Prezident vətəndaşa qucaq açır, Ağsunun icra başçısı isə... - GİLEY
Tarix: 14-08-2019, 10:10 | Çap et
 Məlum olduğu kimi, bu il fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonu əırazisində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə təxminən 6 bal gücündə baş verən zəlzələ qonşu Şamaxı, Ağsu rayonlarında da bir sıra fəsadlara səbəb oldu. Fevralın 7-də zəlzələ bölgəsinə səfər edən Prezident İlham Əliyev elə həmin gün Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrıldı. Prezidentlə görüşdə dövlət başçısının əlini öpməyə cəhd edən ahıl Saray nənənin əlini özü öpərək ona ehtiramını bildirən Prezident İlham Əliyev bir daha sadəliyini, səmimiyyətini, xalqına olan münasibətini ortaya qoydu. Sakinlərlə görüş zamanı bəyan etdi ki, təbii fəlakətdən zərər çəkən evlər əsaslı şəkildə təmir olunacaq, tamamilə yararsız olanların yerində isə müasir tələblərə cavab verən yeni ev tikiləcək. Xatırladaq ki, mart ayının 4-də Prezident İlham Əliyev Ağsu rayonuna da səfər etmiş, bu rayonda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmuşdu. O, Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın və Firdovsi küçəsində Həcər Zamanovanın ailələri üçün inşa edilən yeni evlərdə görülən işlərə baxmış, işçilərlə, ev sakinləri ilə həmsöhbət olmuşdu. Söhbət əsnasında ölkə rəhbəri bəyan etmişdi ki, Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib və dağılmış evlərin yerində yeniləri tikilir. O, bütün dağılmış evlərin qısa müddət ərzində yenidən tikiləcəyini, qəzalı evlərin isə əsaslı şəkildə təmir olunacağını vurğulamışdı: "Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”. Mediatv.az xəbər verir ki Ağsuda 2085 vətəndaşdan daxil olmuş müraciətə baxılıb. Rayon üzrə 266 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Digər rayonlarda olduğu kimi, Ağsuda da qəzalı evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması işləri görülür. Sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilir. Bütün işlərin sentyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub. Amma deyəsən, o iki milyon çoxdan xərclənib qurtarıb. Özü də Ağsu rayonunun Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızının evinə çatıncayadək. Rayon Fövqəladə Hallar Komissiyası ona məxsus fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə deyil, bərpa-gücləndirilməsinə deyil, məhz təmirə ehtiyaclı olduğu qənaətinə gəlib.Mediatv.az a müraciət edən Ev sahibi isə bununla razı deyil. Çünki ev təmir olunacaqsa da, yenidən, hətta yüngül yeraltı təkan baş verəcəyi təqdirdə də kəskin qəzalı vəziyyətə düşərək dağılmaq, sakinləri olan ailənin üzvlərinin ölüm təhlükəsi ilə üz-üzə qalmaq ehtimalı qalacaqdır.Hal-hazırda bu evdə yaşayış var. Evin divarları demək olar ki, bir-birindən aralanıb, qapı isə hər gün çökməkdə davam edir. Prezident özünü xalqın xidmətçisi hesab etdiyi halda, məmurlar öz vəzifələrini ciblərini doldurmaq fürsəti kimi dəyərləndirirlər. Çünki xalqı incitməyin, vətəndaşı dövlətin ayırdığı diqqət və qayğıdan məhrum etməyin əxlaqda yalnız bir motivasiyası ola bilər - Təmənna. Məsələ ilə əlaqədar podratçı şirkətin rəhbəri Yusif adlı şəxslə əlaqə saxladıq. O dedi ki, tikinti şirkətinin evlərin vəziyyətini müəyyənləşdirmək məsələsinə heç bir aidiyyəti yoxdur, müayinəni fövqəladə hallar komissiyası aparır. Yerli bələdiyyənin sədri (eyni vaxtda kənd orta məktəbinin direktoru) ilə də danışdıq. O da etiraf etdi ki, Bədəlovanın yaşadığı ev təmirlə başa gəlməz, tam yararsız hala düşdüyündən sökülməlidir. Bədəlovanın cəmi bir ay vaxtı qalıb. Günlər keçdikcə cəhdlərinin səmərə verəcəyinə ümidi bir az da azalır. Odur ki, problemini KİV-də ictimailəşdirməyi qərara alıb. Mövzuya qayıdacağıq.





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
|