“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Səməd Seyidovun AŞ PA-da olmaması Azərbaycan üçün ciddi itkidir” - deputat
Tarix: 18-05-2018, 08:18 | Çap et
“Səməd Seyidovun AŞ PA-da olmaması Azərbaycan üçün ciddi itkidir”
Avropa Şurası komitəsinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiya qəbul etməsi Azərbaycan iqtidarının narazılığı ilə qarşılanıb. Hakimiyyət təmsilçiləri və Səməd Seyidovun özü bu addımı Avropa Şurasının Azərbaycana qarşı ikili standartlarla yanaşması və qərəzi hesab edir.

S.Seyidov bəyan edib ki, heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar orada söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz.

Bu, sadəcə, hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir.

Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, AŞ PA-nın bəzi üzvlərə, o cümlədən Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq etməsi bu təşkilatın tarixində yol verilən ən böyük səhvlərdən biri kimi qiymətləndirilməlidir.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı yaranmış situasiyanın Azərbaycan-AŞ PA münasibətlərinə necə təsir edə biləcəyinə gəlincə, A.Mirzəzadə qeyd edib ki, Avropa Şurasının dəyərlərini bölüşən, bu qurumla hər zaman səmimi əməkdaşlığa üstünlük verən bir ölkənin nümayəndə heyətinin rəhbərinə qarşı heç bir fakt olmadan və ədalətsizcəsinə ittiham irəli sürülür. Daim qanunun aliliyinə riayət edilməsini, qanunçuluğu bəyan edən bir qurum tərəfindən qanunsuz şəkildə və heç bir fakt olmadan həmin şəxsin-Azərbaycan nümayəndə heyətinin rəhbərinin etiraf etdirilməsinə cəhd göstərilir: “Bu, hesab edirəm ki, AŞ PA-nın ən bağışlanılmaz səhvlərindəndir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da AŞ PA-Azərbaycan əlaqələrinə, əməkdaşlığına töhfə vermiş, hər zaman öz ədalətli mövqeyi ilə seçilən, demokratik dəyərlərə, eləcə də Avropa Şurasının bölüşdüyü dəyərlərə hörmətlə yanaşan bir siyasətçidir, parlamentaridir. Ona qarşı belə bir addımın atılması qəbuledilməzdir. Bu baxımdan, təbii ki, Azərbaycan tərəfindən də Azərbaycan-AŞ PA münasibətləri dəyərləndiriləcək və müvafiq qərar veriləcək”.

Artıq Səməd Seyidovun AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi qalıb-qalmayacağı, həmçinin nümayəndə heyətinin tərkibinin yenilənməsi məsələləri ətrafında müzakirələr başlayıb. Səməd Seyidov mayın 16-da keçirdiyi mətbuat konfransında bu məsələ barədə bildirib ki, Azərbaycanı qurumda təmsil edənlərin əksəriyyəti eyni siyasi partiyanın-YAP-ın üzvləridir. Bu məsələ barədə partiya qərar verir: “Ona görə də məni başqasının əvəz etməsində qeyri-adi heç nə yoxdur. Bunu istisna etmirəm. Bununla bağlı parlamentdə müzakirələr olacaq. Hansısa vəzifə əbədi deyil. Bu şəxs başqa şəxs də ola bilər. Azərbaycan təcrübəsində belə olmayıb ki, kimsə hansısa qurumda əbədi qalsın”.

Azərbaycanın Avropa Şurasından çıxmasına gəlincə, S.Seyidov bildirib ki, ölkəmiz bu qurumla əməkdaşlığını davam etdirəcək: “Avropa Şurasından çıxmaqdan söhbət gedə bilməz. Sanksiya var, amma bu bizim nümayəndə heyətinin hamısına tətbiq edilməyib. Mən məcburam ki, bu sanksiyaya əməl edəm. Amma bizim ölkəmiz bu qurumda fəaliyyətini davam edəcək”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Səməd Seyidov yuxarıların qərarını gözləmədən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu mayın 16-da keçirdiyi mətbuat konfransında elan etsəydi yaxşı olardı. Çünki Azərbaycan AŞ PA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər: “Səməd Seyidov mətbuat konfransında deyib ki, AŞ PA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Azərbaycan AŞ PA-da fəaliyyətini davam etdirəcək. Halbuki o, Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil, mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də Səməd Seyidovun ”Azərbaycan AŞ PA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək" sözlərini təqdir edirəm. O, Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, sən Azərbaycan deyilsən, dövlətin adından danışma. İndi isə Səməd Seyidov bir başqa addım atmalıdır, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir".

E.Şahinoğlu bildirdi ki, S.Seyidov ilk dəfə deyil səhvə yol verir. O, iki il əvvəl Rene Ruke adlı fransalı deputatın dəvəti ilə Parisdə hansısa konfransa qatılmışdı: “Bu həmin Rene Rukedir az qala hər il Dağlıq Qarabağa qeyri-qanuni səfərlər edir, erməni separatçılarını rəsmən tanıyır, ”Dağlıq Qarabağın" tanınması haqqında “sənədə” imza atıb, Azərbaycanı “işğalda” ittiham edir və s. ifadələr işlədir. Buna görə də haqlı olaraq Azərbaycan XİN həmin şəxsi “persona non-qrata” elan edib. Bu şəxsin Azərbaycana gəlişi qadağandır. Ona görə də belə bir şəxsin dəvəti ilə Parisdəki müzakirələrə qatılmaq doğru deyildi. Səhv səhv dalınca gəldi və sonda AŞ PA-dan ağır zərbə aldıq. AŞ PA-nı Bakıda ikili standartlarda tənqid etmək asandır, bu ancaq yerli ictimaiyyət üçün deyilən sözlərdir, Strasburqun sanksiya qərarını isə bütün dünya gördü və qiymət verdi. Biz bütün dünya ilə savaşa bilmərik. Əksinə, dünyaya Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu anlatmalıyıq. Ancaq sanksiya altında olan nümayəndə heyətinin başçısı ilə bu həqiqətləri dünyaya izah edə bilməyəcəyik. AŞ PA nümyəndə heyətinin tərkibi mütləq mənada dəyişməlidir. Erməni lobbisi hiyləgərdir. Onunla mübarizədə geri qala bilmərik. Bəli, AŞ PA-da dostlarımzın sayını artırmalıyıq. Diskussiyalarda və debatlarda iştirak edilib Azərbaycanın mövqeyi izah olunmalıdır".

Politoloqun fikrincə, İlqar Məmmədovun və digər mübahisəli məhbusların sərbəst buraxılmaları da vacibdir: “Əgər AŞ PA ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirmək istəyiriksə, və yeni nümayəndə heyətinin Strasburqda Azərbaycanın maraqlarını daha möhkəm zəmində qorumasını istəyiriksə mübahisəli məhbuslar məsələsinə son qoymaq lazımdır. Mübahisəli məhbusların Cümhuriyyətin 100 illiyində əfv olunaraq sərbəst buraxılmaları AŞ PA-da fəaliyyətə başlayacaq yeni nümayəndə heyətinin işini də gücləndirə bilər”.

AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa isə “Qafqazinfo”ya açıqlamasında deyib ki, sanksiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün AŞ PA-da hər cür vasitəyə əl atıblar: “Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini zəiflətmək üçün bunu ediblər.

Səməd Seyidovun AŞ PA-da nüfuzu çox böyükdür. Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Bu məsələdə elə mənəvi kriteriyalar var yəqin ki, orada iştirak etməyin bir anlamı qalmır. Səsvermə, seçilmək, danışmaq yoxdur. Elə-belə gedib gəlməyin bir mənası qalmır ki? Hər halda, nümayəndə heyəti bu məsələni yenidən orada gündəmə gətirəcək. Bu böyük bir biabırçılıqdır".

F.Mustafa qeyd edib ki, Səməd Seyidovun AŞ PA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib getməməsi məsələsi Mili Məclisdə müzakirə olunmayacaq: “Hər halda, onun təmsil olunduğu partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq. Milli Məclisin qərarının hansı istiqamətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hər halda, Səməd Seyidovun AŞ PA-da olmaması Azərbaycan üçün ciddi itkidir. Rəhbərliyə başqa şəxsin təyin edilməsi məsələsi mümkündür. İndiki real istiqamət onu göstərir. AŞPA-dakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də rəhbərlik səviyyəsində vaxtaşırı olaraq müzakirə olunur. Ancaq tərkibin dəyişdirilməsi məsələsi də mümkündür. Çünki iki nəfər üzv dövlət orqanlarında vəzifəyə təyin olunub. Onların yerinə təyinatlar olmalıdır. Ola bilsin ki, növbəti iclasların birində bu məsələ müzakirə olunsun, yaxud da ki, rəhbərlik səviyyəsində qərar qəbul edilsin”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru