Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                 

Masallıda təhsil kimlərə əmanət edilib? - Nazirə müraciət olundu
Tarix: 4-08-2020, 09:49 | Çap et
Masallıda təhsil kimlərə əmanət edilib?
Masallı rayonunun adının çəkilməyin istəməyən pedaqoji kollektivi RTŞ-nin mudiri Tariyel Ələkbərovla bağlı saytın elektron ünvanına ittiam dolu müraciət ünvanlayıb.

Həmin mürciəti olduğu kimi təqdim edir:

"Masallı RTŞ-nin mudiri Əkbərov Tariyel İntiqam oğlu qəbul imtahanında 700 mümkün baldan cəmi 47 bal (?..) toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olub, 2000-ci ildə bakalavr səviyyəsini bitirib. Hərbi xidmətdən sonra rəsmi olaraq Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində böyük mühəndis, faktiki isə həmin təşkilatda qapıçı vəzifəsində işləyib.

Masallı RİH işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq “ riyaziyyat və informatika müəllimi” ixtisasına yiyələnmişdir. Masallı RİH işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir. 3 il sonra – 2010-cu ildə yenə həmin sehrli əl Əkbərov Tariyelı Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna gətirir. Mudir müavini kimi illərlə “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Əkbərov Tariyel hansı yollasa imtahandan azad edilib. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə gətirilib. İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra məcbur olaraq yenə də hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil diplomu əldə edə bilib.. Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Əkbərov Tariyel ikinci ali təhsili necə almışdır?

Əsl faciə isə 2016-cı ildə baş verdi. Masallı kimi həssas, ziyalı bir rayonun Təhsil Şöbəsinin müdiri vəzifəsinə Əkbərov Tariyel kimi savadsiz, bir adam təyin edildi. Bu təyinat 220 minlik Masallı əhalisinə və pedaqoji ictimaiyyətinə təhqir idi. Savadsızlığını yuxarıda diplomları haqqinda dediklərimiz təsdiq edir. “Xahiş” sözünü “xayiş” kimi “sentyabr” sözünu “sentiyabır” kimi yazan adam hansı savadın yiyəsi olmalıdır? Belə bir savad yiyəsi müəllimləri savadsızıqda günahlandırırsa, bu, təkcə Masallı təhsili üçün deyil, ümumilikdə Azərbaycan təhsili üçün faciə və təhqirdir. Əxlaqsızlığı və əyyaşlığı isə bütün rayon əhalisinin gözü qarşısında baş verir.

Bu təyinatdan sonra Əkbərov Tariyelin, müəllim və direktorların başına açmadığı oyun qalmadı. Artiq elə bir vəziyyət yaranmışdır ki, hər an partlayış baş verə bilər. İstər müavin olduğu, istərsə də müdir işlədiyi illərdə hamımızı cinayət bataqlığına sürükləmişik. Məqsədi, amalı ancaq rüşvət almaq, pul toplamaqdır. İşimizi itirmək və yersiz yoxlamalar qorxusundan adımızı qeyd edə bilməsək də, fərdi şəkildə direktorlardan soruşsanız, əksəriyyət burda yazılanları təsdiq edəcək….”

İllərdir ki, bu günə qədər Masallı məktəblərindən pullar yığılır. Təbii ki , Əkbərov Tariyel yığılan pulları tək yemədiyini, müəyyən hissəsinin Təhsil Nazirliyinə ötürüldüyünü, xüsüsən Nazirliyin məsul işçiləri Eşqi Bağırova, Kənan Quliyevə, Fərzəli Qədirova və digərlərinə çatdığını deyir.

Hörmətli nazir!

Əkbərov Tariyelin son zamanlarda törətdiyi cinayət xarakterli əməllərin statistikasını nəzərinizə çatdırırıq.

Əkbərov Tariyel 2018-i il yanvar ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Təftiş Komissiyasının (KRU) apardığı yoxlama qrupuna vermək adıyla rayonun 65 tam orta məktəbinin hər birindən 5000 manat, 30 ümumi orta məktəbin isə hər birindən 3000 manat pul yıgdirdı. Bu pulu ödəmək ücün biz direktorlar Kapitalbankın Masallı filialından kütləvi şəkildə kredit götürməyə məcbur olduq. Əksəriyyətimiz hələ də həmin kredit yükü altıda əzilirik.

Həmin ilin fevral – mart aylarında Əmək Müfəttişliyinə vermək adıyla tam orta məktəblərdən 250 manat, ümumi orta məktəblərdən isə 150 manat pul yığıldı. Əmək müfəttişliyi rəhbərliyinin sözlərinə görə, onlara həmin puldan1 manat da çatmayib. Cari ilin aprel-iyun aylarında bu məqsədlə yenidən bütün məktəblərdən 150 – 200 manat pul yığıldı.

Aprel ayındn başlayaraq, məktəblərin aylıq əmək haqqından yığılan töycü şəkilli rüşvət Əkbərov Tariyeli qane etmədiyi sebəbindən, tam orta məktəblərdən yığılan rüşvətin miqdarını 100 manatdan 220 manata ( 20 manat rəqs pulu), ümumi orta məktəblər üzrə isə 50 manatdan 120 manata qaldırdı.

İyun ayında 10-a yaxın məktəbdə əsassız yoxlamalar keçirmiş, hər direktordan 1500, direktor müavinlərindən isə 1000 manat pul alınaraq, gözdən pərdə asmaq üçün müdiryanı şura keçirilmiş və həmin məktəb rəhbərləri haqqında intizam tənbehi tətbiq edilmişdir.

İslədiyi müddət ərzində dəfələrlə ümumtəhsil məktəblərində çalışan kitabxanaçı, laborant və UBR rəhbərləri, psixoloqlarla iclas keçirib onları işdən çıxaracağı ilə hədələyib, hər birindən 100 manat pul tələb edərək yığdırmışdır.

Bütün bunlar azmış kimi, məzuniyyət dovründə tam orta məktəblərdən 440 manat, ümumi orta məktəblərdən isə 240 manat (iki ayliq) rüşvət yığılmışdır.

2016 –cı ildən başlayaraq, ixtisas balı az olan müəllimləri kütləvi surətdə işdən azad etmiş, onların yerinə qanunsuz olaraq 200-ə yaxin müəllimin hər birindən 1500 -2000 manat alaraq,bizi onlarla müvəqqəti müqavilə bağlamağa məcbur etmişdir.

Direktorların işə qəbulunda imtahan verərək vakant yerlərə namizəd olan müəllimlərin hər birindən 10 min manat pul tələb edir. Pulu verməyən adamları imtahanın müsabiqə mərhələsində vurdurur və təyinat almağa imkan vermir. Bu, cənab nazir, sizin yanınızda, demək olar ki gözləriniz qarşısında baş verir. Halbuki Siz, işə qəbulda ədalət prinsipini və səffaflığı təmin etməyə calışırsınız.

Yeni dərs ilində mövcud qanunvericiliyə zidd olaraq, vakant dərs saatları olmayan məktəblərə 65 yaş həddini aşmış və meyarlara cavab verməyən müəllimlərin hər birindən 1000 – 1500 manat alınaraq , müvəqqəti müqavilə bağlanmışdır.Paralel olaraq, ikinci iş yeri kimi, müəllimlərdən anoloji məbləğ alınaraq ( dərs saatlarının miqdarına uyğun) DQ –də az bal toplamış müəllimlərin yerinə təyinatlar aparmışdır.

RTŞ -nin müdiri Əkbərov Tariyel rayon Mərkəzi Xəstəxanasında müdir müavini işləyən yaxın qohumu Asəf Əliyevlə cinayət əlaqəsinə girərək , əslində xəstə olmayan şagirdlərə saxta xəstəlik vərəqəsi açdırmış və həmin şagirdlərin evdə təhsilə cəlb olunmasına şərait yaratmışdır. Bu səbəbdəndir ki, evdə təhsil alan şagirdlərin sayı son illərdə 108 nəfərdən qalxmış, hətta 300 nəfəri keçmişdir. Halbuki Masallıda heç bir təbii fəlakət baş verməmiş, kütləvi qırğın olmamış, epidemiya və ya xəstəlik yayılmamışdır. Evdə təhsilə cəlb edilən şagirdlərin sayının belə artması Əkbərov Tariyelin şəxsi maraqlarına hesablanmışdır. Belə ki, bu şagirdlərin hər biri üçün ona 400 manat, Əliyev Asifə isə 300 manat pul verilir. Korrupsiyanın miqyası aydındır. Əkbərov T. şəxsi maraqlarına uyğun olaraq, evdə təhsilə cəlb edilən, guya fiziki qüsurlu, əslində isə saglam olan uşaqlarin əksəriyyəti hərbi xidmətə yollanır.

Son illərdə rayonda ali məktəblərə qəbul olunan abituriyentlər arasında 600 və daha yüksək bal toplayanların sayı əhəmiyyətli dərəcədə artıb. Bu tamamilə Əkbərov T. “xidməti” sayəsində mümkün olmüşdur. Belə ki , həmin şagirdlərin coxu Bakı məktəblərindən “transfer” olunan şagirdlərdir ki, bir gün də məktəbə gəlməmiş, hətta bəziləri nəinki “oxuduğu” məktəbi tanımır, bəlkə də Masallının hansı zonada yerləşdiyini bilmir. Amma həmin şagirdlərin hər birinə görə Bakıdan Masallıya “transfer” olunması üçün Əkbərov T. 1500- 2000 manat rüşvət almışdır.

Məlumunuz olsun ki, qanunsuz olaraq yığılan qəzetlərə abunə pulunun ən azı 50% -i RTŞ müdirinə çatır. Bu məbləğ isə ildə iki dəfə yığılmaqla, ümumilikdə 140 min manatı keçir. Halbuki qonşu rayonlarda bu pulun miqdarı təqribən 5 dəfə azdır. 11 sinfi olan məktəbin abunə haqqı digər rayonlarda 150 , Masallıda isə 750 manatdır. Biz məktəb direktorları yerli “Yeni həyat” qəzetinə son 6 ayda 4 dəfə abunə olmuşuq. Abunə pulları Əkbərov T. tərəfindən hər dəfə mənimsənildiyinə görə abunə kompaniyası arası kəsilmədən bu günə qədər məcburi qaydada davam edir.

Tarifləşmənin təsdiq olunması ücün hər bir məktəbdən 200 manat pul tələb edilir. Abunə pullarını və tarifləşmə üçün tələb olunan məbləği almaq məqsədilə hər gun saat 2-də bizi kabinetə cağırtdırıb 15-20 nəfəri bir yerdə qəbul edərək hədə-qorxu gəlir, təhqir edir. Eyni zamanda axsamlar içki məclislərinə sərxoş olduqdan sonra, badə yoldaşlarının yanında nəyə qadir oldugunu göstərmək üçün gece 11-12 radələrində bizə zəng edərək təhqir edir, aşağılayır və yoxlama ilə hədələyir.

Yuxarıda göstərilənlərin həqəqət olduğunu bilmək üçün, RTŞ-nin baş mühasibinin otağındakı haqq-hesab dəftərinə baxmaq kifayətdir. Həmin dəftər reallığı tam əks etdirir.

Nazirliyin əməkdaşı Afət Süleymanovanın müəllifi olduğu “ kitabın 20 nüsxəsini gətirərək , qiyməti 30 manat olan kitabı bizə 150 manata satdi.

Həftədə ən azı iki dəfə çağırılan şura iclaslarında ancaq müxtəlif təyinatlı pul yığımından və lazımsız tədbirlərə şagird-müəllim kollektivlərinin iştirakının vacibliyindən danışılır. Məntiqsiz və mənasız cümlələrdən ibarət nitqi yalnız direktorları hədələmək, səxsiyyətlərini aşağı salmağa hesablanır. Həmin iclaslarda tədrisin keyfiyyəti və inkişaf istiqamətləri barədə heç bir məsələ müzakirə olunmur. Saatlarla davam ed.n bu iclasların mahiyyəti tabeliyində olanları qorxu və təhdid altında saxlamaq istəyindən başqa bir şey deyil. Belə mənasız və lazımsız iclaslar bizi işimizdən ayırır, təhsilə sərf etməli olduğumuz zamanımızı məhdudlaşdırır.

İllərdir ki məktəblərin pedaqoji kollektivi, texniki heyəti, biz başda olmaqla həftədə bir neçə dəfə məcburi iməciliklərə çıxarılırıq. İməciliklərin məqsədi isə rayondakı küçə və meydanların, xüsusən idarə və təşkilatların, özəl müəssisə və dükanların qarşısını süpürüb təmızləməkdən ibarətdir. Qəbul edərsiniz ki, bu, müəllim və ziyalı üçün təhqirdir. Bizi nüfuzdan salan səbəblərdən biri də küçə süpürməyə məcbur edildiyimiz belə iməciliklərdir. Əkbərov T-in yerində olmayan düşüncəsi və bacarıqsızlığı ucbatından Komunal Təsərrüfat İdarəsinin vəzifəsini biz yerinə yetiririk. Təhqiredici olsa da Masallı RTŞ,bu gün həmin idarənin “küçə təmizliyinə nəzarət” şöbəsi funksiyasını yerinə yetirir.

2016-cı ildə rayonun 3 məktəbi – Kürdəbaz , Məmmədoba və Qızılavar kənd ümumi orta məktəbləri bağlanılaraq ləğv edildi. Çoxsaylı şikayətlərə baxmayaraq, heç biri bərpa edilmədi. Beləliklə , həmin məktəblərin 15-dən cox müəllimi, 30-dan yuxarı texniki işçisi işsiz qaldı. Məktəblərin bağlanmasını əsaslandırmaq üçün müxtəlif bəhanələr gətirilsə də, əslində bir səbəb var idi: həmin məktəblər Əkbərov T-nin tələbərini ödəmirdi, tələb olunan pulu ona vermirdilər. Və bu “cənab “ da rasionallaşma terminindən istifadə edib təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımından deyil, səxsi maraqları naminə, qisasçılıq prinsipini əsas götürərək həmin məktəblərin ləğvinə nail oldu. Qeyd edək ki, həmin məktəblərin şagirdlərindən çoxu bu gün məktəbdən yayınlır. Çünki, şagirdlərin köçürüldüyü məktəblər yaşadıqları kənddən 3-8 km məsafədə yerləşir. Nəzərə almaq lazımdır ki o şagirdlərin əksəriyyəti ibtidai siniflərdə təhsil alan azyaşlı uşaqlardır.

Əkbərov Tariyel rayonda fəaliyyət göstərən “Elm yolları” adlı özəl kursla dil taparaq məktəblərdə II-XI sinifləri əhatə edən məcburi sınaq imtahanları keçirtdirir. İmtahana giriş hər bir şagird üçün 4 manatdır. Sonuncu belə sınaq imtahanı Nazirliyin icazəsi və məlumatı olmadan oktyabrın 24-də ümumtəhsil məktəblərinin IX sinifləri üçün keçirilmişdir. Yeni imtahan modelinə əsaslanmayan, primitiv suallardana ibarət olan, əksər test kitabçalarındaxarici dil fənninə aid sualların olmadığı bu imtahana görə hər bir şagird 4 manat ödəməli oldu. Nəzərinizə çatdırırıq ki, rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 2000 nəfərdən çoxdur. Hətta müəyyən səbəblərdən imtahanda iştirak etməyən şagirdlər üçün də bizə ödətdirdi. Bu, Əkbərov T. bir gün ərzində etdiyi fırıldaqdır.

RTŞ müdiri Əkbərov Tariyel rayonun 30-dan yuxarı məktəbinin hər birindən 1 texniki işçi kartını müsadirə edib özəlləşdirmişdir ki, illərdir həmin kartlara ödənilən pulları yaxın qohumları vasitəsilə bankomatdan çıxarır və mənimsəyir.

Ölkədə idman sahəsinə göstərilən diqqət və qayğı Əkbərov Tariyel kimi “daşdan pul çıxarmağı” bacaran bir fırıldaqçının diqqətindən yayına bilməz. 4-5 noyabr tarixlərdə Masallıda V-VII sinif şagirdləri arasında respublika atletika turnirinə seçim turu keçirildi. Turda bütün məktəblər iştirak edirdi. Mərhələ bitdikdən sonra Əkbərov T. ənənəvi olaraq , bizi otağa çağırtdırdı və rayon Gənclər və İdman idarəsinı gedib təcili qeydiyyatdan keşməyimizi tələb etdi. Qeydiyyatüçün isə təbii ki, müəyyən miqdarda pul tələb olunur. Əkbərov .Bütün bu təşkilatlarla işbirliyinə şərikdir və yığılan pulda onun payı 50%-dir.

Rayonda 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Əkbərov Tarıyel elə bir şərait yaratmışdır ki, həmin müəssisələrin hər birində kifayət qədər “adı var, özü yox” qruplar fəaliyyət göstərir və təbii ki, həmin qrupların pulu Əkbərov Tarıyelə çatır.

Belə ki, rayonda bilərəkdən şayiə yaydırır ki, guya onu Mehriban xanım Əliyevaya tapşırıblar və məsələ həll olunub. Lakin biz ziyalılar və rayon camaatı yaxşı bilirik ki birinci vitse-prezident, YUNESO və İSESCO – nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkədə korrupsiya və rüşvətin qarşısının alınması, təhsilin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması yolunda daim çalışır və müxtəlif layihələrə imza atır. Birinci xanımın məqsədi rüşvətxor və korrupsiyaya bulaşmış belə məmurların yolunda yaşıl işıq yandırmaq deyil, əksinə, onları sıradan çıxarıb, təhsil, səhiyyə və mədəniyyət sahələrini inkişaf etdirməkdir. Əkbərov, bu tip şaiyələri yaymaqla ölkə rəhbərliyini, hakimiyyəti, xüsusən cənab Prezidenti və onun xanımını gözdən salır. Məsələ bu qədər ciddidir.

Hörmətli cənab nazir!

Son iki ildə Əkbərov Tarıyel sizin gözünüzün qarşısında törətdiyi cinayətlərin nəticəsi olaraq, Bakı şəhərində 3 mənzil, Masallı rayonunun Ərkivan qəsəbəsində mülk almış, qiyməti 100 min manatla ölçülən avtomobilə sahib olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, Əkbərovun qanunsuz əməlləri haqqında sizə və digər səlahiyyətli orqanlara şikayət məktubları ünvanlansa da , baxılmamışdır. Həmin məktublar cavab vermək üçün RTŞ-nə göndərilmişdir. Əkbərov Tarıyel bizi çağırıb məktublarda, əslində doğru olan faktları təkzib etmək üçün izahat yazmağa məcbur etmişdir. Beləliklə də, hemin məktublarda yazılanlar haqqında heç bir tədbir görülməmışdir. Artiq vəziyyət kritik həddədir. Sizdən , məktubda yazılan faktları araşdırmaq üçün göstəriş verməyinizi və məsələni şəxsi nəzarətinizə götürməyi xahiş edirik. Əks halda, biz kutləvi ərizə yazaraq işdən şıxmağa məcbur olacağıq..."

SÖZ ARDI:

İnanırıq ki, Masallı təhsilində yaranmış problemlə bağlı yeni Təhsil naziri Emin Əmrullayev ciddi şəkildə sözünü deyəcək və RTŞ-ın müdiri Taryel Ələkbərovun yarıtmaz fəaliyyətini öz nəzarətinə götürəcək ...!
//İxa.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru