Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                     Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir .....                     "Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                     44 günlük müharibənin generallarından birinə yeni ittiham .....                     Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir .....                     Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib .....                     Allahın, yoxsa texnikanın ümidinə: .....                     Kremldən Bakıya yeni təklif: .....                     “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək .....                     İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün .....                 

"Çünki bəzən başqasını təhqir edəni tapmaq mümkün olmur"
Tarix: 15-08-2016, 08:03 | Çap et
"Çünki bəzən başqasını təhqir edəni tapmaq mümkün olmur"
Sosial şəbəkələrdə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun adından açıqlama yayılıb. Açıqlama ciddi müzakirə mövzusuna çevrilib. Deputatın ölkəmizdə sosial şəbəkələrin qəti şəkildə bağlanması ilə bağlı fikirlər səsləndirdiyi deyilir.

Doğrudur, onun adından səslənən fikirlər heç bir mətbuat orqanının xəbərinə çevrilməyib. Bu da məlumatın doğruluğuna kölgə salıb. Amma bununla belə S.Novruzov ciddi tənqidlərə tuş gəlib. Onun adından yayılan açıqlamada bu fikirlər yer alır: “Düşünürəm ki, ölkəmizdə sosial şəbəkələr birmənalı olaraq qəti şəkildə bağlanmalıdır. Cavanlarımız lazımsız işlərlə məşğul olurlar. İnanıram ki, bu, yaxın zamanlarda baş tutacaq”.

Barəsində yayılan açıqlama ilə bağlı deputatın mövqeyini öyrəndik. YAP-ın icra katibinin müavini məlumatı təkzib etdi: “Yalandır. Belə bir fikir söyləməmişəm. Bir neçə dəfə sosial şəbəkələrdə adımdan məlumat yaymağa çalışıblar. Bu barədə təkziblərimi daim vermişəm. Bu məlumatı yayanlara münasibətim ondan ibarətdir ki, sosial şəbəkələrin əsas problemlərindən biri məhz budur. Başqa birisinin adından belə yalan məlumatlar dərc edirlər. Yaxud da başqa birisinin adından bəzi məsələlərə şərh yazırlar. Burada canlı ünsiyyət yoxdur. Kimin kimliyi bu prosesdə bəlli deyil. Bir neçə dəfə yarışlar keçirmişik. Bu yarışlarda sosial şəbəkələrdə qalib gələnləri mükafatlandırmışıq. Sonradan araşdırma aparanda görmüşük ki, sosial şəbəkələrdə adı olan şəxs tamam başqa birisidir. Məsələn, onu hazırlayıb verən onun valideyni, yaxud yaxın birisidir. Çox vaxt sosial şəbəkələr reallığı əks etdirmir. Bir də görürsən ki, biri xaricdə oturub müxtəlif məsələlərə şərh verir, dilimizi bilən ermənilər də bundan istifadə edirlər. Ordu, dövlət quruluşu haqqında dezinformasiyalar yayırlar. İnsanlar da bunu müzakirə etməyə başlayırlar. Sonradan məlum olur ki, bu xəbəri yayan şəxsin Azərbaycana heç bir aidiyyəti yoxdur. Qəsdən belə məsələləri ortaya atırlar. Xaricdə siyasi sığınacaq almaq istəyən, eləcə də, cinayət törətmiş şəxslər sosial şəbəkələr vasitəsilə belə məsələlərdən istifadə edirlər. Sosial şəbəkələrlə bağlı mövqeyim başqa cürdür. İndi konstitusiyada nəzərdə tutulan əlavə və dəyişiklərdə sosial şəbəkələrdən istifadə ilə bağlı bəzi maddələr salınıb. Heç bir şəxs digərinin şərəf və ləyaqətini təhqir etməməli, hüququnu pozmamalıdır. Çünki bəzən başqasını təhqir edəni tapmaq mümkün olmur. Nəticədə istədiklərini yazırlar. 3 min tirajla çıxan bir qəzetdə kimsə təhqir olunursa, məhkəməyə verilir, təhqir edənin kimliyi məlum olur. Nəticədə həmin şəxs qanun çərçivəsində cəzasını alır. Amma yarım milyondan artıq istifadəçinin olduğu sosial şəbəkədə kimsə təhqir olunur, amma onu təhqir edənləri cəzalandırmaq mümkün olmur”.

Deputat sosial şəbəkələrin Azərbaycanda fəaliyyət göstərməsinin lehinə olduğunu söylədi: “Ümumi nəzarət lazımdır. Dünyanın əksər öndə olan ölkələrində bununla bağlı qaydalar var. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirsən, istənilən fikri, şərhi yaza bilirsən. Əgər kimisə təhqir edirsənsə, məhkəmədə cavab verirsən. Qanuni forma budur. Bizdə sosial şəbəkələrdə keçmişdə yazılan anonim məktublara bənzəyir. İstənilən şəxsin adından istənilən fikirləri yazırlar. Həmin şəxs də məlumatı görməyibsə, təkzib verməyibsə, müzakirə obyektinə çevrilir. Sosial şəbəkələrdən istifadə etmirəm. Kim adımdan məlumat yayırsa, indidən hər kəs bilsin ki, dezinformasiya xarakterlidir. Ancaq qanuni fəaliyyətə üstünlük verirəm”.
Qeyd edək ki, zaman-zaman Azərbaycanda sosial şəbəkələrin olub-olmaması ilə bağlı ikili mövqelər səslənib. Ən çox müxalifət düşərgəsi bunun olmasının lehinə çıxış edib. Deputatın adından yayılan bu xəbər isə, sosial şəbəkələrin fəaliyyətini yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdən aktiv iştirak edən AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, bu məsələ zaman-zaman gündəmə gətirilir: “Belə fikirlər təsadüfi deyil. Hakimiyyət dəhlizlərində sosial şəbəkələrlə bağlı müzakirələrin getdiyi istisna deyil. Çünki siyasi fəaliyyətin hazırda əsas aktiv olduğu məkan sosial şəbəkələrdir ki, hakimiyyət bundan narahat olmamış deyil. Çünki internet azaddır. Ölkəmizdə sosial şəbəkələr bağlansa, iqtidar özünü sivil dünyadan təcrid etmiş olar. Nəticədə Afrika ölkələri sırasına düşər. Sosial şəbəkələrdən təbii ki, öz məkrli niyyətləri üçün istifadə edənlər olub, bundan sonra da olacaq. Dünyada da belədir. Elə bir əsrdə yaşayırıq ki, internet məkanının bağlamaq mümkünsüzdür. Açığı inanmıram ki, hakimiyyət belə bir addım atar”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sosial şəbəkələri bağlamağın çətin olduğunu söylədi: “Bununla dünya texnoloji inqilabına qarşı çıxış etmək lazım olar. Sərhədləri bağlayıb, qapalı ölkəyə çevrilmək Azərbaycana nə dərəcədə lazım ola bilər? Azərbaycan, əksinə, dünyaya açılım etmək istəyir. Sosial şəbəkələr qapadılsa, ölkəyə kim gələ bilər, yaxud bu ölkə ilə hansı dövlət əməkdaşlıq edər? Əgər bir problem varsa, qanunvericilik yolu ilə bunlar aradan qalxmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Bu gün, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Bu gün, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Bu gün, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Bu gün, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Bu gün, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Bu gün, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Bu gün, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Bu gün, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Bu gün, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Bu gün, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Bu gün, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Bu gün, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Bu gün, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Bu gün, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Bu gün, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Bu gün, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Bu gün, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Bu gün, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Bu gün, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Bu gün, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Bu gün, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Bu gün, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Bu gün, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Bu gün, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Bu gün, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Bu gün, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Bu gün, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Bu gün, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Bu gün, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Bu gün, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Bu gün, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Bu gün, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Bu gün, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Bu gün, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Bu gün, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Bu gün, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Bu gün, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Bu gün, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Bu gün, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Bu gün, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Bu gün, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Bu gün, 12:41
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:35
Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 12:33
Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Bu gün, 12:32
Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Bu gün, 12:31
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Bu gün, 12:26
İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru