“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
Tarix: 19-05-2018, 09:29 | Çap et
"Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib"
Avropa Şurası Parlament Assambleyası komitəsinin “rüşvət qalmaqalı” məsələsini ortaya atıb Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq etməsinin Azərbaycanla Avropa Şurası arasında münasibətlərin kəsilməsinə gətirəcəyi gözlənilmir. Bunu son üç gündə Azərbaycan hakimiyyətinin təmsilçilərinin açıqlamalarına, Milli Məclisdə dünənki müzakirələrdəki çıxışlara əsaslanmaqla söyləyə bilərik.

Həm AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həm də digər hakimiyyət təmsilçiləri Azərbaycanın Avropa Şurasında fəaliyyətini davam etdirəcəyini bəyan ediblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezident İlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir.

O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”.

Müxalifət düşərgəsindən də Avropa Şurası-Azərbaycan əlaqələri barədə açıqlama gəlib.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2001-ci ildən Avropa Şurasına daxil olduqdan sonra Azərbaycanda demokratiya sahəsində geriləmə start götürüb: “Azərbaycanda demokratiyanın pik həddi Azərbaycan Avropa Şurasına üzv olduğu ərəfədə olub. Azərbaycanda o dövrdə çoxlu sayda müxalifət mətbuatı olub, müxalifət partiyalarının, QHT-lərin fəaliyyəti üçün imkanlar olub. Avropa Şurasına üzv olduqdan sonra bu vəziyyət mənfi istiqamətdə inkişaf eləməyə başladı. Bunda Avropa Şurasının da məsuliyyəti var. Bu qurum Azərbaycana münasibətdə öz üzərinə düşən məsuliyyəti müxtəlif maraqlara görə yerinə yetirməyib. Nəticədə indiki vəziyyətə gəlib çatmışıq. Avropa Şurasının təmsilçilərinin, müşahidəçilərinin rüşvətə bulaşması Azərbaycandakı proseslərə adekvat münasibət ortaya qoyulmasına imkan verməyib. Nəticədə Azərbaycanın Avropa Şurasına inteqrasiyası ölkəmiz üçün heç bir müsbət nəticələrə gətirib çıxarmayıb.

Avropa dövlətləri Azərbaycanda iqtisadi maraqlarını əsas götürdükləri üçün demokratiyanın müdafiəsi üçün heç bir addım atmayıblar. Avropa Şurası da həmin üzv dövlətlərin marağına uyğun davranış nümayiş etdirib. Azərbaycanla münasibətlərdə Avropa dövlətləri dövlət maraqlarını təmin ediblər. Avropalıların demokratiya ilə bağlı məsul şəxsləri isə fərdi maraqlarını təmin eləyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir. 2001-ci ildən vəziyyət bu cür olub".

S.Cəlaloğlu hesab edir ki, artıq Azərbaycanda əvvəlki neft bumu, əvvəlki iqtisadi maraqlar yoxdur və indi Azərbaycanda geopolitik maraqlar birinci yerə çıxmağa başlayır. Ona görə də Avropa Şurası məlum məsələni ortaya atıb və məlum sanksiyanı qəbul etdi: “Bax buna görə də Avropa Şurasının ”yadına düşüb" ki, demokratiyanın boğulmasında rüşvət amili rol oynayır.

Səməd Seyidova və digər bir neçə avropalı deputata qarşı sanksiyanı Azərbaycana qarşı qərəz kimi qəbul etmirəm. Çünki Azərbaycandan yalnız Səməd Seyidova qarşı qəbul olunubsa, Avropadan 3-4 deputata qarşı qəbul olunub bu sanksiya. Mən bu sanksiyanın qəbul olunmasında ermənilərin əlinin olduğunu iddia etməyi erməniləri şişirtmək, olduqlarından daha böyük təqdim etmək kimi qəbul edirəm. Biz Avropada bizə qarşı nə olursa, arxasında ermənilərin dayandığını bəyan etməklə dolayısı ilə erməniləri həddən artıq böyütmüş oluruq. Belə çıxır ki, ermənilər bütün dünyanı idarə edir, Avropa Şurası ermənilərin əlindədir, Avropa Birliyi ermənilərin diktəsi ilə hərəkət edir. Ona görə də biz gərək erməniləri gözümüzdə böyütməyək. Hər şeydə erməninin əlinin olduğunu deməklə, qaş düzəltdiyimiz yerdə gözü çıxarmış durumuna düşə bilərik. Gəlin, erməniləri az qala bütün dünyanı idarə eləyən millət səviyyəsinə qaldırmayaq. Ermənilər bu qədər güclü olsaydılar Avropa Şurasında özlərinin xeyrinə, Qarabağ məsələsində öz maraqlarına xidmət edən qərarlar qəbul etdirərdilər. Ancaq belə qərarları qəbul etdirmək gücündə deyillər.

Səməd Seyidov bu sanksiyanı əsassız, qərəzli sayırsa, Avropa Məhkəməsinə şikayət etsin. Məncə, o, belə bir şikayəti etməyəcək".

ADP sədri onu da dedi ki, Azərbaycanın iqtidar təmsilçilərinin Avropa Şurasında fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etməsi normaldır. Biz həqiqətən də orada qalmalıyıq və mübarizə aparmalıyıq: “Kimlərsə, Avropa Şurasından çıxarıq kimi bəyanatlar verirsə, bunlar blefdir. Azərbaycanın dövlət kimi mövcudluğu həm də ABŞ-la, Avropa ilə əməkdaşlıqdan keçir. Bunu unutmaq olmaz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru