“Hyatt Regency” hoteli ilə sabiq AMİP sədrini hansı tellər bağlayır... - İDDİA
Tarix: 23-06-2016, 08:47 | Çap et
 Hər il iyun ayında gündəmə gələn şəxslərdən biri də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovdur. Nədən ki, o, 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi prosesində fəal iştirakçı olub. Elçibəyin vəzifəsindən vaxtından əvvəl getməsi üçün ona qarşı “etimadsızlıq layihəsi” birbaşa AMİP tərəfindən hazırlanmışdı. Etibar Məmmədov 4 iyun qiyamı ərəfəsində və ondan sonrakı dönəmdə AXC hakimiyyətinin yıxılması üçün açıq fəaliyyət göstərib...
Sonrakı illərdə də Etibar Məmmədovun müxalifətçilik fəaliyyəti mübhəmlərlə zəngin olub. 1995, 1998, 2000, 2003-cü illərdə keçirilən prezident və parlament seçkilərində müxalifətin birliyinin alınmamasında onun siyasi iddiaları mühüm rol oynayıb...
Və 2003-cü il seçkilərindən sonra siyasətdən getdiyini bəyan edən Etibar Məmmədov bundan sonra yalnız Cənubi Azərbaycanda gedən proseslərlə məşğul olacağını bildirmişdi. Ritorik desək, Şimalı Azərbaycanla bağlı missiyası artıq başa çatmış oldu, o, Cənubi Azərbaycanı “səhmana salmağa” qərar verdi. Bir qədər sonra isə məlum oldu ki, Güneydəki proseslər də Etibar Məmmədovu ilgiləndirmir; çünki onun bu yöndə heç bir fəaliyyəti nəzərə çarpmadı. Əslində bunun siyasi blefdən başqa bir şey olmadığı öncədən də aydın idi...
Gerçəkliklər ictimai-siyasi həyatla maraqlanan insanlar üçün sirr olmadığından bəlkə bu məsələyə toxunmamaq da olardı. Amma iyun olayları ilə bağlı Etibar Məmmədova jurnalistlər suallar ünvanlayarkən onun köntöy cavablar verməsi, cəmiyyəti, mətbuatı suçlaması, aqressiv davranışlar sərgiləməsi, hətta söyüş janrına keçərək “aydan arı, sudan duru” obrazını yaratmağa cəhd etməsi aşağıda oxuyacağınız faktları yazmağa vadar edir...
***
Etibar Məmmədovun siyasətdən qəfil gedişinin əsl mahiyyəti zaman keçdikcə üzə çıxdı; bəlli oldu ki, Etibar Məmmədova cəmiyyətdə “artıq müxalifətçilik öldü” rəyinin yaranması üçün siyasətdən getməsi müqabilində “biznes pəncərəsi” açılıb. Düzdür, hələ uzun illər öncədən çoxlarına məlum idi ki, Etibar Məmmədovun tikinti biznesi var. Amma de-fakto həmin işlərə Etibar Məmmədovun mərhum qardaşı rəhbərlik edirdi. Etibar Məmmədov siyasətdən gedəndən sonra isə özü birbaşa bu məsələlərə rəhbərlik edib. Yəni öz biznesinin başına özü keçərək, təbii ki, iqtidarın dəstəyi ilə tikinti biznesini genişləndirib. Hətta ora qədər ki, ona Bakı şəhərində müxtəlif yerlərdə çoxmənzilli binalar tikməklə yanaşı, ölkəyə alçipan idxalında monoplistlərdən biri olmağa icazə verilib. Bu barədə müsavat.com-un əldə etdiyi məlumata görə, son aylarda Etibar Məmmədovun alçipan biznesində müəyyən axsama baş verib. Bu da ölkə iqtisadiyyatında, gömrük sistemində həyata keçirilən islahatlar, monopolistlərin əl-qolunun yığılması ilə bağlıdır. Bir tikinti mütəxəssisinin deməsinə görə, alçipan biznesində monopolist olmaq bir il ərzində 10 milyonlarla manat pul qazana bilmək deməkdir... Bu iş ilə isə E.Məmmədov illərlə məşğul olub.
Musavat.com-u bilgiləndirən mənbə deyib ki, bu illər ərzində Etibar Məmmədovun “Şamaxinka” adlanan ərazidəki yanacaqdoldurma məntəqəsi və onun qarşısındakı maşın satışı məntəqəsi də var gücü ilə çalışıb... Bakı şəhərində yol kənarındakı maşın satış məntəqələri hələ illər öncə yığışdırılan zaman Etibar Məmmədovun bu biznesinə dəyilmədi və bu gün də fəaliyyət göstərir...
Mənbəmizin açıqladığı digər bir fakt isə daha maraqlıdır; qaynağımız deyir ki, Etibar Məmmədov uzun illərdir “Hyatt Regency” hotel və əyləncə mərkəzinin xidmətlərindən sərhədsiz istifadə edən müştərisidir. Bakının ən bahalı hotel və istirahət komplekslərindən biri olan “Hyatt Regency” hotelindən “öz obyekti kimi” istifadəsi üçün isə Etibar Məmmədova təxminən 10 il öncə ömürlük “qızıl kart” verilib. Bu kartı ona “Hyatt Regency”nin keçmiş rəhbəri, bir neçə il öncə Azərbaycandan qovulan iş adamı Paulo Pərviz təqdim edib. Əlbəttə, bunu P.Pərviz icazəsiz etməyib, çox güman ki, o, tapşırıq icra edib. Mənbə bunu belə ifadə etdi: “Pərvizə deyilib ki, Etibar Məmmədova ömürlük bir kart ver, gəlsin orada üzsün, dincəlsin, əylənsin, bütün VİP xidmətlərdən istifadə etsin, başı qarışsın, siyasətdən gedib, darıxmasın”...
Bu kartın Paulo Pərvizin öz hədiyyəsi olmadığını bir məqam təsdiqləyir: P.Pərviz arzuolunmaz şəxs kimi, bir neçə il öncə Azərbaycandan kənarlaşdırıldı. “Hyatt Regency” bu gün tamamilə ayrı adamlara məxsusdur. Amma Etibar Məmmədovun “qızıl kart”ı özündə qalır, etibarlıdır və hazırda “Hyatt Regency”nin bütün xidmətlərindən pulsuz olaraq yararlanır... Xalqın çiyinləri, silahdaşlarının faciəsi üzərində öz komfortunu qurmasına rəğmən isə o, keçmişdəki səhvlərinə görə üzr istəmək əvəzinə, ondan haqlı olaraq hesabat tələb edənləri aşağılamağa, təhqir etməyə və bununla mətləbdən yayınmağa çalışır...
Heç şübhəsiz ki, bütün bunlar elə bu şəkildə də tarixə yazılır...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
| • Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Bu gün, 17:35 |
|
|
|
| • Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Bu gün, 17:28 |
|
|
|
| • Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Bu gün, 17:25 |
|
|
|
| • “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Bu gün, 17:16 |
|
|
|
| • İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Bu gün, 17:13 |
|
|
|
| • Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Bu gün, 17:08 |
|
|
|
| • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Bu gün, 17:07 |
|
|
|
| • BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Bu gün, 17:04 |
|
|
|
| • Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
| • Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Bu gün, 16:57 |
|
|
|
| • Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Bu gün, 16:50 |
|
|
|
| • Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Bu gün, 16:45 |
|
|
|
| • Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Bu gün, 16:43 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 16:38 |
|
|
|
| • Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Bu gün, 16:36 |
|
|
|
| • Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Bu gün, 16:35 |
|
|
|
| • Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Bu gün, 16:31 |
|
|
|
| • Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Bu gün, 16:30 |
|
|
|
| • Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Bu gün, 16:28 |
|
|
|
| • Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Bu gün, 16:25 |
|
|
|
| • Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Bu gün, 16:21 |
|
|
|
| • Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Bu gün, 16:19 |
|
|
|
| • Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Bu gün, 16:10 |
|
|
|
| • Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Bu gün, 16:06 |
|
|
|
| • Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Bu gün, 16:02 |
|
|
|
| • "Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Bu gün, 15:12 |
|
|
|
| • Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Bu gün, 15:05 |
|
|
|
| • Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Bu gün, 15:02 |
|
|
|
| • 44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Bu gün, 14:57 |
|
|
|
| • Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Bu gün, 14:54 |
|
|
|
| • Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Bu gün, 13:12 |
|
|
|
| • Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Bu gün, 13:10 |
|
|
|
| • Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Bu gün, 13:03 |
|
|
|
| • “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Bu gün, 13:02 |
|
|
|
| • İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Bu gün, 12:56 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Bu gün, 12:54 |
|
|
|
| • Şair Əşrəf Veysəlli vəfat edib
Bu gün, 12:49 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
| • Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Bu gün, 12:41 |
|
|
|
| • "Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:35 |
|
|
|
| • Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 12:33 |
|
|
|
| • Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Bu gün, 12:32 |
|
|
|
| • Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Bu gün, 12:31 |
|
|
|
| • Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Bu gün, 12:26 |
|
|
|
| • İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25 |
|
|
|
| • Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini prokurorluğa təqdim edib
Bu gün, 12:17 |
|
|
|
| • Moskvaya ayaq öpməyə gedibmiş - ilginc açıqlama
Bu gün, 12:01 |
|
|
|
| • Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? - ŞƏRH
Bu gün, 11:59 |
|
|
|
|