Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                 

Bakıda populyar brend adı altında Çin malını müştərilərə necə sırıyırlar - "Karolina Valiant"ın keyfiyyətcə aşağı, qiymətcə bahalı məhsulları...
Tarix: 7-01-2015, 12:45 | Çap et
Bakıda populyar brend adı altında Çin malını müştərilərə necə sırıyırlar
Məlum olduğu kimi, ölkəmizdə azad sahibkarlığın, özəl biznes sektorunun inkişafına dövlət tərəfindən lazımi şərait yaradılıb. Nə yazıq ki, bəzi işbazlar yaradılan münbit şəraitdən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Belə ki, onlar bazarın yazılmamış qanunlarından xəbərsiz olan istehlakçıların sadölövhlüklərindən, məlumatsız olmalarından istifadə edərək özlərinin gəlirlərini artırmağa, keyfiyyətcə aşağı, qiymətcə bahalı olan mallarını satmaqla məşğul olurlar. Belə şirkətlərdən biri də Qafqazın ən böyük xəz-dəri qalereyası olan "Karolina Valiant"dır.

Heç kimə sirr deyil ki, sözügedən şirkət son illər ölkəmizin xəz-dəri bazarında əməlli-başlı hegemonluq edir. Şirkətin satışa çıxardığı xəz-dərilər müxtəlif televiziya vasitələrində və elektron mətbuatda o ki, var reklam olunur. Amma məsələ keyfiyyətə qalanda "Karolina Valiant"ın vətəndaşlara təklif etdiyi geyimlərin orijinal olub-olmaması şübhə yaradır. Çünki indiyədək bəzi KİV-lərdə şirkətin satdığı məhsulların saxta, yaxud keyfiyyətsiz olması barədə məlumatlar yayılıb. Apardığımız araşdırmalar göstərir ki, bazarda monopoliya yaradan "Karolina Valiant"ın vətəndaşlara İtaliya, Amerika, Yunanıstan istehsalı adı ilə təklif etdiyi xəz dəri geyimləri əslində Çin istehsalıdır. Və həmin məhsulların keyfiyyəti olduqca aşağıdır. Buna rəğmən, şirkət rəsmiləri bu məhsulları təmiz adı altında vətəndaşlara sırıyırlar. Azərbaycanda, həmçinin Rusiyanın Xarkov və Pyatiqorsk şəhərlərində iki salonu olan bu mağazalar şəbəkəsi hazırda bazarın lideri sayılır. İstər satış həcminə, istər müştərilərinin sayına, istərsə də bazarda reallaşdırdığı qanunsuzluqların miqyasına görə. Araşdırmalar göstərir ki, mağazalar şəbəkəsində həm "Karolina Valiant"ın özünün hazırladığı, həm də Avropada istehsal olunduğu iddia edilən tanınmış xəz-dəri brendlərinin məhsulları təklif edilir. Şirkətin nümayəndələri xəz-dəri çeşidlərinin İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlandığını bildirirlər. "Karolina Valiant"ın özünün məhsullarına gəlincə, istehsalda İtaliyanın, İspaniyanın böyük şirkətlərinin xammallarından istifadə edildiyi qeyd olunur. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır. Yəni müştərilər buna asanlıqla aldanıb qalereyadan mal almaq qərarına gəlirlər. Amma reallıqda vəziyyət tamamilə fərqlidir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda "Karolina Valiant"ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür. Digər tərəfdən, tutaq ki, xəz İtaliya və İspaniyadan gətirilib. Bəs kürkün hazırlanmasında istifadə edilən digər komponent və aksessuarlar haradan gətirilir? Çox qəribədir ki, şirkət rəsmiləri digər komponent və aksessuarların gətirildiyi ölkələrin adını açıqlamır. Ki, bu da bəzi qaranlıq məqamlardan xəbər verir. Mağazalar şəbəkəsində əsasən "kürklərimiz Kanadanın "Black Nafa" və Amerikanın "Blackglama" xəzlərindən hazırlanıb" deyə bildirilir. Hər iki xəz növü öz parlaqlığı, keyfiyyəti ilə bütün dünyaya meydan oxuduğu halda, "Karolina Valiant"da "Black Nafa", "Blackglama" kimi təqdim olunan kürklərin parlaqlığı və keyfiyyəti barədə eyni fikirləri söyləmək çətindir. Deyilənə görə, həmin kürklər süni xəzdən hazırlanmış kürklərdən heç nə ilə fərqlənmir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. Başqa sözlə desək, saxta mallar orijinaldan çətinliklə seçilir. Təəssüf ki, istehlakçıların böyük qismi bu təmiz və saxta malı ayıra bilmədikləri üçün aldanırlar. "Karolina Valiant"ın xəzləri Çindən gətirməsi faktı ilk hal deyil. Təxminən bir neçə il əvvəl bu şirkətə qarşı irəli sürülən ittihamları yada salsaq, hər şeyi aydınlığı ilə görə bilərik. İddialara görə, İtaliya, Yunanıstan və Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən xəz-dəri geyimləri əslində, Çində istehsal edilib. Hətta şirkətin bütün strukturlarında hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmaların aparıldığı, kürkləri reklam edən müğənnilərə qədər hər kəsin araşdırmalara cəlb ediliyi belə yazılırdı. Onu da qeyd edək ki, ayrı-ayrı televiziyalarda aparılan reklamlar şirkətin satışına müsbət mənada təsir edib. Əldə etdiyimiz məlumatlara görə, son üç ildə şirkətin satışı xeyli artıb və milyonlarla manat gəlir əldə olunub. Araşdırmalarımız zamanı həmçinin bəlli oldu ki, burda satılan geyimlərin ən ucuzunun qiyməti min manatdan başlayır. Lakin satıcılarla tanışlıq, habelə bir neçə xəz dərinin topdan satışıyla bu rəqəm 900-800 manata qədər azala bilər. Qalereyada hətta 10-20 min manata satışa çıxarılan xəzlər də var ki, onların keyfiyyətinin necə olması qaranlıqdır. Deyilənə görə, şirkət idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatır. Bu isə insan sağlamlığı üçün olduqca təhlükəlidir. Xəz dəriləri 6-8 ay müddətində ilk vəziyyətindəki kimi şux saxlayan xüsusi kimyəvi maddələrin istifadə müddəti başa çatdıqdan sonra xəz dərilərin tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. Lakin onda da hər şey gec olur. Bütün bu deyilənlərə baxmayaraq, istehlakçıları kütləvi şəkildə aldadan "Karolina Valiant"ın fəaliyyətinə qadağa qoyulmur. Olan yenə də vətəndaşlara olur. İnanaq ki, əlaqədar dövlət qurumların səlahiyyət sahibləri istehlakçılara keyfiyyətsiz mal satan şirkət haqqında zəruri tədbirlər görəcək.
\\ GünBakı \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru