Deputatdan valideynlərə ÇAĞIRIŞ вЂ” “Dərhal məhkəməyə müraciət edin”
Tarix: 29-08-2017, 10:31 | Çap et
 Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa birinci sinfə gedən uşaqlarla bağlı valideynlərə çağırış edib.
“Ölkə.Az”-ın məlumatına görə, çağırışda deputat valideynləri Konstitusiyada göstərilən məqamlardan yararlanmağa və övladlarını birinci sinfə qəbul etmək istəməyən şəxslərlə bağlı məhkəməyə müraciət etməyə səsləyib:
“Artıq neçə gündür ayrı-ayrı insanlardan üzərimə xahişlər yağır. Bəlkə də son 20 gündə 20-yə yaxın tanışdan, dostdan, tanımadığım vətəndaşlardan müraciət alıram ki, bəs uşağı birinci sinifə qəbul etmirlər, bəhanə də budur ki, məktəbdə boş yer yoxdur. Yaxud da öncədən qeydiyyatdan keçməyib. Hələ litsey adlanan məktəblərdə 1-ci sinif uşaqları üçün guya sınaq imtahanı keçirilib, guya lazımi balı toplamadıqlarına görə məktəbə qəbul etmələri mümkün deyil. Anlayıram ki, məktəblərdə yerlə bağlı problem var, müəllimələrin sinifə götürəcəyi şagird sayı üçün də limit var, yəni obyektiv çətinliklər mövcuddur və bunu sadəcə həmin məktəblərin müdürlərinin üzərinə ittiham olaraq yönəltmək istəməzdim. İnsanlara kömək etmək də imkanım xaricindədir, çünki bütün günü götürüb məktəblərə məktub yazmalıyam ki, bəs filan uşağı məktəbə götürmək sizin borcunuzdur, xahiş edirəm borcunuzu yerinə yetirin. Ancaq bütün bunların həm də bir biabırçılıq tərəfi mövcuddur. Birinci sinfə gedən uşaq ümumiyyətlə niyə sınaq imtahanından və ya müsabiqəsindən keçməlidir? Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi var. Yazılır ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir! Buyurun, uşaq evinə yaxın məktəbdə oxumaq istəyir, valideyn niyə dağa-daşa düşməlidir uşağını məktəbə qoymaq üçün? Əslində biz dövlət olaraq cəhalətdən, kriminaldan qurtulmaq üçün vətəndaşa yalvarıb övladını məktəbə cəlb etmək əvəzinə, vətəndaş yalvarır ki, mənim uşağımı məktəbə götürün! Valideynlərin tək çıxış yolu var: Evinizə yaxın köşkdən Azərbaycan Respublikasının Konstitusuyası yazılmış kitabçanı alıb onun 42-ci maddəsinin altından xətt çəkin və sizin uşağı məktəbə götürə bilmərik deyilən kimi, istənilən vəzifəli şəxsi bu maddəni oxumağa məcbur edin! Yenə də bir nəticə ortaya çıxmasa, dərhal məhkəməyə müraciət edin. Narahat olmayın, məhkəmə mütləq xeyrinizə qərar çıxaracaq, çünki əks halda Konstitusiya pozulmuş olacaq. Neçə illərdir bizdə dərslər sentyabrın 15-i başladığına görə, gündəmdən sentyabrın 1-də qeyd etməyə alışdığımız Bilik günü və ya bayramı deyilən məfhum tamamilə yoxa çıxıb. Bu əslində məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir. Təhsilə gec başlamaq sübh tezdən günəş işığının 3-4 saatını yuxuda keçirməyə bənzəyən bir durumdur. İndi 1 sentyabrda yenə də məktəb olmayacaq, Bilik bayramı da olmayacaq, ancaq nə xoş ki, Qurban bayramı məhz həmin gün olacaq. Bu bayramın da fəlsəfəsi budur ki, Yaradana şükr etmək üçün ona qurban kəsməlisən. Kəsəcəyin qurban da adamdan olmaz, mütləq bəlli heyvan cinsindən olmalıdır. Bu o deməkdir ki, adamdan qurban kəsilmirsə, onun təhsilini də, biliyini də nəyəsə, kiməsə qurban vermək olmaz! Odur ki, kimsə ilk başlanğıcdan körpə fidanlarımıza stress yaşatmasın, bütün səlahiyyətli şəxslər anlamalıdırlar ki, məktəbdə oxumağa başlamaq ali məktəbdə oxumaq deyil, dövlət tərəfindən təmin olunan hüquqdur!”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovun mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59 |
|
|
|
| • Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58 |
|
|
|
| • Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55 |
|
|
|
| • “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50 |
|
|
|
| • Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45 |
|
|
|
| • Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41 |
|
|
|
| • TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33 |
|
|
|
| • Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30 |
|
|
|
| • Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25 |
|
|
|
| • Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09 |
|
|
|
| • SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04 |
|
|
|
| • Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56 |
|
|
|
| • "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45 |
|
|
|
| • Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32 |
|
|
|
| • “XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20 |
|
|
|
| • “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19 |
|
|
|
| • “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17 |
|
|
|
| • AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
| • Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08 |
|
|
|
| • "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03 |
|
|
|
| • “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49 |
|
|
|
| • "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41 |
|
|
|
| • İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30 |
|
|
|
| • Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25 |
|
|
|
| • "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21 |
|
|
|
| • Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17 |
|
|
|
| • ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14 |
|
|
|
| • Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
| • Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07 |
|
|
|
| • "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02 |
|
|
|
| • SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32 |
|
|
|
| • Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21 |
|
|
|
| • Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15 |
|
|
|
| • ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02 |
|
|
|
| • Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53 |
|
|
|
| • Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50 |
|
|
|
| • İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45 |
|
|
|
| • Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41 |
|
|
|
| • Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37 |
|
|
|
| • İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34 |
|
|
|
| • KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28 |
|
|
|
| • "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19 |
|
|
|
| • TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16 |
|
|
|
| • "Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09 |
|
|
|
| • Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01 |
|
|
|
| • Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59 |
|
|
|
| • İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03 |
|
|
|
| • Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36 |
|
|
|
|