Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                     Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi .....                     Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? .....                     Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir .....                     5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir .....                     Deputatın professor olan qudası ittihamları qəbul etmir .....                     Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var .....                     Moskvanın yenə Qarabağ “sancısı tutdu” .....                     Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb .....                     Müharibə veteranına verilən söz yerinə yetirilməyib... .....                     "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." .....                     Vətəndaşın hesabını bloklayıblar ki... .....                     "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb .....                     Putin Köçəryanın həbsini bağışlamayacaq .....                     Peşə təhsilinin görünməyən üzü... .....                     Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır .....                     Pensiyalarda artım oldu: 594 manat nədir? .....                     Elnur Əliyevin layihə imperiyası... .....                     Rusiyada MİQRANT OVU... .....                 

Vidadi Orucovdan oğlunun “qazandığı” havayı pulların mənbəyini soruşan olacaqmı? - İLGİNC FAKTLAR
Tarix: 20-02-2024, 10:19 | Çap et
Vidadi Orucovdan oğlunun “qazandığı” havayı pulların mənbəyini soruşan olacaqmı?
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında qeyri-yaşayış sahəsinin icarəsi üzrə bağlanmış 320.067 manat məbləğində satınalma müqaviləsi elektron medianın gündəmindən hələ düşməyib. Bu dəfə hamı Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğlu Emil Vidadi oğlu Orucovun belə bir obyekti hansı vəsaitlər hesabına əldə etdiyini yazır. Həqiqətən də, ildə üç yüz min manat gəlir gətirən bir obyektin ərsəyə gəlməsinə güman ki, az pullar xərclənməyib. Bəs Emil Vidadi oğlu Orucov bu pulları necə əldə edib?

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Emil Vidadi oğlu Orucovun 1987-ci ildə anadan olduğu göstərilir. Bu o deməkdir ki, onun hazırda 37 yaşı var. Hesabladıqda Emil Orucov ömrünün ən az 26-27 ilini təhsilə (orta məktəb, ali təhsil, magistratura, aspirantura) verib. Hərbi xidməti də buraya əlavə etsək bu 28 il edir. 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etdikdə onun cəmi 31 yaşı olub. Bir sözlə ömrünün çoxunu elmə həsr etmiş bir şəxsin birdən-birə uğurlu bir biznesmenə çevrilməsi Azərbaycanda mümkündürmü?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat. Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü? Qətiyyən mümkün deyil.

Amma onun atası, 68 illik ömrünün 27 ilini direktor vəzifəsində işləmiş Vidadi Ömər oğlu Orucov bunu edə bilər. Qeyd edək ki, Vidadi Orucov 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmiş, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır.

Odur ki, Vidadi Orucov belə bir obyektə, hətta bundan da böyük obyektlərə sahib ola bilər və göründüyü kimi sahibdir də. Təbii ki, o bunları aylıq maaşıyla edə bilməzdi. Vidadi Orucov uzun illərdir rəhbəri olduğu kolleclərdən yaxşı pul yığıb. İmtahanlarda rüşvətxorluğun tüğyan etdiyi vaxtlarda. Həmin rüşvətlərdən əldə etdiyi pulları da Vidadi Orucov daşınmaz əmlaka yatırıb. Qeyd edək ki, indi kolleclərə qəbula nəzarət gücləndirilib, imtahanlarda rüşvətin qarşısı qismən alınıb. Amma Vidadi Orucov 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olarkən nə qədər qanunsuzluqlara yol verib, nə qədər saxtakarlıqlara imza atıb, kim bilir? Hələ koleclərə ayrılan dövlət vəsaitləri də var burada. Cari təmir işlərinə, əsaslı təmir işlərinə, dəftərxana və təsərrüfat mallarına, maşın və avadanlıqlara, inventarların alınmasına ayrılan dövlət vəsaitlərini demirik hələ. Vidadi Orucov küllü miqdarda pulları da bu yollarla qazanıb.

Həmin pullara da Vidadi Orucov övladlarının adına obyektlər tikdirib. Oğlu Emil Orucovun adına olan bəlli oldu. Digər oğlu, Tural Orucovun adına görəsən harda, nə var? Göründüyü kimi vaxtı ilə rüşvət hesabına tikdirdiyi obyektlər Vidadi Orucova indi dividentlər gətirir. Yəni çirkli pulları Vidadi Orucov leqallaşdırıb edib tər-təmiz. İndi rüşvətdən qazana bilməsə də, pullar ona havayı gəlir, göydən yağır, sağdan-soldan gəlir, oğlunun adına olsa da belə. Bu pulların mənbəyini isə ondan soruşan yoxdu. Heç olmayacaq da. Biz bir mətbuat orqanı olaraq soruşmağa cəhd etdik. Vidadi Orucovun elektron poçtuna məktub göndərdik, mobil telefonu vaitəsi ilə oğlunun icarəyə verdiyi yerlə bağlı yayılan məlumatlara münasibət öyrənməyə çalışdıq. Faydası olmadı, düz məlumatlara Vidadi Orucov nə kimi münasibət göstərə bilərdi ki?

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu tenderdə bir sıra qanunsuzluqlara yol verib. Tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Odur ki, bəzi araşdırmalardan sonra bu mövzuya bir daha qayıdacağıq?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Vətəndaşın hesabını bloklayıblar ki... bəs PULU HARDAN ALMISAN...
Bu gün, 08:00
"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb - FOTO
Bu gün, 07:53
Putin Köçəryanın həbsini bağışlamayacaq – Kremlin “ağır top”u hər şeyi açıqladı
Bu gün, 07:51
Peşə təhsilinin görünməyən üzü... - Pul xərclənir, bəs nəticə haradadır?
Bu gün, 07:48
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır - İLGİNC
Bu gün, 07:45
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
Bu gün, 07:43
Elnur Əliyevin layihə imperiyası... - Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
Bu gün, 07:38
Rusiyada MİQRANT OVU... - 140-a yaxın əcnəbi saxlanılıb...
Bu gün, 07:35
Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56
TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46
Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru