“Öncə Qərb demokratiyasını bayraq edənlər meydana çıxmalı idilər” - Bakı müxalifətindən sıfır reaksiya
Tarix: 18-12-2019, 08:48 | Çap et
 ABŞ Senatında qondarma “erməni soyqırımı”nın qəbulundan sonra Azərbaycanın qərbyönlü ictimai-siyasi kəsimində bir susqunluq yaşandı. Halbuki əvvəllər bu cür qərar qəbul edən ölkələrin Bakıda səfirlikləri qarşısında siyasi qurumlar, gənclər təşkilatları tərəfindən aksiyalar keçirilir, dəyirmi masalar təşkil olunurdu.
Bununla bağlı bəzi ehtimallar səslənir. Qeyd olunur ki, ölkə müxalifəti hələ də ümidini ABŞ-a bağlayır, uğuru bu ölkə vasitəsilə əldə edəcəyinə inanır. Digər tərəfdən, Qərb təşkilatlarından alınan qrantların da burada az rol oynamadığı vurğulanır.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında təəccüblənmədiyini söylədi: “ABŞ parlamentinin hər iki qərarına Azərbaycan tərəfi öz münasibətini bildirib. Kütləvi İnformasiya Vasitələrində həm hakim partiyanın, həm də parlament müxalifətinin nümayəndələri etirazlarını səsləndiriblər və qərarın heç bir tarixi fakta söykənmədiyini, siyasi mahiyyət daşıdığını bildiriblər. Müxalifətin ”radikal düşərgəsinə" gəldikdə isə onların bu mövzuda bəyanat və açıqlamaları ilə qarşılaşmamışam. Əslində gözləmirdim də. Çünki bu düşərgədə təmsil olunan siyasətçilərin əhəmiyyətli hissəsi korporativ maraqları milli maraqlardan və Azərbaycan-Türkiyə münasibətlərindən hər zaman üstün tutublar. Bu yanaşmaya Azərbaycan və Türkiyə prezidentləri arasındakı qardaşlıq münasibəti, həmçinin hər iki dövlətin iqtidarları arasındakı əlaqələr də təsir göstərir. Heç şübhə etmirəm ki, əgər Azərbaycan və Türkiyə hakimiyyətlərinin münasibətlərində soyuqluq müşahidə olunsaydı, o zaman radikal düşərgənin təmsilçiləri nəinki Türkiyənin müdafiəsinə qalxar, hətta ağlasığmaz ittihamlarla Azərbaycan hökumətini Türkiyəyə dəstək verməməkdə günahlandırardılar. Bu adamların ölçü vahidi şəxsi maraqlarıdır, vəssalam. Biz bu yanaşmanı Azərbaycanla Türkiyə arasında “Sürix protokolları” və bu amildən qaynaqlanan bayraq böhranı zamanı da gördük.
Elçin Mirzəbəyli: “Radikalların son susqunluğuna da təəccüblənmədim”
O zaman Azərbaycanın milli maraqları qulaqardına vurulur, bütün ittihamlar ölkəmizə qarşı irəli sürülürdü. Əslində bu gün “radikal düşərgə”nin düşdüyü durumun səbəbini də elə burada - ideoloji saxtakarlıqda və prinsipsizlikdə axtarmaq lazımdır. ABŞ səfirliyinin qarşısında etiraz aksiyasına gəldikdə isə, bunun mümkün olmadığını xüsusi olaraq vurğulamağa ehtiyac görmürəm. Ümumiyyətlə, radikal müxalifətin gündəliyində bölgəyə təsir imkanları olan hansısa ölkənin səfirliyinin qarşısında etiraz aksiyası keçirmək təcrübəsi yoxdur və olması da mümkün deyil. Bu sıraya sizin qeyd etdiyiniz kimi, Rusiyanı və İranı da əlavə etmək olar. İrandakı ayrı-ayrı dini-ekstremist qruplarla bağlı olan, casus fəaliyyəti həyata keçirən, ölkəmizin konstitusiya quruluşuna qarşı çıxış edən və günahları məhkəmə qərarları ilə sübuta yetirilmiş şəxslərin müdafiəsinə qalxan, onların yaxın ətrafı ilə birlikdə etiraz aksiyası keçirən, terrorçuları, ekstremistləri “siyasi məhbus” kimi dünyaya təqdim etməyə çalışanların İran səfirliyi qarşısında Azərbaycanın milli maraqları ilə bağlı aksiya keçirəcəyini gözləmək fantastikadır. Bu baxımdan radikalların son susqunlıuğuna da təəccüblənmədim".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı gözləmə mövqeyində dayandıqlarını qeyd etdi: “Bütün milli maraqlara toxunan məsələlərlə bağlı aksiya, digər etiraz tədbirləri keçirən həmişə biz, yəni Qarabağ Azadlıq Təşkilatı olmuşuq. Başqaları da bizə ”qiymət vermək"lə məşğul olublar. Niyə elə etdilər, niyə az adam oldu kimi suallar yağdırıblar. Bəzən bizləri qınayıblar ki, aksiya nəyə lazımdı və sair. Hesab edirəm ki, ABŞ-ıın bu hərəkəti ilə bağlı birinci növbədə Qərb demokratiyasını bayraq edənlər meydana çıxmalıydılar, demokrat olduqlarını göstərməliydilər. Bizim niyə aksiya keçirməməyimizə gəldikdə isə, bir müddət prosesləri müşahidə etmək qərarına gəlmişik, görək bizdən başqa bir tərpənən olacaq, yoxsa yox. Türkiyəyə qarşı yönələn addım həm də Azərbaycana dəyən zərbədir. Həmişə bu mövqedə olmuşuq. Aksiya və ya hər hansı etiraz tədbiri gündəmdədir. İstənilən vaxt qərar qəbul edib addım ata bilərik".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Lukaşenko Moskvada Putinlə görüşüb
Bu gün, 19:36 |
|
|
|
| • Karapetyanın adamı həbs edildi
Bu gün, 19:34 |
|
|
|
| • Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Bu gün, 16:56 |
|
|
|
| • Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Bu gün, 16:36 |
|
|
|
| • Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Bu gün, 16:32 |
|
|
|
| • Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Bu gün, 16:22 |
|
|
|
| • Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Bu gün, 15:51 |
|
|
|
| • Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bu gün, 15:49 |
|
|
|
| • "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Bu gün, 15:46 |
|
|
|
| • Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Bu gün, 15:40 |
|
|
|
| • “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Bu gün, 15:28 |
|
|
|
| • Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Bu gün, 15:16 |
|
|
|
| • Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Bu gün, 15:13 |
|
|
|
| • Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02 |
|
|
|
| • Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58 |
|
|
|
| • Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45 |
|
|
|
| • Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40 |
|
|
|
| • AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37 |
|
|
|
| • Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35 |
|
|
|
| • "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33 |
|
|
|
| • Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29 |
|
|
|
| • "Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04 |
|
|
|
| • Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03 |
|
|
|
| • “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59 |
|
|
|
| • Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58 |
|
|
|
| • Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47 |
|
|
|
| • “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45 |
|
|
|
| • Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35 |
|
|
|
| • Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30 |
|
|
|
| • Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27 |
|
|
|
| • Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17 |
|
|
|
| • “Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57 |
|
|
|
| • Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54 |
|
|
|
| • “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52 |
|
|
|
| • Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48 |
|
|
|
| • İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42 |
|
|
|
| • Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36 |
|
|
|
| • "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22 |
|
|
|
| • ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18 |
|
|
|
| • "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16 |
|
|
|
| • Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53 |
|
|
|
| • "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51 |
|
|
|
| • Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47 |
|
|
|
| • AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26 |
|
|
|
| • Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20 |
|
|
|
| • “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16 |
|
|
|
| • Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09 |
|
|
|
| • Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
| • Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01 |
|
|
|
|