Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                 

Vaqif Abdullayev bu rayonun dizini yerə gətirdi - Başçının fiaskosu
Tarix: 22-09-2016, 08:52 | Çap et
Vaqif Abdullayev bu rayonun dizini yerə gətirdi
Vaqif Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra adıçəkilən rayonun səhiyyə, təhsil, mədəniyyət və turizm, o cümlədən maliyyə sahələrində ciddi geriləmə müşahidə olunur. Bununla bağlı əldə etdiyimiz bilgilərdə hətta o da qeyd olunur ki, Vaqif Abdullayev rayon vətəndaşları ilə görüşdən yayınır, bu və digər məsələ ilə bağlı şikayəti olan sakinləri qəbul etməkdən boyun qaçırır. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının xeyli müddətdir ki, qəbul keçirmədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, sosial problemlər və digər məsələlərlə bağlı Vaqif Abdullayevin qəbuluna gedənlər qapıdan geri qaytarılır. İcra başçısının qəbuldan hər dəfə bir bəhanə ilə yayındığını iddia edən mənbənin sözlərinə görə, Vaqif Abdullayev gah iclasların olduğunu, gah hansısa tədbirin keçirildiyini bildirir: В«Deyilənlərə görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının əvəzinə qəbulları müavinləri keçirir. Onlar isə heç bir problemi həll etmir, vətəndaşları В«yola verməkləВ» məşğul olur. Qeyd edim ki, Vaqif Abdullayev özü icra hakimiyyətinin binasına arxa qapıdan girib-çıxır. İcra başçısı məhz bu yolla vətəndaşlardan kənar gəzməyə, onların gözünə görünməməyə çalışırВ». Bu arada, icra başçısının qardaşı oğlanlarının bu yaxınlarda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilindikləri üçün istintaqa cəlb olunduğunu bildirən məlumatlı şəxs bildirir ki, hazırda Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində bu iş üzrə dələduzluq nəticəsində külli miqdarda dəymiş ziyanla Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb: В«Bakıda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirən dəstə aşkarlanıb. Həmin şəxslər hədə-qorxu və şantajla, bəzən məhkəmələr vasitəsi ilə vətəndaşların əmlaklarını əllərindən alırlar. Bu iş üzrə başladılan cinayət işinə Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu cəlb olunub. Onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçiriblər. Bununla yanaşı, ona avtomobil müqabilində pul vermədikləri halda, 300000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar. Ən təəccüblüsü odur ki, kasıb, heç bir maliyyəyə sahib olmayan Sahib Əliyevin adına pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyon manat dəyərində beş müxtəlif əməliyyat həyata keçirib. Məlumata görə, işlər iş adamı kimi tanınan, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu, В«KralВ» mebel mağazasının sahibi Yalçın Abdullayevin rəhbərliyi ilə həyata keçirilib. Hazırda istintaq hərəkətləri aparılırВ». Onu da nəzərinizə çatdıraq ki, icra başçısı Vaqif Abdullayevin himayəsinə arxalandığı üçün öz bildiyini edən Beyləqan Rayon Təhsil Şöbəsinin rəhbəri Xuraman Rüstəmova bu vəzifəyə təyin olunduğu gündən rayonun təhsil sistemində ciddi problemlər baş qaldırıb: В«Deyilənlərə görə, Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün icra başçısına nə az, nə çox düz 100 min dəfə В«təşəkkürВ» edib. Buna kimi isə o, Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Qeyd olunur ki, Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri postu uğrunda çoxdan bəri mübarizə aparıb və öz istəyinə çatmaq üçün Vaqif Abdullayev tərəfindən irəli sürülən В«şərtВ»lərə sözsüz əməl edib. O da bildirilir ki, keçən həftədən başlayaraq Beyləqan rayonu üzrə məktəblərdə yaşı keçmiş və müqavilə ilə işləyən müəllimələrin sənədləri toplanaraq təhsil idarəsinə gətirilib. Aparılan araşdırma zamanı məlum olub ki, yaşı keçmiş müəllimlər arasında 3 direktor, 2 direktor müavini mövcuddur. Bununla yanaşı, Beyləqan məktəblərində 200-dən çox müqavilə ilə işləyən müəllim olduğu aydınlaşıb. Deyilənlərə görə, rayon təhsil şöbəsinin müdiri direktorların hər birindən işlərində qalması üçün 3000 manat, müavinlərdən 1000 manat və 200 müəllimin hərəsindən isə 500 manat tələb edərək, onların maneəsiz işləməsinə izin verəcəyini qeyd edib. Bildirilir ki, həmin müəllimlərin şəxsi işləri Beyləqan Rayon Təhsil Şöbəsinin müdirinin stolunun üstündə olduğundan, hazırda rayon müəllimləri təşviş içərisindədir. Deyilənlərə görə, Xuraman Rüstəmova tələb etdiyi pulların cəmi məbləği 111min manat təşkil edir ki, bu da şöbə müdiri keçmək üçün ondan tələb edilən məbləğdən artıqdırВ». Bu arada, bu ildən etibarən dövlət səviyyəsində pambıqçılığın inkişafına xüsusi diqqət ayrıldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, pambıq əkini artıq В«Dövlət proqramıВ» ilə həyata keçirilir. Məhz elə bu səbəbdən də artıq Mərkəzi-Aran rayonlarında on min hektarlarla pambıq əkilib. Belə rayonlardan biri də Beyləqandır. Beyləqanda təxminən, 4 min hektara yaxın pambığın əkildiyini qeyd edən mənbə bildirir ki, Vaqif Abdullayevin rəhbərlik etdiyi rayonda bu sahədə ciddi problemlər mövcuddur: В«Deyilənlərə görə, bütün rayonlar pambıq yığımına başlasa da, Beyləqanda hələ heç bir tərpəniş hiss olunmur. Bildirilir ki, pambıq yığımının başlamamasının əsas səbəbkarı məhz Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Belə ki, icra başçısının səhlənkarlığı üzündən Beyləqanda pambıq bütün rayonlardan gec əkilib. Görünür, icra başçısının başı digər işlərə qarışdığından pambıq əkmək yadından çıxıb. Halbuki pambıçılıq dövlətimiz üçün hazırda ən önəmli məsələlərdən biridir. Deyilənlərə görə, pambıq əkini üçün lazım olan vəsaiti yerli fermerlərin üzərinə qoyan icra başçısı indi çətin vəziyyədə qalıb. Vaqif Abdullayev kənd icra nümayəndələrinə məcburi pambıq əkdirib ki, bunun da pambıqçılığın inkşafına, məhsuldarlığın artmasına heç bir aidiyyatı yoxdurВ». Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Beyləqan rayonundakı mədəniyyət evləri, klublar və kitabxanalar ticarət obyektlərinə çevrilib. Bu barədə əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbə iddia edir ki, Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev ciddi neqativ hallara, nöqsanlara rəvac verir: В«İlk öncə məlumat üçün bildirim ki, Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, Mədəniyyət Mərkəzi, 16 kənd mədəniyyət evi, 18 kənd klubu, 1 Mərkəz, 1 şəhər, 37 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Mərkəzi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınmışdır ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur. Deyilənlərə görə, son illər dövlət büdcəsindən Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin yetərli hissəsi təyinatı üzrə xərclənməyib. Belə ki, şöbə müdiri kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri işlərini heç bir tender keçirmədən özünə yaxın olan şirkətlərə həvalə edir. Məhz elə bu səbəbdən də rayondakı mədəniyyət evlərinin və klubların əksəriyyəti baxımsızlıqdan yaman günə düşüb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, icra başçısı Vaqif Abdullayevin nöqsanlı fəaliyyəti rayonu uçuruma aparırВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru