“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                 

“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar” - Keçmiş baş nazir
Tarix: 21-08-2017, 10:54 | Çap et
“Nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar”
Onu Azərbaycanın ən təcrübəli siyasətçilərindən biri hesab etmək olar. Amma təcrübəsinə rəğmən hələ də gənclik çılğınlığını qoruyub. Hər halda söhbət əsnasında bəzi suallarımıza verdiyi reaksiyalar bunu deməyə əsas verir.

10:54 Bölmə: Siyasət Oxunma sayı: 37 A-AA+
Beləliklə, “Ölkə.Az” xəbər portalının suallarını Azərbaycanın keçmiş Baş naziri (aprel 1993 – iyun 1993-cü il tarixlərində), Milli Məclisin sabiq deputatı Pənah Hüseyn cavablandırır:

– Gələn il Azərbaycanda prezident seçkiləri keçirilməsi nəzərdə tutulur. Seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı insanları əsasən bir məsələ xüsusi maraqlandırır. İnsanlar düşünürlər ki, görəsən indiki Prezidentin növbəti dəfə də namizədliyi irəli sürüləcəkmi? Görünür ki, indi bu məsələ bütün təbəqələri maraqlandırır. Hazırda isə seçki ərəfəsi əsas diqqət çəkən hadisə bundan ibarətdir.

Bütövlükdə baxsaq, hazırda dünya böyük sarsıntılar və toqquşmalar içərisindədir. Bunun ayrı-ayrı ölkələrdə və cəmiyyətlərdə üzə çıxmasını da narahatlıqla izləyirik. Bu baxımdan da sözügedən qlobal böhranların regiona, o cümlədən Azərbaycana da təsir edəcəyi məsələsini kənara qoymaq olmaz. Əgər bu gün Azərbaycanda seçkidən danışmağın mənasız olduğunu düşünsək də 5-6 ay sonra hansı vəziyyətin olacağını dəqiq proqnoz etmək çətindir. İstənilən an vəziyyət dəyişə bilər. Ona görə də Azərbaycanda seçki öncəsi vəziyyət fırtınadan əvvəlki sakitçiliyi xatırladır. Qlobal və regional problemləri kənara qoysaq, bu gün Azərbaycanın daxilində də siyasi-iqtisadi və elitaarası böhranların yarandığını müşahidə edirik. Bu cür proseslər istənilən an nəzarətdən çıxa bilər.

– Azərbaycanda keçiriləcək seçkilərə Rusiyanın müdaxilə imkanları nə qədərdir?

– Ümumiyyətlə, indiki vəziyyətdə Rusiyanın Azərbaycanda keçiriləcək seçkilərə müdaxiləsinə inanmıram. Çünki indi Azərbaycan iqtidarının apardığı siyasət Rusiyanı qane edir. Ona görə də düşünmürəm ki, Rusiya Azərbaycanda seçkilərə müdaxilə edəcək və sairə.

– Amma 2013-cü ildə keçirilən seçkilərdə Rusiyanın Azərbaycana təzyiqləri müşahidə olunmuşdu. Bunu bir çox iqtidar və müxalifət nümayəndələri də etiraf etmişdi...

– Nə olsun ki, 2013-cü ildə Rusiyanın seçkilərə təsiri olub? Nəticədə yenə də İlham Əliyev prezident seçilib. Həmin vaxt Rusiya prezidenti Vladimir Putin də Bakıya gəlib İlham Əliyevlə görüşmüşdü. Təkcə bu onu göstərir ki, hazırda Putinlə İlham Əliyev arasında münasibətlər yaxşı səviyyədədir. Yəni, hazırda Azərbaycan və Rusiya bir-birinin maraqlarına cavab verirlər. Bütün bunlar isə Azərbaycan müxalifətinin zərərinə işləyən məqamlardır. İndi yenidən Azərbaycanda keçiriləcək prezident seçkilərinə guya Rusiyanın təsir edəcəyi ilə bağlı məsələlər ortaya atılır. Bu heç də belə deyil. Real müxalifət bu məsələni düzgün qiymətləndirməlidir.

– 2013-cü ilin prezident seçkilərində Milli Şuranın namizədi olan Rüstəm İbrahimbəyov Rusiyada yaşaya-yaşaya Azərbaycan prezidentliyinə namizəd olmaq istəyirdi. Ancaq ona pasport verilmədi. Sizə elə gəlmirmi ki, Rusiya həmin vaxtı həm müxalifəti aldatmışdı, həm də bu yolla Azərbaycan iqtidarına da təzyiq göstərirdi?

– Mən sizinlə qəti razı deyiləm. Rusiyanın Rüstəm İbrahimbəyovu Azərbaycanda hakimiyyətə gətirmək istəyi blef idi. Sonradan da çoxlarının ağızına söz düşdü ki, Rusiya Azərbaycana təzyiq edəcək və sairə. Hesab edirəm ki, artıq bu məsələ ictimai rəyə təsir göstərmir.

– Son vaxtlar Sürət Hüseynovun, Rəhim Qazıyevin və digər bu kimi şəxslərin gündəmə gəlməsi də Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilir. Bu məsələ ilə bağlı sizin düşüncələriniz nədən ibarətdir?

– Bilirsiniz, Sürət Hüseynovla bağlı məsələyə artıq cavab verdiyim üçün daha bu barədə danışmaq istəmirəm.
Rəhim Qazıyevi deyə bilmərəm, amma Sürət Hüseynovun indiki iqtidara loyal münasibəti əslində onun haradan qaynaqlanmasını göstərir.
Bilirsiniz ki, indiyədək Azərbaycanda bir neçə dəfə inqilab olub. Onlardan biri də xaricdən - Rusiyadan olan adamların köməyi ilə Sürət Hüseynov tərəfindən törədilən siyasi dövlət çevrilişidir.

Rəhim Qazıyevlə bağlı məsələ isə bir qədər fərqlidir. O, 1992-1993-cü illərdə Azərbaycanda iqtidarda olan hakimiyyətin komandasının vəzifəli üzvlərindən biri olub. Onunla bağlı məsələ şəxsi motivlərlə bağlıdır. Rəhim Qazıyevin hazırda Azərbaycan iqtidarına xidmət etməsi qənaətində deyiləm. Çünki Rəhim Qazıyevin indiki iqtidara qarşı tənqidi fikirləri bunu deməyə əsas verir. Ancaq bütün bunlar onun müsbət rolu olmasından xəbər vermir. Hesab edirəm ki, Rəhim Qazıyev 1992-1993-cü illərdə olduğu kimi, yenə də Azərbaycanın milli maraqlarına və mənafelərinə uyğun olmayan fəaliyyət göstərir. Çünki onun AXC-Müsavat və Əbülfəz Elçibəy hakimiyyəti və komandası haqqında söylədiyi xoşagəlməz fikirləri bunu deməyə əsas verir. Ona görə də Rəhim Qazıyevin fəaliyyəti Azərbaycanın milli və demokratik qüvvələrinin əleyhinədir. Azərbaycanın demokratik və milli maraqları strateji maraqlara uyğun olduğu üçün bu həm də Azərbaycanın dövlət maraqlarına qarşı olan mövqedir.

– Sülhəddin Əkbər Rəhim Qazıyevi AXC-Müsavat hakimiyyəti dövründə vətənə xəyanət etməkdə ittiham edir. Siz bu ittihamlarla razısınız?

– Bilirsiniz, istənilən addımın hüquqi və siyasi məzmunu olur. Hesab edirəm ki, həmin dövrdə Əbülfəz Elçibəy hakimiyyətinə qarşı mübarizə aparmaq və onun devrilməsinə xidmət etmək Azərbaycanın milli və dövlət maraqlarına tam zidd idi. Bununla bağlı istənilən siyasi xarakterli ifadələr də işlətmək mümkün idi. Bu baxımdan da 1993-cü ilin hakimiyyət dəyişikliyinə dəstək vermək hüquqi mənada milli xəyanət idi.

Digər tərəfdən isə istənilən hakimiyyət daxilində müəyyən qruplar və ya şəxslər olur ki, onlar illərlə o hakimiyyətdə vəzifədə işləyirlər. Ancaq onlara görə müəyyən fikirlərin yaranması ilə razı deyiləm. Çünki Rəhim Qazıyev bizim hakimiyyətdə olduğumuz dövrdə vəzifəsindən azad olunub. Biz hələ iqtidarda idik, Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getmişdi.

– Razılaşırsınızmı ki, Azərbaycanda bir çox müxalifət partiyalarının özündə belə demokratik mühit yoxdur? Misal üçün siz 19 ildir ki, partiya sədrisiniz..

– Mən bununla qəti razı deyiləm. Ayrı-ayrı inkişaf etmiş demokratik ölkələrdə də partiya sədrinə fərqli münasibət var. Misal üçün, Türkiyədə partiyanın böyük-kiçikliyindən asılı olmayaraq, partiya sədrinə münasibət yüksək səviyyədədir.

Siz müxalifət partiyalarının daxilində guya demokratiyanın olmadığını düşünürsünüz. Bu doğru deyil. Deyirsiniz ki, partiya liderləri nə üçün dəyişmir? Məgər prezident dəyişib? Bu cür yanaşmalar düzgün deyil. Ümumiyyətlə, hakimiyyətlə müxalifətdə olan siyasi partiyaların Nizamnamələrinin müqayisəsi yanlışdır. Hakimiyyətdə olmağa müəyyən vaxt qoyula bilər. Siyasi partiya sədrləri üçün isə bunu tələb kimi qoymaq düzgün deyil. Bu həm də müasir demokratiyanın əsas funksiyalarından biridir.

Mən sizə bir həqiqəti deyim. Əgər Azərbaycanda vəzifəli şəxslərin öz qohumlarını yüksək vəzifələrə təyin etməsinin qarşısı alınmasa, yaxın illərdə nazirlər açıq şəkildə öz yerlərinə övladlarını, qohumlarını hazırlayacaqlar. Artıq əksər nazirlərimiz də qocalıb. Yəqin ki, gec-tez əvəz olunacaqlar. İnanın ki, nazirlər öz yerlərinə övladlarının təyin edilməsinə çalışırlar. Əgər bu prosesin qarşısı alınmasa, vəziyyət adiləşəcək. Azərbaycanda da bu prosesin başlanması istisna deyil. Sözümün canı da odur ki, bu məsələni qoyub, siyasi partiya sədrlərini neçə illərdir ki, sədrlikdən getməməklə bağlı günahlandırmaq absurddur. Mən 1998-ci ildən partiya sədriyəm. Ancaq burada heç bir qəbahət görmürəm. Digər tərəfdən isə arada mən bir müddət partiya sədri olmamışam, məni əvəz ediblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru