ilə gündəmdə olan əsas məsələləri müzakirə etdik.

- Siyavuş bəy, Konstitusiya Məhkəməsi martın 5-də seçkilərə yekun vurdu. Öncəliklə bu qərarı necə dəyərləndirərdiniz?

- Öncəliklə onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi üçün tam münbit bir şərait yaradılmışdı. Şəffaf, ədalətli, demokratik seçki keçirildi. Həm ictimai-siyasi vəziyyət, həm də ictimai-siyasi sabitlik mövcud idi. Hər bir namizəd üçün bərabər şərait yaradılmışdı. Bunun nəticəsi olaraq, Azərbaycanda 20-dən artıq qeydiyyatdan keçmiş siyasi partiya və xeyli sayda ölkə vətəndaşı öz hüquqlarından istifadə edərək, seçki prosesinə qoşuldu. Təbii ki, seçkidə müəyyən olunmuş 125 yer var. Bu sayda şəxs seçilməli idi. Bütün dünyada belədir ki, seçilməyənlərdən narazı olanlar da olur, razı qalanlar da. Bu, aydın məsələdir. Kimin şikayəti var idisə, bunu etmək üçün hər cür şərait namizədlərə yaradılmışdı. Bunun nəticəsində 300-dən artıq məntəqə ləğv olundu, 4 dairənin nəticələri ləğv edildi. Tam şəkildə araşdırmalar aparıldı. Şikayət edən tərəfin iştirakı ilə bu araşdırma getdi. MSK 4 dairəni ləğv etdi, digərlərini təsdiq etmək üçün Konstitusiya Məhkəməsinə göndərdi. Bu məhkəmə də öz qərarı ilə nəticələri təsdiqlədi. Yenə də kiminsə şikayəti qalıbsa, hüquqi müstəvidə bunu davam etdirə bilər. Azərbaycan hüquqi bir dövlətdir. Burada qanunun aliliyi hamı üçün bərabərdir. Hər şey faktlar, qanun çərçivəsində olmalıdır. Söz söhbətlərə ehtiyac yoxdur. Kiminsə səsini telefona yazdırdılar, buna da hüquqi qiymət verildi.

- 4 dairə üzrə təkrar seçkilərin nə zaman keçiriləcəyini düşünürsüz?

- Adətən təkrar seçkilər iki aydan sonra baş tutur. İndi prezident nə zaman münasib biləcəksə, seçki gününü təyin edəcək. Vətəndaşlar da yenə azad şəkildə iştirak edəcəklər.

- Qeyd edirsiniz ki, seçkilər demokratik şəkildə keçirildi. Bəs MSK-nin qarşısında günlərlə keçirilən aksiya nə idi?

- Etiraz edən ilk növbədə özünə sual verməlidir ki, mən niyə seçilməmişəm. Mən Azərbaycanda seçki praktikası üzrə həm Amerikada, həm də Avropanın bir sıra ölkələrində müxalifət partiyalarının bir çoxunun nümayəndələri ilə birlikdə 1995-ci ildən bu tərəfə kurslar keçmişəm. Seçki prosesini çox gözəl bilirəm, nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri qanunvericiliklə nəzərdə tutulur, praktiki seçki prosesidir. Seçkiyə qatılmaq üçün hər bir namizəd düşünməlidir ki, hansı dairədən qatılım və niyə? Bu sual qarşıya qoyulmalıdır. Bəlkə yaşadığın yerdə birinci elə qonşuların əleyhinədir. Bunun tədqiqatını aparmısan ya yox? Bu kənddə doğulmusan deyə, düşünə bilməz ki, camaat gəlib mütləq sənə səs verəcək. Bu düşüncə tərzindən insanlar uzaq olmalıdır. Əgər qarşısına məqsəd qoyubsa ki, namizədliyini irəli sürüb seçilsin, ilk növbədə tədqiqat aparıb dəqiqləşdirməlidir ki, hansı dairədən səs ala bilər. Dairə var ki, orada gənc istəyirlər, yaşlı istəyən dairə də var, yaxud dairə var ki, orada qadının deputat olmasını istəyirlər. Bütün bunların hamısı tədqiqatın nəticəsidir. Seçkiyə bir il qalmış gərək o tədqiqatı aparasan ki, haradan namizədliyini verəcəyini müəyyən edəsən. Seçki elan olundu, görüm bu dairədə nə var, nə yox, düşüncəsi ilə prosesə qatılmaq olmaz. Bu xaricilərin də gülüş obyektinə çevrilir. MSK-nın qarşısında etiraz edənlər məhz bu xarakterə sahib insanlar idilər. Bir-iki dənə yazı yazır, adını qoyur bloger. Bu yazını kim oxuyub oxumayıb özü bilər, yaxud dostları ona səs verib-verməyiblər, bunu da özü bilər. Bəlkə birinin dostları heç o dairənin ərazisində yaşamır? Sən prezident seçkilərində iştirak etmirsən ki. Dairə üzrə gəlib səs verirlər. Bu baxımdan onların praktiki təcrübələri çox az idi.

Digər əsas şərt ondan ibarətdir ki, seçkiyə komanda ilə getmək lazımdır. Onların bir çoxunu gördüm ki, hətta iki nəfər səlahiyyətli nümayəndə təyin etməyə adamları yox idi. Özü DSK-ya aparıb sənədlərini təqdim edir. Halbuki namizədin səlahiyyətli nümayəndəsi bunu etməlidir. Doğrudur, namizədin özünün bunu etməsinə qadağa yoxdur. Amma demək, bu iki nəfər tapa bilmir ki, sənədləşmə işini aparsın. 450 imzanı toplamaq üçün azı 10 nəfər tələb olunur. Amma namizədin özü qapı-qapı düşüb imza toplayır. Deməli, komandası yoxdur. Belə olan təqdirdə hansı qələbədən danışa bilər? İstənilən partiyanın nümayəndəsi gəlsin, üzbəüz debatda onları başa salım. Azından 35 məntəqədir və hərəsində bir müşahidəçi təyin etməlisən - əgər seçkiyə nəzarət etmək istəyirsənsə. Bir müşahidəçi düşüb oradan-ora, buradan-bura əlində telefon çəkə-çəkə gedir. Müşahidəçi seçki məntəqəsi açılanda gəlir, bağlananda gedir. Hansı detala əl atsalar, bunlarda qələbə üçün bir işartı belə yox idi. Bu baxımdan o adamlar xalqın onlara nə üçün səs vermədiklərini düşünməlidirlər. Vətəndaş gəlib deyir ki, sənə axı niyə səs verməliyəm, əsaslandır.

- Müxalif namizədlərin bir kəsimi “Xalq parlamenti” yaradır...

- Belə şeylər çox olub. Son 30 ildə buna az şahidlik etməmişik. Vaxtilə SİDSUH, müvəqqəti, alternativ hökumət, alternativ parlament və s. yaradıblar. Bunlar bir aylıq işlərdir.

- 236 nəfər də seçkilərin ləğvi tələbi ilə sənəd hazırlayıb, imza atıblar.

- Bu, normal haldır. 2500-dən çox insan namizəd olmaq üçün müraciət etdi. Təxminən 1800-ə yaxın insan qeydiyyatdan keçdi. Onlarda da bəziləri başqasının xeyrinə geri çəkildilər, təxminən 1400-ə yaxın insan seçki günündə iştirak etdi. Hər dairə üzrə təxmini 12-13 nəfər mübarizə apardı. Onlardan da biri seçilməli idi. Bunların sırasında narazıların olması gözlənilən idi. Amerikada konqresmenlər, senatorlar iki müraciət hazırlayırlar. Biri seçicilərə təşəkkür edir, digəri seçkilərin saxtalaşdırıldığını deyirlər.

- Parlamentin ilk iclasının təxminən nə vaxt keçiriləcəyi gözlənilir?

- Konstitusiya Məhkəməsi təsdiq edəndən son bir həftə ərzində iclas keçirilməlidir. Burada prosedur qaydalar var. Hazır olan kimi parlament öz işinə başlayacaq.

- Siyavuş Novruzov Milli Məclisin spikerliyinə, yaxud vitse-spikerliyinə iddialıdırmı?

- Mən partiya nümayəndəsiyəm. Partiya sədri haranı tapşırsa, orada olacam. Bizdə partiya intizamı var. Sədr nə göstəriş, tapşırıq verirsə, can-başla yerinə yetirməyə hazırıq.

- Şəxsiniz olmasa da, namizədləriniz varmı?

- Bu seçkilərdə qalib gələn tərəf Yeni Azərbaycan Partiyasıdır. Buna uyğun olaraq, parlament rəhbərliyinin böyük əksəriyyəti partiyamızdan formalaşaq. Bu da partiya sədrimizin tövsiyələri əsasında olacaq.

- YAP-da bu məsələlər müzakirə olunubmu?

- Bu, artıq bizim daxili məsələmizdir.

- “Freedom House” günlər öncə Azərbaycanı “Azad olmayan ölkələr” sırasına saldı, Türkmənistan, Tacikistanla bir yerə...

- Buna gözlə baxmaq lazımdır. Azərbaycanla adını çəkdiyiniz dövlətlər tərəzinin eyni gözündədir? Birinci saxtakarlıq elə oradan başlayır. Bu və ya digər beynəlxalq təşkilatlar 30 ilə yaxındır ki, Azərbaycan haqqında qərəzli mövqedən çıxış edirlər. Burada da əsas məqsəd təzyiq göstərməkdir. Ayrı-ayrı firmaların burada güzəştli şəkildə iş almaları və digər məsələlərdə təzyiq metodundan istifadə edirlər. Bunu edən təşkilatların idarə heyətlərində ermənilər, yaxud erməni mənşəli şəxslər təmsil olunurlar. Onlara Azərbaycanın bu cür inkişafı sərf etmir. Yaxınlarda cənab prezident İtaliyaya səfər etdi və 28 sənəd imzalandı. Bu və ya digər bu kimi göstəricilər ölkəmizə bariz nümunədir. Onlar nə yazırlarsa, yazsınlar. Elə hesab edin ki, Mübariz Əhmədoğlu yazır ki, Amerikada demokratiya yoxdur. Bu, eyni şeydir.

- Bugünlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədəki siyasi partiyalarla görüşləri baş tutmaqdadır. Bu iqtidar-müxalifət dialoquna gedən yolun başlanğıcıdır?

- Prezident Administrasiyasında yeni struktur formalaşıb. Siyasi partiyalarla işlə Ədalət Vəliyev məşğuldur. Siyasi partiyaların bir-bir rəylərini, fikirlərini alır, arzularını, istəklərini öyrənir. Bunlar toplum şəklində hazırlanır. Elə sahə var ki, orada parlamentin qərarına ehtiyac olacaq. Elə sahə olacaq ki, cənab prezidentin sərəncamına böyük ehtiyac duyulur. Yəni hər birinin müxtəlif təklif və istəkləri var. Burada sivil qaydada münasibətlərin qurulmasından söhbət gedir.

Müxalifət düşmənçilik demək deyil, alternativ təklif, fikir deməkdir. Bütün bunlar danışıqlar əsasında ortalıqda olur. Bunlar olmadan bir-birinə mətbuat və ya digər vasitələrlə müraciət etmək mümkün deyil axı. Təbii ki, burada o biri partiyaları monopoliyaya alıb, özlərinin böyük olduğunu göstərməyə çalışanlar var. Əslində onlar da dərnəkdir. Partiya seçkilərdə iştirak edib, alternativ təkliflər verir, kadr bazası formalaşdırır. Bunların işi orada-burada etiraz aksiyaları, piketlər keçirməkdir. 30 ildir eyni işlə məşğulsunuz. Bu məsələləri qurtarın.

- Seçki prosesi dövründə DTX tərəfindən icra başçıları səviyyəsində həbslər oldu. Bu hansı proseslərin başlanğıcı idi?

- Cənab prezident belə məmurlarla bağlı konkret fikirlərini bildirdi ki, xalqın malına toxunan, mənimsəyən, vətəndaşları incidən, onların haqq səsinə qulaq asmayan, öz vəzifə borcunu yerinə yetirməyən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Burada heç bir güzəşt ola bilməz. Hamı qanun qarşısında bərabərdir.

- Neftçalanın icra başçısı 31 yaşlı Mirhəsən Seyidov təyin olundu ki, bu da bir sıra müzakirələr doğurdu. Əsas da yaşına görə...

- Heç kəs doğulanda icra başçısı doğulmur. İllərlə o vəzifə üçün yetişir. Bu gün gənclərə yol açılır. Onlara özlərini göstərmək üçün şərait yaradılır. Bəzi ölkələr var ki, qəfil gəncləşmə həyata keçirilir. Bu da çox böyük kataklizmlərə gətirib çıxarırdı. Ölkəmizdə bu təkamül yolu ilə gedir. Strukturlarda gəncləşmə prosesi getməkdədir. Bu davamlı olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru