“Quldurluq edir, sonra da Həccə adam göndərir ki, savab qazansın” - YAP-çı deputat kimləri topa tutdu?
Tarix: 4-10-2016, 10:59 | Çap et
 Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik
- Siyavuş müəllim, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini televiziya açılmasının vacib olduğunu bildirdi. Siz bu barədə nə düşünürsünüz?
- Ümumiyyətlə, Azərbaycanda zamanla məsələlər qaldırılıb ki, müxtəlif sahələr üzrə, məsələn, parlament televiziyası, dini televiziya açılsın və s. Azərbaycanda regional və mərkəzi televiziyalar fəaliyyət göstərir. Bu televiziyalar da Azərbaycan əhalisi üçün kifayətdir. Həmin televiziyalarda dini izahatların verilməsinə böyük ehtiyac var. Azərbaycan Dövlət Televiziyasında akademik Vasim Məmmədəliyev 25 ildir dinə aid veriliş aparır. Bundan başqa da hansısa verilişlərə bu və ya digər məslə ilə bağlı olaraq din xadimləri, ilahiyyatçılar dəvət olunur. Amma mütəmadi olaraq Qurani Kərimin, şəriətin, islam hüququnun izahatına bütün televiziyalar həftədə 1 saat ayıra bilər. Düşünürəm ki, hər bir yerli telekanal gün ərzində ən azı 1 saat dini veriliş yayımlasa, bu, elə həftədə 24 saatdan çox edir. Bu baxımdan ayrıca dini telekanalın da açılmasınada ehtiyac qalmır.
- O zaman deyirsiniz ki, ölkədə ayrıca dini televiziyanın açılmasına sosial sifariş də yoxdur?
-Ölkədə televiziya açmaq özəl bir işdir. İstənilən şəxs qanunvericilik çərçivəsində Milli Televiziya və Radio Şurasına müraciət edərək, telekanal aça bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu quruma müraciət edərək, dini telekanalın açılması ilə bağlı tezlik yaradılması təklifini irəli sürə bilər. Bu, artıq Qafqaz Müsəlmanları İdarəsi ilə Teleradio Şurası arasında olan məsələdir. Amma bunu da nəzərə almaq lazımdır ki, ölkədə yeni bir dini televiziya yaratmaq üçün əhalidən də sosial sifarişi gəlməlidir. Mən şəxsən hesab edirəm ki, bu cür sosial sifariş yoxdur.
- Vaxtilə polis rəisi işləyərək rüşvət almış şəxslərin, korrupsiya əməllərində birbaşa iştirak etmiş bəzi məmurların Həcc ziyarətinə getməsinin şahidi oluruq. Sizcə, onlar Həccə getməklə günahlardan təmizlənə bilirlər?
-Tövbə qapıları hər zaman açıqdır. Allah bağışlayandır. Allahın əsas istəklərindən biri insanların öz günahlarını başa düşmələridir. İnsanlar əgər günahlarını və pis əməllərini başa düşüb tövbə edərək düzgün yola qayıdırsa, Allah da onu bağışlayır. Peyğəmbərimiz özü dəfələrlə Bədr, Rəməl, Uhud döyüşlərində ona qarşı vuruşan insanları bağışladı. Hesab edirəm ki, insanlar müəyyən yaşa çatandan sonra Allahı və peyğəmbəri dərk edərək, onun Qurani Kərimini və sünnətini qəbul etdikdən sonra haqq yoluna gəlirlər. Bəzən belə hallar da var ki, kimsə milyonlar, milyardlar oğurlayır, sonra da 5 nəfəri Həccə göndərir ki, savab qazansın. Bu, heç bir halda savab iş hesab oluna bilməz. İstənilən halda Həcc ziyarətinə oğrunun və quldurun pulu ilə getmək düzgün deyil.
-Türkiyənin Diyanət İşləri Başkanlığı əhaliyə belə bir çağırış edib ki, hər bir adam Həcc ziyarətinə mümkün qədər 1 dəfə getsin. Azərbaycanda elə adamlar var ki, Həcc ziyarətinə 10-15 dəfə gedib, yenə də bu haqda düşünür. Azərbaycanda da Həccə 1 dəfə getməklə bağlı məsələ qaldırıla bilərmi? -Həcc ziyarətinə neçə dəfə gedib-gəlmək insanın arzudur və ona heç kim qadağa qoya bilməz. Əgər insanın maddi imkanı varsa və bunu halal zəhmətlə əldə edibsə, Həccə lap 10 dəfə də gedə bilər. Buna heç kəs və heç bir formada qadağa qoya bilməz. Bu gün Səudiyyə Ərəbistanında elə insanlar var ki, hər il Həcc ziyarətini həyata keçirirlər. Ancaq növbəlilik olsun və hamı ziyarətə gedib-gəlsin deyə,bir insanın 1 dəfə ziyarətə getdikdən sonra bir az ara verməsi daha yaxşı olar. Çünki ziyarətə gedənlərin hamısını birdən yerləşdirmək çətin olur. Həm də hər il ölkəyə Həcc ziyarəti ilə bağlı müəyyən kvota verilir. Bu baxımdan ziyarətə 1 dəfə gedən insanın müəyyən müddət buna ara verməsi daha məsləhətli olar. Amma ümumilikdə islamda, Qurani Kərimdə, şəriətdə bir adamın 1 dəfədən artıq Həcc ziyarətinə getməməsi ilə bağlı hansısa qadağa yoxdur. Halal zəhmətlə qazanılmış pul hesabına adam neçə dəfə istəsə, Həccə gedə bilər.
Səudiyyə Ərəbistanı kralı hər il cənab prezident İlham Əliyevə özü şəxsən ziyarət üçün yer ayırır. Bu yer də hər il ziyarətə getmək arzusunda olan yoxsul vətəndaşlara verilirr. Zəhmətlə işləyərək pul qazanan fermer, sahibkar, iş adamı 3 nəfər işçisini hər il Həccə göndərsə, savaba girmiş olar. Amma oğurluq, quldurluq edib Həccə adam göndərənlər elə bilirlər ki, günahları bağışlanır, onlar səhv düşünürlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17 |
|
|
|
| • Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34 |
|
|
|
| • “Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26 |
|
|
|
| • Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24 |
|
|
|
| • Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
| • Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35 |
|
|
|
| • Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28 |
|
|
|
| • Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25 |
|
|
|
| • “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16 |
|
|
|
| • İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13 |
|
|
|
| • Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08 |
|
|
|
| • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07 |
|
|
|
| • BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04 |
|
|
|
| • Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57 |
|
|
|
| • Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50 |
|
|
|
| • Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45 |
|
|
|
| • Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
| • Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36 |
|
|
|
| • Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35 |
|
|
|
| • Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31 |
|
|
|
| • Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30 |
|
|
|
| • Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28 |
|
|
|
| • Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25 |
|
|
|
| • Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21 |
|
|
|
| • Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19 |
|
|
|
| • Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10 |
|
|
|
| • Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06 |
|
|
|
| • Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02 |
|
|
|
| • "Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14 |
|
|
|
| • Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12 |
|
|
|
| • Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05 |
|
|
|
| • Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02 |
|
|
|
| • 44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57 |
|
|
|
| • Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54 |
|
|
|
| • Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12 |
|
|
|
| • Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10 |
|
|
|
| • Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03 |
|
|
|
| • “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Dünən, 13:02 |
|
|
|
| • İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Dünən, 12:56 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Dünən, 12:54 |
|
|
|
| • Şair Əşrəf Veysəlli vəfat edib
Dünən, 12:49 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47 |
|
|
|
| • Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Dünən, 12:41 |
|
|
|
| • "Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 12:35 |
|
|
|
| • Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Dünən, 12:32 |
|
|
|
| • Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Dünən, 12:31 |
|
|
|
| • Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Dünən, 12:26 |
|
|
|
| • İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Dünən, 12:25 |
|
|
|
|