"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                 

Nazir ola bilməsi üçün... HƏRƏKƏTƏ KEÇİB
Tarix: 18-07-2018, 10:12 | Çap et
Nazir ola bilməsi üçün...
Bu gün ictimaiyyətin, o cümlədən medianın diqqəti, əsasən, Gəncədə baş verən hadisələrə, terror aktlarına yönəlib. Buna görə də digər sahələrdə baş verən bəzi maraqlı proseslər diqqətdən kənarda qalıb. Müdafiə Sənayesi Nazirliyində gedən prosesləri də bunlardan biri hesab etmək olar.

Belə ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu postu tutmaq uğrunda ciddi mübarizə başlayıb. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağından, son dövrlər bu mübarizənin əsl savaşa çevrildiyi iddia edilir.

Nazir postuna potensial namizədlər kimi isə mərhum Yavər Camalovun müavinləri olmuş Yəhya Musayevin və Tofiq Rəfiyevin, eləcə də aparat rəhbəri Üzeyir İsmayılovun adları çəkilir.

Bunların içərisində ixtisasca mühəndis-konstruktor olan, hələ 1972-1976-cı illərdə SSRİ Hərbi Sənaye Kompleksinin (HSK) “Azon” zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis, 1981-1992-ci illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və “Alunit” zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis, 1992-ci ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyən, 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinə gətirilən Tofiq Rəfiyevin müdafiə sənayesi naziri postunu tutmağa daha uyğun namizəd olduğu bildirilir.

Ancaq həm yaşlı olması, həm nazirliyin daxilində, hakimiyyət içərisində ciddi dəstəyinin olmaması onun şanslarını azaldır.

Namizədlərdən biri kimi adı çəkilən aparat rəhbəri Üzeyir İsmayılovun ən ciddi dəstəyi isə məhz nazirliyin daxilindədir. Üzeyir İsmayılov mərhum nazirin qardaşı Əlikiram Camalovun kürəkənidir. Müdafiə Sənayesi Nazirliyində Ü.İsmayılovdan başqa işləyən mərhum nazirin yaxın qohumları çoxdur. Mətbuatda yayılan məlumatlara görə, Y.Camalovun qaynı Tacəddin Mirzəyev, qardaşı Əlihüseyn Camalov, dayısı Pirverdi Məmmədov və başqaları nazirlikdə işləyirlər. Ona görə də postlarını sığortalamaq üçün qohumların Ü.İsmayılov üzərində dayandığı bildirilir. Camalovların bağlı olduğu hakimiyyət daxilindəki dairələrin də Ü.İsmayılovun namizədliyini dəstəklədiyi bildirilir.

Ancaq rəhmətə gedən bir nazirin yerinə yaxın qohumunun gətirilməsinin ictimaiyyət tərəfindən yaxşı qarşılanmayacağı perspektivi onun şanslarını aşağı salır.

Üçüncü və əsas namizəd kimi isə Yavər Camalovun vəfatından sonra nazir postunun həvalə olunduğu Yəhya Musayev hesab olunur. Hazırda müvəqqəti nazir səlahiyyətlərini icra edən Yəhya Musayevin hakimiyyət daxilində də ciddi dəstəklərinin olduğu məlumdur. Eyni zamanda nazir səlahiyyətlərini icra etməsinin ona həm də rəqiblərini zərərsizləşdirmək imkanı qazandırdığı bildirilir. Yəhya Musayevin bu imkanlardan maksimum yararlanaraq, rəqiblərini sıradan çıxaracağı və nazir postunu tutmağa nail olacağı ehtimal edilir.

Düzdür, mərhum nazirin nazirlikdə vəzifə tutan qohumlarının Yəhya Musayevin namizədliyinə qarşı olduğu bildirilir. Ancaq bunun Yəhya Musayev üçün ciddi problem yaradacağına az ehtimal verilir. Bu zaman mərhum nazirin də son vaxtlar Y.Musayevlə münasibətlərinin o qədər yaxşı olmadığı, ancaq onu işdən çıxara bilmədiyinə diqqət çəkilir. Hətta mediada yayılan bəzi məlumatlarda Yavər Camalovun vəfat etdiyi gün – 24 iyunda mərhumla müavini arasında mübahisə yaşandığı iddia olunur.

Ancaq bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, Yəhya Musayev mərhum nazir Yavər Camalovun kadrı kimi vəzifədə yüksəlib. 1959-cu ildə Bakı şəhərində anadan olan Yəhya Musa oğlu Musayev ixtisasca mühasibdir. Yavər Camalov harda işləyib, Yəhya Musayev də orda olub. Yavər Camalov 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru olanda Yəhya Musayev onun baş mühasibi olub. 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyində baş direktor işləyən Yavər Camalov əvvəlcə Yəhya Musayevi İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi. sonra isə özünə müşavir götürüb. Yavər Camalov müdafiə sənayesi naziri postuna təyin olunduqda isə Yəhya Musayevi özünə müavin gətirib.

Müdafiə Sənayesi Nazirliyində də Yəhya Musayev mərhum nazirin В«sağ əliВ» sayılıb. Təsadüfi deyil ki, Müdafiə Sənayesi Nazirliyində (MSN) tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə Yəhya Musayev nəzarət edib. Bu üzdən də Yəhya Musayevin mətbuatda ən çox adı hallanan nazir müavinlərindən biri olduğunu söyləyə bilərik. Bu məlumatların əksəriyyətində Yəhya Musayevin adı “qara işlərdə” hallanır.

Belə ki, nazirliyin işçiləri tərəfindən mətbuata ötürülən məlumatlarda MSN-ə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsində, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsində də Y.Musayevin adı hallanıb: “Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır… Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdirilərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Halbuki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib.”

MSN-lə bağlı mətbuata şikayətlərdə, Y.Musayevin adı həmçinin müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitlərinin təyinatından kənarlaçşdırılmasında, yeni alınan avadanlıqların qiymətlərinin şişirdilməsində də hallandırılıb: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”.

Bunun sübutu kimi hələ də davam edən “MTN işində” Y.Musayevin adının hallanmasına diqqət çəkilir. Söhbət MTN-çilərin əməliyyatının sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir. Həmin işin istintaqı zamanı məlum olmuşdu ki, Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub. “Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. Müdafiə Sənayesi Nazirliyindən böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb.Ancaq məlum olub ki, onun kimi iş adamları vasitəsilə MSN-də təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür. Məlumatlarda nazirlikdə bu işlərin Yəhya Musayevdən məlumatsız həyata kemirilməsinin qeyri-mümkün olduğu bildirilib.

Bundan əlavə Yəhya Musayevin böyük biznes şəbəkələrinin mövcudluğuna iddialar mövcuddur. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir. Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır.
Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”-un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”-un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar.

Bundan əlavə mətbuatda Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğuna dair məlumatlar yayılıb. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynının həyata keçirdiyi bildirilir…

Yəhya Musayevin adı həmçinin oğluElvin Musayevin dəyəri 100 min dolları aşan avtomobillərlə də gündəmə gəlib. Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarının “123”-lə bitdiyi iddia edilir(Fotoları aşağıda verilib-red.).

Bir sözlə Yəhya Musayevin keçmiş fəaliyyətinə dair məlumatlar onun nazir təyin olunması önündə əsas maneə hesab olunur. Buna görə də onun nazir postunu tutması üçün rəqiblərini sıradan çıxarması əsas şərt hesab olunur. Bacaracaqmı?

Qeyd olunanlarla bağlı, nazir müavini Yahya Musayevi dinləməyə, mövqeyini işıqlandırmağa hazırıq. /AzPolitika.info/








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru