Təhsil nazirliyində “baharın 17 anı”nı gözləyən “şpiyonlar qrupu” - İTTİHAM
Tarix: 20-08-2019, 10:44 | Çap et
 Uzun illər “Misir piramidaları”nın labirintlərində itib qalan Azərbaycan təhsilində son zamanlar müşahidə olunan islahatçılıq və inqilabi dəyişikliklər cəmiyyətin bütün təbəqələri tərəfindən təqdir olunur. Rüşvətin,korrupsiyanın məhv etdiyi təhsilimiz “fond pulu”, “süpürgə pulu” kimi aşağılayıcı ifadələrlə xarakterizə edilir, az qala lağ obyektinə çevrilirdi. Lakin dövlətin dəmir iradəsindən, şəxsən Mehriban xanımın bu məsələdə göstərdiyi prinsipiallıqdan sonra batmaqda olan gəmini xilas etmək mümkün oldu. İndi Azərbaycan təhsilində dəyişikliklər, inkişaf anbaan hiss edilir,nəticələr gündən-günə yaxşılaşır. Dövlətin qəbul etdiyi islahat proqramlarını həyata keçirmək üçün ilkin şərtlərdən biri müasir dünyagörüşlü, yeniliklərə açıq kadrların olmasıdır. Məhz bir-birini tamamlayan bu iki şərt yerinə yetririləndə inkişaf müşahidə edilir. Təhsil Nazirliyində davamlı islahat proqramlarını reallaşdırmaq üçün bu kriteriyalara cavab verən şəxslər rəhbərliyə gətiriləndən sonra bu günkü müsbət dəyişikliklər dövrü başlandı. Necə deyərlər “çörəyi ver çörəkçiyə,birini də üstəlik.” Rubrika.az saytında təhsil sistemini hər zaman diqqət mərkəzində saxlamışıq, “düzü düz, əyrini həmvar” yazmışıq. Diqqətli oxucularımız xatırlayarlar, hələ Ceyhun Bayramov nazir təyin edilməmişdən çox-çox əvvəl onun bu posta gətirilməsinin zəruriliyi barədə yazılar yazmış, fikirlərimi əsaslandırmışam. Sağ olsun dövlət başçımız, hər zaman olduğu kimi ən doğru zamanda ən düzgün qərarı verərək çoxminlik pedoqoji ictimayətin bu istəyini reallaşdırdı. Təsadüfi deyil ki, az müddətdə C.Bayramov təhsil sistemində oturaqlaşmış etolonları, stereotipləri yıxmağı bacardı, ölü sükunəti dirçəltməyə,bataqlığa çevrilməkdə olan dənizi ləpələndirməyə müvəffəq oldu. Məhəbbət Vəliyevanın nazir müavini təyinatından sonra aparılan islahatlara yeni bir ruh gəldi-Azərbaycan təhsilinin inkişafı davamlı xarakter aldı. Yuxarıda qeyd etdiyim kimi məhz bu iki şəxsin yenilməz iradəsi, qətiyyəti ehkamları rədd etdi, sistemdə özünə isti yuva qurmuş rüşvətxor, korrupsioner bürokratiyanı silkələdi, sıradan çıxardı. Tətbiq edilən şəffaf idarəçilik bu paragöz bürokratiyaya azacıq da olsa nəfəslik imkanını belə tanımadı, ciblərə axan milyonluk kanallar bağlandı. İndi təsəvvür edirsinizmi bütün bunlar C.Bayramova, M. Vəliyevaya elə sistemin içərisində nə qədər düşmənlər qazandırdı. Özü də “mehriban düşmənlər”! Son zamanlar müəllimlərin işə qəbulu, ali məktəblərə qəbul proseslərində müəyyən problemlərin yaranması barədə müxtəlif informasiyalara rast gəlinir. Sualların tərtib olunmasında yol verilən yanlışlıqlardan tutmuş xırda texniki çatışmazlıqlara qədər olan bu “problemlər” palazqulaq araşdırmalara, tənqidlərə yol açır, təhsil nazirinin bacarıqsızlığı,məsuliyyətsizliyi kimi təqdim edilir. Maraqlıdır ki, az qala hələ problem yaşanmamışdan əvvəl medyaya sızan bu informasiyalar, tənqidlər haradan qaynaqlanır? Axı deyəsən bu dəfə də ağacı qurd elə öz içindən yeyir. Təhsil nazirliyində yaxşıca kamufulyaj olunmuş, “Roma papasından daha artıq katolik” göstərisi yapan “mehriban düşmənlər” qrupu C.Bayramov-M.Vəliyeva islahatçılığına qarşı beləcə cəbhə açırlar. Xəyanətin izləri elə nazirliyin dəhlizlərində, kabinetlərində itir... Oturduğu budağa balta çalan, nazirlikdən “şpionluq” edən bu qrup təkcə nazirə,nazir müavininə deyil, bütövlükdə dövlətin islahatlarına qarşı cəbhə açırlar. Dediyim kimi onların milyonluq gəlir mənbələri qapanıb, əvvəlki prestij yoxa çıxıb. Odur ki, “baharın 17 anı”nı gözləyən “şpionlar şəbəkəsi” hər vəchlə C.Bayramova çamur atır,ləkələyir, tənqid hədəfinə çevririr. Bu son savaşdır-çünki itiriləsi bir şeyi qalmayanlar üçün şərəfli mübarizə anlayışı itib artıq. Bu məsələni çoxdandır müşahidə edirdim-araşdırırdım. Artıq bu şəbəkə barəsində təkzibolunmaz faktlara malikəm, onların hansı təhlükələr doğurduğu,hansı məkrli planlara malik olduğu barədə məlumatlıyam. Sanmasınlar ki, “şpionluqları” üzə çıxmayacaq, faş olunmayacaq. Qısa müddətdə onların xəyanətkar missiyaları barəsində geniş araşdırmalarımı diqqətinizə çatdıracağam. Onların belə fəaliyyəti üçün qoyulan 40 günlük müddət artıq çoxdan başa çatıb... Rubrika.Az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
|