Oqtay Şirəliyevin “ŞƏRİKLİYİ” Kardiologiya İnstitutunu məhv edir - İDDİA
Tarix: 23-07-2019, 11:19 | Çap et
 Azərbaycanda narazılığın son həddə çatdığı, insan sağlamlığını gəlir,biznes sahəsinə çevirən, qeyri-adi, bənzərsiz əməliyyatları ilə gülüş,lağ obyektinə çevrilən, Oqtay Şirəliyevin əlində oyuncağa dönən səhiyyə sistemində hər gün yeni-yeni biabırçı olaylar yaşanmaqdadır. İnsanların təkcə sağlamlığını deyil,həm də inamını məhv edən səhiyyə sistemi bir qrupun əlində girova çevrilib. Qohumbazlığın, korrupsiya və rüşvətin pik həddə çatdığı səhiyyə sistemi tənəzzülün bir addımlığındadır. Amma, O.Şirəliyev və onun “ağxalatlı mələkləri” bütöv bir sistemi təcrübə laboratoriyasına çevirməkdə davam edirlər.
Oqtay Şirəliyevin səhiyyə sistemi adına növbəti biabırçılıq C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yaşanır. Bir müddət əvvəl instituta direktor təyin olunan Gülnaz Dadaşova şərikinin qohumu kimi deyəsən rəhbərlik etdiyi sahəni məhv etməyi qarşısına məqsəd qoyub. Çünki, burada baş verənlərə nəzər saldıqda başqa cür düşünməyə imkan yeri qalmır. İlk öncə ondan başlayaq ki, G.Dadaşova vəzifəyə O. Şirəliyevin təzə qudalığının “şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verib. Gülnaz xanım instituta gəlib nə gəlib. İnstituta təmir adıyla yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başlayıb otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozub. Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində olub.
Məhz bu “islahatlar” Kardiologiya İnstitutunun altını üstünə çevirib. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırıb. Aktual.az saytına verilən məlumatlara görə bu komandanın əsas simaları qəbul şöbəsinin müdiri Lətafət Eyvazova, kadrlar şöbəsinin müdiri Fatma Alxasova, II kardiologiya şöbəsinin müdiri Nailə Fərəcova, intensiv terapiya şöbəsinə yeni təyin olunmuş şöbə müdiri Təvəkkül Yusifovdur. Təzə direktorun etimadını qazanan və görən gözlərinə, vuran əllərinə çevrilən bu komanda üzvləri institutda acınacaqlı vəziyyət yaradıblar. İllərlə burada çalışan, təcrübəli, nüfuzlu mütəxəssislər səbəbsiz olaraq işdən qovulub, əvəzində Gülnaz xanımın “tələblərinə” cavab verən yeni kadrlar işə alınıblar. Təcrübəli həkimlərin işdən uzaqlaşdırıldığı institutda isə xəstələrin taleyi təcrübəsiz direktorun və Allahın ümidinə qalıb.
Aktual.az saytına verilən məlumatlara görə, Kardiologiya Institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. Göründüyü kimi O.Şirəliyevin təzə qohumunun əməlləri Kordiologiya İnstitutunu məhvə sürükləyir. Görünür cənab nazir institutun indiyə qədərki vəziyyətindən narazı qalıbmış. O səbəbdən də ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib. Məhv oluruq, cənablar, görmürsünüzmü?

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Bu gün, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Bu gün, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Bu gün, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Bu gün, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Bu gün, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Bu gün, 17:27 |
|
|
|
| • ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Bu gün, 17:18 |
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
|