Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                 

“Bundan sonra iqtidar və müxalifət arasında normal, sivil dialoq mühitinin yaranması mümkündür”
Tarix: 21-04-2018, 09:45 | Çap et
“Bundan sonra iqtidar və müxalifət arasında normal, sivil dialoq mühitinin yaranması mümkündür”
Azərbaycan hakimiyyətinin ona rəqib olan ənənəvi müxalifəti düşüncəsindən sildiyi, bu düşərgəyə rəqib kimi baxmadığı göz önündədir. Xüsusilə milli azadlıq hərəkatının şinelindən çıxanları iqtidar ən çox ciddiyə almır. Hökumət təmsilçilərinin zaman-zaman verdikləri açıqlamalarda bu, açıq şəkildə görünür.

Prezident İlham Əliyevin aprelin 18-də keçirilən inauqurasiya mərasimindəki çıxışı zamanı da bu bir daha özünü göstərdi.

Sitat: “Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Bütün bunlar onu göstərir ki, hakimiyyət də ona rəqib düşərgədə yeni qüvvələrin önə çıxmasında maraqlıdır. Bu, 11 apreldəki prezident seçkilərində bir daha özünü büruzə verdi. İqtidar ənənəvi müxalifətlə bütün körpülərin yandığını yaxşı anlayır, münasibətlərin isə düşmənçilik səviyyəsində olduğunu bilməmiş deyil. İqtidar tərəfindən yeni müxalif qüvvələrə münasibətdə də müsbət rüşeymlər görünməkdədir. Bu isə ümidlənməyə əsas verir ki, hazırda müxalif vitrinə təzə çıxan qüvvələrlə hakimiyyət arasında yaxın gələcəkdə normal iqtidar-müxalifət münasibətləri yaradıla bilər.

Müxalif yeni qüvvələrin öncüllərindən sayılan AĞ Partiya sədri Tural Abbaslı bildirdi ki, hakimiyyətin ənənəvi müxalifətə olan münasibəti açıq şəkildə sezilir: “Bunun siyasi və ya şəxsi səbəblərdən yaranması barədə konkret nəsə demək çətindir və eyni zamanda anlaşılmazdır. Çünki siyasi münasibətlərdə belə yanaşmalar qəti yolverilməzdir. Bu yalnız iqtidarın müxalifətə münasibətinə aid deyil, həmçinin də müxalifətin iqtidara münasibətində siyasi rəqabətdən və siyasi rəqibdən daha çox şəxsi düşmənçilik prinsiplərinin yürüdülməsi qəbul olunan deyil. Siyasi mübarizənin siyasi düşmənçiliyə çevrilməsi inkişafa və islahatlara böyük zərbə olur. Belə ki, bu zaman iqtidar, müxalifət və xalq arasında dərin uçurumlar yaranır. Bu uçurumlar isə dövləti xarici müdaxilələr qarşısında zəif duruma salır. Bir sözlə belə düşmən münasibətlərinin zərərini iqtisadi, siyasi, təhlükəsizlik və s. baxımından dövlət və xalq çəkir. Əgər hakimiyyət bu və ya digər səbəblərdən köhnə müxalifətlə işləmək istəmirsə və yeni güclü, sağlam, müstəqil müxalifətin formalaşmasını istəyirsə, ilk növbədə, özünün müxalifətə münasibətini dəyişməlidir. Müxalifəti siyasi sistemin ayrılmaz və labüd hissəsi kimi qəbullanmalı və bundan irəli gələn addımları gecikdirmədən atmalıdır. Artıq bundan sonra iqtidar və müxalifət arasında normal və sivil dialoq mühitinin yaranması mümkündür. Dialoq təklifləri ilk növbədə hakimiyyətdən gəlməlidir. Bu dialoqlar xalqa açıq və şəffaf olmalıdır ki, dialoqun tərəfləri ictimaiyyət qarşısında alnıaçıq olsun. Yəni yersiz ittiham və suçlamalara məruz qalmasın. Ümumiyyətlə, dialoqlar olmamasının özü anormallıqdır. Dünyanın bütün digər dövlətlərində belə dialoqlar mütəmadi olur və ictimaiyyət tərəfindən artıq norma kimi qəbul olunur”.

Partiya sədri fikirlərinə bu cür davam etdi: “Meydan hərəkatından üzü bəri gələn köhnə müxalifətin siyasi səhnədən getməsi hakimiyyətin müdaxiləsi ilə deyil, təbii yolla baş verməlidir. Ümumiyyətlə, müxalifətin formalaşmasına və fəaliyyətinə hakimiyyət birbaşa və dolayısı ilə müdaxilə etməməlidir. Müxalifət sağlam, təbii rəqabət vasitəsi ilə formalaşmalı, güclənməli və ya siyasi səhnədən silinməlidir. Hesab edirəm ki, bu gün müxalif arenada belə anormallığın və qarışıqlığın yaranma səbəbi iqtidarın bu qanada yersiz və kobud təsirləri sayəsindədir. Mən əminəm ki, hakimiyyət bütün müxalifətə qanunvericiliklə nəzərdə tutulmuş normal fəaliyyət imkanı yaratsa, AĞ Partiya kimi yeni siyasi qüvvələr öz real gücünü göstərə biləcək. Biz sağlam və normal fəaliyyət mühiti istəyirik. Bu baş verərsə sağlam rəqabət kimin səhnədə qalmalı, kimin siyasi səhnədən silinməli olduğunu özü müəyyənləşdirəcək. Biz AĞ partiya olaraq belə bir rəqabətdən qətiyyən qorxumuz yoxdur. Hakimiyyət də unutmamalıdır ki, əgər o yerli və milli müxalifətə fəaliyyət imkanı tanımasa, bu yeri xarici qüvvələrə və güc mərkəzlərinə xidmət edən antimilli qüvvələr tutacaq. Belə hal isə nəinki hakimiyyətin maraqlarına daha çox dövlət maraqlarına uyğun deyil. Hər bir dövlətin milli təhlükəsizlik strategiyasında milli müxalifət anlayışının xüsusi çəkisi və önəmi var. Ən azından qardaş Türkiyədə gördük ki, həlledici məqamda müxalifətin iqtidarla bir araya gələ bilməsi qabiliyyətinə görə dövlətçilik xilas oldu. Bir anlıq düşünsək ki, həmin an milli deyil xarici güc mərkəzlərinə bağlı müxalifət güclü olsaydı, o zaman Türkiyənin taleyi necə olardı. Dövlətçiliyi düşünən hər bir iqtidar milli və güclü müxalifətin mövcudluğunda maraqlı olmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru