Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                     Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir .....                     "Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                     44 günlük müharibənin generallarından birinə yeni ittiham .....                     Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir .....                     Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib .....                     Allahın, yoxsa texnikanın ümidinə: .....                     Kremldən Bakıya yeni təklif: .....                     “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək .....                 

"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?" - deputat
Tarix: 8-10-2016, 07:56 | Çap et
"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?"
Milli Məclisin deputatı, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı parlamentin son iclasındakı çıxışına görə sərt tənqidlərə məruz qalır. Xanım deputatın internet televiziyaları barədəki sözləri sosial şəbəkələrin və mətbuatın müzakirə mövzularından birinə çevrilib.

M.İbrahimqızı təklif edib ki, internet televiziyalarının fəaliyyəti barədə qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir.

Oktyabrın 6-da internet media ilə bağlı keçirilən dəyirmi masada çıxış edən M.İbrahimqızı yenə də bu mövzuda sərt danışıb. Deputat sosial şəbəkələrdə və bütünlükdə internetdə nəşrlərə nəzarət tətbiq etməyə çağırıb: “İnsanlar mətbuatda sərhədi aşan, əxlaqımıza uyğun olmayan fikirlərdən beziblər. Təhqiramiz sözləri görəndə dəhşətə gəldim, görəsən biz beləyikmi? Dövlət atributlarımız haqda ağıllarına gələni yazırlar. İnsan hüquqlarının nə olduğunu bilməyən insanlar təhqiramiz fikirlərlə ziyalılarımızı cəmiyyətdə gözdən salmağa çalışırlar. Bunun qarşısı alınmasa, proses sürətlənə bilər”.

M.İbrahimqızı internetdə nəşrlərə nəzarət üçün xüsusi monitorinq qrupunun yaradılmasını da təklif edib. Bu fikirlərindən sonra o, yenə də tənqid obyektinə çevrilib. Xüsusilə, facebookda xanım deputat daha çox tənqid olunur.

Barəsində sərt tənqidlərlə bağlı M.İbrahimqızının mövqeyini aldıq. YAP-çı deputat nəzarət deyəndə senzuranı nəzərdə tutmadığını söylədi: “Küçə sözlərindən istifadə olunanda, mənəviyyatımıza zidd şəkillər qoyulanda buna etirazımı bildirirəm. Düşünürəm ki, kimsə əxlaqsız fikirlər səsləndirirsə, onun mənəviyyatı odur. İnsan insanla niyə təhqirlə danışmalıdır? Bu fikirlərim təkcə jurnalistlərə deyil, istənilən şəxsə aiddir. Bütün cəmiyyətlərdə əxlaqında belə problemi olan şəxslər var. Onları tərbiyələndirmək fikrimiz yoxdur. Belə insanlar tarix boyu olub, indi də var, bundan sonra da olacaq. Burada söhbət ziyalıdan, jurnalistdən, cəmiyyətdə tanınan şəxsdən gedir”.

Xanım deputat onu təhqir edənlərə sərt cavab verdi: “Tənqid nə qədər istəyirlər etsinlər. Bacarıqsız, qabiliyyətsiz yazsınlar, buna heç zaman etiraz etmərəm. Bəlkə məni o cür tanıyırlar. Ola bilər ki, özümü düzgün tanıda bilməmişəm. Amma parlamentdəki çıxışımdan sonra paylaşılan şəkilləri görəndə dəhşətə gəldim. Onlar evdə ailələri ilə də o tərzdə davranırlar? Mənim 30-40 yaşım olsaydı, bəlkə də bu məsələlərdə bu qədər danışmazdım. Onların mənəviyyatsız hərəkətlərinə münasibət bildirməzdim. Mənim 58 yaşım var, nənəyəm. Öz övladlarım yaşında olan şəxslərə qarşı fikir bildirməyə haqqım çatır. Bizim minlərlə insanlarımız sosial şəbəkələri, həmin saytları izləyirlər. Elə şəkillər görmələri onların mənəviyyatına təsir edə bilər. Bu baxımdan normaların olmasını vacib saydım. Biz harada yaşayırıq ki, belə hallarla üzləşirik. Əlinə qələm alan şəxs ziyalı, məmur sayılırsa, belə şəxslər hərəkətlərinə diqqət etməlidirlər. İndiyə qədər mətbuatla heç bir problemim olmayıb. Niyə də olmalıdır? Bizim fəaliyyətimizi sizlər qiymətləndirir, cəmiyyətə çatdırırsız. Sizlər olmasaydı, bizləri heç kim tanımazdı. Məni kimlər tanıyırsa, mətbuatın vasitəsilə tanıyırlar. Amma ogünkü çıxışımdan sonra bəzi mətbuat orqanları barəmdə olmazın sözlərini yazdılar, sosial şəbəkələrdə təhqir olundum.

Bunları sübut etmək üçün əlimdə screenlər var. Onları məhkəməyə də verə bilərəm, şərəf və ləyaqətimin pozulması ilə bağlı. Amma yenə də bunu vicdanıma buraxıram. İşlətdikləri ifadələr bizlərə yapışmır, ən yumşaq halda bu fikirləri işlədən şəxslər qınaq obyekti olurlar. Kim deyir ki, tənqid etməyin? Edin, amma normaları keçməyin. Mətbuat cəmiyyətin işığıdır, hamımızın buna ehtiyacımız var. Məlumatları mediadan alırıq, qısa zamanda dünyada və ölkədə gedən proseslərdən bunun vasitəsilə məlumat tuturuq. Sosial şəbəkələr, internet əsrində yaşayırıq. Təsəvvür edin ki, həmin şəxslərin instagram səhifələri bundan da dəhşətlidir. Mən Azərbaycan qadınıyam, bu ölkənin ziyalısıyam. Belə hallara göz yummamalıyıq? Bu əsla olmaz. Bir mətbuatdan xahiş edəcəm ki, onların paylaşdıqları fotoları, yazdıqları statusları dərc etsinlər. O zaman hər kəs görəcək ki, heç bir əxlaqlı insan belə şeylərdən istifadə etməz. İnsanların şəxsi həyatının toxunulmazlığı var. Elə şəxslər üçün mənəviyyat, dəyərlər yoxdur. Onların təhqirlərindən sonra yüzlərlə insanlar zəng edib, dəstək olduqlarını bildirdilər. Artıq onlar sərhədi keçiblər. İş o yerə çatıb ki, küçə söyüşlərini bu şəxslər adi sözlər kimi qarşılayırlar”.

YAP funksioneri internet televiziyalarının fəaliyyətləri ilə bağlı təkliflərinin təhqirlərə məruz qalmasından sonra qaynaqlanmadığını da qeyd etdi: “Bu qətiyyən elə deyil. Əgər belə olsaydı, heç danışmazdım. Deyərdim ki, məni təhqir etmirlər, mənəviyyatıma toxunmurlar. Buna görə də nəyimə gərəkdir. Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq? On minlərlə izləyiciləri var, utanmırlar. Bunlara ana-bacılarımız baxırlar. Öz ailələrində həmin fotolardan, sözlər istifadə edirlər? İmzalarına hörmət etdiyimiz çoxsaylı jurnalistlər var. İndi bunları həmin jurnalistlərlə eyniləşdirək? İşlərim kifayət qədər çoxdur. Amma belə hallara göz yuma bilmərəm. Nizami Gəncəvi, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər bu kimi tarixi şəxsiyyətlərimizdən yazırlar. Demək bunların məqsədi Azərbaycanın dəyərlərini məhv etməkdir. Bunlar milli mənəvi dəyərlərimizə terrordur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Dünən, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Dünən, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Dünən, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Dünən, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47
Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Dünən, 12:41
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 12:35
Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Dünən, 12:32
Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Dünən, 12:31
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Dünən, 12:26
İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru