Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                 

Müxalifətdən dövlətə tam dəstək: - “Cinayətdir və...”
Tarix: 12-07-2018, 08:14 | Çap et
Müxalifətdən dövlətə tam dəstək:
İyulun 10-da Gəncədə baş verən və iki yüksək rütbəli polisin öldürülməsi ilə nəticələnən hadisələr ölkə ictimaiyyəti tərəfindən pislənir. Hadisələrə müxalifət partiyalarının rəhbərləri də münasibət bildiriblər.

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə də demokratiyaya xidmət edir. İştirakçıların kimliyindən asılı olmayaraq, aydın görünür ki, bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.

AXP sədri şəhid olan polislərə görə təəssüf hissi keçirdiyini bildirib. Həmçinin qeyd edib ki, bununla yanaşı, günlər öncədən belə bir təxribata hazırlıq getdiyi hər kəsə məlum olduğu halda, nədən onun qarşısının alınmadığı, həmin adamların şəhərin baş meydanına necə keçə bildikləri onda təəccüb yaradır: “Bu detal xüsusi araşdırılmalıdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı da hadisələr baş verdiyi barədə xəbər yayılandan dərhal sonra bu hadisələri pisləyən açıqlama verib: “İki polis zabitinin qətlə yetirilməsi böyük faciədir və Azərbaycanın maraqlarına dəhşətli zərbədir. Proseslərin zorakı müstəviyə keçməsi Azərbaycan xalqının və dövlətinin ziyanınadır. Bundan ən böyük ziyan çəkən xalq və dövlət olacaq. Bu məsələ ilə bağlı yəqin ki, ciddi araşdırmalar gedəcək və bu araşdırmalardan, dəqiq məlumatlar əldə etdikdən sonra Müsavat Partiyası olaraq konkret münasibət bildirəcəyik. Ancaq indidən demək mümkündür ki, görünür, Azərbaycanda proseslərin sivil, demokartik müstəviyə deyil, zorakılıq müstəvisinə keçməsində maraqlı olan qüvvələr var. Təbii ki, bu məsələlər sürətlə araşdırılacaq”.

Müsavat başqanı deyib ki, bu proseslərin arxasında dayanan ciddi qüvvələr var: “Xüsusilə iki yüksək vəzifəli zabitin öldürülməsi ciddi hadisədir və bundan ciddi nəticə çıxarılmalıdır. Bu cür proseslərin inkişafına yol vermək olmaz. Siyasi qüvvələr də ölkədə konstitusiya və qanunlardan kənar proseslərin getməsinə imkan verməməlidir. Biz də buna çalışacağıq. Amma əsas rol yenə də hakimiyyətin üzərindədir”.

AMİP-in baş katibi Arzuxan Əlizadə isə bildirdi ki, Gəncədə baş verən hadisələrin arxasında dini cərəyanların dayandığına inanmır: “Olayların arxasında dini amili qabartmaqla diqqəti özündən yayındırmağa çalışan daha ciddi qüvvələrin olduğu qənaətindəyəm. Əminəm ki, hüquq-mühafizə orqanlarının araşdırmaları hadisələrin arxasında dayanan əsas oyunçuları meydana çıxaracaq. İstənilən halda öz vəzifə borcunu yerinə yetirən polis zabitlərinin qətlə yetirilməsi dövlətimizin dayaqlarını sarsıtmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Şəhid olan polislərimizə Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına başınız sağ olsun deyirəm! Bu günlərdə siyasi mövqeyindən asılı olmayaraq hər kəsi hadisələri düzgün qiymətləndirərək obyektiv mövqe bildirməyə və dövlətimizin yanında olmağa çağırıram. Azərbaycan dövlətçiliyini qorumaq hər birimizin şərəfli borcudur”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, Gəncədə həyata keçirilən hadisə cinayətdir və bu cinayəti törədənlər aşağıdan yuxarıya qədər hamısı aşkara çıxarılmalı, cəzalarını çəkməlidirlər: “Bu hadisəyə diqqət etdikdə ortaya çoxlu suallar çıxır. Sanki bir güclü əl bu cür hadisələrin baş verməsini istəyir. Təşkilatçısı dəqiq bəlli olmayan aksiyaya şərait yaradılmamalı idi. İnsanlar o meydana buraxılmamalı idilər. Bu hadisələr bütövlükdə tərəfimizdən pislənilir”.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, məmur-vətəndaş münasibətlərində hər hansı bir zorakılığın edilməsi qətiyyətlə pislənməlidir. Bu, həm dövlətimiz, həm cəmiyyətimiz üçün, həm də bu prosesdə iştirak edən insanlar üçün çox ağır nəticələrə gətirib çıxara bilər: “Amma bu gün bizi daha bir məsələ maraqlandırılmalıdır, nəyə görə Gəncədə bu hadisələr baş verdi və nə üçün Elmar Vəliyevin həyatına sui-qəsd olunandan sonra bu hadisələr gücləndi? Yerlərdə məmurların vətəndaşlara qarşı tam özbaşına rəftar eləməsinin qarşısı təcili alınmalıdır. Yerli məmurlar, bir sıra icra başçıları faktiki olaraq dövlətçilik, sabitlik üçün təhlükə mənbəyinə çevriliblər. Yerlərdə insanların hörmət etdiyi məmurlar olanda bu tipli hadisələrin baş verməsi ehtimalı da azalır, baş verəndə isə itkisiz ötüşür. Mən Gəncədə baş verən hadisələri qətiyyətlə pisləsəm də, dövlətçilik tələb edir ki, bu hadisənin yaranmasının səbəbləri də araşdırılsın”.

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, Gəncə hadisələrini iki hissəyə bölmək lazımdır. Hər iki hissənin üzvü bağlılığı vardır. Birinci hissəsi 3 iyul tarixində Gəncə şəhər İcra başçısı Elmar Vəliyevə olan sui-qəsd cəhdi idi. Bu hadisədən sonra baş verənləri Gəncə hadisələrinin ikinci hissəsinə aid etmək lazımdır: “Həmin gündən sosial şəbəkələrdə 10 iyul tarixdə Gəncə şəhərində etirazın olacağı barədə məlumatlar dolaşırdı. Dünən isə Gəncədə heç arzulamadığım hadisə baş verdi. Həm insanların xaotik şəkildə küçələrə çıxması, həm polis zabitlərinin qətli, həm də nümayişə cəhd edənlərin həbsi ziyanımızadır. Qətlə yetirilən polis zabitlərimizin də yaxşılardan olmalarına inanıram. Çünki onların Gəncə sakini olması, camaatla gətirilmiş qüvvələr arasında bufer, maneə olma cəhdləri, itkidən yayınmaq üçün önə çıxmaları müsbət məqsəli olmalarını göstərir. Allah rəhmət eləsin hər ikisinə. Nümayişçilərin də içərisində günahkarlarla yanaşı təsadüfi, günahsız şəxslərin olması qənaətindəyəm.

Təklif edirəm ki, Gəncədə baş vermiş hadisələrin tədqiqi üçün yeni komissiya yaradılsın. Bu komissiyaya rəsmi qurumların nümayəndələri ilə yanaşı ictimai-siyasi sektoru əhatə edən insanlar da dəvət olunsunlar. Özümün də belə komissiyada olmaq üçün namizədliyimi irəli sürür, tərəfsiz fəaliyyət göstərəcəyim öhdəliyimi bildirirəm".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, son günlər Gəncədə baş verən hadisələr AĞ Partiya olaraq onları narahat edir: “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə başlayan, iki polis zabitinin qətlə yetirilməsi ilə davam edən gərginlik ictimaiyyətdə də narahatlıq yaradıb. Biz istənilən halda hər cür zorakılığın, şiddətin və qətl hadisəsinin əleyhinəyik. Səbəb nə olursa-olsun şiddət, qarşıdurma çıxış yolu deyil. Belə vəziyyətlərdə hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli və hadisələrə bu rakursdan yanaşmalıdır. Azərbaycanı qarışdırmaq, qanunları ayaq altına atmağa çalışanlara isə qanunun dili ilə ən sərt şəkildə davranılmalıdır. Bu proseslər barədə öz cavabını gözləyən xeyli suallar var. Əvvəlcə bu suallara cavablar tapılmalıdır. Mən ümid edirəm ki, hakimiyyət ölkədə sabitliyə və əmin-amanlığa cavabdeh olan bir siyasi qüvvə kimi yanaşaraq ciddi tədbirlər görəcək. Təklif edirəm ki, siyasi-ictimai sektorun bütün tərəflərini əhatə edən geniş tərkibli bir komissiya yaradılsın. Həmin komissiyanın hazırladığı hesabat hadisələrdə məsuliyyəti olan hər kəsi hüquqi məsuliyyətə cəlb etmək üçün əlavə material ola bilər. Mən bir partiya sədri kimi, Gəncə əhalisinə, həm də bütün xalqımıza müraciət edərək daha soyuqqanlı olmağa, heç bir provokasiyaya uymamağa, aralıqda gəzən şayiələrə reaksiya verməməyə çağırıram. Unutmayaq ki, kortəbii və ya düşünülmüş şəkildə təşkil olunmuş qarşıdurmalar dövlətçiliyimizə, sabitliyimizə bərpaolunmaz zərbələr vura bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Bu gün, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru