Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                 

“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” - deputat
Tarix: 21-07-2018, 09:23 | Çap et
“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...”
Artıq neçə gündür ki, Türkiyə mətbuatının əsas manşet xəbərləri özünü “Mehdi” kimi təqdim edən, “hoca” ləqəbli Adnan Oktarın həbsi, ortaya çıxan dəhşətli, iyrənc faktlarla bağlıdır. Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs edilən “hoca” və onun cinayətkar şəbəkəsi ilə bağlı ortaya çıxan məlumatlar, şahidlərin açıqlamaları, etirafları gündəmi silkələməkdə davam edir.

Bundan əvvəl də Adnan Oktar İslam dinini gözdən salan, yalançı ilahiyyatçı, əsl mason, İsrail agenti kimi tanınırdı. Lakin nədənsə Türkiyə rəsmiləri bu vaxta qədər bütün bunlara göz yumurdu. “Hoca” isə özünü “İslam alimi” kimi təqdim edərək, din pərdəsi altında rəhbərlik etdiyi televiziya, sosial şəbəkələr vasitəsilə əxlaqsızlığı yaymaqda davam edirdi.

Ötən gün “hoca”nın keçmiş müridlərindən olan Fırat Develioğlu canlı yayımda “Adnan Oktarın ”Mehdi" olduğuna inanırdıq, o, cihat və zəkat bəhanələri ilə gəncləri aldadırdı" açıqlamalarını verdi. F.Develiğlu “hoca”nın şəbəkəsinə necə daxil olduğu barədə də ilginc məlumatlar bildirib: “1986-cı ildə ailənin bir övladı kimi İslam dinini yaxından öyrənmək üçün Adnan Oktarın şəbəkəsinə qatıldım.

Təxminən 90-cı illərə qədər oradakı qızların əllərinə belə toxunmurduq. Lakin 90-cı illərdən sonra vəziyyət dəyişməyə başladı. İlk əvvəllər ağlımızda dindən başqa heç nə yox idi. Hər şeyin məntiqi dinə bağlanırdı. Şəbəkənin artıq cinayətkar dəstəyə çevrildiyini görüb 1999-cu ildən oradan ayrıldım. Həmin ilə qədər təxminən 100-200 minə yaxın insan maraq xətrinə bu şəbəkəyə gəlib-gedib. Onların arasında məşhurlar da var idi”.

Həbsdən sonra aparılan ilk araşdırmalarda Adnan Oktarın rəsmən masson olduğu, İsraillə daim əlaqələr qurduğu ortaya çıxdı. “Hoca” həbs oldunduqdan sonra ilk açıqlamasında heç bir günahı olmadığı, gördüyü işlər, qurduğu əlaqələrin hamısının Türkiyə naminə olduğunu bildirirdi.

“Hoca” həbs olunandan az sonra onun tərəfindən təcavüzə uğradığını iddia edən 35 qız polisə şikayət edib. Bu şikayətçilərin 15 nəfəri 11-17 yaş arası olan zaman təcavüzə uğradığını bildirib. Hətta adı gizli saxlanılan 16 yaşlı qız anası tərəfindən gizli şəbəkəyə təhvil verildiyini deyib.

Şikayətçilərin bəziləri artıq mətbuata danışıb və onların söylədikləri faktlar iyrənc və dəhşətlidir. Məsələn, 16 il sonra Adnan Oktarın şəbəkəsində olan, daha sonra bu şəbəkədən güclə canını qurtara bilmiş 34 yaşlı G.S.-in sözlərinə görə, “hoca” daim “dində lezbiyanlıq halaldır” deyərək qızları bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edirmiş: “Adnan Oktar xəstəliyi ucbatından heç kimlə cinsi əlaqəyə girə bilmirdi. Amma oğlanları və qızları hər gün bir-biri ilə əlaqəyə girməyə məcbur edirdi. O deyirdi ki, bunu din buyurur. Siz kişilərin bütün ehtiyaclarını qarşılamalısız, əks halda, mələklər sizi lənətləyər”.

Qızın sonrakı açıqlamaları daha dəhşətli olub. Belə ki, o bildirib ki, şəbəkə onu qardaşı ilə də cinsi əlaqədə olmağa məcbur edib: “Məni öz aralarına aldıqlarında hələ kollecdə oxuyurdum. Bir neçə dəfə onun evlərindən birinə gedib-gəldim. Daha sonra yanıma bir adam qoydu və hər yerə onun nəzarəti altında gedirdim. Əvvəl elə bilirdim bu, mənim təhlükəsizliyim üçündü, yalnız sonra anladım ki, qaçıb burada baş verənləri kiməsə danışmayım deyə belə bir addım atıb. Bir dəfə məni qrupda bir neçə oğlanın qarşısına atdı və münasibətə girməmizi əmr etdi. Məni öz qardaşımla cinsi əlaqəyə məcbur etdi. Etiraz edəndə isə bunun Mehdinin əmri olduğunu dedi”.

Şikayətçilərin bir çoxu qeyd edib ki, Adnan Oktar xəstə olduğu üçün qadınlarla yaxınlıq edə bilmirmiş. Bu səbəbdən qızları seksə təhrik edərkən özü kənardan izləməyi sevirmiş. Bəzən isə azyaşlı qızların bakirəliyini əlləri ilə toxunub pozurmuş. Digərləri isə bildirib ki, “hoca” qızlara baş örtüyünün haram, bikini geyiminin isə halal olduğunu deyirmiş.

Təbii ki, bütün bunlar İslam dinini gözdən salır, insanların bu dinə olan inamını şübhə altına alırdı.

Bu arada bir faktı qeyd edək ki, özünü “Mehdi” kimi təqdim edən Adnan Oktar bu cür iyrənc təhlilləri ilə bağlı “Harun Yəhya” imzası ilə kitablar da çap edirdi. Çox təəssüf ki, onun kitabları Azərbaycana da ayaq açmışdı. Məlumata görə, daha çox massonluğu və əxlaqsızlığı təbliğ edən həmin kitablar Bakıdakı kitabxanalara çox ucuz qiymətə, 2-3 manata satılır, bəzən isə pulsuz verilirmiş..

“Adnan Oktar əslində Türkiyədə bizə məlum olan Sasani dini görüşünün təmsilçilərindən biridir”. Bu sözləri azərbaycanlı deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən dedi. Deputat da vurğuladı ki, Adnan Oktar öz davranışları ilə İslam dinini hörmətdən salan şəxslərdən biridir: “İlkin vaxtlarda onun müəyyən yaradılışla bağlı, sanki elmi görünə biləcək təhlilləri maraq doğururdu, din xadimi kimi diqqət cəlb edirdi. Bir qədər də əxlaqsızlığı təbliğ edən, guya qadın azadlığını diqqət mərkəzinə gətirib bunu əxlaqsız formada təqdim edən, gerçək qadın azadlığına dəstək verən şəxs kimi tanınırdı. Türkiyədə də onun müəyyən qədər izləyiciləri var idi. Ola bilsin ki, Azərbaycanda da sosial şəbəkələrdə ona dəstək verənlər var idi. Deyərdim ki, Adnan Oktar Sasani dünya görüşünün bir qalıntısıdır. Türkiyədə bir qədər sonra irqçiliyi təbliğ edib gündəmə gətirən, səviyyəsiz bir din adamı görüntüsü verdi. Deyə bilmərəm ki, onun haqqında səslənən ittihamlar nə dərəcədə əsaslı və ya əsaslı deyil. Amma hər halda, fəaliyyəti o qədər də dinə fayda verən, onun modern üslubda tanınmasına yardım edəcək bir fəaliyyət sayılmazdı. Hər halda, ona qarşı yönələn ittihamlar hüquq pozuntusu ilə bağlı olarsa və məhkəmə hökm verərsə, bunları da nəzərdə tutacaq. Məlum olduğu kimi, onun fəaliyyəti heç də xoş deyildi. Onun son fəaliyyəti daha iyrənc forma almağa başlamışdı. Bu da İslam dininin mənfi bir formada tanınmasına səbəb olurdu”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Dünən, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Dünən, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Dünən, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Dünən, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Dünən, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Dünən, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Dünən, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Dünən, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Dünən, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru