“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Zahid Oruc icra başçısına sui-qəsddən danışdı - SENSASİONAL AÇIQLAMA
Tarix: 4-07-2018, 10:38 | Çap et
Zahid Oruc icra başçısına sui-qəsddən danışdı
Millət vəkili Zahid Oruc Gəncədə baş verən qanlı olayla bağlı Musavat.com saytına açıqlama verib. Onu təqdim edirik.

"Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı edilən silahlı hücum qətiyyətlə pislənilməli, sui-qəsdin təşkilatçısına qarşı qanunun sərt üzü tətbiq olunmalıdır. Hadisənin kriminal xarakter daşımasına baxmayaraq, onun ali dövlət orqanı təmsilçisinə qarşı həyata keçirilməsi xüsusi həssaslıq tələb edir. Belə ki, mühüm vəzifə daşıyıcısını qətlə yetirmək planı səbəb və məqsədlərindən asılı olmayaraq, ağır cinayət əməlidir və onu başqa adla çağıranlar xaos nəzəriyyələrinin daşıyıcılarıdır.

Göründüyü kimi, dünəndən bəri ziddiyyətli xəbərlərin informasiya vasitələrində sürətlə tirajlanması maraqlı qrupların fəaliyyətə keçdiyini deməyə əsas verir. Kriminal qəsdi öz çərçivəsindən, məqsəd və mahiyyətindən çıxararaq ona müqəddəs mübarizə xarakteri verənlər, yaxud məmurun qətlini iddia edib ona sevinənlər təkcə şəxsi ədavət ocağını körükləmirlər, həmçinin qanunsuzluğu və terroru stimullaşdırmağa rəvac verirlər. Belələri 2018-ci ildə reallaşmaqdan məhrum olan planları istənilən qəsd olayına qatıb hər cür silahlı əməlin arxasınca getməyə hazırdılar.

Halbuki hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı yaydığı məlumatda adı keçən Yunis Səfərov cinayətkar əməlin daşıyıcısı kimi heç bir ali dəyərlərə və amallara malik deyil, əksinə, aşağı mənəviyyata malik birisidir və onun ətrafında düzəldilən miflər xoş niyyətlərdən xəbər vermir. Təkzibolunmaz məlumatlardan görünür ki, il yarım öncə hüquq-mühafizə orqanı təmsilçinə qarşı arxadan hücum edərək onun silahını götürən, vətəndaşa ağır bədən xəsarəti yetirən şəxs bir çoxlarının informasiya məkanında onun boyuna biçdikləri obrazla heç bir uyğunluq təşkil eləmir. Üstəlik, şəhərin mərkəzində və inzibati binanın qarşısında hakimiyyət nümayəndəsini öldürməyə cəhd etməklə ölkənin gündəmini dəyişdirib bir çox qara fantaziyalara meydan açılması çox pis nümunədir.

Xüsusulə də sosial mediada “qaçaq-quldur dəstələrinin təmsilçilərinin belə “zorro”larla mübarizəyə başladı”ğını iddia etmək xəstə təxəyyülün məhsuludur və belə yanaşmalar, dövlət-hökumət təmsilçilərinə nifrət aşılayan mərkəzlərin əliylə ictimai rəy libasında təqdim olunur. Əlbəttə, yerli məmurların fəaliyyəti hər kəsi razı sala bilməz. Lakin narazılığı və etirazı silahla nümayiş etdirmək cəhdinə heç cür bəraət verilə bilməz və belə adamları yaxın gələcəkdə siyasi məhbusların siyahısına daxil edənlərin niyyətləri də hər kəsə bəllidir.

Azərbaycanda “oğru qanunları və kriminal razborkalar”ı təşfiq edən zəka sahibləri qonşu ölkələrdə tüğyan edən əşirət üsul-idarələrini yaymaq, yaxud üçün növbəti ünvan axtarışındadılar. Lakin belələri bir şəxsin cinayətkar əməlini “4 iyun Gəncə qiyamı” ilə eyniyüklü hadisələr cərgəsində təqdim edərkən xalqın unutqanlığına ümid bəsləyərək, dövlət və millət həyatının son 25 ildəki tarixi dəyişliklərini elə həmin odlu silahlarla yox etməyə hazırdılar.

İndi hakimiyyətin əleyhinə son günlərin enerji krizində ayrıca siyasi səngər düzəldənlər son olayları xüsusi şövqlə şərh edərkən hər vəchlə 90-cı illər Gəncəsi ilə oxşarlıq tapmaq üçün qaranlıq dəhlizlər və atəş səslərinin axtarışına çıxıblar. Halbuki, Azərbaycanın istənilən bölgəsində,o cümlədən, tarixi Nizami yurdunda baş verən hadisələr 30 il əvvəlki keçmişimizin acı gerçəkləri ilə eyniyyət təşkil edə bilməz. İnsanlarımız qətllərin və qəsdlərin tüğyan etdiyi bir dövrə heç vaxt qayıtmaq istəmirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru