“Amerikanın Azərbaycana qarşı siyasətində erməni xətti var” - deputat
Tarix: 19-04-2018, 08:19 | Çap et
 ABŞ-ın “Freedom House” təşkilatı MDB ölkələrindəki demokratiyanın vəziyyəti barədə yeni məruzə yayıb. Həmin məruzədə ümumilikdə keçmiş SSRİ məkanında (Baltikyanı ölkələr xaric) demokratik durumun dərəcəsinin daha da aşağı düşdüyü qeyd olunur.
Aprelin 11-də “Nations in Transit-2018" adı altında yayılan məruzədə sosialist ölkələrindəki demokratiyanın səviyyəsinə 7 ballıq şkala ilə qiymət verilib. Burada 1 bal ən yüksək göstərici, 7-ci bal isə ən aşağı səviyyə hesab olunur.
Məruzədə Azərbaycandakı demokratik vəziyyət olduqca aşağı rəqəmlə-6,93 balla dəyərləndirilib. Bu 2009-cu ildən sonra ən aşağı göstərici sayılır. “Kavkazskiy uzel” saytının yaydığı məlumata əsasən, Azərbaycanla qonşu Gürcüstan və Ermənistandakı demokratiyanın dərəcələri aşağı salınıb.
“Freedom House”nin bu hesabatı Azərbaycanda ciddi etiraz doğurub. Ölkəmizdəki prezident seçkiləri günü məruzənin açıqlanmasının təsadüf olmadığı, bu qiymətləndirmənin Azərbaycana qarşı növbəti təzyiq dalğasının başlanğıcı olduğu qeyd edilir. Son zamanlar yumşalan Azərbaycan-Qərb münasibətlərinə bu hesabatın ciddi təsir edəcəyi bildirilir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, bu təşkilat hər zaman qeyri-obyektiv mövqedən çıxış edib: “”Freedom House" əslində mahiyyət etibarilə dünyada insan haqları, demokratik proseslərin gedişi ilə bağlı məlumatları toplayıb, obyektiv şəkildə hesabat hazırlamalıdır. Amma görünən budur ki, uzun illərdən bəri həmin təşkilat Azərbaycan haqqında mənfi rəyini hər zaman ifadə etməkdədir. Ölkəmizə qarşı hücumlarına qətiyyən ara vermir. Prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də ayrı-ayrı situasiyalarda həqiqəti əks etdirməyən, daha çox böhtan xarakteri daşıyan rəylər və hesabatlarla Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini sərgiləməkdədir. Biz bunu uzun illərdən bəri görməkdəyik. Yaxınlarda sizin qəzetdə bir yazı ilə tanış oldum, orada Azərbaycanın əleyhinə işləyənlər barədə məlumat verilmişdi. Məlum oldu ki, onlardan biri də Qriqoryan adlı şəxsdir və bu adam “Freedom House”nin idarə heyətinin üzvüdür. Bir çox təşkilatları maliyyələşdirən həmin Qriqoryan “Freedom House”nin maliyyələşdirilməsində böyük rol oynayırsa, bu təşkilatın idarə heyətinin üzvüdürsə, digər erməni mənşəli şəxslər bu təşkilatda aparıcı mövqe tuturlarsa, ayrı cür rəy gözləməyimiz düzgün olmazdı. Görünən odur ki, Azərbaycanda bu və ya digər buna bənzər təşkilatların belə hesabatlarına ikrah hissi ilə yanaşırlar. Yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının da məlum rəyi çox şeyi sübut etdi.
Belə təşkilatlar erməni lobbisi ilə bərabər fəaliyyət göstərirlər. Bunu onların ermənilərlə maraqlarının üst-üstə düşməsi də sübut edir. Biz öz yolumuzla gedirik. Belə təşkilatların yanlış hesabatları Azərbaycanı tutduğu yoldan zərrə qədər geri çəkindirə bilməz. Onlar xalqımızın iradəsinə zərrə qədər təsir göstərə bilməzlər. Bu gün onları ən çox əsəbiləşdirən Azərbaycan xalqının iradəsinin ortada olmasıdır. Bu iradənin nəticəsində yüksək səs faizi ilə prezident seçilən cənab İlham Əliyevin qələbəsini həzm edə bilmirlər. Azərbaycanın uzunmüddətli nəzərdə tutduğu strategiyadan dərin narahatlıq hissi keçirirlər. Ölkə prezidentinin son dərəcə qətiyyətli mövqeyi onların yuxusunu ərşə çəkib. Bu, Azərbaycanın nə beynəlxalq səviyyədə nüfuzunun güclənməsinə mane olub, nə də daxili siyasətimizdə bu və ya digər sapmalara təsir göstərib. Əksinə, bu cür anti-Azərbaycan mövqeyi ölkəmizin mövqeyinin daha da güclənməsinə, qüdrətlənməsinə təkan verib. Bundan sonra da belə olacaq. Ona görə də bu cür rəyləri pisləyir, bunu birmənalı olaraq qeyri-obyektiv qiymətləndirirəm. Təəssüf edirəm ki, Azərbaycanın özünə strateji tərəfdaş sandığı Amerika kimi ölkədə bu və ya buna bənzər təşkilatlar fəaliyyət göstərir. Orada Azərbaycana qarşı ermənilərlə bir olan konqresmenlər, senatorlar var. Dünyada əsas söz sahibi olan Amerikanın siyasətində, təəssüflər olsun ki, bunlar yer alır. Vaxtilə dediklərimi bir daha təkrar edirəm ki, Amerikanın Azərbaycana qarşı siyasətində erməni xətti var. Görünən odur ki, dünyaya öz prinsiplərini diktə edən ABŞ ölkəmizə qarşı daxilində bu cür mövqe tutan təşkilatlara, şəxslərə qarşı iradə ortalığa qoymur. Bu hər kəsdə böyük təəssüf doğurur. Mənə elə gəlir ki, hazırkı Amerika prezidenti daha çox müstəqildir, erməni diasporu və beynəlxalq təşkilatların təsiri altında deyil. Ümid edirəm ki, yaxın zaman kəsiyində Donald Tramp imkan tapıb bu cür mövqe sərgiləyənlərə qarşı özünün iradəsini ortaya qoyacaq, Azərbaycana qarşı qərəzli mövqeyin Amerikadan bu və ya digər təşkilatlar tərəfindən davam etməsinə son verəcək. Bu, çox ədalətli olardı". “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bu gün, 16:08 |
|
|
|
| • Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Bu gün, 16:03 |
|
|
|
| • Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28 |
|
|
|
| • Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25 |
|
|
|
| • "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10 |
|
|
|
| • Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
| • “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
| • Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53 |
|
|
|
| • Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52 |
|
|
|
| • Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49 |
|
|
|
| • Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21 |
|
|
|
| • Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48 |
|
|
|
| • Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05 |
|
|
|
| • Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50 |
|
|
|
| • KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41 |
|
|
|
| • Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29 |
|
|
|
| • Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23 |
|
|
|
| • Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18 |
|
|
|
| • “44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04 |
|
|
|
| • Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02 |
|
|
|
| • Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54 |
|
|
|
| • Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53 |
|
|
|
| • Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35 |
|
|
|
| • Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18 |
|
|
|
| • İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13 |
|
|
|
| • Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02 |
|
|
|
| • "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56 |
|
|
|
| • 5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51 |
|
|
|
| • Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45 |
|
|
|
| • “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05 |
|
|
|
| • Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00 |
|
|
|
| • Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07 |
|
|
|
| • Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02 |
|
|
|
| • UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56 |
|
|
|
| • Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
| • Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22 |
|
|
|
| • Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13 |
|
|
|
| • İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09 |
|
|
|
| • “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50 |
|
|
|
| • İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45 |
|
|
|
| • Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54 |
|
|
|
| • İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52 |
|
|
|
| • Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51 |
|
|
|
| • Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18 |
|
|
|
| • Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15 |
|
|
|
| • Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08 |
|
|
|
| • Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56 |
|
|
|
|