“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

" Məmurlarımız oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər" - deputat
Tarix: 7-05-2018, 08:40 | Çap et
" Məmurlarımız oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər"
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin Milli Məclisin ötən iclasındakı çıxışı geniş rezonansa səbəb oldu. Azərbaycanla region ölkələrini müqayisə edən deputat ölkəmizdə orta aylıq əmək haqqının aşağı olmasından bəhs edib ciddi təkliflər irəli sürdü. Ancaq bu çıxışdan keçən günlər ərzində partiya sədrinin deputatların maaşını 8 min manata çatdırmaqla bağlı fikirləri daha çox müzakirə olundu və tənqid hədəfinə çevrildi. “Yeni Müsavat”ın suallarına cavabında BAXCP sədri sözügedən çıxışla bağlı məram və məqsədini geniş açıqladı:

- Əslində mənim dediklərim ona yönəlmişdi ki, ölkədə düzgün əməkhaqqı siyasəti yürüdülməlidir. Nə qədər ki, dövlət adamları, məmurlar, qanunverici hakimiyyətin, məhkəmə hakimiyyətinin üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları aldıqları maaşla ləyaqətli həyat sürə bilməyəcəklər, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Ona görə ki, həmin o məmur, yaxud nəzarətedici şəxs hansısa digər məmurun dövlət əmlakını mənimsəməsinə, rüşvət almasına göz yumacaq. Bununla da çalışacaq ki, digər məmur qanunsuz əldə etdiyi gəlirlərdən ona da versin və o da normal həyatını qura bilsin. Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollardan başladı. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar. Belə olduğu halda o pulları sadə vətəndaşlardan oğurlayacaqlar, yaxud rüşvət alacaqlar. İkincisi də korrupsiya iqtisadiyyatı inkişaf etdirməyə imkan verməyəcək. İqtisadiyyat inkişaf etmədiyi təqdirdə də sadə insanların maaşı, təqaüdləri qalxmayacaq. Ona görə mən çıxışımda da dedim ki, bəzi şəxslər deputatların maaşının artmasından narahat olacaqlar, amma xalqa izah etmək lazımdır ki, Sinqapurda nazirin maaşı 100 min ABŞ dolları olandan sonra orta aylıq əmək haqqı da qalxdı, oldu 58 min dollar. Ona görə də hesab edirəm ki, bu gün nazir 10 min dollar alsa, Azərbaycanda orta maaş alan adam 5 min manat alacaq.

- Qüdrət bəy, siz buna əminsinizmi ki, o halda sadə insan da dediyiniz miqdarda maaş alacaq?

- Bəli, ümid edirəm ki, alacaq. Məmura normal əməkhaqqı verib sonra ondan tələb etmək lazımdır ki, düz işlə. Yoxsa məmura çox aşağı məbləğdə maaş verib ondan düz işləməyi tələb etmək heç bir effekt verməyəcək. Ola bilsin ki, gözdən pərdə asmaq üçün bir-iki nəfəri məsuliyyətə də cəlb etmək olar, yaxud korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparıldığı görüntüsünü yaratmaq olar. Amma kütləvi şəkildə məmurlar, dövlət adamları aldıqları maaşla dolana bilmirləsə, onlar əlavə gəlir mənbələri haqda düşünəcəklər. Azərbaycanda hamı başa düşür ki, indiki maaşla yaşamaq çox çətindir. Ona görə mən dedim ki, biz islahatları dərinləşdirmədən, həmçinin əməkhaqqı siyasətinə yenidən baxmadan ciddi irəliləyişlərə nail ola bilməyəcəyik.

- Əlləri korrupsiya və rüşvətə bulaşan şəxslərin aylıq maaşa ehtiyacı varmı? Yaxud maaş artımı vəziyyəti dəyişəcəkmi?

- Söhbət korrupsiyaya bulaşanlardan getmir. Cəmiyyətdə dəniz kimi, içəridən təmizlənmə prosesi getməlidir. Son vaxtlar görürsünüz ki, nazirlər dəyişir, yeni kadrlar təyin olunur. Mən demirəm ki, bu, bir günün işidir, yaxud deputatın, ya nazirin əməkhaqqını qaldırmaqla hər şey düzələcək. Yox, bu, başlanğıcdır. Mən hesab edirəm ki, hökumətin üzvləri içərisində böyük əksəriyyət normal maaş alacaqlarsa, o maaşla öz həyatlarını qura biləcəklərsə, onlar əlavə gəlirlər, oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər. Əgər biz cəmiyyəti inkişafın yeni mərhələsinə keçirmək istəyiriksə, islahatlar əməkhaqqından başlamalıdır.

- Deputat həmkarınız Araz Əlizadə bir sual verdi ki, kim bir ayda 52 manata dolana bilərsə, əlini qaldırsın? Bu gün 52 manat təqaüd alan insanlar varsa, yüksək məbləğ qıcıq doğurur...

- Təbii ki, söhbət tək nazir, ya deputatın maaşının artırılmasından getmir. Həkimlərin aldığı maaş simvolikdir, 150-200 manatdır. Bu adamları xalq dolandırmasa, faktiki surətdə aldıqları o əməkhaqqı ilə yaşamaları mümkün deyil. Mən də məsələ qaldırdım ki, nə vaxta qədər insanlar kənar gəlir mənbələri barədə düşünəcəklər? Məmur da vaxtının bir hissəsini bu məsələyə sərf edir, yaxud özünün biznesini qurmağa, yaxud rüşvət almağa məcburdur. Ona görə də biz artıq bu istiqamətdə islahatlara başlamalıyıq. İkincisi də götürək elə qonşu dövlətləri... Elə Rauf bəyin (baş redaktorumuz -E.P.) də bu barədə açıqlaması var idi ki, Türkiyədə millət vəkilləri 12 min manat maaş alır. 2014-cü ildə, Krımın işğalına qədər Rusiyanın deputatları NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirdilər. O zaman mən onlardan nə qədər maaş aldıqlarını soruşmuşdum. Onlar dollar ekvivalenti ilə söyləmişdilər ki, biz 10 min dollar alırıq. Bu yaxınlarda isə hörmətli akademikimiz Kamal Abdulla Xarici Dillər Universitetində tədbir keçirirdi, orda Rusiya Dumasının bir üzvü də iştirak edirdi. Elmira xanım ondan maaşının miqdarını soruşanda dedi ki, devalvasiyadan, rubl dəyərini itirəndən sonra 6 min dollar alırıq.

- Bizdə isə sonuncu 10 faizlik artımla deputat maaşı 2250 manat oldu, eləmi?

- Bəli. Bu, olduqca az bir vəsaitdir. Mən iclasda da dedim ki, dəqiq bilmirəm, amma aldığım məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox maaş alır. Halbuki məhkəmə kimi, Milli Məclis də hakimiyyətin müstəqil qanadıdır. Təbii ki, dövlət başçısını çıxmaq şərtilə. Çünki dövlət başçısı icra qanadının başçısı olmaqla yanaşı, həm də dövləti təmsil edir. Amma necə ola bilər ki, Administrasiyada şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox əmək haqqı alsın? Yəni burada nizam-intizam yaratmaq, yeni bir siyasət müəyyənləşdirmək lazımdır. Özü də maaşları qanunlarla müəyyənləşdirmək lazım deyil. Deyək ki, hər dəfə devalvasiya oldu, yaxud inflyasiya olandan sonra biz gərək ombudsmanın əməkhaqqını artırmaq üçün hər dəfə Konstitusiya qanunu qəbul edək. Bununçün ayrıca bir qanun qəbul etmək lazımdır. Yəni əmək haqlarını indeksləşdirək və bununla bağlı olaraq hər dəfə qanunlara xüsusi düzəlişlər etməyə ehtiyac qalmasın. İnsanların qanunlar çərçivəsində yaşamasını təmin etmək üçün, xüsusilə də dövlət adamlarının, onlara normal maaş vermək lazımdır. Ona görə də səhiyyə obyektləri özəlləşdirilməli, icbari tibbi sığorta nəhayət, tətbiq olunmalıdır.

- Bunu əvvəlki parlament çıxışlarınızda, elə son prezident seçkisi ilə bağlı teledebatlarda da demişdiniz. Prezident özü isə seçkidən sonra bildirdi ki, bir sıra təkliflər nəzərə alınacaq. Necə bilirsiniz, nəzərə alınacaq təkliflərin sırasında bunlar da ola bilərmi?

- Mən ümid edirəm. Bizneslə sahibkarlar məşğul olmalı, onlar vergi ödəməlidir. Dövlət özünə lazım olan işi gördürmək üçün həmin ayrı-ayrı fəaliyyət növü ilə məşğul olan, yaxud xidmət sahəsində olan şirkətlərə sifariş verməlidir, onlarla müqavilə bağlayıb işi gördürməlidir. Məsələn, niyə Bakının küçələrini Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan hansısa bir dövlət qurumu süpürtdürməlidir? Amma əslində İcra Hakimiyyəti hansısa şirkətlə müqavilə bağlamalıdır, küçənin təmizliyinə görə o məsuliyyət daşımalıdır, yumalı, təmizləməlidir və büdcədən də onun pulu ödənilməlidir. Mənzil təsərrüfat idarələri, “Azərsu”, “Azərenerji”, “Azəriqaz” kimi xidmət sahələri özəlləşdirilməlidir. Ona görə ki, o xidmət sahələrinin yenidən qurulmasına böyük məbləğdə pullar lazımdır. Prezident seçkisində də dedim ki, təkcə Bakı şəhərində köhnəlmiş qaz kəmərlərinin dəyişdirilməsinə 1 milyard dollara yaxın vəsait lazımdır. Hazırda dövlətin bu vəsaiti qoymağa imkanı yoxdur. Ona görə də bu sahəni 99 illiyə hansısa şirkətə, əməli idarəetməyə vermək olar. Azərbaycanda bir vaxt “Barmek” nümunəsi də olub. Dövlət yavaş-yavaş biznes fəaliyyətindən azad olunmalı, tənzimləyici funksiyanı yerinə yetirməli və qanunlar qəbul etməklə iş adamlarının, biznes adamlarının önünü açmalıdır ki, həm Azərbaycana xarici investisiyalar cəlb olunsun, xaricdən sahibkarlar gəlsinlər, ölkəmizə investisiya qoysunlar. Bunun üçün də vergi yükü azaldılmalıdır və qanunun aliliyi təmin olunmalıdır. Xarici sahibkar bilməlidir ki, burada onun mülkiyyəti, əmlakı qanunla ciddi şəkildə qorunur və heç kim onun əmlakına toxuna bilməyəcək.

- Amma sizin digər dedikləriniz arxa plana keçidi və həm mətbuatda, həm sosial mediada daha çox deputatların maaşı ilə bağlı təklifinizdən danışıldı, sərt şəkildə tənqid olundunuz...

- Məqsədyönlü şəkildə bir qrup yaramaz insan məsələni bu cür təqdim etdilər ki, Qüdrət Həsənquliyev deyib deputatların əmək haqqı artırılsın. Halbuki, mən orda orta əmək haqqının 5 minə qədər qaldırılmasını təklif etmişdim. Yəni əgər nazir 10 min alacaqsa, orta aylıq əməkhaqqı 5 min olacaq. İndi tutaq ki, orta aylıq əmək haqqı ilə nazirin maaşı arasındakı fərq 4-5 dəfədir. Amma mənim irəli sürdüyüm təklifdə nazirin də maaşı qalxır, orta aylıq maaş da qalxır. 5 min manat alan vətəndaş öz həyatını kifayət qədər yaxşı qura biləcək. Orta aylıq əmək haqqından söhbət gedir, bura müəllim də, həkim də, dövlət qulluğunda, biznes strukturlarında olanlar və s. də aiddir. Əlbəttə, orta aylıq əmək haqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə, qıcıq doğuracaq.

- Geniş rezonansa səbəb olan bu çıxışınıza məmur təbəqəsindən hansısa reaksiya verildimi? Onlar necə, məmnun qaldılarmı?

- Yox, reaksiya olmadı. Mən hesab edirəm ki, ağlı başında olan hər bir azərbaycanlı mənim çıxışımı normal qarşılamalı idi. Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birmənalı çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər. Əlbəttə, bütün cəmiyyətlərdə olduğu kimi, bizim də cəmiyyətimizdə əxlaqsız, namussuz, tərbiyəsiz elementlər var. Namuslu adam söyüş söyməz. Kimsə söyüş söyürsə, təhqirə keçirsə, bilin ki, o, namussuz insandır. Namussuz insanlara da mənim baş qoşmağıma dəyməz. Amma siz özünüz parlament müxbiri olaraq şahidsiniz, özümü tərifləmirəm, amma o parlamentdə sadə insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı ən fəal mübarizə aparan insanlardan biri hesab edirəm ki, mənəm. Elə son iclasda da mən əlillərlə bağlı məsələ qaldırdım ki, prezidentin təsdiq etdiyi Dövlət Proqramı var, 2014-2018-ci illərdə 5700-dən artıq əlilin mənzillə təmin olunması vəzifəsi qoyulub. İl başa çatır və mən nazir müavini Natiq müəllimə sual verdim ki, 5700-dən artıq insanın neçəsinə mənzil verilib, neçəsinə verilməyib? Amma o, bu suala cavab vermədi. Mən büdcənin müzakirələrində də hər zaman pensiyaların, əmək haqqının azlığından, müəllimlərin, həkimlərin maaşının aşağı olmasından danışmışam, amnistiya, əfvlə, milli barışıqla bağlı məsələlər qaldırmışam. Ona görə də açığı, son dərəcədə vicdansız, ləyaqət hissini itirmiş adamlar mənə o formada hücum edə bilərdilər ki, bu da təşkil olunmuş məsələ idi. Bu, bəzi yüksək dairələrdən qaynaqlanır, hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru