AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

İcra başçısı ilə bağlı yeni faktlar açıqlandı - Gədəbəydə narın-narın korrupsiya
Tarix: 8-08-2014, 11:28 | Çap et
İcra başçısı ilə bağlı yeni faktlar açıqlandı
Qəzetimizin ötən sayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun, bələdiyyələrin sədrlərinin, üzvlərinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin vəzifəli şəxslərinin sakinlərə əlavə problemlər yaratdığını xəbər vermişdik. Bildirmişdik ki, icra başçısının iştirakı ilə rayonun ərazisində kəndlilərə məxsus olan pay torpaqları ayrı-ayrı iş adamlarına satılır. Ramiz Yediyarov rayonun rəhbər vəzifəsinə təyin olunana qədər işlər qaydasında gedirdi. Elə ki, icra başçısı dəyişdi, sakinlərin də günü qaraldı. Pay torpaqları və örüş sahələri satışa çıxarılıb. Redaksiyamıza müraciət edən Gədəbəy rayon sakini Ramazan Muradovun da söylədikləri bir daha sübut etdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və digər məsul vəzifəli şəxslər barəsində söylənilənlər həqiqətə uyğundur:

"Mən bu gün də Yeni Azərbaycan Partiyasının üzvü olmağımla fəxr edirəm. 20 il Azərbaycan dövlətinə, ulu öndər Heydər Əliyev siyasətinə xidmət etmişəm. Bundan qürur hissi keçirirəm. Hər gün ümummilli liderimizin ruhuna dualar oxuyuram. Görürəm ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, çox hörmətli prezidentimiz İlham Əliyev Azərbaycan dövlətini gücləndirir, iqtisadiyyatımızı möhkəmləndirir. İlham Əliyev praqmatik düşüncəli, dünya siyasətini və iqtisadiyyatını dərindən bilən prezidentdir. Bütün dünya dövlətlərinin rəhbərləri onun həyata keçirdiyi işləri alqışlayır, dəstəkləyirlər. Mən də həmişə ulu öndər Heydər Əliyev siyasətini dəstəkləyirəm, İlham Əliyevin gördüyü işlərin önündə olmuşam. Bu gün partiya sədri vəzifəsindən çıxsam da, yenə əqidəm Heydər Əliyev siyasətilə birləşir. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının kənd ərazi nümayəndəliklərində hesabatlar keçirilirdi. Orda sorğular, təkliflər verilirdi. Həmin təkliflərdən birində eşitdim ki, Əmiraslanlı kəndində müəllimlər avqust ayında onların əmək haqlarından tutulmuş pulların geri qaytarılmasını təklif edirlər. Mən bu məsələylə maraqlananda Əmiraslanlıya getmiş nümayəndə bildirdi ki, avqust ayında müəllimlərin pulundan müxtəlif dərəcədə faizlər tutulub. Və naqd yolla bankdan götürülüb. Düşündüm ki, belə şey ola bilməz. Bu, yolverilməz cinayətdir. Lakin öyrənəndə gördüm ki, nəinki Əmiraslanlıda, habelə Əlizamanlıda, Moruqluda, Nərimankənddə, eləcə də rayonun bütün kəndlərində bu proses baş verib. Müəllimlər ərizəylə müraciət edirdilər ki, bizim pullarımız geri qaytarılsın. Həmin vaxt Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri, habelə ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri idim".

Ramazan Muradov bildirdi ki, buna görə də hesabatlar, protokollar nəticələrlə birlikdə onun rəhbəri olduğu şöbəyə təqdim edilirmiş: "Mən onu ümumiləşdirib münasibətimi bildirirdim. İcra başçısına məlumat verdim. Bildirdim ki, avqust ayında müəllimlərin pulundan tutulmuş qeyri-qanuni məbləğ geri qaytarılmalıdır. Ümumiləşdirilmiş iclas keçirilirdi. İclasda maliyyə, təhsil şöbələrinin, ayrı-ayrı idarələrin müdirləri iştirak edirdilər. Təhsil şöbəsi ilə maliyyə şöbəsi əlaqəyə girərək 2300-dən çox müəllimin maaşından pul tutmuşdu. Belə baxanda kiçik məbləğ görünür. Amma ümumiləşdirəndə 140-150 min manata yaxın puldur. Orda çıxış edəndə dedim ki, Ramiz Məmmədov, müəllimlərin pulu geri qaytarılmalıdır. Gördüm, maliyyə şöbəsinin müdiri mənə göz ağardır. Dedim ki, tapşırıq verirəm və nəticəsini də yoxlayacam. İcra başçısı da bunlara qulaq asırdı. Müəllimlərin pulu bank hesablarına köçürülməlidir. Bunlar mənə dedilər ki, gör sənə nə edəcəyik!"

Ramazan Muradov bildirdi ki, bir müddət sonra yoxlamalar aparılıb. Məlum olub ki, müəllimlərin maaşından pul tutulub: "Mən dəqiq bilmirəm ki, orada nə qədər pul saxlanılıb: - 80, 100, yoxsa 140 min manat. Tapşırıq verildi ki, müəllimlərin pulu geri qaytarılmalıdır. Bunlar da "vedomost" tutaraq müəllimlərin pulunu orda-burda qaytardılar. Bununla da həmin şikayət bağlandı. Bu məsələnin üstü açılsa da, hər şey əhəmiyyətsiz oldu. Axı kim idi ona baxan?"

Bundan bir qədər sonra icra başçısı vəzifəsinə Ramiz Yediyarov təyin olunub: "Bir gün icra başçısı məni yanına çağırdı. Danışığından hiss etdim ki, o, məndən narazıdır. Amma bunun üstünü vurmadım. Bir dəfə çağırıb dedi ki, Bakıya getməlisən, başqa bir vaxt Şəkiyə göndərdi. Bir dəfə də dedi filan məsələni etməlisən. Beləcə qoymurdu ki, idarədə oturub öz işimlə məşğul olum. 2012-ci ilin 17 mayında gördüm ki, poçtalyon məktub gətirdi. Həmin məktub icra başçısının imzası ilə deyildi, birinci müavin tərəfindən yazılmışdı. Orda qeyd olunub ki, "Dövlət qulluqçuları haqqında" Qanunun 20-ci maddəsinin 1.3.6. bəndinə uyğun olaraq siz ya tutduğunuz vəzifəni təhvil verməlisiniz, ya da partiyanın rayon təşkilatının sədrliyindən çıxmalısınız. Mən də icra başçısının qəbulunda oldum. Ona başa saldım ki, əvvə la Yeni Azərbaycan Partiyasının sədri respublikamızın prezidentidir. İkincisi, bütün rayonların Yeni Azərbaycan Partiyası təşkilatının sədri dövlət qulluğunda çalışan şəxslərdir. Siyahını ona təqdim etdim. Siyahını əlilə itələyib dedi ki, bilmirəm, mən qanunla danışıram. Mən heç kimi tanımıram".

Ramazan Muradov icra başçısına bildirib ki, o, Gədəbəydə Yeni Azərbaycan Partiyasının qurucularından biri, Heydər Əliyev ideyalarına sadiq şəxsdir: "Lakin icra başçısı bunun cavabında bir sıra nalayiq ifadələr səsləndirdi. Mən məktubu oxuyub təhlil etdim. Bildirdim ki, sənin mənə yazdıqların 2003-cü ildə İlham Əliyev prezident seçilərkən Bakı şəhərində müxalifətin iğtişaşından sonra prezidentin qarşıya qoyduğu məsələlərin tərkib hissəsidir. Görünür sən müxalifətçisən".

Ramazan Muradovun sözlərinə görə, icra başçısı onun sözlərini eşitcək rayon sakinləri haqqında bəzi xoşagəlməz ifadələr səsləndirib: "Bir sözlə aramızda mübahisə yarandı. Ramiz Yediyarov çalışdı ki, məktubu əlimdən alsın. Ancaq vermədim. Bundan sonra Bakıya - bir sıra dövlət orqanlarının mərkəzi aparatına ayaq açmağa başladı. Onun görüşdüyü şəxslər himayədarları idi. Əvvəlcə mənə dedilər ki, o kimdir ki, səni partiyanın rayon təşkilatının sədri postundan kənarlaşdırsın? Ramiz Yediyarovun Yeni Azərbaycan Partiyasına keçdiyi heç 1 ay deyil. Bir ay partiya üzvü olan şəxs partiyanın rayon təşkilatını yaradan şəxsə deyir ki, sən partiyadan getməlisən. Amma sonra yuxarı orqanlardan mənə dedilər ki, sənin işini yoxlayacaqlar. Vəziyyətin gərgin olacaq. Paytaxta gəlib partiya rəsmilərindən biri ilə görüşdüm. Hər şeyi danışdım. Əvvəlcə dedi ki, heç kim sənə bu sözü deyə bilməz. İcra başçısı da gəlib onunla görüşdü. Qeyd edim ki, iyulun 24-ü və 26-ı məni Bakıya çağırdılar. İyulun 24-də gələndə partiya rəsmilərindən biri dedi ki, heç kim sənə elə söz deyə bilməz. İcra başçsısının partiya ilə nə işi var?! Amma 2 gün sonra yenidən paytaxta çağıranda dedi ki, sənin partiyanın rayon təşkilatının sədri vəzifəsindən çıxmanı məsləhət görürlər".

Özünün də dediyinə görə, Ramazan Muradov bunlara etirazını ifadə edib: "Onlara dedim ki, mən partiyaya sizin göstərişinizlə yox, ulu öndər Heydər Əliyevin çağırışı ilə gəlmişəm. Əslində mən 1992-ci ildən partiyanın üzvüyəm. 2012-ci ilin 6 dekabrında paytaxtdan bir deputatı rayona göndərdilər. O da dedi ki, mən kiməm axı? Mən ancaq tapşırığı icra edirəm. İdarə Heyətindən heç kim olmadan, Qüdrət Paşayevlə bir neçə nəfər iclas keçirib məni partiya sədrliyindən azad etdilər. Bununla bağlı müvafiq strukturlara müraciət etsəm də, heç bir tədbir görən olmadı. Bu hadisələrin mənim başıma gəlməsində və işdən azad olunmağımda Namiq Məmmədovun, Ramiz Məmmədovun və Qüdrət Paşayevin birbaşa rolu oldu. Ramiz Yediyarovu da onlar idarə edirlər".

Ramiz Yediyarovun aqressiv münasibətilə qarşılaşan Ramazan Muradov Bakıya gələrək müvafiq qurumlara üz tutub: "Mən də Yeni Azərbaycan Partiyasının yaradıcılarından biriyəm. Prezidentin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşam. Hesab edirəm, prezidentin bunlardan xəbəri yoxdur. Sonra başa düşdüm ki, mən tam izolyasiya olunmuş adamam. Səsim heç hara çatmır. Qəzetlərə baxın: - Qüdrət Paşayevin xeyli sayda qanunsuz əməlləri var. Amma bunların heç birinə baxan yoxdur. Birinci müavin kimi oturub orda. Qüdrət Paşayev 2003-cü ilin prezident seçkilərində YAP-ın əleyhinə nalayiq ifadələr səsləndirdi. Mən bununla bağlı akt yazdım. Amma sonradan onu aparat rəhbərliyi vasitəsilə yoxa çıxardılar. Qüdrət Paşayev həmin vaxt Azərbaycan Milli İstiqlal Partiyasının üzvü idi. O, bu gün də milli istiqlalçıdır. Ümumilikdə götürəndə Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının mərkəzi aparatında Milli İstiqlal Partiyasından gələn xeyli sayda şəxs var. Uzun illər vəzifədə işləmişəm, amma məndən bircə şikayət ərizəsi də yazılmayıb. Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin olunana qədər məndən bir şikayət ərizəsi də yazılmayıb. Amma Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin edildikdən sonra məndən Cahangir Qasımov, Hüseyn Əliyev, Namiq Rüstəmov şikayət ərizəsi yazdılar. Bütün bunlar Namiq Məmmədovun diktəsi altında yazılan ərizələr idi. Onların hamısını buna görə "mükafatlandırdılar". Belə ki, Namiq Rüstəmovu Gədəbəy Rayon Statistika İdarəsinin rəhbəri, Cahangir Qasımovu Qaradağ kənd inzibati ərazi dairəsinə nümayəndə təyin etdilər. Halbuki o, qaz idarəsindən işdən çıxarılmış adam idi. Elektrik oğurluğu səbəbindən Hüseyn Əliyev kimi işdən çıxarılmış adamı Novaya Saratovka kimi böyük kəndə icra nümayəndəsi təyin etdilər. Bütün bunların da müəllifi Namiq Məmmədovdur".

Ramazan Muradov Namiq Məmmədovun Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxs olduğunu dilə gətirdi: "Mənim başıma gətirilənləri elə Namiq Məmmədov etdi. Bildiyiniz kimi qanunvericiliyə görə qohum şəxslər (seçkili vəzifələr istisna olmaqla-red) bir-birlərinin tabeliyində işləyə bilməzlər. Amma Namiq Məmmədov hal-hazırda da Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəridir. O, pul ayırır, Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaiti xərcləyir".

Belə çıxır ki, rayonda korrupsiya ilə bağlı müəyyən şübhələr mövcuddur: "Bununla bağlı rəsmi məktub da var. Amma Ramiz Yediyarov təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılan kimi Ramiz Məmmədovu Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsinə təyin etdi. Əgər çağırıb ərizə yazdırsanız, onun ali savadının hansı səviyyədə olduğunu görərsiniz. Başqa qohumlar da ayrı-ayrı vəzifələrdə çalışırlar. Məsələn, öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Orada çalışanların hamısı öz adamlarıdır. Adları orda qeyd edilib, özləri isə başqa yerlərdə yaşayırlar, işləmirlər".

Ramazan Muradov hələ bir müddət əvvəl - Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: "Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi - bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı. Pensiya üçün arayış alırsansa, işə gəlmirsənsə, adın orda yazılır, amma pulu başqası alır. Əgər işləmək istəyirsənsə, bunun da digər formada qəbulu vardı. Mən bunları o vaxt eşitmişdim, indi də belə məlumatlar eşidirəm".
\\ gundelik-baki \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Bu gün, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Bu gün, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Bu gün, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Bu gün, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Bu gün, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Bu gün, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Bu gün, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Bu gün, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Bu gün, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Bu gün, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Bu gün, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Bu gün, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru